Month: November 2023

  • Gədəbəydə ikimərtəbəli evdə yanğın olub

    Gədəbəy rayonunun Parakənd kəndində ümumi sahəsi 286 m² (hər mərtəbəsi 143 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları 118 m² sahədə və bitişik ümumi sahəsi 52 m² olan talvarın yanar konstruksiyaları yanıb.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Ailə başçısı qadındırsa, gəlir və xərclər niyə artır? – ARAŞDIRMA

    Azərbaycanda ev təsərrüfatlarının tədqiqinə dair aparılan araşdırmalar göstərir ki, təsərrüfat başçısı qadın olduqda həm gəlirlər, həm də xərclər artır.

    Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ev təsərrüfatının başçısı qadın olduqda ayda adambaşına düşən gəlirlər 342 manata çatır. Bu məbləğ ailə başçısı kişi olduqda əldə edilən gəlirlərdən 15 manat çoxdur.

    Ailənin başçısı qadın olduqda gəlirlərin artması bir neçə səbəblə bağlıdır.

    Gəlirlərdə əsas fərq digər ailələrdən və ya şəxslərdən alınan vəsaitlərdə özünü göstərir. Ailə başçısı qadın olduqda digərlərindən alınan vəsaitlərin adambaşına düşən hissəsi ay ərzində 49 manatı ötür. Bu məbləğ ailə başçısı kişi olduqda 30 manat təşkil edir.

    Buradan aydın olur ki, başçısı qadın olan ailələrə digər şəxslərin və ya ailələrin yardımı artır.

    Bundan başqa qadın ailə başçısı olduqda pensiya gəlirlərində də fərq yaranır. Ailə başçısı qadın olduqda ailənin adambaşına düşən gəliri 12 manatdan çox artır.
    Sadalanan artımlar hesabına başçısı qadın olan ailələrdə gəlirlər fərqlənir.

    Gəlirlərin çox olması xərclərdəki artıma da səbəb olur. Aparılan araşdırmalar göstərir ki, başçısı qadın olan ev təsərrüfatlarında adambaşına düşən xərclər 16 manat çoxdur. Adambaşına düşən gəlirlər başçısı qadın olan ailələrdə 344 manat olduğu halda başçısı kiçi olan ailələrdə 328manat təşkil edib.

    Xərclərdə yaranan fərq qida məhsullarına, geyimə, ev əşyalarına, rabitə xidmətlərinə ayrılan pulda özünü göstərib.

  • Narkotikin təsiri altında qəza törədən şəxs həbs olunub

    Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən verilən məlumata görə, Masallı rayon sakini Elvin Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə axşam saatlarında Masallı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədib.

    Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

    E.Məmmədov barəsində toplanan material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.

  • Завтра в Азербайджане ожидается до 23 градусов тепла

    11 ноября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, местами ночью и вечером возможны кратковременные осадки. Северо-западный ветер сменится днем умеренным юго-западным.

    Температура воздуха ночью составит 12-15°, днем 16-20° тепла. Атмосферное давление составит 768 мм рт. ст. Относительная влажность воздуха – 60-70%.

    В районах Азербайджана местами ожидаются осадки, на отдельных территориях прогнозируются ливни, в некоторых горных районах возможен снег.

    Температура воздуха составит ночью 7-11° тепла, днем 18-23° тепла, в горах ночью от 2° мороза до 3° тепла, днем 4-9° тепла.

  • Sabah Bakıda 20, rayonlarda 23 dərəcə isti olacaq

    Sabah Bakıda 20, rayonlarda 23 dərəcə isti olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.

  • ЦАХАЛ нейтрализовал трех командиров ХАМАС

    Армия обороны Израиля сообщает, что наземные войска уничтожили несколько боевиков ХАМАС, в том числе членов группировки “Нухба”, участвовавших в нападении 7 октября.

    Об этом сообщает Median.Az со ссылкой на израильские СМИ.

    Операции проводились на основании разведывательной информации, предоставленной службой безопасности Израиля (ШАБАК).

    По данным ЦАХАЛ, военнослужащие уничтожили командира роты “Нухба” Ахмеда Мусу и командира взвода “Нухба” Омара Альханди, укрывавшихся в Джабалии.

    Израильские военные также ликвидировали Мухаммеда Кахлута, руководителя так называемой снайперской группы ХАМАС в на севере Газы.

  • İsrail ordusu HƏMAS-ın üç komandirini zərərsizləşdirib

    İsrailin Müdafiə Ordusu ŞABAK və Təhlükəsizlik Şurasının rəhbərliyi altında HƏMAS-ın Şimal briqadasının snayper bölməsinin komandiri Məhəmməd Kaxlotu, Noxbanın bölük komandiri Əhməd Musanı, Qərbi Cabaliyanın manqa komandiri Ömər Əlxandini zərərsizləşdirib.

    Bu barədə “Ynet” məlumat yayıb.

    Bildirilib ki, Əhməd Musa son zamanlar İsrail Müdafiə Ordusunun Qərbi Cabaliya rayonundakı qüvvələrinə qarşı hücumlara başçılıq edirmiş.

    Qeyd olunub ki, noyabrın 10-da gecə saatlarında İsrail ordusunun mövqelərinə HƏMAS-ın 19 silahlısı hücum edib. Onlar zərərsizləşdirilib, silah, sursat və texnikaları ya məhv edilib, ya da müsadirə olunub.

  • Израиль впервые применил противоракетную систему “Стрела-3”

    Армия обороны Израиля (ЦАХАЛ) впервые успешно применила в условиях боя противоракетный комплекс “Стрела-3” (известна также как “Хец-3” на иврите).

    Об этом сообщили в пресс-службе ведомства.

    Согласно информации, ракета была использована на для перехвата воздушной цели в небе над Красным морем. Перехват цели, направленной в сторону Израиля, был совершен вечером 9 ноября.

    “Это знаменует первый оперативный перехват системой “Стрела-3” с момента ее постановки на боевое дежурство в 2017 году. Это достижение следует за недавним успехом первого оперативного перехвата, произведенного системой “Стрела-2″ на прошлой неделе”, – говорится в заявлении.

  • İsrail ilk dəfə “Arrow-3” zenit-raket kompleksindən istifadə edib

    İsrail Müdafiə Qüvvələri ilk dəfə döyüşdə “Arrow-3” raketdən müdafiə sistemindən (İvrit dilində “Hetz-3” kimi tanınır) uğurla istifadə edib.

    Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, raket Qırmızı dəniz üzərində səmada hava hədəfini tutmaq üçün istifadə edilib. Noyabrın 9-u axşam saatlarında İsrailə yönələn hədəf ələ keçirilib.

    “Bu, “Arrow-3” sistemi tərəfindən 2017-ci ildə işə salınandan bu günə kimi ilk operativ müdaxilədir. Nailiyyət “Arrow-3” sistemi tərəfindən keçən həftə həyata keçirilən ilk operativ müdaxilənin son uğurundan sonra əldə olunub”, – məlumatda deyilir.

  • Qəzza zolağında ölənlərin sayı 11 min nəfəri keçib

    İsrailin ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 11 078 nəfər həlak olub.

    Məlumatı Qəzzanın Səhiyyə Nazirliyi yayıb.

    Məlumatda qeyd olunub ki, yaralıların sayı 27 490 nəfərə çatıb.

    Mənbə: RIA Novosti