Month: November 2023

  • Şagirdi döyən məmur istefa verdi

    Quba-Xaçmaz Regional Təhsil Idarəsinin müdiri Rüfət Hacıyev tutduğu vəzifədən könüllü şəkildə istefa verib.

    Bu barədə o özünün “Facebook” hesabında məlumat yayıb.

    Sabiq məmur yorulduğu üçün vəzifədən ayrıldığını açıqlayıb. O, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi islahatları dəstəklədiyini, bundan sonra da fərd olaraq gənc nəslin təlim-tərbiyəsinin qeydinə qalacağını bildirib.

    Xatırladaq ki, Rüfət Hacıyev dəfələrlə müxtəlif qalmaqallarla gündəmə gəlib. Onun adı sonuncu dəfə Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Nazim Ramiz oğlu Mirzəyevə qarşı zorakılıqda hallanıb. Ailəsinin iddiasına görə, sabiq idarə müdiri saçı uzun olduğuna görə məktəblilərin yanında şagirdi döyərək ona fiziki təzyiq göstərib. Bundan sonra Mirzəyevlər ailəsi R.Hacıyevdən Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə şikayət ediblər.

  • Энтони Блинкен позвонил Президенту Ильхаму Алиеву

    27 ноября государственный секретарь США Энтони Блинкен позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает АЗЕРТАДЖ, в ходе телефонного разговора Президент Ильхам Алиев отметил, что недавние заявления и шаги, предпринятые США в отношении Азербайджана, нанесли серьезный ущерб азербайджано-американским отношениям.

    Глава государства заявил, что мнения, высказанные помощником государственного секретаря США Джеймсом О’Брайеном 15 ноября 2023 года на слушаниях подкомиссии по Европе Комитета по иностранным делам Палаты представителей, являются предвзятыми, не отражают действительности и были отвергнуты Азербайджаном.

    Было подчеркнуто, что азербайджанская сторона приняла во внимание заявление США об отмене двусторонних встреч и контактов на высоком уровне в отношении Азербайджана и о том, что “наши двусторонние связи не могут быть такими, как раньше”, дала на это адекватный ответ.

    Президент Ильхам Алиев напомнил, что в связи с этим Министерство иностранных дел Азербайджана выступило 16 ноября с заявлением, азербайджанская сторона, в свою очередь, также отменила визиты высокого уровня из США.

    Государственный секретарь Блинкен попросил дать разрешение на визит помощника государственного секретаря США Джеймса О’Брайена в декабре в Азербайджан с целью нормализации отношений. Президент Ильхам Алиев согласился с этим предложением с одним условием, что после этого визита будет снят необоснованный запрет на визиты высокопоставленных официальных лиц Азербайджана в США. Государственный секретарь Блинкен принял это.

    Кроме того, было отмечено, что на представленные Азербайджаном Армении 11 сентября 2023 года предложения по тексту мирного договора Армения ответила 21 ноября. Таким образом, Армения задержала свой ответ на 70 дней. Семидесятидневная задержка еще раз демонстрирует, что Армения использует текст мирного договора как предлог для затягивания переговорного процесса.

    В ходе переговоров стороны также провели обмен мнениями об очередной встрече комиссий по делимитации государственной границы, которая состоится 30 ноября на условной азербайджано-армянской границе.

  • ABŞ-nin dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

    Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

    Qeyd olunur ki, telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.

    Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə altkomitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

    Azərbaycan tərəfinin ABŞ-nin Azərbaycana münasibətdə yüksəksəviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.

    Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.

    Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

    Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

    Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.

  • Qurban Qurbanov: “Film məni uzaqlara apardı”

    “Film məni uzaqlara apardı”.

    “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ona həsr edilən “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

    Təcrübəli mütəxəssis filmdə keçdiyi yolların qısa formada təqdim olunduğunu söyləyib: “Bu filmdən sonra çəkilən əziyyətlərə bəlkə də daha böyük önəm verəcəyəm. Kiçik bir səviyyəyə gəlib çıxmışıqsa, minimum bunu qoruyub saxlamalı və daha artığını etməliyik. Filmdə göstərilən günləri yaşamışam. Qısa müddətdə 6 yaşımdan 51 yaşıma qədər olan dönəm gözümün önündə canlandı”.

    Baş məşqçi bu filmin Norveçin “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsi oyunu ərəfəsində futbolçulara əlavə motivasiya olacağını düşünür: “Ümid edirəm ki, bu filmin “Molde” ilə oyuna hazırlıq mərhələsində bizə faydası olacaq. Komandada həmin anları yaşayan futbolçular da var. Digərləri də gördülər ki, belə uğurlara böyük dəyər verilir. Futbolçular da qarşıdakı illərdə yeni tarix yazmaq istəyəcəklər ki, həmin hadisələrdə onların adları çəkilsin. Fikirlərimdə də bunları çatdıracağam”.

    Qurban Qurbanov filmdə iki səhnənin ona təsir etdiyini vurğulayıb: “İlk səhnə qardaşım Musa Qurbanovun əsgərlikdən gəlmə epizodu idi. Hansı ki, mənim məşqimə baxırdı. Bir də ilk maaşımı aldığım anı qeyd edə bilərəm. 16-17 yaşım var idi, 70 manat almışdım. Maaşı alıb Zaqatala bazarına getmişdim. 40 manatlıq bazarlıq etmişdim. O hissə mənə təsir etdi. Ümumilikdə çox maraqlı filmdir”.

    Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanan film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.

  • Канцелярия Нетаньяху подтвердила получение списка освобождаемых из Газы заложников

    Власти Израиля получили список четвертой группы заложников, которые должны быть освобождены в течение дня из сектора Газа. Родственники освобождаемых извещены об этом.

    Как передает Report со ссылкой на ТАСС, об этом говорится в заявлении канцелярии израильского премьер-министра Биньямина Нетаньяху.

    “Вслед за получением списка заложников, которые должны быть освобождены сегодня (в понедельник) в рамках договоренностей, информация об этом была передана семьям похищенных”, – отмечается в сообщении.

  • Netanyahunun ofisi Qəzzada azad olunan girovların siyahısını əldə edib

    İsrail hakimiyyəti Qəzza zolağından gün ərzində azad edilməli olan dördüncü girov qrupunun siyahısını alıb.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

    Məlumata görə, bu barədə azadlığa buraxılanların yaxınlarına bildirilib.

    Razılaşmalar çərçivəsində bu gün azad edilməli olan girovların siyahısı alındıqdan sonra ailələrinə də xəbər verilib.

  • Türkiyənin Naxçıvandakı Baş Konsulluğu fotosərgi təşkil edib

    Türkiyənin Naxçıvandakı Baş Konsulluğu fotosərgi təşkil edib.

    “Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğu tərəfindən Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi keçirilib.

    Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət Himnləri səsləndirilib.

    Sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, İğdır Vilayətinin Azərbaycan Evinin sədri Ziya Zakir Arac, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Universitetinin rektoru Anar Kazımov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış ediblər.

    Sonra Azərbaycanın Əməkdar Rəssamı Fikrət Babayevin hazırladığı şəhid Zülfü Rzayevin portreti ailəsinə təqdim edilib.

    Qeyd edək ki, sərgidə 45 foto nümayiş olunub.

  • Qurban Qurbanova həsr edilmiş film təqdim olunub

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr edilmiş filmin təqdimat mərasimi keçirilib.

    “Report”un məlumatına görə, “Stadionlar səssiz olanda” adlı idman əsərinin premyerası Nizami Kino Mərkəzində baş tutub.

    Filmdə 51 yaşlı mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əks olunub.

    Filmin nümayişindən sonra çıxış edən səbəbkar bütün yaradıcı heyətə minnətdarlığını bildirib.

    Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gələn film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.

  • ABŞ dövlət katibinin köməkçisi: “Azərbaycanla Ermənistan arasında sülh üçün real imkan görürük”

    “Biz Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq üçün real imkan görürük”.

    “Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayn bu gün keçirdiyi mətbuat konfransında deyib.

    “Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışıqlar aparması bizi ruhlandırır. Bunun sayəsində (hər iki tərəfin danışıqları-red) regiona fayda üçün real imkan görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistandan Türkiyəyə keçsə, bu, ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq.

    Bilirik ki, onlar tezliklə sülh sazişinin əldə olunmasında maraqlı olduqlarını bildiriblər və biz bunun baş tutmasını istərdik”, – ABŞ dövlət katibinin köməkçisi deyib.

  • Форум сотрудничества НПО Азербайджана и Узбекистана в Физули завершился художественной частью

    Форум НПО Азербайджана и Узбекистана, впервые проведенный на освобожденных от оккупации территориях, завершился художественной частью.

    Как сообщает командированный в Физули корреспондент Report, в концертной программе, организованной по итогам форума в Физули, известные артисты Азербайджана исполнили народные песни и произведения композиторов. Также были исполнены национальные танцы.

    Затем был организован чайный стол с узбекскими и азербайджанскими сладостями.
    13:10

    В Физули проходит Форум сотрудничества неправительственных организаций Азербайджана и Узбекистана.

    Как сообщает из Физули сотрудник Report, мероприятие началось с исполнения государственного гимна обеих стран.

    В форуме принимают участие депутаты, поэты, общественные деятели и представители СМИ Азербайджана и Узбекистана.