Month: October 2023

  • В доме известной телеведущей произошел пожар – ВИДЕО

    Сегодня утром в доме известной телеведущей Афет Рахильгызы произошел пожар.

    Об этом сообщил ведущий Эльгиз Акбер в эфире программы Elgizlə İzlə телеканала ARB TV.

    Кадры из жилища, в котором произошел данный инцидент, также были показаны в прямом эфире передачи.

  • Tanınmış jurnalistin evi yandı – VİDEO

    Jurnalist Afət Rahilqızının evi yanıb.

    Bu barədə televiziyanda yayımlanan verilişlərdən birində aparıcı Elgiz Əkbər məlumat verib. O bildirib ki, səhər saatlarında həmkarımız Afət Rahilqızının evinin yandığı deyilib.

    Evin görüntüləri verilişin efirində yayımlanıb.

    Həmin videogörüntüləri təqdim edirik:

  • Azad edilmiş ərazilərdə səkkiz ayda baş verən yanğın hadisələrinin sayı açıqlanıb

    “2023-cü ilin yanvar-avqust ayları ərzində işğaldan azad edilmiş ərazilərdə 86 yanğın hadisəsi baş verib”.

    APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərkosmos” Kommersiya qrupunun rəhbəri Elman Ələsgərov deyib.

    O bildirib ki, yanğınlar 8 597 hektar ərazini əhatə edib:

    ”Yanğınların ümumi sahəsinin 141 hektarı meşə sahəsində, 7 332-i otlaq, 832-i əkin, 292-i kolluq sahədə qeydə alınıb. Bu yanğınlardan 16-sı Kəlbəcərdə, 47-si Füzulidə, 2-si Xocavənddə, 6-sı Xocalıda, 3-ü Cəbrayılda, biri Laçında, 4-ü Zəngilanda, 4-ü Qubadlıda, 3-ü Tərtərdə qeydə alınıb”.

  • Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

    AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verib.

    Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən, 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

    Tamaşaçı tutumu 9 502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VIP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.

    Bildirildi ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, iki trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.

    Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar. Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti uğurla davam etdirilir. Bu diqqət və qayğı həm də yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır.

  • Məktəbin qarşısında qızlara əxlaqsız təkliflər edən taksi sürücüsü cəzalandırıldı

    Bu ilin mart və may aylarında Bakının Sabunçu rayonundakı məktəblərdən birinin qarşısında şagirdlərə əxlaqsız təkliflər edən taksi sürücüsü cəzalandırılıb.

    “Qafqazinfo” xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılmış 1977-ci il təvəllüdlü Bəxtiyar Quliyevə (şərti) hökm oxunub. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 3 ay müddətinə həbs cəzası verilib.

    Araşdırmalar zamanı məlum olub ki, icarəyə götürdüyü “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərən Bəxtiyar ilk dəfə martın əvvəllərində məktəbin qarşısına gəlib. O, avtomobildən düşmədən 2010-cu il təvəllüdlü şagirdi pəncərədən çağırıb, ona qeyri-etik təkliflər edib.

    Növbəti dəfə o, may ayında həmin məktəbin önünə gəlib və yenə maşından enmədən 2008-ci il təvəllüdlü şagirdə əxlaqsız təkliflər edib. Birinci hadisədə 13 yaşlı qız qorxaraq qaçıb. May ayında baş verən hadisə zamanı isə 9-ci sinifdə oxuyan qız qışqıraraq haray salıb və hadisə barədə yaxınlarına məlumat verib.

    Bundan sonra axtarış tədbirləri həyata keçirilib və Bəxtiyar Quliyevin şəxsiyyəti müəyyən edilib.

  • Зияфет Аскеров награжден орденом “Шараф” – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджана Ильхам Алиев 23 октября подписал распоряжение о награждении Зияфета Аббас оглу Аскерова орденом “Шараф”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, депутат Милли Меджлиса Зияфет Аскеров удостоен награды за многолетнюю плодотворную деятельность в общественно-политической жизни Азербайджана.

  • Prezident Ziyafət Əsgərovla bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev Milli Məclisin deputatı Ziyafət Əsgərovu təltif edib.

    Bu barədə President.az xəbər verir.

    Dövlət başçısının müvafiq sərəncamı ilə ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilir.

  • В Азербайджане за прошедшую неделю коронавирусом заразились 156 человек

    В Азербайджане за период с 16-го по 22 октября выявлены 156 новых случаев инфицирования коронавирусом, выздоровели 234 человека.

    Об этом 23 октября сообщает Оперативный штаб при Кабинете министров.

    За прошедшую неделю от COVID-19 скончались шесть человек.

    До настоящего времени коронавирусом в Азербайджане заразились 833 955 человек, 10 353 – скончались, 823 439 – вылечились, 163 – продолжают лечение.

    В стране проведены 7 699 775 тестов на COVID-19 (за прошедшую неделю – 3 415).

  • Azərbaycanda son bir həftə ərzində 156 nəfər COVID-19-a yoluxub

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (16.10.2023-22.10.2023) 156 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 833 955 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 439 nəfər müalicə olunaraq sağalıb, 10 353 nəfər vəfat edib, aktiv xəstə sayı 163 nəfərdir.

    Ölkədə son həftə ərzində 3 415, hazırkı dövrədək isə 7 699 775 test aparılıb.

  • Xankəndidə istiqamətləndirici yol nişanları yerləşdirilib

    “İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Bərgüşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Köndələnçay, Quruçay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb və həmin stansiyalardan mütəmadi qaydada suyun temperaturu, onların qatılığı, pH, oksigenin miqdarı, elektrik keçiriciliyi, su sərfi və səviyyəsi barədə məlumatlar Milli Hidrometeorologiya Xidmətinin situasiya mərkəzinə ötürülərək təhlil olunur”.

    APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, bununla yanaşı Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında bütün lazımi sensorlarla təchiz edilmiş beş avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib:

    “Suda və torpaqda radionuklidlərin təyini məqsədilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq çərçivəsində Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonları ərazilərində quraşdırılmış 4 ədəd avtomatik radioekoloji stansiyadan mərkəzi serverǝ məlumatlar onlayn şəkildə ötürülərək təhlil olunur”.

    Vüqar Kərimov qeyd edib ki, bərk məişət tullantılarının yerləşdirilməsi məqsədilə doqquz rayonda, eləcə də Xankəndi şəhərində müvəqqəti poliqon əraziləri müəyyən edilib, mina və partlamamış hərbi sursatlardan təmizlənib və istiqamətləndirici yol nişanları yerləşdirilib:

    “Poliqon ərazilərində tullantıların qəbulu üçün müvəqqəti tullantı hücrələri qazılıb və modul tipli konteynerlər (ofis və yaşayış) quraşdırılıb. Xankəndi, Laçın, Füzuli və Şuşa şəhərləri, Zəngilan rayonunun Ağalı kəndi, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində bərk məişət tullantılarının gündəlik toplanması, daşınması və poliqonda basdırılması təmin edilir”.