Month: November 2023

  • В Милли Меджлисе рассказали о росте пенсий в 2024 году

    Председатель комитета Милли Меджлиса по труду и социальной политике Муса Гулиев призвал регулярно увеличивать социальные выплаты населению.

    С таким предложением депутат выступил в ходе обсуждения законопроекта “О бюджете Государственного фонда социальной защиты на 2024 год” в парламенте.

    По его словам, это необходимо для улучшения материального благосостояния уязвимых групп населения, а также устойчивой и качественной организации их медико-социальной реабилитации и санаторно-курортного лечения.

    Гулиев отметил, что среднемесячный размер трудовых пенсий в 2024 году ожидается на уровне 483 манатов.

    “Согласно прогнозам в следующем году среднемесячный размер пенсии по возрасту увеличится на 50 манатов – с 466 до 516 манатов, по инвалидности на 43 маната – с 367 до 410 манатов, а по случаю потери кормильца на 47 манатов – с 407 до 454 манатов. Как и в предыдущие годы, коэффициент замещения, то есть отношение среднемесячного размера пенсии к среднемесячному размеру заработной платы в этом году и в следующем будет соответствовать требованиям Европейской социальной хартии – 46,8% и 49,3% соответственно”, – сказал он.

  • Komitə sədri gələn il pensiyaların nə qədər artırılacağını açıqlayıb

    “Həssas qrupdan olan insanların maddi rifah halının yaxşılaşdırılması, həmin şəxsləri infilyasiyanın təsirlərindən qorumaq, habelə onların tibbi-sosial reabilitasiyasının və sanator-kurort müalicəsinin davamlı və keyfiyyətli təşkil edilməsi məqsədilə sosial ödənişlər mütəmadi artırılmalıdır”.

    Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi barədə danışarkən deyib.

    Komitə sədri bildirib ki, fondun büdcə layihəsinin vahid büdcə təsnifatına uyğun tərtib edilməsi məqsədilə vahid büdcə təsnifatının təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülməli, pensiya sistemi üzrə sığorta prinsiplərinin, habelə elektron innovativ həllərin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməlidir.

    M.Quliyev qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır:

    “Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq – 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq – 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq – 454 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək”.

    Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır. Bu cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur”.
    //report

  • В Азербайджане за 10 месяцев выдано 335 тысяч сертификатов ASAN İmza

    В январе-октябре текущего года в Азербайджане по 218 812 заявкам выдано 334 969 сертификатов ASAN İmza.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную налоговую службу при Министерстве экономики.

    Согласно информации, обновление действующих сертификатов более 17,2 тыс. налогоплательщиков осуществлялось через ASAN Imza, а выдача им новых сертификатов – через электронные услуги.

  • Azərbaycanda 10 ayda 335 min “ASAN İmza” sertifikatı verilib

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 218 812 müraciət üzrə 334 969 “ASAN İmza” sertifikatı verilib.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, 17,2 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan “ASAN İmza”, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

  • Devid Kameron yeni rolda: dəyişən Avropa – ŞƏRH

    Avropa dəyişir. Uzun illər tolerant, multikultural olaraq tanınan qitədəki olaylar yeni şəraitin yaranacağını ehtimal etməyə əsas verir.

    Məsələn, faşist Almaniyasından sonra yəhudilər üçün ən sabit bölgə sayılan Avropa indi antisemitizmə liderlik edir. Bu qitə diktaturadan canını qurtaranların pənah yeri idi. Ancaq indi Avropa müsəlman mühacirlər üçün narahat bölgəyə çevrilib. Elə Afrikadan Asiyadan gəlmələr üçün də bu ərazi dinc və sabit təhlükəsiz yer sayılmır.

    Avropada nə baş verir? O, tolerantlıq, multikultural dəyərlərdən imtina edir? Yaxud antimiqrasiya siyasəti həyata keçirən qitəyə çevrilib?

    HƏMAS-İsrail müharibəsi qitənin də simasını göstərdi. Avropa İttifaqının milli təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozep Borelin bu savaşı “dinlərarası və ya sivilizasiyalararası” toqquşma kimi təqdim etməsini birliyin məsələyə yanlış yanaşmasının göstəricisi kimi dəyərləndirmək olar.

    Böyük Britaniyanın keçmiş baş naziri Devid Kameronun noyabrın 13-də krallığın xarici işlər naziri təyin edilməsi qitədə baş verənlər fonunda təsadüfi sayılmamalıdır.

    Qısa olaraq xatırlaya bilərik ki, Kameron 2010-cu il mayın 11-dən 2016-cı ilə iyulun 13-dək baş nazir olub. Onun başçılıq etdiyi hökumət Böyük Britaniya üçün iki çox böyük sınaqdan çıxıb: Şotlandiyanın krallığın tərkibində qalıb-qalmaması ilə bağlı referendum, bir də “Brexit”.

    Referendumda Avropa İttifaqını tərk etmə tərəfdarları qalib gəldikdən sonra Devid Kameron istefa verib və onu Tereza Mey əvəz edib.

    Devid Kameron daha çox multikultural siyasətə qarşı çıxan siyasətçi kimi yadda qalıb. O, baş nazir olanda britaniyalıları passiv tolerantlıqdan imtina etməyə çağırıb.

    2011-ci ildə 47-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Devid Kameron bildirmişdi ki, uğursuz multikulturalizm siyasətindən birdəfəlik imtina etmək və Qərbin liberal dəyərlərini daha aqressiv müdafiə etmək lazımdır.

    O, “milli multikulturalizm” siyasətinin iflasa uğradığını bəyan edərək avropalı tərəfdaşlarına “ayılın və sərhədlərimiz daxilində baş verənləri dərk edin” çağırışı etmişdi.

    Devid Kameronun qənaətincə, həqiqi liberal dövlət müəyyən dəyərlərə inanır və onları fəal şəkildə təbliğ edir: “Söz azadlığı, din azadlığı, demokratiya, qanunun aliliyi, cins, irq və cinsi oriyentasiyadan asılı olmayaraq, hər kəs üçün bərabər hüquqlar – cəmiyyətimizi müəyyən edən budur”.

    Bu toplantıdan bir il öncə keçirilən konfransda Almaniyanın o vaxtkı kansleri Angela Merkel də oxşar bəyanatla çıxış etmişdi. O, ölkəsində multikultural cəmiyyət qurmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini vurğulayaraq demişdi ki, müxtəlif mədəni mənşəli insanların bir-biri ilə dinc yanaşı yaşaya biləcəyini nəzərdə tutan multikulturalizm konsepsiyası Almaniyada işləmir.

    Devid Kameronun baş nazirliyi dövründə eyni cinslilərin nikahı leqallaşdırılıb.

    O, 2010-cu ilin iyulunda Türkiyəyə səfəri zamanı onun Avropa İttifaqına üzvlüyü üçün mübarizə aparacağına söz versə də, danışıqlar prosesinin ləng aparılmasından narahat olduğunu bildirmişdi. D.Kameron Türkiyənin “böyük Avropa gücü” ola biləcəyini və Yaxın Şərqlə əlaqələrin qurulmasına yardım edəcəyini də vurğulamışdı.

    2016-cı ilin mayında, yəni “Brexit”-dən iki ay əvvəl isə o, demişdi ki, bugünkü irəliləyişlə Türkiyənin Aİ-yə üzv olması üçün 3000 il lazım olacaq.

    Böyük Britaniyanın xarici siyasət kursunda hələ dəyişməyən məsələlər var: Bu, Yaxın Şərq siyasəti, Rusiya-Ukrayna müharibəsi, Çinlə münasibət, Hind və Sakit okeanı hövzəsində təhlükəsizlik, energetika sahəsində təhlükəsizlik, şaxələnmə və s.

    Devid Kameronun XİN başçısı təyin edilməsi ilə Böyük Britaniya Avropa üçün yeni mərhələnin startını verir. Avropa yeniləşir. O yeni dövrdə anti-miqrasiya siyasətini daha da sərtləşdirə bilər. Habelə multikulturalızmə baxışın dəyişəcəyi gözlənilir. Bu həm də tolerantlıq səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Kameronun təyinatını Böyük Britaniya üçün yeni hökumət başçısının siqnalı da saymaq olar.

    Fransa və Almaniyanın liderlik etdiyi Avropa İttifaqı beynəlxalq arenada gözdən düşür. Çünki dünyada baş verən böyük hadisələrdə özünü dişsiz, yedəkdə gedən qurum kimi göstərir. Aİ-nin yürütdüyü siyasi kurs onun ABŞ-ə alternativ olmaq imkanından məhrum edir.

    Dünyada nizam pozulur. Yeni düzənə yeni liderlərə ehtiyac yaranır. Bu sırada Avropa ümidləri hələ də doğrultmur. Devid Kameron krallığın dünya liderliyinə töhfə verə biləcək? 12 il öncəki düşüncəsi dəyişib? Hər halda siyasətdə əbədi dost olmur. Hələ ki krallıq keçmiş liderini yeni funksiyada təqdim edir…

  • Завтра в районах Азербайджана ожидаются ливни и грозы

    15 ноября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, утром в некоторых частях полуострова прогнозируются осадки. Будет преобладать временами усиливающийся северо-западный ветер, который днем сменится умеренным юго-восточным.

    Температура воздуха ночью составит 11-14°, днем 15-18° тепла. Атмосферное давление повысится с 760 до 763 мм ртутного столба. Относительная влажность воздуха составит 65-75%.

    В районах Азербайджана местами ожидаются осадки, на отдельных территориях ливневого характера, возможны грозы и град, в высокогорных районах – снег. Ночью и утром в некоторых районах не исключается туман. Будет преобладать временами усиливающийся западный ветер.

    Температура воздуха ночью составит 7-11°, днем 15-20° тепла, в горах ночью от 1° мороза до 4° тепла, днем 5-10° тепла.

  • Sabah bəzi yerlərdə leysan olacaq, külək əsəcək

    Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 11-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

  • Türkiyə PKK-nın rəhbər şəxslərindən birini zərərsizləşdirib

    Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda PKK-nın Kərkük əyaləti üzrə cavabdeh şəxsini zərərsizləşdirib.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Bildirilib ki, MİT PKK-nın Kərkük əyaləti üzrə cavabdeh şəxsi olan Rəmzi Avcını İraqda keçirilən Süleymaniyə əməliyyatı zamanı zərərsizləşdirib.

  • Завтра предусмотрена полная выплата пенсий по регионам республики

    15 ноября предусмотрена полная выплата пенсий по регионам республики.

    Об этом сообщили в Государственном фонде социальной защиты при Министерстве труда и социальной защиты населения.

    В этот же день пенсии будут выплачены и лицам, получающим пенсию на льготных условиях.

  • Sabah pensiyalar tam ödəniləcək

    Regionlar üzrə pensiyaların noyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.