Month: October 2023

  • Azərbaycan Kubokunda yeni mövsümün püşkatma mərasiminin vaxtı açıqlandı

    Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkatma mərasiminin vaxtı bəlli olub.

    Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, tədbir noyabrın 2-də saat 15:00-da başlayacaq.

    Qeyd edək ki, ötən mövsüm ölkə kubokunun qalibi “Qəbələ” olub.

  • Sabah paytaxtda və bölgələrdə müşahidə olunacaq HAVA PROQNOZU

    Ölkə ərazisində oktyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 13-17 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq.

    Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

  • Bakıda qətl törətməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib

    Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib.

    “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə G.Şadatova ölüb.

    Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 149, 150-ci maddələri üzrə ittiham irəli sürülüb.

  • Qafqaz Müsəlmanları İdarəsi məhkəməyə verildi

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məhkəməyə verilib.

    Pravda.az-ın xəbərinə görə, QMİ ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi edib.

    Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – lizinq müqaviləsi üzrə mübahisələr olan iş hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.

  • İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edib – FOTO

    23 октября Президент Азербайджанской Республики Ильхам Алиев совершил поездку в Сумгайыт.

    Как сообщает АЗЕРТАДЖ, глава государства сначала заложил фундамент предприятия по производству технических газов производственно-коммерческой фирмы “Чинар-Сервис” в Сумгайытском химическом промышленном парке, принял участие в открытии предприятия по производству полимерных добавок ООО Novus Plastica, предприятия по производству упаковочной продукции ЗАО “Универсальная упаковочная промышленность” и предприятия по производству керамических плиток ООО Azərbaycan Vanhong Ceramics Co., а также заложил фундамент предприятия по производству различных строительных химикатов ООО Kartaş Kimya.

    Затем глава государства посетил памятник великому лидеру Гейдару Алиеву, установленный в центре города Сумгайыт, ознакомился с условиями, созданными на реконструированном Сумгайытском городском стадионе имени Мехти Гусейнзаде, принял участие в открытии нового здания Сумгайытской городской больницы №2.



  • Prezident İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoyub, “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib, “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoyub.

    Sonra dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.



  • В Баку начался суд над обвиняемыми в краже ювелирного изделия стоимостью 50 000 манатов

    В Верховном суде началось рассмотрение кассационной жалобы на приговор в отношении Рашада Новрузова и Хикмета Арзуманова, обвиняемых в совершении кражи.

    Как сообщает рravda.az, на процессе под председательством судьи Назима Мовсумова были уточнены анкетные данные обвиняемых. Следующее заседание суда назначено на 25 октября.

    Бакинский суд по тяжким преступлениям приговорил каждого обвиняемого к 8 годам лишения свободы.

    Согласно обвинительному акту, Рашад Новрузов и Хикмет Арзуманов проникли в одну из квартир, расположенных в Наримановском районе столицы, и похитили золотое ожерелье общим весом 99 г. Украденное ювелирное изделие было оценено в 50 000 манатов. В результате операции, проведенной сотрудниками Наримановского районного управления полиции, обвиняемые в совершении преступления были задержаны.

  • Bakıda 50 minlik qızıl oğurlayan dəstə üzvlərinin məhkəməsi başlayıb

    Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Rəşad Novruzov və Hikmət Arzumanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum ediliblər.

    İttihama görə, təqsirləndirilən şəxslər paytaxtın Nərimanov rayonu ərazisindəki mənzillərdən birinə daxil olaraq oradan çəkisi 99 qram olan qızıl boyunbağı oğurlayıb. Oğurlanan zinət əşyası 50 min manat dəyərində qiymətləndirilib. Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə təqsirləndirilən R.Novruzov və H.Arzumanov saxlanılıblar.

  • Ильхам Алиев: Успешное сотрудничество между Азербайджаном и Венгрией вызывает удовлетворение

    Межгосударственные связи высокого уровня и успешное сотрудничество между Азербайджаном и Венгрией вызывают удовлетворение. Весьма отрадно, что наши отношения, которые являются хорошим примером крепкой дружбы и партнерства, основаны на взаимном доверии и поддержке, день ото дня расширяются и обогащаются новым содержанием.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в поздравительном послании Президента Азербайджана Ильхама Алиева, адресованном премьер-министру Венгрии Виктору Орбану.

    Отметив, что наши страны конструктивно взаимодействуют и поддерживают друг друга в рамках международных и региональных организаций, выступают со схожих позиций по актуальным глобальным и региональным вопросам, глава государства подчеркнул: “Уверен, что, используя имеющиеся возможности, совместными усилиями мы добьемся дальнейшего углубления расширенного стратегического партнерства между нашими странами, взаимовыгодного сотрудничества как в двусторонней, так и в многосторонней плоскости, в частности в рамках Организации тюркских государств”.

  • İlham Əliyev: “Azərbaycan ilə Macarıstan arasında uğurlu əməkdaşlıq məmnunluq doğurur”

    “Azərbaycan ilə Macarıstan arasında yüksəksəviyyəli dövlətlərarası əlaqələr və uğurlu əməkdaşlıq məmnunluq doğurur. Möhkəm dostluğun və tərəfdaşlığın yaxşı nümunəsi olan, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbana bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

    Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətini və dəstəyini, aktual qlobal və regional məsələlərdə oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd edən dövlətimizin başçısı bildirib:

    “Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.