Month: October 2023

  • İsrailin Kiprdəki səfirliyi yaxınlığında partlayış baş verib

    Bu gün İsrailin Kiprdəki səfirliyi yaxınlığında partlayış baş verib.

    İlkin məlumata görə, Kipr polisi dərhal hadisə yerinə gedib və dörd şübhəlini saxlayıb. Onların hamısı 17-21 yaşlarında suriyaəsilli şəxslərdir.

    Hələlik ölən və yaralananlar barədə xəbər yoxdur.

    Qeyd edək ki. hadisədə istifadə olunan partlayıcının kustar üsulla hazırlandığı ehtimal edilir.

    Mənbə: cursorinfo

  • Bakıda azyaşlı özünü güllələyib

    Bakıda azyaşlının ehtiyatsızlıqdan almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı araşdırma aparılır.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Belə ki, oktyabrın 14-də 2012-ci il təvəllüdlü Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • 33-cü mərtəbədə qorxu dolu anlar yaşandı

    Braziliyanın San-Paulu şəhərində 33 mərtəbəli iki qüllənin tikintisi zamanı fəhlələrin olduğu qurğu çöküb.

    İşçilər uzun müddət 150 metr yüksəklikdə havada asılı vəziyyətdə qalıblar.

    Onların yaşadığı qorxu dolu anlar ətrafdakı insanlar tərəfindən kameraya çəkilib.
    //azxeber

  • В “Интер Майами” подтвердили участие Месси в последнем матче команды в сезоне

    Помощник главного тренера “Интер Майами” Хавьер Моралес подтвердил, что аргентинский нападающий Лионель Месси выйдет на поле в последнем для команды матче в текущем сезоне МЛС против “Шарлотт” в гостях.

    “Он собирается поехать на матч. После мы решим, сколько времени он сыграет. Конечно, присутствие Лионеля в команде – это мотивация для всех. Мы знаем, что он значит для футбола. То, что он есть у нашей команды и готов играть, всегда хорошо для нас. Мы рады, что он вернулся, готов на 100%, и посмотрим, как он проявит себя завтра в игре”, – сказал Моралес.

    Из-за мышечной травмы с 3 сентября Месси принял участие только в двух матчах “Интер Майами”, проведя на поле всего 72 минуты. В ночь со вторника на среду он впервые за последние шесть недель сыграл полный матч: в составе сборной Аргентины против Перу в отборе ЧМ-2026.

    Матч “Шарлотт” – “Интер Майами” пройдет 22 октября и начнется в 02:00 по бакинскому времени.

    Источник: ESPN

  • Messi mövsümün son oyununda meydana çıxacaq?

    ABŞ-nin “İnter Mayami” klubunun köməkçi məşqçisi Xavyer Morales Lionel Messinin mövsümün son oyununda meydana çıxacağını təsdiqləyib.

    Argentinalı forvard “Şarlotta”ya qarşı keçiriləcək son matçda iştirak edəcək. Messi daha əvvəl zədəsi səbəbindən komandanın dörd oyununu buraxmışdı.

    “İnter Mayami” 33 turdan sonra 34 xalla 14-cü sıradadır. Komanda MLS-in (“Major League Soccer” – ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı – red.) pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

    “İnter Mayami”nin “Şarlotta”ya qarşı oyunu Bakı vaxtı ilə bu gecə saat ikidə start götürəcək.

    Mənbə: espn.com

  • Bakıda narkotikin təsiri altında olan 88 nəfər saxlanılıb – VİDEO

    Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər ötən gün də davam etdirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 20-də keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 54 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan daha 88 nəfər saxlanılıb.

    Qanunsuz dövriyyədən 3 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati xarakterli tədbirlər görülüb.

    Paytaxtda hüququpozmalara qarşı və aşkarlanan faktlarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

  • Bakıda xanım taksi sürücüsünü söyən şəxs həbs edildi

    Bakıda xanım taksi sürücüsünün gediş haqqını ödəməyən şəxs onu təhqir edib və həbs olunub.

    “Qaynarinfo”nun məlumatına görə, hadisə 18 oktyabrda “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib.

    Taksi sürücüsü olan Xatirə Zamanova (ad-soyad şərti) Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olarkən polislərə yaxınlaşaraq bir nəfər kişi sərnişinin onun maşınına oturduğunu, lakin yol pulunu vermədiyini və onu təhqir etdiyini bildirib.

    Polislər 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş Kərim (ad şərti) adlı şəxsi xanım taksi sürücüsünün şikayəti əsasında saxlayıblar. Bu zaman həmin şəxs onların ünvanlarına nalayiq ifadələr işlətməyə başlayıb.

    Bundan sonra Kərim məcburi qaydada ərazi üzrə 23-cü Polis Bölməsinə aparılıb və barəsində raport yazılaraq məhkəməyə göndərilib. Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı Kərim sərxoş olub.

    Məhkəmənin qərarı ilə Kərim İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

  • Bakıda evdən 10 min manatlıq oğurluq olub

    Bakıda evdən oğurluq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən seyfdən 5000 manat pul, 5800 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Nuruyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Оправданным по “Тертерскому делу” выплачено более миллиона манатов компенсаций

    Стала известна общая сумма компенсаций, выплаченных лицам, осужденным по “Тертерскому делу” и впоследствии оправданным.

    Об этом Qafqazinfo сообщил адвокат Расул Джафаров.

    По его словам, из числа осужденных по “Тертерскому делу” на сегодняшний день оправданы в общей сложности 54 человека. Сумма компенсации, которая будет выплачена 22 военнослужащим, составила 1 546 000 манатов. Кроме того, шести оправданным по тому же делу гражданским лицам была выделена компенсация в размере 167 420 манатов.

    Р.Джафаров отметил, что в настоящее время продолжаются судебные процессы по иску о компенсации.

    Отметим, что ответчиком по всем искам признано Министерство финансов.

  • “Tərtər işi”ndə bəraət alanlara bir milyondan çox təzminat kəsilib

    “Tərtər işi”nə görə məhkum edilərək sonradan bəraət alan şəxslərə kəsilmiş təzminatın ümumi məbləği bilinib.

    Bu barədə “Qafqazinfo” ya vəkil Rəsul Cəfərov məlumat verib.

    Vəkilin sözlərinə görə “Tərtər işi” üzrə məhkum edilmiş şəxslərdən bu günə ümumilikdə 54 nəfər bəraət alıb. Onlardan 22 nəfər hərbi qulluqçuya veriləcək təzminat ümumilikdə 1 546 000 manat təşkil edib. Bundan başqa, eyni iş üzrə bəraət almış 6 nəfər mülki şəxsə 167 min 420 manat təzminat ayrılıb.

    R.Cəfərov qeyd edib ki, hazırda təzminat tələbi ilə bağlı məhkəmə prosesləri davam edir.

    Qeyd edək ki, bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.