Month: October 2023

  • Qədim Misir məbədində yeni il rəsmi tapılıb

    Qədim misirlilərin çəkdiyi yeni il mərasimi tədqiqatçılar tərəfindən Esna məbədinin tavanının yenidən qurulması zamanı aşkar edilib. O təxminən 2200 il əvvəl tikilib və iki min il əvvəl Misir Romanın nəzarətində olduğu dövrdə əsaslı bərpa edilib.

    Son beş il ərzində Tübingen Universitetinin alimləri Esna məbədinin divarlarını və tavanını təmizləyərkən müxtəlif təsvirlər, o cümlədən qədim zodiaklar, bürclər, mifoloji ilahələr, eləcə də əvvəllər naməlum olan 200-dən çox yazı tapıblar.

    Çox ehtimal ki, məbəd bir neçə tanrıya həsr edilib. Yeni il rəsmində bir-birinə yaxın yerləşən qayıqlarda Misir tanrıları Orion, Sotis və Anukis, eləcə də onların üstündə axşam səmasını udan səma ilahəsi Nut təsvir edilib. Orion eyniadlı bürc, Sotis iyulun ortalarında qeyd olunan, Yeni ildə Qədim Misir səmasına qayıdan Sirius ulduzunu təmsil edir. İlin bu vaxtında Nilin suyu sahilindən aşıb-daşır. Qədim misirlilər Siriusun səmada görünməsindən təxminən 100 gün sonra Anukis tanrıçasının daşqın suları çəkilməyə məcbur edəcəyinə inanıblar.

    Komanda digər mövsümi rəsmləri də bərpa edib. Onlardan biri dörd qanadlı şir bədəni və qoç başı ilə təsvir edilib. Yazıya görə, o cənub küləyini, ehtimal ki, yayın qızmar istisini təcəssüm etdirir.

    Artıq tavanın bərpası başa çatdıqdan sonra komanda divarları və sütunları təmizləməyə başlayıb. Tədqiqat işlərinin təsvirlərin yeni rənglərini və detallarını, o cümlədən geyimlərin və taxtın xüsusiyyətlərini aşkar edəcəyi gözlənilir.

    Mənbə: Live Science

  • Almaniyaya qeyri-qanuni miqrasiya pik həddə çatıb

    Sentyabrda Almaniyaya 21 366 nəfər qeyri-qanuni yollarla daxil olub.

    Bu məlumatları Almaniya Federal Polisi dərc edib.

    Bildirilib ki, bu, 25 650 qeyri-qanuni miqrantın gəldiyi 2016-cı ilin fevralından bəri ən yüksək aylıq göstəricidir.

    Polisin məlumatına görə, son yeddi ayda Almaniyaya qeyri-qanuni miqrant axını durmadan artır. Yanvar-sentyabr aylarında ümumilikdə 92 119 nəfər qeyri-qanuni yollarla Almaniyaya daxil olub. Qeyd edilir ki, bu tendensiya davam edərsə, göstəricilər 2016-cı ildəki 112 min nəfərlik rəqəmi keçəcək.

    Mənbə: dw.com

  • “Ferrari”nin ən bahalı avtomobili hərraca çıxarılır

    Dünyanın ən nadir “Ferrari”lərindən biri olan 250 GTO “Sotheby’s”də hərraca çıxarılır.

    Söhbət dörd litrlik V12 mühərriki olan 1962-ci il avtomobilindən gedir.

    O “Ferrari”nin bu mühərriklə istehsal etdiyi üç nüsxədən biridir.

    Hərrac təşkilatçıları avtomobilin “Ferrari” brendi üçün rekord qiymətə satılacağını gözləyirlər. Belə ki, 2018-ci ilin avqustunda Monterreydə “Sotheby’s” hərracında seriya nömrəsi 3413 olan nüsxə 56,4 milyon dollara satılıb.

    Cari hərrac noyabrın 13-də Nyu-Yorkda keçiriləcək.

    Mənbə: championat.ru

  • Bülbülə gölündə antisanitar vəziyyət hökm sürür – VİDEO

    Sabunçu rayonunda yerləşən Bülbülə gölü acınacaqlı vəziyyətdədir.

    Xezerxeber.az-ın məlumatına görə, məişət tullantılarının buraya atılması nəticəsində göldə və ətraf ərazidə antisanitar vəziyyət hökm sürür.

    Gölün baxımsız vəziyyətdə olması uzun müddətdir yaxınlıqda yaşayan sakinləri narahat edir.

    Sakinlər iddia edirlər ki, dəfələrlə əraziyə gələn tullantı dolu avtomobillərin qarşısını kəsiblər. Zibillərin su hövzəsinin ətrafına atılmasına mane olublar.

    Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, iriqabaritli yük avtomobilləri ilə gölün ətrafına tullantılar boşaldılır və nəticədə belə vəziyyət yaranır. Görülən tədbirlər nəticəsində təkcə ötən gecə iki belə fakt aşkar olunub.

    “Qeyd olunan yer bir neçə dəfə təmizlənsə də, bəzi hallarda tullantıların atılması təkrarlanır. “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həmin ərazidə abadlıq işləri aparıldığından yük avtombillərinin yaxınlaşmasının qarşısının alınması məqsədilə süni maneələrin yaradılması mümkün deyil. Yaranmış problemin həlli ilə bağlı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmizlik işlərinə başlanıb. Qeyd olunan sahə Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Rayon Polis İdarəsinin yerli struktur bölməsi tərəfindən daimi nəzarətə götürülüb”, – deyə məlumatda bildirilib.

    “Azərsu” ASC-dən isə bildirilib ki, qurumun ərazidə heç bir infrastrukturu yoxdur.

    “Master plana əsasən gölün ətrafında kollektor tikiləcək və buraya axıdılan tullantı suların qarşısı alınacaq”, – deyə əlavə edilib.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Народный артист: В Лос-Анджелесе я мыл посуду, работал официантом – ВИДЕО

    Я уехал в Соединенные Штаты юным Юсифом, а вернулся уже мудрым Мири Юсифом.

    Об этом в транслируемой на канале Baku TV передаче Qapqara (“Чернее черного”) заявил народный артист Мири Юсиф.

    Он назвал время, проведенное в США, самым трудным периодом своей жизни: “Зрители, наверное, скажут: “Ты же столько времени прожил в самом Лос-Анджелесе”. Однако там у меня было много трудных моментов, и я горжусь, что смог их пережить. Не имея денег в кармане, я иногда ночевал на улице, на скамейках. Часто мыл посуду, работал уборщиком или официантом в разных местах”.

    Народный артист рассказал, что каждый раз, выходя на сцену, вспоминает эти моменты, проведенные на улице: “Это замечательный опыт. Я должен был через это пройти. Лежа на скамейке, я всегда говорил себе: “Что ты тут делаешь, зачем ты сюда приехал?” Но потом решил про себя, что если проявлю слабость, то пожалею об этом, и я не проиграл, а наоборот, выиграл”.

    Подробнее – в сюжете:

  • Xalq artisti: “Los-Ancelesdə qab-qacaq yuyur, yerləri təmizləyir, ofisiant işləyirdim” – VİDEO

    “ABŞ-yə cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım”.

    Bunu Baku TV-nin “Qapqara” verilişində Xalq artisti Miri Yusif deyib.

    O, ABŞ-də keçirdiyi vaxtları həyatının ən çətin dövrü adlandırıb:

    “Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm. Orada cibimdə pul-para olmadan bəzən çöllərdə, skamyalarda yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim”.

    Xalq artisti hər dəfə səhnəyə çıxanda skamyada gecələdiyi həmin anların gözlərinin önündə canlandığını deyib:

    “Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Skamyada uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram və uduzmadım, əksinə, qazandım”.

    Daha ətraflı videomüsahibədə:

  • Bir şəhər və iki rayonu birləşdirən yol yararsız hala düşüb – VİDEO

    Bir şəhər və iki rayonu birləşdirən yol yararsız hala düşüb.

    Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir, Yevlax və Goranboy rayonlarının ərazisindən keçməklə Bakı-Qazax avtomagistralına birləşən yolun Yevlax, Goranboy hissəsində çökmələr yaranıb, asfalt qat sıradan çıxıb.

    Sözügedən yol həm kənd təsərrüfatı üçün əhəmiyyətli, həm də Mingəçevir şəhərinə daha yaxındır.

    Sakinlər bildirirlər ki, yolun yararsız hala düşməsi əlavə vaxt itkisinə, avtomobillərin tez-tez sıradan çıxmasına səbəb olur.

    Hazırda bir hissəsi yararsız vəziyyətə düşən yol Mingəçevir şəhərinin Tərəvəzçilik massivindən başlayaraq, Yevlax rayonu ərazisindən keçməklə Goranboy rayonu ərazisində Bakı-Qazax avtomagistralına birləşir.

    Sakinlər bildirirlər ki, yolun belə vəziyyətə düşməsinə əsas səbəb Goran çayının daşmasıdır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin yol onların balansında deyil.

    Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə qeyd edildi ki, yolun şəhər ərazisinə düşən hissəsində hər hansı çökmə və ya digər çətinlik olarsa, dərhal Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aradan qaldırılır.

    Yolun sıradan çıxmış hissəsinin keçdiyi daha iki rayon – Goranboy və Yevlax Rayon İcra hakimiyyətlərindən isə bildirildi ki, həmin yol rayonda fəaliyyət göstərən heç bir qurumun balansında deyil.

    Daha ətraflı süjetdə:

  • Sumqayıtda 13 yaşlı oğlanı cərəyan vurub

    Sumqayıtda 13 yaşlı oğlanı elektrik cərəyanı vurub.

    APA xəbər verir ki, 2010-cu il təvəllüdlü Aslan Zaur oğlu Əliyevi yaşadığı ünvanda cərəyan vurub. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Daha sonra A.Əliyevin vəziyyəti ağırlaşdığından Təcili Tibbi Yardım avtomobili ilə Bakıdakı Yanıq Mərkəzinə göndərilib.

    Yanıq Mərkəzindən bildirilib ki, dünən mərkəzə daxil olan A.Əliyevə ilkin tibbi yardım göstərilib.

    Başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, ən ağır dərəcə yanıq şoku diaqnozu qoyulub. O, daha sonra özəl xəstəxanaya köçürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Hikmət Hacıyev mina partlayışı nəticəsində ölən ayı balasının görüntülərini paylaşıb

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə Laçın rayonunda Ermənistan tərəfinin basdırdığı minanın detonasiyası nəticəsində ölən ay balasının qalıqlarının görüntülərini paylaşıb.

    Prezidentin köməkçisi qeyd edib:

    “Danışan Şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayı balasının qalıqları.

    Partlayış sahəsindən toplanmış minaların damğaları onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir.

    Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarını milyonlarla mina ilə çirkləndirib və bu mina mülki əhalinin, habelə vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir”.


  • Tovuzda bir neçə nəfər su kanalına düşüb

    Tovuzda bədbəxt hadisə baş verib.

    Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

    Belə ki, bir neçə nəfər kanalın üstündə olan bənddən keçən zaman su kanalına düşüb.

    Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Hazırda onların kimlikləri dəqiqləşdirilir.
    //oxu.az