Month: November 2023

  • Bakıda eyni torpaq sahəsi 36 nəfərə satılıb – VİDEO

    Bakının Binə qəsəbəsində eyni torpaq sahəsi 36 nəfərə satılıb.

    Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər iddia edirlər ki, Orxan Cəlilov adlı şəxs “Binə atçılıq” adlanan ərazidə yerləşən torpaq sahəsini içərisindəki yarımtikili ilə birgə çox sayda şəxsə satıb. Hamısına da fərqli qiymətə.

    Şikayətçilər deyirlər ki, aldadıldıqlarını anladıqdan sonra aidiyyəti oraqanlara müraciət ediblər. Lakin işin gedişatı onları qane etmir.

    Aldadılan şəxslər arasında hətta alqı-satqı prosesini kameraya qeyd edən də var.

    Məsələnin əslini öyrənmək üçün torpağı satdığı iddia edilən Orxan Cəlilovla və torpağın əsl sahibi ilə əlaqə saxlamağa çalışdıq. Orxan Cəlilov telefona cavab verməsə də, torpağın əsl sahibi yaranmış vəziyyətdən təngə gəldiyini bildirdi.

    Şikayətçilərin iddiası ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, vətəndaşlar tərəfindən daxil olmuş müraciətə əsasən məsələ ilə bağlı hazırda müvafiq polis oraqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

    Ətraflı süjetdə:

  • Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

    Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə dost xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Albaniya dostluq əlaqələri möhkəmlənib, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dinamik inkişaf edib.

    Keçən il Azərbaycanın Albaniyada səfirliyinin təsis edilməsi, habelə həyata keçirdiyimiz qarşılıqlı səfərlər dövlətlərarası münasibətlərimizin yeni müstəviyə keçməsinə, müxtəlif sahələrdə, xüsusilə də energetika sektorunda əməkdaşlığımızın genişlənməsinə təkan verib.

    İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq əlaqələrimizin gücləndirilməsi, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam edirəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Xankəndidə Qarabağ Universiteti yaradılır – SƏRƏNCAM

    Prezident İlham Əliyev Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

    Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.

    Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

    İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.

    Sərəncamla regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

    Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

  • 200 грузовиков с гумпомощью въехали в Газу

    Как минимум 200 грузовиков с гуманитарной помощью, четыре цистерны с топливом и четыре цистерны с бытовым газом прибыли в сектор Газа через контрольно-пропускной пункт (КПП) “Рафах”.

    Об этом сообщает Управление по координации действий правительства Израиля на палестинских территориях в соцсети X.

    Согласно информации структуры, гумподдержка была доставлена в северные и южные районы палестинского анклава. Она включает в себя продовольствие, питьевую воду, предметы первой необходимости и лекарства.

    Источник: gazeta.ru

  • Yanacaq və humanitar yardım daşıyan yük maşınları Qəzza zolağına daxil olub

    Humanitar yardımla dolu 200 yük maşını, səkkiz yanacaqdaşıyan (dördü – məişət qazı) avtomobil “Rəfah” keçid məntəqəsindən keçərək Qəzza zolağına gəlib.

    Bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin koordinasiyası idarəsi xəbər yayıb.

    Məlumata görə, humanitar yardım Qəzzanın şimal və cənub bölgələrinə çatdırılıb. Buraya ərzaq, içməli su, ilkin tələbat malları və dərmanlar daxildir.

    Mənbə: gazeta.ru

  • В Баку сильный ветер вызвал ряд негативных последствий – ВИДЕО

    Начавшийся вчера утром сильный ветер вызвал ряд негативных последствий в Баку.

    Об этом сообщила пресс-служба Министерства по чрезвычайным ситуациям (МЧС).

    Сотрудники ведомства приняли необходимые меры для немедленного устранения последствий и обеспечения безопасности граждан.

    На горячую линию 112 МЧС поступила информация о том, что на 17-м этаже 22-этажного жилого дома, расположенного в Насиминском районе по адресу: проспект Азадлыг, 88, из-за сильного ветра оторвало оконную раму. На основании поступившей информации на место происшествия незамедлительно прибыли спасатели Службы спасения особого риска МЧС, которые устранили опасность, сняв оконную раму с помощью специнструмента.

    Кроме этого, поступила информация о том, что в поселке Ени Гюнешли Сураханского района ветер сорвал навес с девятиэтажного здания, а над балконом 15-го этажа здания, расположенного на улице Насиббека Юсифбейли в Наримановском районе, оторвался и навис металлический козырек. Прибывшие на место спасатели МЧС приняли соответствующие меры.

  • Güclü külək Bakıda bir sıra fəsadlar törədib – VİDEO

    Ötən gün səhər saatlarından başlayaraq əsən güclü külək Bakı şəhərində bir sıra fəsadlar törədib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Həmin fəsadların dərhal aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib.

    Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Nəsimi rayonu, Azadlıq prospekti, 88 ünvanında yerləşən 22 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində pəncərə çərçivəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə pəncərə çərçivəsi kənarlaşdırılaraq mümkün ağır fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.

    Bundan başqa, xilasedicilər tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 20 ünvanında doqquzmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi müvafiq qaydada götürülüb və Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, bina 79a ünvanında yerləşən 21 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin eyvanında asılı vəziyyətdə qalmış metal parçası bərkidilərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.

  • Şirvanda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıblar

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində tütün məmulatlarından istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat verib.

    Bildirilib ki, ötən gün ərzində şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan 10 nəfər müəyyən edilib.

    Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən protokollar tərtib olunub və onlar qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • В Нахчыване студентки отравились угарным газом в съемной квартире

    В Нахчыване студентки, проживающие в съемной квартире, отравились угарным газом.

    Как сообщает АПА, инцидент произошел сегодня.

    Пострадавшие уроженки села Керимбейли Шарурского района Нармин Сеидова (2004 г.р., Нахчыванский государственный университет) и Салатын Бахшиева (2006 г.р., Нахчыванский технический колледж), жительницы сел Дуданга Захра Иманова (2006 г.р., Нахчыванский технический колледж) и Даньери Шарурского района Садагат Гасанова (2006 г.р.) были госпитализированы в больницу Нахчыванской Автономной Республики, их состояние оценивается как средней степени тяжести.

    По данному факту ведется расследование.

  • Naxçıvanda kirayədə qalan tələbələr dəm qazından zəhərləniblər

    Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərləniblər.

    APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün qeydə alınıb.

    Naxçıvanda tələbə olan və kirayədə qalan 2004-cü il təvəllüdlü Şərur rayon Kərimbəyli kənd sakinləri Nərmin Kamil qızı Seyidova (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Salatın Hikmət qızı Baxşıyeva (Naxçıvan Texniki Kolleci), Şərur rayon Düdəngə kənd sakini 2006-cı il təvəllüdlü Zəhra Rüzgar qızı İmanova (Naxçıvan Texniki Kolleci) və Şərur rayon Danyeri kənd sakini 2006-cı il təvəllüdlü Sədaqət Məmməd qızı Həsənova dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduqları bildirilir.

    Faktla bağlı araşdırma aparılır.