Month: November 2023

  • Bu məhsullar bahalaşa bilər – XƏBƏRDARLIQ

    Bir neçə aydır ki, ölkədə inflyasiyanın artım tempi azalmaqdadır. Rəsmi statistikaya görə, bu ilin yanvar ayında illik inflyasiya 12,5 faiz olmuşdusa, oktyabr ayında bu göstərici 3,9 faiz təşkil edib. İllik inflyasiyanın azalması orta göstəricinin də azalmasına gətirib çıxarıb.

    Ümumilikdə qlobal əmtəə qiymətlərinə nəzərə salanda ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması məlum olur. Bu da Azərbaycanda da özünü büruzə verir. Gözlənilir ki, azalma gələn il də davam edəcək. 2024-cü ildə orta inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılıb.

    Lakin müəyyən məhsullar var ki, onların qiymətləri arta bilər. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişikliklərdir.

    Məcəlləyə edilən dəyişikliklərə görə, siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılır. Dəyişiklik layihəsinə əsasən, aksiz vergisi siqarillanın hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz vergisi qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

    Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün isə bu vergi 0,25 manatdan 2 manata qaldırılır. Həmçinin içməli spirt, araq , tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata yüksəldilir.

    Aksiz müəyyən malların satış qiymətinə daxil edilən dolayı vergi növüdür. Nəticədə verginin artması qiymətə təsirini göstərir.

    Qeyd edək ki, bu məhsulların qiyməti cari ildə artıb. Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tütün məmulatları 4,8 faiz, spirtli içkilər isə 3,6 faiz bahalaşıb. Bu müddətdə əhali belə məhsullara 1 milyard 959,6 milyon manat xərcləyib. Alıcıların pərakəndə ticarət şəbəkələrindəki xərclərinin 4,2 faizini siqaret və spirtli içkilər təşkil edib.
    Bundan başqa, 2024-cü ildən Azərbaycanda işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 faizi qədər deyil, 20 faizi qədər vergi ödəyəcəklər. Nazirlər Nabinetinin müvafiq qərarına görə, işçilərinin sayı 1-10 nəfər, illik gəliri 200 min manatdək olanlar mikro sahibkar hesab olunurlar. Hazırda belə sahibkarların gəlirlərinin 75 faizi vergiyə cəlb olunmur. Məcəlləyə dəyişiklikdən sonra işçilərinin sayı 3-dən az və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olanların gəlirlərinə güzəşt edilməyəcək. Başqa sözlə, bu kateqoriyadan olanların ödəyəcəkləri vergi 4 dəfə artacaq. Bu da özünü belə vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulların və göstərilən xidmətlərin qiymətlərində göstərəcək.

    İstənilən halda növbəti ildə də məhsul və xidmətlərin qiymətindəki dəyişikliklər onların ərsəyə gəlməsinə çəkilən xərclərdən asılı olacaq. (Qafqazinfo)

  • Deputatın qardaşı oğlu azadlığa buraxıldı

    Dələduzluğa və rüşvətə təhrik etməyə görə məhkum edilmiş Bakı Humanitar Kollecinin sabiq rektoru Vaqif Əmiraslanovun oğlu Emil Əmiraslanov vaxtından əvvəl azadlığa buraxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

    Təqsirləndirilən Əmiraslanov 2020-ci ildə nəfərin ümumilikdə 52 min manat pulunu ələ keçirməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilb.

    O, üç il sonra barəsindəki hökmdən apellyasiya şikayəti verib, Ali Məhkəmənin Plenum qərarına əsaslanaraq Cinayət Məcəlləsinin 32.4,312.2-cü (rüşvət verməyə təhrik etmə) maddəsinin ittihamdan xaric edilməsini, eyni məcəllənin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq cəzadan azad olunmasını xahiş edib.

    İlqar Murquzovun sədrlik etdiyi hakimlər heyəti şikayəti təmin edib. E.Əmiraslanov məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

    Qeyd edək ki, E.Əmiraslanov əvvəllər Yasamal Rayon Məhkəməsində məhkəmə iclasının katibi, məhkəmə icraçısı, 2012-ci ildən 2015-ci illərdə Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi işləyib. O, həm də millət vəkili, professor Əhliman Əmiraslanovun qardaşı oğludur.

  • 61 yaşlı qadın 10 il əvvəlki əməlinə görə ağır cəza aldı

    Bir qrup azərbaycanlı qadını Türkiyədə fahişəliyə cəlb etməkdə ittiham olunan 61 yaşlı Elnarə Əsədovanın (ad-soyad şərti – red.) cinayət işi üzrə məhkəmə yekunlaşıb.

    “Qafqazinfo”nun məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

    Müttəhim tanıdığı ümumilikdə 18 qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə dövlət sərhədindən keçirməkdə ittiham olunub. Daha sonra o, qadınlara hədə-qorxu gəlib, onların pasportlarını əllərindən alaraq cinsi istismara məcbur edib.

    Cinayət əməli 2013-2014-cü illərdə törədilib. Həmin vaxt təqsirləndirilən şəxs 52-53 yaşlarında olub. Xanım müttəhim zərərçəkmişlərə Türkiyənin Yalova şəhərində cins paltarlar istehsal edilən fabrikdə işə düzəldəcəyi, bizim pulla gündəlik 15-20 manat qazanacaqları barədə yalan vəd verib. O, 2022-ci ildə cinayət məsuliyyətinə cəlb edilib. Lakin ibtidai istintaq dövrü müddətində həbsdə olmayıb, barəsində başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri seçilib.

    E.Əsədovanın ifadəsindən məlum olub ki, o, özü də əvvəllər Yalova şəhərində fahişəliklə məşğul olub. Müttəhim verilmiş ittihamla özünü təqsirli bilməyərək, “zərərçəkmiş qadınlar əvvəlcədən Türkiyəyə nə məqsədlə getdiklərini bilirdilər, hər şeyi əvvəlcədən danışırdıq” deyib.

    Zərərçəkmişlər isə təqsirləndirilən şəxsin dediklərini inkar edib, aldadıldıqlarını deyiblər.

    Məhkəmə kollegiyasının hökmü ilə E.Əsədova insan alverində təqsirli bilinərək 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

  • Antiterror tədbirlərinin şəhidlərinin bank borcları tam şəkildə silinib – AÇIQLAMA

    Bu ilin sentyabrında keçirilmiş antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizin borcları ilə bağlı Azərbaycan Banklar Assosiasiyası toplantı keçirib və şəhid olanların bank borclarının silinməsi ilə bağlı qərar qəbul edib.

    Qərarda bildirilib ki, şəhid olmuş hərbçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə və yaralanmış hərbçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.

    Maraqlıdır, şəhidlərin borclarının silinməsi hansı mərhələdədir?

    Modern.az məsələni aydınlaşdırmaq üçün Azərbaycan Banklar Assosiasiyasına müraciət edib.

    Assosiasiyanın sədri Zakir Nuriyev sorğumuza cavab olaraq bildirib ki, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən bizə təqdim olunan siyahıda təqdim olunan bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib.

    O, silinən məbləğin nə qədər olduğunu açıqlamayıb.

    “Təqdim edilən bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib. Bu, bir az həssas mövzudur. Neçə nəfər olmasından, məbləğin nə qədər olmasından asılı olmayaraq, biz istəyərik ki, hamısının borcları silinsin”, – deyə Zakir Nuriyev vurğulayıb.

    Qeyd edək ki, antiterror tədbirləri sentyabrın 19-20-də həyata keçirilib. Tədbirlər nəticəsində Qarabağdakı separatçı rejim təslim olub və özünü buraxmaq barədə qərar qəbul edib. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran yaşayış məntəqələri Azərbaycan ordusunun nəzarətinə keçib.

    Müdafiə Nazirliyinin məlumatında antiterror tədbirləri zamanı şəhid olan şəxslərin sayı 204 nəfərdir.

  • Bakıda soyğunçuluq edən Şamaxı sakini TUTULDU

    Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 26-da saat 23 radələrində “Chevrolet” markalı avtomobildə sürücünün mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş H.Məmmədşuri saxlanılıb.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

  • BQXK Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinə baş çəkib

    Noyabrda ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə yenidən baş çəkiblər.

    Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

    Qurum rəsmisinin verdiyi məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb:

    “Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüblər.

    Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq həbs ediliblər. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.

  • Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirilib

    Məktəblərdə kamera görüntülərinin gizlədilməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

    APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda məlumat verib.

    O bildirib ki, iddia edilən kimi kamera görüntülərinin gizlədilməsi faktı varsa, həmin müəssisələrin rəhbərləri cəzalandırılmalıdır:

    “89 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı araşdırma yekunlaşdıqdan sonra biz bu məsələni gündəmdə saxlayacağıq”.

    Eşqi Bağırov qeyd edib ki, agentliyin tabeliyində 6 minə yaxın müəssisə var və qısa zamanda hamısında kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur:

    “Arzularımız və resurslarımızın üst-üstə düşməməsi məsələsi var. Arzumuz odur ki, bütün müəssisələrimizdə kamera olsun. “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə kamera quraşdırılıb. Bu il Gəncə və Lənkəran şəhərləri də bu layihəyə qoşulacaq. Həmin regionların məktəblərində də kameraların quraşdırılmasına başlanılacaq”.

  • Əhali hava şəraiti ilə bağlı SMS xəbərdarlıqla məlumat ala biləcək

    “Artıq əhali hava şəraiti ilə bağlı SMS xəbərdarlıqla məlumat ala biləcək”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.

    Onun sözlərinə görə, bununla bağlı işlər aparılır:

    “Növbəti il bunla bağlı ilkin addımlar atılacaq. Biz bununla bağlı beynəlxalq təcrübəni ölkəmizdə tətbiq etməyə çalışacağıq”.
    //oxu.az

  • Футболисты ПСЖ были рады уходу Месси и Неймара из клуба

    Футболистам “Пари Сен-Жермен” было некомфортно выступать в одной команде вместе с нападающими Лионелем Месси и Неймаром.

    Как сообщает PSG Community в соцсетях, большинство игроков парижан были рады, когда Неймар и Месси покинули клуб.

    31-летний Неймар провел в ПСЖ шесть сезонов, выиграв пять чемпионских титулов во Франции. Летом 2023 года бразилец подписал двухлетний контракт с аравийским “Аль-Хилялем”, по которому суммарно получит около 300 млн евро.

    Месси перешел в “Интер Майами” летом 2023 года на правах свободного агента. Контракт игрока с “Интер Майами” рассчитан до 2025 года. В прошлом сезоне аргентинец провел за американский клуб 14 матчей, в которых записал в свой актив 11 голов и пять результативных передач. В составе “Интер Майами” футболист выиграл Кубок лиг.

    Источник: “Чемпионат”

  • PSJ futbolçuları Messi və Neymarın klubdan getməsinə sevinib

    PSJ oyunçuları hücumçular Lionel Messi və Neymar ilə eyni komandada oynamaqdan narahat idilər.

    “PSG Community”nin verdiyi xəbərə görə, Neymar və Messi klubu tərk edəndə əksər parisli futbolçular sevinib.

    31 yaşlı Neymar PSJ-də altı mövsüm keçirərək, beş dəfə Fransa çempionu olub. 2023-cü ilin yayında braziliyalı Səudiyyənin “Əl-Hilal”ı ilə ikiillik müqavilə imzalayıb və bu müqaviləyə əsasən, o, ümumilikdə təxminən 300 milyon avro alacaq.

    Messi 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə keçib. Futbolçunun “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilə qədərdir. Ötən mövsüm o, ABŞ klubunun heyətində 14 oyun keçirib, 11 qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçu “İnter Mayami” ilə Liqa Kubokunu qazanıb.

    Mənbə: championat.com