Month: October 2023

  • Главы военных ведомств Армении и Франции подписали документы о двустороннем сотрудничестве

    В рамках рабочего визита во Францию министр обороны Армении Сурен Папикян встретился с министром Вооруженных сил этой страны Себастьяном Лекорню.

    В ходе встречи обсуждены вопросы армяно-французского сотрудничества в сфере обороны, а также вопросы региональной безопасности.

    За официальной встречей последовало совместное заявление для прессы, затем в Министерстве вооруженных сил Франции состоялось подписание документов о двустороннем сотрудничестве.

    Источник: news.am

  • Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalayıb

    Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin silahlı qüvvələr naziri Sebastyan Lekornyu ilə görüşüb.

    Ermənistan mediasının məlumatına görə, görüş zamanı Ermənistan-Fransa müdafiə əməkdaşlığı, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.

    Danışıqlar zamanı 2022-ci ilin sentyabrında və bu ilin iyununda Parisdə keçirilmiş müzakirələr nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə işlərin gedişi, əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin alınması, hərbi təhsil, yenidən hazırlıq, təcrübə mübadiləsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Rəsmi görüşdən sonra mətbuata birgə bəyanat verilib. Daha sonra müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.

  • Hakan Fidan: “Regional sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında sülh sazişindən keçir”

    “Regional sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişindən keçir”.

    Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda “3+3” platformasının xarici işlər nazirlərinin görüşündə deyib.

    O, regional kommunikasiyaların açılmasının normallaşma prosesini və sülhün əldə olunmasını sürətləndirəcəyini vurğulayıb.

  • Baş prokuror Qarabağ separatçılarının rəhbərlərinin istintaqından danışıb

    Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələr yaradaraq onların fəaliyyətini təşkil edən, özlərini qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” kimi təqdim edən Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David İşxanyan və digərlərinin istintaqları davam edir.

    Bunu “Report”a açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

    O söyləyib ki, istintaq beynəlxalq konvensiyalara, standartlara və Azərbaycanın daxili qanunvericiliyinə uyğun olaraq aparılır.

    “İstintaqın nəticəsi barədə Azərbaycan ictimaiyyətinə məlumat veriləcək. Qeyd etməliyəm ki, heç bir cinayət cəzasız qalmır. Cəzanın labüdlüyü, cəzasızlıq mühitinin olmaması bütün dövlətlərdə, sahələrdə vacibdir, o cümlədən haqqında danışdığım hallarla bağlı”, – K.Əliyev vurğulayıb.

    Qeyd edək ki, Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərdədir.

  • Özünü vəzifəli şəxsi kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb – VİDEO

    Daxili İşlər Nazirliyinə (DİN) naməlum şəxsin vətəndaşları işə düzəldəcəyi adı altında aldadıb onlayn ödəniş sistemlərindən istifadə etməklə onların pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.

    DİN-dən verilən məlumata görə, keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Həsənov Anar Alıhəsən oğlu saxlanılaraq istintaqa təqdim edilib.

    Araşdırmalarla müəyyən olunub ki, A.Həsənov tanış olduğu şəxslərə özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək onlarda özünə qarşı inam yaradıb. Sonrakı müddətdə isə həmin şəxsləri dövlət qurumlarında işlə təmin edəcəyi adı altında aldadaraq 50-dən artıq zərərçəkənin pulunu ələ keçirib.

    Aşkar edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa polisə müraciət edə bilərlər.

  • Бакинский медиа-центр снимает фильм о Гаджи Зейналабдине Тагиеве

    Бакинский медиа-центр, уже на протяжении многих лет реализующий крупные и запоминающиеся проекты в сфере медиа, в настоящее время работает над производством фильма, имеющего большое значение для Азербайджана. Это фильм “Покровитель” – о жизни знаменитого мецената и благотворителя Гаджи Зейналабдина Тагиева. В нем также отражены важные исторические события, происходившие в Баку и регионе Южного Кавказа в конце XIX – начале XX века.

    Съемки ленты, призванной сыграть важную роль в пропаганде истории и культуры азербайджанского народа, начались в мае этого года, и 90 из 120 съемочных дней уже завершены. Фильм будет состоять в целом из восьми серий. Для съемок массовых сцен было задействовано 1 600 человек, а сами съемки проводились в более чем 70 локациях, где было построено более 300 “памятников” истории и архитектуры.

    Руководитель этого социально значимого проекта, который будет способствовать пропаганде национальных ценностей, и продюсер фильма – президент Бакинского медиа-центра Арзу Алиева.

    Планируется, что многосерийный фильм будет показан зрителям в следующем году, когда будет отмечаться 100-летие со дня рождения выдающегося мецената. Ожидается, что лента вызовет большой интерес зрителей и всех любителей кино.

  • Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir

    Bakı Media Mərkəzi böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunan “Himayədar” adlı film çəkir.

    Filmdə həmçinin, XIX əsrin sonu-XX əsrin əvvəlində Bakı və bölgədə baş verən mühüm tarixi hadisələrə də toxunulur.

    Azərbaycanın tarixinin tanıdılmasını məqsədləyən bu önəmli ekran işinin may ayında başlayan 120 çəkiliş gününün 90-ı artıq başa çatıb. Filmin 8 seriyadan ibarət olması nəzərdə tutulub.

    Filmin kütləvi səhnələrinin çəkilişində 1600 nəfər iştirak edib. 70-dən çox məkanda çəkiliş aparılıb və bununla yanaşı 300-dən çox abidə hazırlanıb.

    Bakı Media Mərkəzinin hazırladığı, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərinin təbliğində böyük əhəmiyyət kəsb edən çoxseriyalı “Himayədar” filminin gələn il izləyicilərə təqdim olunması nəzərdə tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin vəfatının 100 illiyidir.

    Filmin rəhbəri və prodüsseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Arzu Əliyeva çəkilişin baş tutduğu məkanlarda iştirak edib.
    //report

  • Qadın məhkum ərinə narkotik ötürməyə cəhd edib

    Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Qeyd olunub ki, məhkum Bəhruz Arif oğlu Mustafayevə həyat yoldaşı Samirə Paşa qızı Mustafayevanın gətirdiyi sovqatdakı gödəkçənin cibində gizlədilmiş bükülülərdə 4,168 qram marixuana aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb

    İran Prezidenti İbrahim Rəisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

    Bu barədə İran Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd edək ki, İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilir. Toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

  • Daha bir tələbə ürəktutmadan vəfat etdi – Foto

    Azərbaycanda daha bir tələbə vəfat edib.

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi Sahil Abbaslı dünyasını dəyişib.

    Mərhumun ürəktutmasından vəfat etdiyi bildirilib.

    O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix müəllimliyi ixtisasında oxuyub.