Month: November 2023

  • Будет ли заключено перемирие между Россией и Украиной в 2024 году?

    Заместитель министра иностранных дел России Сергей Рябков заявил, что не ожидает заключения перемирия с украинскими властями в 2024 году.

    По мнению высокопоставленного российского дипломата, военный конфликт в Украине с большей вероятностью завершится не подписанием мирного соглашения, а достижением всех целей российской стороны.

    “Я не просто не ожидаю перемирия, я ожидаю того, что наши цели, безусловно, будут достигнуты”, – рассказал он.

    Замглавы МИД РФ также не видит предпосылок к тому, что Соединенные Штаты могут попытаться “принудить” Украину к заключению перемирия с российскими властями.

    “Нет, ничего подобного не то что не просматривается, но я себе на нынешнем этапе и представить не могу. Если у американских коллег есть какие-то идеи на этот счет, они вправе, разумеется, и вольны их изложить в любой форме. Мы их выслушаем. Но они должны обращаться не к нам, а к Киеву. С нами нечего обсуждать на тех условиях, которые выдвинула Украина”, – подчеркнул он.

    Источник: “Известия” (Россия)

  • Rusiya XİN: “2024-cü ildə Ukrayna ilə atəşkəsin bağlanması gözlənilmir”

    “2024-cü ildə Ukrayna hakimiyyəti ilə atəşkəsin bağlanması gözlənilmir”.

    Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

    Sergey Ryabkovun fikrincə, Ukraynadakı hərbi münaqişə, böyük ehtimal, sülh sazişinin imzalanması ilə deyil, Rusiyanın bütün məqsədlərinə çatması ilə başa çatacaq.

    “Mən, nəinki atəşkəs gözləmirəm, əksinə, gözləyirəm ki, xüsusi hərbi əməliyyatın qarşıya qoyduğu məqsədlərə mütləq nail olunacaq”, – deyə o qeyd edib.

    Mənbə: Kommersant.ru

  • HƏMAS Qəzzada atəşkəsi pozdu

    HƏMAS Qəzzada razılaşdırılmış atəşkəsi pozub.

    Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

    Qeyd olunub ki, 1 saat ərzində Qəzza zolağında 3 partlayıcı qurğu işə salınıb.

    Bildirilib ki, İsrail ordusu atəşkəsə əməl etməkdə davam edir.

    Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.

    Qeyd edək ki, Yaxın Şərqdə müharibə bu il oktyabrın 7-ə başlayıb.

  • Məşhur aktyor infarkt keçirdi

    Rusiyanın xalq artisti, məşhur aktyor Mixail Boyarski infarkt keçirməsi səbəbindən reanimasiyaya düşüb.

    Median.Az “MK”ya istinalda xəbər verir ki, 73 yaşlı Boyarski bir gün əvvəl infarkt keçirib baş verib.
    “Hazırda onun vəziyyəti stabilləşib və həkimlər xəstəni adi palataya köçürüblər”, -deyə xəbərdə bildirilir.

    Mixail Boyarskinin oğlu Sergey “İzvestiya”ya atasının infarkt keçirdiyini təsdiqləyib.

    “Atam infarkt keçirdi, bu gün özünü yaxşı hiss edir, onunla telefonla danışdım, səsi gümrahdır, adi palatadadır”, – o deyib.

    Qeyd edək ki, 73 yaşlı sənətçi hazırdaMariinski xəstəxanasındadır.
    //bakupost

  • Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib

    Qarabağdakı separatçı rejimin “Müdafiə Ordusunun” keçmiş komandanı Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib.

    Ermənistan mediası xəbər verir ki, o, xidməti səhlənkarlıqda ittiham olunur.

    Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra C.Arutyunyana qarşı cinayət işi açılmışdı.

    İttihama görə, 12 oktyabr 2020-ci il tarixində elan olunmuş hərbi vəziyyət zamanı “müdafiə ordusunun komandanı”, general-leytenant rütbəsi ilə dövlət qulluqçusu olan Cəlal Arutyunyan xidmətə səhlənkar münasibət göstərib və bu səhlənkarlıq ağır nəticələrə səbəb olub.

  • В Кяльбаджарском районе произошло ДТП с летальным исходом

    В Кяльбаджарском районе произошло ДТП с летальным исходом.

    Как сообщили в пресс-службы Министерства внутренних дел, ДТП произошло в селе Йаншаг.

    В ходе предварительного расследования причин аварии сотрудники полиции установили, что Адиль Гасанов (1969 г.р.) потерял управление за рулем автомобиля марки “Нива”. В результате транспортное средство упало в овраг.

    Водитель автомобиля скончался по дороге в больницу.

    По факту проводится расследование.

  • Kəlbəcərdə maşın aşıb, ölən var

    Kəlbəcərdə maşın aşıb, ölən var.

    DİN-in Mətbuat Xidmətinin bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

    Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

    İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Adil Həsənov “Niva” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan 3 nəfəri Özbəkistana təhvil verdi

    Azərbaycan dələduzluğa görə həbs edilən 3 nəfəri Özbəkistana təhvil verib.
     
    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
     
    Belə ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası və beynəlxalq axtarışa verilən Egamnazarov Uktam Şorofoviçin, Dilmuradova Dilbaxor Muxtarovnanın və Şakarov Otabek İbraim oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilmələrinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
     
    U.Ş.Egamnazarov və D.M.Dilmuradova cari ilin avqust ayında, O.İ.Şakarov isə sentyabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
     
    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq qeyd olunan şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar noyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

  • Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşının məhkəməsi başlayır

    Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən əri, Türkiyə vətəndaşı Muhammet Gündüzün cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.

    Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 21-nə təyin edilib.

    Qeyd edək ki, bu il mayın 7-də Novxanı qəsəbəsində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.

    Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər klinikalardan birində plastik cərrah kimi fəaliyyət göstərib.

  • Ukrayna ATƏT-in XİN başçılarının iclasında iştirak etməyəcək

    Ukrayna nümayəndə heyəti ATƏT-in Skopyedə xarici işlər naziri səviyyəsində keçiriləcək toplantısında iştirak etməyəcək.

    Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    İclasa qatılmama səbəbi kimi Ukrayna ATƏT XİN başçılarının iclasında Rusiyanın iştirakını, 2024-cü ildə ATƏT-ə sədrlik etməli olan Estoniyanın namizədliyinin Moskva tərəfindən əngəllənməsi göstərilib.

    “Bu gün Rusiya Federasiyası konsensus qaydasından sui-istifadə edərək ATƏT-i məcbur edir və sarsıdır. Rusiya Federasiyası şantaj və açıq təhdidlərə əl atmaqla sistematik olaraq əsas məsələlər üzrə konsensusa mane olub. Estoniyanın 2024-cü ildə ATƏT-in sədrliyinə namizədliyinin qarşısının alınması Rusiyanın sui-istifadəsinin növbəti nümunəsi oldu. Bundan başqa, Rusiya 500 gündən artıqdır ki, üç Ukraynalı ATƏT rəsmisini qanunsuz olaraq həbs edib. Rusiya ATƏT daxilində ekzistensial böhran yaradıb və Təşkilatı öz şıltaqlığının və aqressiyasının girovuna çevirib. Belə bir şəraitdə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ilk dəfə olaraq nazirlər səviyyəsində görüşdə Rusiya nümayəndə heyətinin iştirakı Rusiyanın ATƏT-i sürüklədiyi böhranı daha da dərinləşdirəcək. Biz ümumi səylərimizi ATƏT-i Rusiyadan necə xilas edəcəyimizə yönəltməli, 2022-ci ilin fevralından əvvəl Avropada ən böyük silahlı təcavüzü törədən dövlətə 2022-ci ilin fevralından əvvəl mövcud olan əməkdaşlıq formalarına qayıtmağın mümkünsüzlüyü barədə mesajlar verməliyik. Bunu nəzərə alaraq, Ukrayna nümayəndə heyəti xarici işlər naziri səviyyəsində ATƏT-in nazirlər toplantısında iştirak etməyəcək. Eyni zamanda, Ukrayna ATƏT-in prinsiplərinə sadiq qalır və Helsinki Yekun Aktına hörmətin bərpası üçün, xüsusən də Ukrayna Prezidenti Vladimir Zelenskinin Sülh Formulasının həyata keçirilməsi yolu ilə tərəfdaşlarla işi davam etdirməyə hazırdır”, Ukrayna XİN-in bəyanatında deyilir.

    Xatırladaq ki, 30 noyabr – 1 dekabr tarixlərində Skopyedə ATƏT Nazirlər Şurasının iclası keçiriləcək.

    ///Apa