Month: October 2023

  • В городе Ханкенди создан отдел полиции – ФОТО

    В городе Ханкенди создан отдел полиции Министерства внутренних дел Азербайджана.

    Соответсвующая информация распространилась в социальных сетях.

    Нижеследующая фотография демонстрирует вывеску вышеуказанного отдела полиции, на которой указано: “Отдел полиции города Ханкенди Министерства внутренних дел Азербайджанской Республики”.

  • Xankəndi Şəhər Polis Şöbəsi yaradıldı – FOTO

    Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində polis şöbəsi yaradılıb.

    Sosial şəbəkələrdə paylaşılan foto buna dəlalət edir.

    Belə ki, fotoda sözügedən şöbənin lövhəsi əks olunub.

    Lövhədə yazılıb: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xankəndi Şəhər Polis Şöbəsi”.

  • Moskvada Qırmızı Meydan bağlandı

    Moskvada Qırmızı Meydana giriş-çıxış tamamilə dayandırılıb.

    Məlumatı Rusiya mətbuatı yayıb.

    Qeyd olunur ki, ərazi dəmir hasarla əhatəyə alınıb və meydanın bir hissəsinə armatur arakəsmələr yığılıb.

    Hazırda Qırmızı Meydanda ancaq polis və Rusiya Milli Qvardiyasının maşınları var.

    Hələlik məhdudiyyətin hansı səbəbdən həyata keçirildiyi məlum deyil.

  • Gəncədə piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub

    Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Yolçuyevə hökm oxunub.

    “Report” xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, X.Yolçuyev 5 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə bu ilin martında Gəncə şəhərində qeydə alınıb.

    Belə ki, Samux rayon sakini X.Yolçuyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

    X.Yolçuyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, X.Yolçuyev Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşı, hadisədə dünyasını dəyişən Ş.Məmmədov isə Vətən müharibəsinin iştirakçısı olub.

  • Ərdoğan Zelenski ilə Yaxın Şərqdəki durumu müzakirə edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.

    “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar.

    Onlar, həmçinin Yaxın Şərqdəki durumu, o cümlədən İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər.

    Qeyd olunub ki, Türkiyə regionda sabitliyin əldə olunması üçün bütün səyləri göstərməyə hazırdır.

  • Sumqayıtda 31 yaşlı kişi qonaq getdiyi evdə ölüb

    Sumqayıtda bacısının evinə qonaq gedən 31 yaşlı kişi ölüb.

    APA xəbər verir ki, hadisə bu gün “Xəzər bağları” yaşayış massivində baş verib.

    1992-ci il təvəllüdlü Eldəniz Arif oğlu Musayev bu gün bacısıgilə qonaq gedib və orada qəfil halı pisləşərək ölüb.

    Ölümün səbəbləri məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib

    “Haqqımda yazılan xəbərlərin altında şərhlərdə təhqir, söyüş, şər və böhtan yazanların bir neçəsini şikayət etmişdim. Azərbaycan polisi sağ olsun şikayətimə baxıb, (həmin şəxsləri – red.) tapıblar. Üç gündür menecerimə zəng edir, ailəsi üzr istəyir, özü üzr istəyir ki, şikayətimi geri götürüm”.

    Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

    Haqqında təhqir dolu ifadələr yazanları hüquq-mühafizə orqanlarına şikayət edən sənətçi bildirib ki, onlardan biri ruhi-əsəb xəstəsi olduğu üçün dispanserə yerləşdirilib:

    “Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur, onları da tanımıram. Haqqımda, övladlarım haqqında şər-böhtan yazanda düşünərdiniz. Polisə gedib ərizə, izahat yazmışam. Polis cinayətkar axtarmaqdan klaviatura arxasında oturub insanları söyən, şərləyənləri axtarıb.

    Siz də gəlib üzr istəyəcəksiniz, bitəcək? Yox elə bir dünya. Bundan sonra haqqımda nəsə yazanda 10 dəfə düşünün. Birini də tutublar, dəli çıxıb, hamıya yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır”.

  • Azərbaycan və Türkiyə birgə taktiki təlimindən yeni görüntülər – VİDEO

    Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.

    Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

  • Ərdoğan Zelenski ilə Yaxın Şərqdəki durumu müzakirə edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.

    Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar.

    Onlar, həmçinin Yaxın Şərqdəki durumu, o cümlədən İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər.

    Qeyd olunub ki, Türkiyə regionda sabitliyin əldə olunması üçün bütün səyləri göstərməyə hazırdır.

  • Tovuzda zəncirvari qəza olub

    Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində – “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb. Hərəkətdə olan “Hyundai”, KIA və “Mitsubushi” markalı minik maşınları toqquşub.

    Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.