Month: November 2023

  • При обрушении здания в Дамаске пострадали не менее 14 человек

    По меньшей мере 14 человек пострадали при обрушении шестиэтажного здания в Дамаске.

    Об этом сообщило агентство SANA со ссылкой на МВД и Минздрав страны.

    Спасатели разбирают завалы, пострадавшим была оказана медицинская помощь.

    Причины произошедшего пока не называются.

  • Dəməşqdə bina uçub, xeyli sayda yaralı var

    Suriyanın paytaxtı Dəməşqdə altımərtəbəli binanın çökməsi nəticəsində azı 14 nəfər yaralanıb.

    Median.Az SANA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ərazidə xilasedicilər fəaliyyət işləyirlər. Hadisənin başvermə səbəbi hələlik bəlli deyil.

  • Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

    Sabah Sumqayıtın bir neçə məhəllə və mikrorayonunda qazın verilişində fasilələr yaranacaq.

    Bu barədə Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.

    Məlumata görə, 2-ci kəmərin bağlanması ilə əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən “Akasiya Park” MMC-ə məxsus yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı Sumqayıt şəhəri 3, 41, 41 A, 47, 76-cı məhəllələr, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

    Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər abonentlərə verilən qaz təchizatı dayandırılacaq.

  • Azərbaycan sumo yığması Avropa ikincisi oldu

    Azərbaycan sumoçuları İsveçrənin Renan şəhərində keçirilən U-18 yeniyetmələr arasında Avropa birinciliyində 7 medal qazanaraq, ümumi hesabda ikinci yeri tutublar.

    İdmançılar iki qızıl, üç gümüş, iki bürünc medal əldə ediblər.

    Rauf Yadigarlı (mütləq çəki) və Cavidan Nəhmətov (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Coşqun Kəlbiyev (55 kq), Kamran Rəcəbli (70 kq) və Abdullah Şərif (90 kq) ikinci, Rauf Yadigarlı (+100 kq) üçüncü yeri tutublar.

    Komanda yarışında isə Rauf Yadigarlı, Məhəmməd Təmirov, Şərif Abdullah və Əli Hümbətzadədən ibarət kollektiv bürünc medala sahib çıxıb.

  • Azərbaycanın qış turizmi ilə bağlı hədəfləri açıqlanıb

    Azərbaycanın qış turizmi ilə bağlı hədəflər açıqlanıb.

    Dövlət Turizm Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə hava şəraitindən asılı olaraq adətən dekabr ayının 15-dən etibarən qış mövsümünə start verilir:

    “Hər il olduğu kimi bu il də Dövlət Turizm Agentliyi olaraq hədəfimiz ölkəyə daha çox əcnəbi qonağın cəlb edilməsinə nail olmaq, hədəf bazarlarda müvafiq təbliğat işlərini artırmaq, hədəf ölkələrin coğrafiyasını genişləndirmək, eləcə də sənayenin fəaliyyətinə dəstək göstərmək, yeni turizm məhsullarının yaradılmasına nail olmaqdır. Bütövlükdə qış mövsümündə də təbiət, mədəni, sağlamlıq, qastronomik və digər ənənəvi turizm istiqamətləri üzrə işlər davam etdirilir. Cari ilin yanvar-oktyabr ayları üzrə ölkəyə 1 724 218 xarici ölkə vətəndaşı səfər edib. İlin sonuna kimi Azərbaycana səfər edənlərin sayının iki milyon nəfərə çatmasını proqnozlaşdırırıq. Həmçinin qış mövsümünün davamı olaraq növbəti ilin yanvar-mart aylarında da bu illə müqayisədə artımın olacağı proqnozlaşdırılır. Ümumilikdə isə növbəti il üçün bu illə müqayisədə xarici ziyarətçilərin sayında 20 faiz artım olması hədəflənir”, – deyə qeyd edilib.

    Məlumatda bildirilib ki, hazırda ölkə üzrə 3 əsas qış turizm mərkəzi – “Şahdağ” Turizm Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasında yerləşən “Ağbulaq” İstirahət Mərkəzi turistlərə xidmət göstərir:

    “Qış turizm destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan olan turistlər üz tuturlar. Həmçinin Avropa bazarından olan turistlərin də daha çox səfərlərinin təmin edilməsi istiqamətində işlər aparılır. Müasir infrastruktura malik qış turizm mərkəzlərinin mövcudluğu ölkəmizdə qış idman növləri üzrə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (“International Ski Mountaineering Federation” – ISMF) Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək”.

    İşğaldan azad edilmiş ərazilərdə qış turizmi ilə bağlı işlərə gəlincə isə, qeyd edilib ki, Kəlbəcər və Laçın rayonları qış turizminin inkişaf etdirilməsi üzrə geniş potensiala malikdir. Qış aylarında havanın temperaturu, yağıntılı və qarlı günlərin sayı, relyef, dağın hündürlüyü və meylliliyi kimi amillər nəzərə alınaraq bu ərazilərdə qış turizm mərkəzlərinin yaradılması məqsədəuyğun hesab edilə bilər.

    “Xüsusilə Kəlbəcərin sağlamlıq turizm potensialı da nəzərə alınaraq turizm resurslarının bir ərazi ətrafında paralel inkişafı müxtəlif seqmentli turistlərin cəlb olunmasına, həmçinin beynəlxalq praktikada olduqca geniş istifadə olunan sağlamlıq turizmi və dağ-xizək mərkəzlərinin birlikdə turizm klasteri formalaşdırmasına şərait yarada bilir. Hazırda mart ayından etibarən Şuşaya təşkil olunan turlar davam etməkdədir. Yaxın gələcəkdə Suqovuşan istirahət parkı və Talış kəndinə turistik turların təşkil edilməsi planlaşdırılır” – deyə vurğulanıb.

  • Belçika yığmasının baş məşqçisi: “Bizim üçün prioritet Azərbaycanla oyundur”

    “Bizim üçün prioritet Azərbaycanla oyundur”.

    “Report”un məlumatına görə, bunu Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək son oyun barədə danışarkən deyib.

    Əvvəlcə Serbiya ilə yoldaşlıq görüşü keçirəcəklərini xatırladan italiyalı mütəxəssis həmin matçda müxtəlif rotasiyalara əl atacağını gizlətməyib:

    “Əlbəttə ki, nələrisə sınayacağıq. Amma çılğın gedişlər etməyəcəyik. Azərbaycanla görüşdə ehtiyac duyacağımız məqamları Serbiya ilə matçda sınayacağıq”.

    Qeyd edək ki, Belçika yığması noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək. Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

  • Qəzza zolağında ölənlərin sayı AÇIQLANDI

    Oktyabrın 7-də münaqişənin kəskinləşməsindən bəri Qəzza zolağında ölənlərin sayı açıqlanıb.

    Məlumata görə azı 11,5 min insan həlak olub, 29 mindən çox insan isə yaralanıb.

    Bu barədə anklav hökumətinin mətbuat xidmətinə istinadən məlumat verilib.

    Qeyd edək ki, ölənlərdən 4 609-u uşaqdır.

    Mənbə: TASS

  • Gələn il üçün ehtiyac meyarının həddi birinci oxunuşda TƏSDİQLƏNDİ

    Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

    “Report”un xəbərinə görə, layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

    Qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə tutulur.

  • Deputat universitetlərin paytaxtdan kənara köçürülməsini təklif edib

    “Ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir”.

    Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

    Onun sözlərinə görə, şəhərin mərkəzində tıxac əsas problemdir: “Əsas səbəb də mərkəzdə universitet sayının çoxluğu və dövlət obyektlərinin paytaxtda yerləşməsidir. Gələn ilin büdcəsində həmin universitetlərin şəhər kənarına köçürülməsinə baxmalıyıq”.

    Deputat, həmçinin bildirib ki, gələn ilin sentyabrından avtomobillərin utilizasiyası məsələsinin həllini tapması gözlənilir: “Çünki ölkəmizdəki avtomobillərin 80 %-nin istismar müddəti bitib. Bu, kütləvi məsələ olduğundan ədalətli həll üçün mexanizm yaradılmalıdır”.

    V.İskəndərov qeyd edib ki, hazırda Pedaqoji Universitetinin Şəki filialı fəaliyyət göstərir: “Şəki həmin regionun mərkəzi şəhəridir. Bu təhsil ocağı professor-müəllim heyəti və digər sahələrlə birgə müstəqil olmaq üçün tam hazırdır. Şəki təhsil və ziyalılar şəhəridir. Ona görə də burada universitetin müstəqil fəaliyyət göstərməsinə ehtiyac var. Hesab edirəm ki, gələcəkdə bu məsələyə baxılması çox vacibdir”.
    //report

  • Начался суд над исполнителем мейханы

    Состоялось подготовительное заседание по уголовному делу исполнителя мейханы Махира Гоншуева, известного по псевдониму Махир Ай Брат.

    Как передает Report, на процессе под председательством судьи Сабухи Гусейнова в Бакинском суде по тяжким преступлениям были уточнены анкетные данные обвиняемого.

    Рассмотрение назначено на 28 ноября.

    Отметим, что при задержании у него был обнаружен метамфетамин. Также было установлено, что он делился в соцсетях мейханой, пропагандирующей преступность среди молодежи и подростков.

    М.Гоншуеву было предъявлено обвинение по статье 234.1-1 (незаконные приобретение, хранение, изготовление, обработка, перевозка без цели сбыта наркотических средств или психотропных веществ в значительном количестве) Уголовного кодекса Азербайджанской Республики, в его отношении была избрана мера пресечения в виде ареста.