Month: November 2023

  • Şərur sakininə xəsarət yetirərək onun ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılacaq

    Şərurda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

    Cari il aprelin 29-da Şərur rayonunda Mürsəl Hüseynovun aldığı xəsarətdən ölməsi ilə faktı bağlı istintaqı aparılan cinayət işi yekunlaşdırılıb.

    İstintaqla, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulla Abdullayev tərəfindən kəsici-deşici alətlə Şərur rayon sakini Mürsəl Hüseynovun sağ ayağının bud nahiyəsinə xəsarət yetirilməsinə və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Abdulla Abdullayevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi tamamlanaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub

    Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

    Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, azot-4 oksid 1.2, Sumqayıt şəhərində dəm qazı və azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

    “Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır”, – məlumatda qeyd olunub.

  • Britaniyalı nazir Azərbaycana səfər edəcək

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin gələn həftə Azərbaycana səfəri gözlənilir.

    Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Nazirin səfər tarixi hələ ki məlum deyil.

    Qeyd edək ki, bundan əvvəl britaniyalı nazir Ermənistana səfər edəcək.

  • Qaynadılmış yumurta suyuna diş çubuqları əlavə edin – Səbəb

    Yumurtaları qazanda qaynadarkən diş çubuqları əlavə edin.

    Səhər yeməyi süfrələrinin vazkeçilməzi olan qaynadılmış yumurta, zəngin zülal qaynaqlarından biridir.
    Xüsusilə inkişaf yaşında olan uşaqlara çox faydalıdır.

    Yumurtanı qaynadarkən suya 1 diş çubuğu əlavə edin. Qaynar suya atılan diş çubuğu yumurtaların çatlamadan bişməsini təmin edəcək və həm də qabıqlarının asanlıqla soyulmasına kömək edəcək.

    Qaynadılmış yumurtanın faydaları

    Tərkibində yüksək protein, vitamin və minerallar var.

    Əzələ inkişafını dəstəkləyir.

    Beyin funksiyalarını qoruyur və qaraciyər yağlanmasını azaldır.

    //bakupost.az

  • Nervozdan saçlarını yeyən qız əməliyyat olundu – FOTO

    Moskvada 9 saylı Uşaq Şəhər Klinik Xəstəxanasında səkkiz yaşlı məktəbli qızın bağırsaqlarından qolf topu boyda iki topa saç çıxarılıb.

    Median.Az Mash Teleqram kanalına istinadən xəbər verir ki, qız qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Daha sonra müayinə olunub, şikayətinin səbəbi müəyyən edilib. O, əməliyyat otağına göndərilib. Həkimlərin dediyinə görə, onlar saç topalarının böyük olduğunu anlayanda laparotomiya etmək qərarına gəliblər.

    Cərrahlar qızın qarnının ön divarında kiçik bir kəsik açıb və bağırsaqlardan saç yığınlarını çıxardılar. Əməliyyatdan sonra məktəbli uşaq cərrahı, qastroenteroloq və nevroloqun ambulator nəzarəti altında evə buraxılıb. Aydın olub ki, qız nevroz səbəbindən saçlarını yeyir.

    //bakupost

  • “Formula 1”ə görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır

    “Formula 1” yarışına görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

    Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.

    Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il nəzərdə tutulub.

    Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
    //report

  • Завтра в Нефтчале отключат газ

    Завтра в газоснабжении Нефтчалинского района возникнут перебои в связи с ремонтными работами на газопроводе.

    Об этом сообщили в производственном объединении “Азеригаз”.

    “В связи с подключением газопровода высокого давления к газотранспортной сети, с 08:00 15 ноября до завершения ремонтных работ планируется временно приостановить газоснабжение части района, включая город Нефтчала” – сказано в сообщении.

  • Sabah Neftçalada qaz olmayacaq

    Sabah Neftçala rayonunun qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Ələt-Astara” avtomobil yolunun “Yenikənd-Biləsuvar” hissəsinin genişləndirilməsi məqsədilə tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Neftçala qaz kəməri qolu”nun 20-ci km-də yerləşən yol keçidi hissəsinin yenidən qurulması ilə bağlı yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar noyabrın 15-də saat 08:00-dan təmir işləri başa çatanadək “Neftçala” Qaz Paylayıcı Stansiyadan qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir işləri aparılan müddətdə Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • В Азербайджане утвержден объем ежегодной вырубки лесов

    Ежегодный объем вырубки лесов в Азербайджане утвержден в размере 84 тысяч кубических метров.

    Соответствующее постановление подписал премьер-министр страны Али Асадов.

    Предыдущее постановление Кабмина от 9 июня 2000 года №99 “Об утверждении объема вырубки лесов” таким образом потеряло силу.

  • Azərbaycanda illik meşəqırma həcmi təsdiqlənib

    Azərbaycanda illik meşəqırma həcmi 84 (səksən dörd) min kubmetr təsdiqlənib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla “Meşəqırma həcminin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 9 iyun tarixli 99 nömrəli Qərarı ləğv edilib.