Month: October 2023

  • Эрдоган внес на утверждение в парламент Турции протокол о принятии Швеции в НАТО

    Президент Турции внес на рассмотрение в парламент страны протокол о вступлении Швеции в Североатлантический альянс.

    Об этом сообщила администрация турецкого лидера.

    “Президент Реджеп Тайип Эрдоган подписал протокол о присоединении Швеции к НАТО и внес его в парламент 23 октября”, – говорится в сообщении.

    Источник: ТАСС

  • Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunu imzaladı

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunu imzalayıb.

    Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

    Məlumata görə, sənəd dövlət başçısının imzası ilə Türkiyə Böyük Millət Məclisinə göndərilib.

    Protokolun yaxın vaxtlarda millət vəkillərinin müzakirəsinə çıxarılacağı gözlənilir.

    Mənbə: Haber Global

  • Lavrov: “Azərbaycanla Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub”

    Azərbaycan və Ermənistan arasında münaqişə əsasən həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır.

    “Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

    Lavrov deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır.

  • Kamil Zeynallıya qarşı dələduzluqda təqsirləndirilən: “Zərəri ödəyə bilərəm”

    Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Kamil Zeynallı və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az news24.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınmış idmançı Kamil Zeynallı da iştirak edib.

    Məhkəmədə ifadə verən zərərçəkmiş Ceyhun Baloğlanov bildirib ki, Emil Ağayevi tanımayıb: “Ailədə məslətləşdik ki, ev tikmək üçün şirkətə müraciət edək. Tanış adamlar dedilər ki, bir tikinti şirkəti var, bu işlə məşğuldu. Emil Ağayevlə görüşdük, evin formasını dedik. Emil Ağayevlə 72 min manatlıq müqavilə bağladıq. İlkin olaraq 36 min manat ödədik, bizə qəbz verdi. Pulu verəndən sonra evin tikintisinə başlandı. Bir müddət iş hava şəraiti ilə əlaqədar ləngidi, daha sonra yenə qaydasında davam etdi. Emil Ağayev bizə dedi ki, tikinti materialları bahalaşır, ola bilər ki, qiymət arta bilər. Bu adla məndən 18 min manat, növbəti ay isə 4 min manat verdim. Ümumilikdə 58 min manat vermişəm. 8 ya iş tamamlanmalı və ev mənə təhvil verilməli idi. Bir də eşitdik ki, tikinti dayanıb. Maraqlandım, dedi ki, guya fəhlələr az-az gəlir. Sonra bir ara dedi ki, atası xəstədi, sonra özü xəstələndi. Axıra yaxın görüşdük, dedim ki bu işi yoluna qoymaq lazımdı. Dedi narahat olma, yoluna qoyacam. Amma heç nə eləmədi. Hazırda 15 min manat borcu var mənə”.

    Prosesdə prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Emil Əliyev bildirib ki, zərərçəkmiş.şəxsdən həqiqətən də 58 min manat alıb: “Amma həmin pulu mənimsəməmişəm. Usta pulu, mənə qalan zəhmət haqqı ilə birlikdə həmin verdiyim sözə görə işi görmüşəm. Sadəcə işlərim bir müddət ləngitdiyi üçün işi tamamlaya bilmədim. Əgər azadlıqda olsam işləyib qalıq pulları qaytarmağa və tikintini başa çatdırmağa hazıram. Həmçinin zərərçəkmişlərə dəymiş ziyanın da ödəyərək”.

    Proses noyabrın 20-də davam etdiriləcək.

    Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun ev tikintisi ilə məşğul olduğu bildirilir. Təqsirləndirilən şəxs ümumilikdə 300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

  • Tehranda “3+3” formatında keçirlən iclasdan GÖZLƏNTİLƏR

    Azərbaycan Vətən müharibəsindən sonra əldə etdiyi qələbə ilə işğal altındakı torpaqlarının azad edilməsində əldə etdiyi uğurları regional sabitliyə çevirmək niyyətini açıq şəkildə nümayiş etdirdi.

    Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

    “Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin təklifi ilə regionda sabitliyi təmin etmək məqsədilə yaradılan platformaya üç regional ölkə (Azərbaycan, Gürcüstan və Ermənistan) və üç qonşu ölkənin (Türkiyə, Rusiya və İran) daxil olduğu regionda sabitliyin təmin edilməsi məqsədilə yaradılmış platforma həyata keçirilsə, regionun bir çox problemləri Qərbin müdaxiləsi olmadan həll edilə bilər. Bu platforma həyata keçirilsə, regionda sülhə və sabitliyə xidmət edəcək, çünki region ölkələrinin iştirakı ilə regional problemlərin həllinə kömək edəcək”, – deyə o vurğulayıb.

    M.Yüce həmçinin əlavə edib ki, Ermənistan bu platformanın hər iki iclasında iştirak edir, lakin etimad yaratmır.

    “Çünki Ermənistan Azərbaycanın Qarabağ zəfərindən sonra stabil siyasət yürütmədi. Üçtərəfli bəyannamədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan Ermənistanın müxtəlif platformalarda həmişə sülhlə bağlı ifadə etdiyi siyasətin əksinə bir siyasət yürütdüyü görünür. Belə olan halda ya Ermənistan müstəqil qərar vermək qabiliyyətini itirib, ya da Ermənistan sülh tərəfdarı deyil, özünü sülhpərvər kimi qələmə verməklə dünya ictimai rəyini çaşdırır. Reallıqda hər iki vəziyyət Ermənistan üçün keçərlidir. Bu səbəbdən də Ermənistanın qeyri-sabit münasibəti ucbatından Tehranda keçirilən xarici işlər nazirlərinin toplantısında qəbul edilən qərarlardan ciddi gözləntilərin olması mümkün görünmür. Buna baxmayaraq, Rusiya və İranın bu platformaya müsbət münasibəti Ermənistana ciddi təzyiq göstərəcək”, – deyə M.Yüce bildirib

  • Gəncədə avtobusun aşmasının ANBAAN VİDEOSU

    Gəncədə sərnişin avtobusu aşıb.

    Median.Az axar.az-a istinadən bildirir ki, bu gün saat 14:00 radələrində Gəncə şəhərində 1 nömrəli müntəzəm marşurut xətti üzrə hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq bina tikintisi üçün qazılan xəndəyə aşmasının anbaan görüntüləri ortaya çıxıb.

    Görüntüdə də əks olunub ki, sərnişin avtobusu anidən arxaya doğru hərəkət edir və dərin qazılan xəndəyə düşür.

  • Qubada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

    Qubada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

    “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Quba-Zərdabi” marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub.

    İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

    Qəzanın səbəbləri araşdırılır.

  • Dünyanın ən çirkli havası olan şəhəri – Ömrü orta hesabla 5,3 il qısaldır

    Hindistanın paytaxtı Yeni Dehli dünyada ən yüksək hava çirkləndiricilərinə malikdir.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” ekoloqlara və İsveçrənin “IQ Air” şirkətinin məlumatlarına istinadən yazıb.

    Bildirilib ki, səlahiyyətlilərin bunla bağlı tədbirləri nəticə vermir.

    Belə ki, Yeni Dehlidə havanın keyfiyyət indeksi 346-ya, Mumbayda 177-yə çatıb. “IQ Air”in məlumatına görə, Hindistanın paytaxtında incə hissəciklərin konsentrasiyası hər kubmetr havada 296 mikroqram təşkil edib. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsiz səviyyələrdən təxminən 20 dəfə yüksəkdir.

    Çikaqo Universitetinin araşdırması göstərib ki, çirkli hava ilə nəfəs almaq hindlinin ömrünü orta hesabla 5,3 il qısaldır.

    Qeyd edilir ki, havanın çirklənməsinin bu səviyyəsinə şəhərətrafı ərazilərdə kənd təsərrüfatı tullantılarının aktiv şəkildə yandırılması, həmçinin nəqliyyat vasitələri və kömürlə işləyən elektrik stansiyalarının zərərli tullantıları səbəb olub.

  • Sabah üçün tibbi-meteoroloji PROQNOZ – Meteohəssas insanlar üçün…

    Oktyabrın 24-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Baş Prokuror: “Regionda cinayətkarlığa qarşı ortaq mübarizə yolları araşdırılır”

    “Regionda baş verən cinayətkarlığın dəyişən xarakteri ətraflı təhlil olunub, ortaq mübarizə yolları araşdırılır”.

    Bu fikirləri “Report”a Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının 2-ci toplantısından sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib.

    Bu qurumun keçən il noyabrın 1-də Bakıda yaradıldığını vurğulayan Baş prokuror deyib ki, bu müddət ərzində TDT-yə üzv ölkələrin gənc prokurorluq əməkdaşları arasında sıx təmaslar qurulub:

    “Bu tədbirdə də gələcəkdə cinayətkarlığa qarşı mübarizə yolları bu regionda təhlükəsizliyin təmin edilməsi, sülhün bərqərar olunması, insan hüquq və azadlıqlarının təmin olunması baxımından çox mühüm təkliflər verildi. Bu təkliflər realizə edilib zaman-zaman tətbiq olunacaq”.

    Qeyd edək ki, bu gün TDT-yə üzv ölkələrin Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızstan, Özbəkistan və müşahidəçi Şimali Kipr Türk Respublikasının Baş Prokurorları Ankarada toplantı keçiriblər. Müzakirələrdən sonra birgə bəyanat imzalanıb. Oktyabrın 26-dək davam edən tədbir çərçivəsində TDT baş prokurorları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək və Türkiyə Prokurorluğunda müxtəlif görüşlər keçiriləcək.