Month: October 2023

  • В США хотят конфисковать яхту подсанкционного росолигарха Керимова

    Прокуратура Нью-Йорка подала иск о гражданской конфискации 106-метровой суперъяхты Amadea стоимостью более 300 миллионов долларов, связанную с российским олигархом Сулейманом Керимовым.

    Как передает Report, об этом сообщило Министерство юстиции США.

    Согласно материалам иска, Керимов, находящийся под американскими санкциями с 2014 года из-за причастности к российской агрессии против Украины, в 2021-м договорился о покупке суперъяхты Amadea через подставных лиц.

    Среди прочего, в сентябре 2021-го суперъяхта формально перешла в собственность новосозданной компании Errigan Marine, владельцем которой номинально является Евгений Кохман, глава подсанкционного яхтенного брокера Imperial Yachts.

    Сулейман Керимов – один из самых богатых граждан России, состояние которого, по оценкам Forbes, составляет 10,7 миллиарда долларов. Большинство состояния Керимова связаны с его долей в российской золотодобывающей компании “Полюс”.

  • ABŞ sanksiya altındakı rusiyalı oliqarx Kərimovun yaxtasını müsadirə etmək istəyir

    ABŞ-də Nyu-York prokurorları rusiyalı oliqarx Süleyman Kərimovla əlaqəli dəyəri 300 milyon dollardan çox olan 106 metrlik “Amadea” superyaxtanın müsadirə edilməsi ilə bağlı vəsatət qaldırıb.

    “Report” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

    Vəsatətin materiallarına görə, Rusiyanın Ukraynaya təcavüzündə əli olduğuna görə 2014-cü ildən Amerikanın sanksiyaları altında olan Kərimov 2021-ci ildə “Amadea” superyaxtasını saxta şəxslər üzərindən almağa razılaşıb.

    Bununla yanaşı, 2021-ci ilin sentyabrında superyaxta rəsmi olaraq yeni yaradılmış “Errigan Marine” şirkətinin mülkiyyətinə çevrilib, onun sahibi nominal olaraq sanksiyaya məruz qalmış yaxta brokeri “Imperial Yachts”ın başçısı Yevgeni Koxmandır.

        “2021-ci ilin oktyabrından 2022-ci ilin aprelində Fici tərəfindən yaxtanın müsadirəsinə qədər Kərimov və/və ya ailə üzvləri dəfələrlə “Amadea” gəmisində səyahət edib, “Amadea”da geniş təmir işləri planlaşdırıb, “Amadea”nın səyahət cədvəli üçün uzunmüddətli planlar hazırlayıb, həmçinin “Amadea”nın saxlanması və cari xərcləri üçün öhdəliklər və məsuliyyətin hamısını öz üzərinə götürüb”, – qurumun mətbuat xidməti diqqətə çatdırıb.

    Qeyd edək ki, Süleyman Kərimov Rusiyanın ən varlı vətəndaşlarındandır. “Forbes”un qiymətləndirməsinə görə, onun sərvəti 10,7 milyard dollardır. Kərimovun var-dövlətinin böyük hissəsi onun Rusiyanın qızıl mədən şirkəti “Polyus”dakı payına bağlıdır.

    ABŞ Maliyyə Nazirliyi Rusiyanın Suriya və Ukraynadakı hərəkətlərinə cavab olaraq 2014 və 2018-ci illərdə Kərimova qarşı sanksiyalar tətbiq edib və 2023-cü ilin mayında məhdudiyyətlər “Polyus”a da şamil edilib.

  • Совершивший вынужденную посадку в Баку самолет рейса Торонто-Дели отправлен в Индию

    Пассажиры авиалайнера Air Canada, совершившего вынужденную посадку в Международном аэропорту Гейдар Алиев рейсом Торонто-Дели, были отправлены по месту назначения другим бортом.

    Как передает Report со ссылкой на пресс-службу Международного аэропорта Гейдар Алиев, самолет успешно вылетел из Бакинского аэропорта в Дели в 19:21 по местному времени.

    Отметим, что Бакинский аэропорт является одним из немногих аэропортов, оснащенных необходимым оборудованием для обслуживания всех типов воздушных судов и взлетно-посадочной полосой, готовой к приему любых типов самолетов.

  • Bakıya təcili eniş edən Toronto-Dehli təyyarəsi Hindistana yola salınıb

    “Air Canada” aviaşirkətinin Toronto-Dehli reysini yerinə yetirən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən təyyarəsinin sərnişinləri təyinat məntəqəsinə digər reys ilə yola salınıb.

    “Report” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

    Təyyarə yerli vaxtla saat 19:21-də Bakı hava limanından uğurla Dehliyə yola düşüb.

  • Milli Məclis Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədrinin bəyanatına etirazını bildirib

    Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun İrəvana səfəri zamanı verdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən bəyanatları təəssüf doğurur.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin etiraz bəyanatında bildirilib.

    “Növbəti dəfə Ermənistan rəhbərliyinin havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq.

    Təəssüflər olsun ki, Almaniya Bundestaqındakı destruktiv qüvvələrin təsiri və təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və bəyanatların səsləndirilməsinə rəvac verir. Bu fakt öz-özlüyündə həmin bəyanatlarda irəli sürülən iddiaların nə dərəcədə əsassız olduğunu bariz şəkildə nümayiş etdirir.

    Verilən bəyanatlar bir sıra məqamlarına görə, xüsusilə narazılıq doğurur. Azərbaycanın Qarabağ bölgəsinin adının təhrif edilməsini ölkəmizin ərazi bütövlüyünə qarşı atılmış addım kimi qəbul edirik. Almaniya Bundestaqına BMT-nin ixtisaslaşmış qurumlarının bölgəyə iki dəfə səfər etdiyini və mülki əhaliyə qarşı heç bir zorakılıq hallarının baş vermədiyini öz hesabatlarında təsdiqlədiyini xatırlatmaq istərdik. Biz, öz növbəmizdə, almaniyalı həmkarımızın Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərlə bağlı, o cümlədən həm Ermənistanda, həm də Azərbaycanda mədəni abidələrin dağıdılması, tarixi irsin silinməsinə görə Ermənistana sanksiyaların tətbiq olunması üçün çağırış etmədiyi halda, Azərbaycanı sanksiyalarla hədələməsini siyasi riyakarlıq kimi qiymətləndirir, ikili standartların bariz nümunəsi kimi qəbul edirik.

    Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rotun verdiyi bəyanatları bir daha qətiyyətlə rədd edirik”, – bəyanatda vurğulanır.

  • Göygöldə fəaliyyət göstərən istixanada nöqsanlar aşkarlanıb – FOTO

    Göygöldə fəaliyyət göstərən istixanada nöqsanlar aşkarlanıb

    Bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Göygöl rayonunun Qırıqlı kəndində yerləşən, Zeynalova Təranə Vidadi qızına məxsus istixanada Agentlik müfəttişləri tərəfindən yoxlama keçirilib. Baxış zamanı təsərrüfatda istifadə müddəti bitmiş 15 adda preparat aşkarlanıb.

    Həmçinin istehsal prosesində müvafiq nəzarətin aparılmadığı, istifadə olunan avadanlıqların təmizlənib dezinfeksiya edilmədiyi, işçi heyətin xüsusi geyim vasitələrilə təmin olunmadığı və digər nöqsanlar müəyyən edilib.

    Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

  • “Fransa Azərbaycana da silah sata bilər” – Siyahıda daha iki sürpriz ölkə var

    “Fransanın Ermənistanla hərbi sazişi Azərbaycanla sülh müqaviləsinə qarşıdır”.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

    Onun sözlərinə görə, artıq İrəvan qərarını verib, Parislə hərbi əməkdaşlığı inkişaf etdirəcək:

    “Paris Azərbaycan-Türkiyə ittifaqına qarşı Ermənistanla birlikdə bölgədə tarazlıq yaratmağa çalışır. Hesab edirəm ki, Fransanın Ermənistanı silahlandırmasının səbəblərindən biri də budur.

    Uzun illər Ermənistanı silahlandıran Rusiya artıq bu ölkəyə silah axınını dayandırıb. Fransa isə Rusiyanın yaratdığı boşluğu doldurmağa çalışır.

    Avropa ölkələri Azərbaycanla Ermənistan arasındakı münaqişəyə görə hər ikisinə silah satışına qeyri-rəsmi qadağa qoymuşdu. Münaqişə başa çatsa da, sülh sazişi imzalanmayıb, buna görə də yeni müharibə riski var. Hesab edirəm ki, Fransanın Ermənistanla silah sazişi Azərbaycanın İtaliya, Britaniya və digər Avropa ölkələri ilə silah sazişi imzalamasına gətirib çıxaracaq.

    Ermənistanın maliyyə imkanları bir neçə ölkə ilə irihəcmli silah sazişi bağlamağa imkan vermir. Hazırda belə bir anlaşma ancaq Fransa ilə mümkündür. Ermənistandan fərqli olaraq, Azərbaycanın eyni anda bir neçə ölkə ilə silah sazişi imzalamağa imkanları var. Bir çox Avropa ölkəsi Azərbaycanla belə bir sövdələşmədə maraqlı ola bilər. Həmin ölkələrdən biri elə Fransanın özüdür. Hazırda özünə yeni bazarlar axtaran Fransanın Azərbaycandan gələcək təklifə “yox” deyəcəyini düşünmürəm”.

    Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan silahlanıb yenidən sərhəddə təxribatlara əl ata biləcəyini düşünür:

    “Ermənistan həmişəki kimi yanılır, Azərbaycanın hərbi gücü imkan verir ki, bundan sonra da belə təxribatlara ən sərt formada cavab versin. Bəli, Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında həm də ona görə maraqlı deyil ki, öz silahlarını sata bilsin, eləcə də Ermənistan vasitəsilə regionda mövqeyini gücləndirsin. Çünki sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanın Türkiyə və Azərbaycanla əlaqələri normallaşacaq. Bu da Parisin Cənubi Qafqaz siyasətini poza bilər.

    Fransanın hazırkı siyasəti regionda qeyri-sabitliyin davamına xidmət edir. Paşinyan Makronun diktəsi ilə hərəkət etməyə davam etsə, sülh olmayacaq, bu isə Ermənistanın xeyrinə olmayacaq”.

  • Üstünə fişəng atılan futbolçu eşitmə qabiliyyətini İTİRDİ

    “Panatinaikos” klubunun ispaniyalı yarımmüdafiəçisi Xuankara “Olimpiakos”la oyunda fişənglərə tuş gəlməsi səbəbindən daxili qulaq zədəsi və qismən eşitmə itkisi diaqnozu qoyulub.

    Median.Az lent.az-a istinadən bildirir ki, oktyabrın 22-də Pireydə baş tutan qarşılaşma ikinci hissənin əvvəlində 1:1 hesabı ilə dayandırılıb. Meydançaya daxil olmamışdan əvvəl yan xəttdə isinmə hərəkətləri edən Xuankar tribunadan atəşfəşanlığa tuş gəlib. Ona meydançada tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.

    Bundan sonra “Panatinaikos”un futbolçuları oyunu davam etdirməkdən imtina edərək paltardəyişmə otağına gediblər və bir saat sonra oyunun nəhayət dayandırıldığı açıqlanıb.

  • Министр обороны Турции находится с визитом в Азербайджане

    Министр национальной обороны Турции Яшар Гюлер находится с визитом в Азербайджане.

    Как сообщает Report, об этом отмечает пресс-служба Министерства национальной обороны Турции.

    Турецкий министр находится в Баку для наблюдения за учениями “Мустафа Кемаль Ататюрк-2023” и проведения двусторонних встреч.

  • Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir

    Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir.

    “Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, türkiyəli nazir Azərbaycanda həyata keçirilən “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdadır.

    Yaşar Güləri hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıb.