Month: October 2023

  • Bakının mərkəzində evlər plana düşdü: Kvadratmetrinə görə 2000-2100 manat veriləcək – FOTO

    Paytaxtın daha bir ünvanında evlər və obyektlər plana düşüb.

    Baku.ws-in əldə etdiyi məlumata görə, bu barədə sözügedən ərazidə yaşayan sakinlər bildiriblər.

    Qeyd edilib ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qəzalı vəziyyətdə olan binalar və iaşə obyektləri sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək.

    Həmin ərazidəki yararsız obyektlər və evlərin kvadratmetri sahiblərindən 2 000-2 100 AZN-ə satın alınır. Üstəlik, onlara yeni mənzillər inşa edilənə qədər kirayə pulu da ödəniləcək.

    Sözügedən ərazinin “Google map” üzərindən görüntüsünü təqdim edirik:

  • Axtarışına təyyarə cəlb edilən balıqçının meyiti tapıldı

    Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    FHN-in “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb, Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış tədbirlərinə cəlb olunub.

    Aparılan axtarış işləri nəticəsində S.Bayramovun meyiti sahildən təqribən 5km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • Sabunçu polisindən ƏMƏLİYYAT: 81 nəfər saxlanıldı – VİDEO

    Bakının Sabunçu rayonunda son iki ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb

    Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabr-oktyabr aylarında rayon ərazisində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 81 nəfər saxlanılıb. Həmin şəxslər barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.

    Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 50 kiloqrama yaxın, o cümlədən 15 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, 30 kiloqram marixuana, 5 kiloqram digər növdən olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

    Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

  • Türkiyə-Azərbaycan birgə təlimindən görüntülər – VİDEO

    Azərbaycanda keçirilən “Mustafa Kamal Atatürk-2023” təlimləri çərçivəsində Azərbaycan və Türkiyə komandoları döyüş meydanında ssenari çərçivəsində düşmən xəttinə uğurlu sızma əməliyyatı həyata keçiriblər.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün “X” hesabında bildirib.

    Hərbi qurum təlimlərlə bağlı videogörüntü də paylaşıb.

  • Azərbaycanda sabit vergi ödəyiciləri ipoteka krediti ala biləcəklər

    Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış” proqramı çərçivəsində, eyni zamanda gələcəkdə bu ərazilərdə yaşayan şəxslərin ipoteka kreditlərindən faydalanması üçün müvafiq tədbirlər hazırlanıb.

    Bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) baş direktoru İlham Kələşov ATV kanalında yayımlanan “İqtisadi zona” verilişində deyib.

    “Bundan başqa, əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşpaz, bərbər, dayə və digərləri) ipoteka kreditlərinə çıxışını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb”, – İ. Kələşov deyib.

    Onun sözlərinə görə, bu yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib: “Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yəqin ki, yaxın vaxtlarda bu yeniliklərin də istifadəsi mümkün olacaq”.

    İKZF-nun baş direktoru vurğulayıb ki, son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində, eyni zamanda “2022-2026-cı illərdə sosial-İqtisadi inkişaf Strategiyası”, “Böyük Qayıdış”la bağlı I dövlət proqramı çərçivəsində əhəmiyyətli işlər görülür.

  • Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.

    Median.Az ADY-ə istinadən xəbər verir ki, noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

    Qeyd edilib ki, noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir. Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.

  • Ankarada TDT Baş Prokurorları Şurasının ikinci iclası keçirilir

    Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Baş Prokurorlar Şurasının ikinci iclası keçirilir.

    “Report” xəbər verir ki, tədbirdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edir.

    Toplantıda ədliyyə və hüquq sahəsində qarşılıqlı əməkdaşlıq, gələcək layihələr müzakirələr olunur.

    Qeyd edək ki, TDT Baş Prokurorları Şurasının ilk iclası 2021-ci ildə Bakıda keçirilib.

  • Azərbaycan və Ermənistan baş nazirləri Tbilisdə keçiriləcək forumda iştirak edəcəklər

    Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Baş naziri Əli Əsədov Tbilisidə keçiriləcək IV Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcəklər.

    Bu barədə tədbirin rəsmi saytında məlumat verilib.

    Forum oktyabrın 26-27-də baş tutacaq.

    Forumun gündəliyinə əsasən, ilk gündə əvvəlcə Nikol Paşinyan, sonra isə Əli Əsədov çıxış edəcəklər.

  • Bütün sosial ödənişlər bu tarixdə veriləcək

    Bütün sosial ödənişlərin veriləcəyi tarix açıqlanıb.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

    Qeyd olunub ki, oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

  • Кубок Азербайджана по футболу: объявлена дата жеребьевки нового сезона

    Стало известно дата и время проведения жеребьевки Кубка Азербайджана по футболу сезона 2023/24.

    Согласно официальному сайту Профессиональной футбольной Лиги (ПФЛ), мероприятие начнется 2 ноября в 15:00.

    Отметим, что в прошлом сезоне победителем Кубка страны стала “Габала”.