Month: November 2023

  • Finlandiya Rusiya XİN-ə nota göndərdi

    “Rusiya Federasiyasına noyabrın 29-da Finlandiya tərəfindən nota göndərilib”.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    “Sənəddə bu ölkənin noyabrın 30-dan etibarən Finlandiyanın Rusiya ilə sərhədində yerləşən “Raya-Yooseppi” nəzarət-buraxılış məntəqəsini bağlamaq planları barədə məlumat verilib”, – deyə M.Zaxarova qeyd edib.

    Mənbə: Life.ru

  • В Азербайджане произошло землетрясение

    В Азербайджане произошло землетрясение.

    Соответствующая информация распространилась в социальных сетях.

    Было отмечено, что подземные толчки ощущались в Мингячевире, Гяндже и Евлахском районе.

    Общественности будет предоставлена дополнительная информация.

  • Azərbaycanda zəlzələ olub – YENİLƏNİB

    Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

    * * * *

    Azərbaycanda zəlzələ olub.

    Bu barədə sosial şəbəkə istifadəçiləri çoxsaylı paylaşımlar ediblər.

    Zəlzələnin Mingəçevir, Gəncə və Yevlax rayonlarında hiss edildiyi bildirilir.

  • İstanbulu su basdı: Ölən var – VİDEO

    İstanbulun Silivri bölgəsi güclü yağışlardan sonra dənizin daşması nəticəsində suyun altında qalıb.

    Türkiyənin Meteorologiya İdarəsi bir müddət öncə fırtına və mümkün daşqınlar barədə əhaliyə xəbərdarlıq edib.

    Bildirilib ki, yağan leysan ölkə vətəndaşlarına, o cümlədən də İstanbul sakinlərinə çətin anlar yaşayıb. Şəhərdə dirəyin aşması nəticəsində bir nəfər həyatını itirib.

    Bununla yanaşı, İstanbulun müəyyən rayonlarında torpaq sürüşməsi qeydə alınıb.

  • ÜST Qəzzada bombardmanlardan daha çox insanın xəstəliklərdən ölə biləcəyini bildirib

    Qəzza zolağında tibbi yardımın olmaması və həyat şəraitinin pisləşməsi səbəbindən top atəşindən daha çox xəstəlikdən ölə bilər.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

    “Pisləşən yaşayış şəraiti və tibbi yardımın çatışmazlığını nəzərə alsaq, Qəzzada insanlar bombardmandan daha çox xəstəlikdən ölə bilərlər”, – deyə Qebreyesus bildirib.

    Təşkilatdan verilən məlumata görə, epidemioloji vəziyyətin pisləşməsinə səbəb olan əsas amillərə anklavda qida və su çatışmazlığı, sığınacaqların azlığı və olanlarda insanların sıxlığı, sanitariya-gigiyena tədbirlərinin qeyri-kafi olması, tullantıların düzgün şəkildə utilizasiya edilməməsi və lazımi dərman preparatlarının çatışmazlığı daxildir.

    ÜST rəhbərinin qeyd etdiyi kimi, Qəzzada artıq 111 min kəskin respirator xəstəlik, 75 min ishal, 24 min dəri səpgisi, 12 min vərəm, 2,5 min suçiçəyi, 2,5 min impetiqo dəri xəstəliyi və 1,1 min sarılıq hadisəsi qeydə alınıb. Eyni zamanda, hesabatda bildirilib ki, hazırda anklavda sığınacaqlarda təxminən 1,3 milyon insan yaşayır.

    “Elə indi uzunmüddətli atəşkəsə ehtiyac var. Bu, mülki vətəndaşlar üçün ölüm-dirim məsələsidir”, – deyə Qebreyesus yekunlaşdırıb.

    Mənbə: TASS

  • Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

    Lənkəran rayonu ərazisində hərəkətdə olan KIA markalı avtomobilin sürücüsü ötmə qaydasını pozduğu üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan Lənkəran rayon sakini A.Əkbərzadənin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

    Müayinənin nəticəsinə əsasən, A.Əkbərzadənin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

    Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Əkbərzadə 1 ay müddətində inzibati qaydada həbs edilib.

  • Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı əməliyyat olundu

    Xərçəngdən əziyyət çəkən müğənni Sevda Əliqızının xəstəxanadan görüntüsü yayılıb.

    Hacı Nuran Hüseynli xəstəxanada müalicə alan müğənnini ziyarət edib.

    O, Sevda xanımın artıq əməliyyat olunduğunu bildirib:

    “Heç kim xəstəlikdən sığortalanmayıb. Xüsusən də bütün günü əsəb, stres içində yaşayan insanlar daha çox səhhətləri ilə bağlı problemlər yaşayırlar. Əsrin bəlası olan xərçəng də hər addımda insanları yaxalayır, onlara həyatı dar edir.

    Mən xərçənglə mübarizənin nə demək olduğunu gözəl bilirəm. Çünki artıq neçə illərdir ki, ona üsyan edirəm. Bu gün belə bir iradəyə sevilən müğənni Sevda Əliqızının da ehtiyacı var. Çünki o, artıq neçə vaxtdır ki, süd vəzi xərçəngindən əziyyət çəkir. Sevda xanımın qorxduğu əməliyyat peşəkar həkim tərəfindən uğurla həyata keçirilib”.

  • Növbəti köç karvanı Laçın şəhərinə çatdı

    Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

    Trend xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

    Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə – 63 nəfər köçürülüb.

    Bununla da Laçın şəhərində 363 ailə, 1389 nəfərin daimi məskunlaşması təmin edilib.

  • В Баку и Сумгайыте содержание окиси углерода в воздухе превысило норму

    В Баку и Сумгайыте содержание окиси углерода в воздухе превысило норму.

    Об этом сообщает Министерство экологии и природных ресурсов.

    Мониторинг качества атмосферного воздуха ежедневно осуществляется посредством автоматических станций на территории Сабаильского, Хатаинского, Низаминского, Наримановского районов Баку и городов Сумгайыт и Гянджа.

    Анализ данных, полученных со станций, свидетельствует о том, что в течение дня содержание окиси углерода в городе Баку превысило норму в 1,3 раза, оксида азота (IV) – в 1,2 раза, в Сумгайыте содержание дисперсных частиц было в 1,1 раза выше нормы.

    Причиной тому является интенсивное движение транспорта, деятельность промышленных предприятий и человеческий фактор.

  • Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olub

    Bu gün Bakı və Sumqayıtda dəm qazının normadan yüksək olduğu müəyyən edilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

    Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1,3, azot (IV) oksid 1,2, Sumqayıt şəhərində dispers toz hissəcikləri və dəm qazı 1,1 dəfə normadan yüksək müəyyən edilib.

    Dəm qazı və azot (IV) oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.