Month: November 2023

  • Xəzərin səviyyəsinin azalması limanların işinə problem yaradıb? – RƏSMİ AÇIQLAMA

    Dünya Bankının yaydığı son xüsusi hesabata görə, Xəzər dənizinin səviyyəsinin azalması 2023-cu ildən sonra da davam edərsə, limanların istehsalat gücü təhlükə altına düşəcək. Xüsusilə də bu Aktau və Ələt limanlarına aiddir.

    Qeyd olunub ki, hazırda dəniz səviyyəsi xüsusilə aşağıdır:

    “Bu da limana yaxınlaşmalarda naviqasiya və yanalma körpülərində gəmilərin istismarı ilə bağlı problemlərin artmasına səbəb olur. Xəzərdə bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir. Bu azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, bu, xüsusilə Aktau və Bakı-Ələt limanlarının aşırma imkanlarına xələl yetirəcək və onları risk altında qoyacaq”.

    Median.Az xəbər verir ki, DB-nın bu proqnoz ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın (Bakı Limanı – “Port of Baku”) mətbuat xidmətinin rəhbəri Elmar Həbibli, hazırda Xəzər dənizinin səviyyəsinin azalmasının Bakı limanının işinə elə də ciddi təsir etmədiyini bildirib:

    “Amma azalma bu şəkildə davam edərsə, limanda əlavə dib dərinləşdirmə işlərinin görülməsinə ehtiyac yarana bilər. Bakı limanı dənizdə ən müasir və ən dərin limanlardan biridir. Buna görə də gəmilər və iri tankerlər limana daxil olurlar”.

    Onun sözlərinə görə, bu günə qədər də gəmilərin limana yan alması zamanı hansısa probem yaşanmayıb:

    “Bakı limanının iki fərqli ərazidə terminalı var. Bunlardan biri Dübəndi qəsəbəsi ərazisindəki neft terminalıdır və gəmilər bura da rahat daxil ola bilirlər. Digəri isə Ələt qəsəbəsində yük gəmilərinin qəbul edildiyi böyük bir terminaldır.

    Burda da dib dərinliyi yetərincədir və dibə oturumluğu böyük olan gəmilər belə, limana rahat şəkildə yan ala bilirlər.

    Üstəlik, liman bərə rolo terminalları, hidravlik asqılı körpülərlə də təmin edilib. Bununla da, gəmilərin ölçüsünə uyğun şəkildə tənzimlənir, yük boşaltma və yükləmə işi rahat şəkildə icra olunur”.

  • В Азербайджане произошло землетрясение – ОБНОВЛЕНО

    В Мингячевире произошло землетрясение.

    Об этом сообщили в Республиканском центре Сейсмологической службы при Национальной академии наук Азербайджана (НАНА).

    По данным Бюро исследования землетрясений, в Гяндже, Евлахском и Геранбойском районах подземные толчки ощущались силой до 3-4 баллов.

  • Azərbaycanda zəlzələ olub – YENİLƏNİB

    Mingəçevirdə qeydə alınan zəlzələdə dağıntı qeydə alınmayıb, xəsarət alan yoxdur.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4,5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

  • Ramil Şeydayev Çempionlar Liqası oyunundan sonra dava edib

    Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb.

    Median.Az xəbər verir ki, Çinin “Zhejiang” komandası ilə qarşılaşmanın ardından futbolçular arasında qarşıdurma olub.

    Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib.

    Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki klubun oyunçularına cəza veriləcəyi gözlənilir.

  • “Bizim aparıcılara dərs keçin” – VİDEO

    Aparıcı Aytən Səfərovanın “Xəbər ertəsi” verilişinin növbəti qonaqları məşhur türk alimlər İlber Ortaylı və Celal Şengör olub.

    Median.Az olay-a istinadən xəbər verir ki, maraqlı anlarla yadda qalan buraxılışda Ortaylının Səfərovanı tərifləməsi diqqət çəkib.

    “Azərbaycanlılar 8 səsin hamısından istifadə edirlər. Amma bizimkilər səsləri “yeyirlər”. Siz bizim aparıcılara dərs keçin”.

  • COVİD-19-un yeni ştamı yayıldı – 90 nəfər öldü

    Rusiyada əhalinin COVİD-19-a qarşı kütləvi immunitet qazandığı düşünülsə də, son həftədə ölkədə yoluxma sayı sürətlə artmağa başlayıb.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, son bir həftə ərzində koronavirusdan 90 nəfər öldüyü açıqlanıb. Koronavirus İnfeksiyası ilə Mübarizə üzrə Federal Əməliyyat Qərargahı bildirib ki, COVİD-19-un yeni variantı sürətlə artır.

    Son bir həftədə əhalinin hər 100 min nəfərində yeni koronavirus infeksiyasına yoluxma nisbəti 54,47 olub və əvvəlki həftə ilə müqayisədə 32,8% artıb. Hesabatda qeyd olunub ki, Moskva da daxil olmaqla 27 bölgədə COVİD orta hesabla daha sürətlə yayılır.

    Ölənlərin kimliyi ilə bağlı məlumatlar açıqlanmır, lakin BMT baş katibinin keçmiş müşaviri Kofi Annan, mikrobioloq və diplomat, BMT-nin Bioloji və Kimyəvi Silahlar Komissiyasının keçmiş üzvü İqor Nikulin müsahibəsində yeni ştamın laboratoriya mənşəli olduğunu və əsasən slavyanlara təsir etdiyini iddia edib.

    “Güman edirəm ki, COVİD ABŞ-dakı bioloji laboratoriyalarda tamamlanmağa davam edir. Şübhə yoxdur ki, Pentaqonun 400 laboratoriyası çörəyi elə-belə yemir. Əlbəttə ki, COVİD-in də daxil olduğu RNT genomu olan viruslar DNT viruslarından daha dəyişkəndir, lakin üç il ərzində mindən çox variant meydana gətirəcək dərəcədə deyil. Bu təbiətdə heç vaxt qeydə alınmamışdı. Təbii bir virus üç ildə beş mutasiya yarada bilər, bəlkə də daha çox, amma minlərlə deyil.

    Rusiyada hələ bu barədə danışmırlar, amma dünyada artıq aşkar edilib ki, bəzi kovid ştamları monqoloidlərə təsir edir, lakin avropalılar və afrikalılar onlardan ciddi əziyyət çəkmirlər. Xəstələnəndə isə ya çox yüngül keçirirlər, ya da ölümcül olmur. Çinlilər isə kəşf ediblər ki, onları yoluxduran, lakin avropalıları narahat etməyən müxtəliflik var. Onlar bundan şübhələndikləri üçün kovidin laboratoriya mənşəyini sübut etdilər.

    Biz çoxdan təxmin edirdik ki, yalnız slavyan qrupunun avropeoidlərinin və İranda əhalinin genetikasına uyğunlaşdırılmış ştam olacaq. Güman edirəm ki, indi slavyanlar onlar üçün hazırlanan COVİD-dən əziyyət çəkirlər. Qafqaz respublikalarında xəstələnmə səviyyəsinin ölkə üzrə orta göstəricidən aşağı olduğunu, məsələn, Kirov vilayətində daha yüksək olduğunu başqa necə izah etmək olar. Təsadüf?”, – İqor Nikulin açıqlamasında vurğulayıb.

    Ekspert həmçinin qeyd edib ki, kifayət qədər çox sayda insanın olduğu dar bir məkanda virusun yoluxuculuğu daha yüksəkdir və xəstəliyi bu yolla yaymaq daha asandır:

    “Bir aerozol qutusundan sprey sıxa bilərsiniz, sonra insanların üçdə ikisi xəstələnəcək və bunu özləri yaymağa başlayacaq.

    Amerikalıların İranda etdiyi kimi, kondisioner sistemindən istifadə etmək olar. Orada xəstələnən nə sıravi vətəndaşlar, nə də turizm mərkəzlərindəki əcnəbilər idi, qapalı ərazilər – hökumət binaları, Baş Qərargah idi. Xəstəlik Qum şəhərinin ayətullahların yerləşdiyi hissədə yayılmışdı. Kənardan gələnlərin ora girmək imkanı yoxdur, orada hər şey bağlıdır, amma kondisioner sistemləri var. Agentlərin köməyi ilə bu obyektlər yoluxdurulub”.

    Qeyd edək ki, 2023-cü ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının sona çatdığını elan etdi, lakin avqust ayında dünyanın bəzi ölkələrində yoluxma yenidən artmağa başladı. Cənubi Koreyada, İtaliyada, ABŞ-da, Böyük Britaniyada, Avstraliyada və Sinqapurda həyəcanverici statistikalar qeydə alındı. ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus brifinq keçirərək, əvvəlkilərdən daha sürətli yayılan yüzlərlə yeni ştamın ortaya çıxdığını bildirdi.

    Üstəlik, müxtəlif ştamlar müxtəlif ölkələrə təsir etməyə başladı. Məsələn, başqa yerlərdə tüğyan edən “kraken” və “pirola” ştamları “eris”in müəyyən edildiyi 57 ölkədə qeydə alınmamışdı. O zaman Rusiyadan COVİD yan keçdi. Həkimlər bunu peyvənd sayəsində əldə edilən kütləvi immunitet ilə izah etdilər.

    Rusiyaya gələn yeni ştama hələ ad verilməyib. Həkimlər qeyd edib ki, COVİD-19-a yoluxduqlarını vaxtında bilən və yardım alanlardan pandemiya zamanı ölən olmayıb.
     

  • Azərbaycanın iki güləşçisi hərbçilər arasında dünya çempionu olub

    Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.

    Median.Az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Azərbaycanın digər təmsilçisi – 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.

  • Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən edilib

    Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, rayonun Yenikənd kəndindəki meşə massivindən yaş ağacın kəsilməsi barədə şöbəyə məlumat daxil olub.

    Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

  • Vətəndaşların nəzərinə: Bakının iki rayonunda su kəsiləcək

    Bu gün Bakının iki rayonunda su kəsiləcək.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 29 noyabr saat 22:00-dan 30 noyabr saat 08:00-a qədər Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

    Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

  • Финляндия передала МИД России ноту с датой закрытия последнего КПП на границе

    Официальная Москва 29 ноября была уведомлена финским посольством в РФ о решении правительства Финляндии закрыть самый северный пункт пропуска в страну. Ограничения вводятся до 14 декабря, заявила на брифинге представитель МИД России Мария Захарова.

    “29 ноября наша сторона официально получила ноту посольства Финляндии в Москве, они уведомляют российскую сторону о решении финских властей закрыть с 30 ноября самый северный пункт пропуска Райа-Йоосеппи, таким образом будут закрыты все пункты пропуска на российско-финляндской границе”, – сообщила дипломат.

    Напомним, что 18 ноября Финляндия уже закрыла четыре круглосуточных КПП на границе с РФ. Власти республики объяснили это решение некими соображениями “обеспечения нацбезопасности”. 22 ноября финское правительство решило оставить открытым только самый северный КПП. Спустя время власти Финляндии решили закрыть все КПП на границе с Россией для лиц, ищущих убежище. Сообщалось, что они перестанут работать до 13 декабря.

    Источник: life.ru