Month: November 2023

  • Boliviya Qəzza zolağına görə İsraillə diplomatik əlaqələri kəsib

    La-Pas İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə Qüdslə diplomatik əlaqələri kəsib.

    Bu barədə Boliviyanın xarici işlər nazirinin müavini Freddi Mamani məlumat verib.

    “Boliviya İsraillə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, – deyə o, mətbuat konfransında deyib.

    Boliviyanın Qəzzadakı hərəkətlərinə görə İsraillə diplomatik əlaqələri kəsməsi ilk dəfə deyil. Boliviya bunu 2009-cu ildə “Tökmə qurğuşun” əməliyyatından sonra da edib. Ölkələr arasında münasibətlər yalnız 2020-ci ildə bərpa olunub.

    Qeyd edək ki, Qəzza zolağında münaqişənin kəskinləşməsi ilə əlaqədar bir sıra Latın Amerikası ölkələri İsrailin hərəkətlərindən narazılıqlarını bildiriblər. Çili və Kolumbiya öz səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

    Mənbə: Life.ru

  • Şuşanın telefon kodu neçədir?

    İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC Şuşa şəhərində ilkin olaraq 500 evdə GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiq olunması üçün layihə hazırlayıb və şəbəkə quraşdırıb. Hazırda Şuşa şəhərində 99 abunəçi GPON texnologiyası xidmətlərindən yararlanır.

    Bu haqda AZƏRTAC-a “Aztelekom” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva məlumat verib.

    “Aztelekom” sözçüsü əlavə edib ki, Azərbaycanın digər şəhər və rayonlarından “026 26” kodunu yığmaqla Şuşa şəhəri ilə əlaqə saxlanıla bilər. Beynəlxalq danışıqlar zamanı isə “+994 26 26X XX XX” yığım formatı tətbiq olunur.

    “Məlumat üçün bildirək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. Belə ki, yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Sözügedən paketləri seçən abunəçilər tək internet xidməti deyil, həm də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər”, – deyə Alidə Mustafayeva vurğulayıb.

  • Audiovizual Şura Xəzər TV-nin efirindəki davaya münasibət bildirib – VİDEO

    Audiovizual Şura “Xəzər” televiziyasının efirində ekspertlə sosial problemə görə studiyaya gəlmiş şikayətçi arasında baş verən davaya münasibət bildirib.

    Şuradan “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, məsələ ilə bağlı monitorinq aparılıb.

    Bildirilib ki, nəticədə proqramın gedişatında xoşagəlməz halın yaşandığı təsdiqini tapıb:

    “Amma aparıcı və əməkdaşlar vəziyyəti sakitləşdirməyə çalışıblar. Yayımçı tərəfindən qanunvericiliyin pozuntusu halı da baş verməyib. Şura tərəfindən yayımçıya belə halların baş verməməsi ilə bağlı zəruri tövsiyə verilib. Bənzər proqramlarda belə hallar baş verir. Amma əsas odur ki, qanunvericilik pozuntusu baş verməsin. Sözügedən yayımçıya hər hansı cəza tətbiq edilə bilməz, çünki pozuntu halı aşkarlanmayıb”.

    Xatırladaq ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində ekspert Anar Vəziroğlu ilə sosial probleminə görə efirə çıxan şəxs arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib.

  • Azərbaycanda gizir hazırlığı kurslarının müddəti artırılır

    “Yeni hərbi təhsil sistemində gizirlərin hazırlanması üzrə yeni tələblər müəyyənləşdirilib. Bu ildən etibarən gizir hazırlığı kurslarının müddəti iki il olacaq”.

    “Report”un xəbərinə görə, bunu Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev deyib.

    Onun sözlərinə görə, bu müddət istər hərbi biliklərin, praktiki vərdişlərin öyrədilməsi, aşılanması baxımından, istərsə də orta təhsil almış gəncin hərbçi kimi formalaşması baxımından hərbçi kadr kimi hazırlığında ən optimal müddətdir:

    “Gizir hazırlığı kursuna tam orta təhsilli gənclər qəbul olunur. Bu kurs artıq fəaliyyətə başlayıb. İstər zabit hazırlığı, istərsə də gizir hazırlığı bu kurslarda təhsil almaq istəyənlərin, daha dəqiq desək, gələcəkdə zabit, gizir olmaq istəyənlərin vətənpərvərliyi ilə şərtlənir”.

  • Bu gündən Qarabağda yeni radio yayımına başlanılıb

    1941-ci ildə yaranan Beynəlxalq Radio bu gündən 24 saatlıq yayım rejiminə keçib.

    Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

    Qeyd edilib ki, efir hələlik yalnız Qarabağda 101.1 FM dalğasında yayımlanır. Yaxın gələcəkdə isə bütün Azərbaycanı əhatə edəcək.

  • В Баку водитель управлял автобусом, разговаривая по телефону – ВИДЕО

    В Баку водитель автобуса грубо нарушил правила, подвергнув опасности жизнь пассажиров.

    Как сообщает Вaku.ws, инцидент был зарегистрирован сегодня.

    Так, водитель автобуса, курсирующего по маршруту №569, управлял транспортным средством, разговаривая по телефону.

  • Bakıda sürücü avtobusu telefonla danışa-danışa idarə etdi – VİDEO

    Bakıda avtobus sürücüsü qaydaları kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atıb.

    Bu barədə məlumat baku.ws-in qaynar xəttinə daxil olub.

    Bildirilib ki, hadisə bu gün qeydə alınıb. Belə ki, 569 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü telefonla danışaraq nəqliyyat vasitəsini idarə edib. O bu əməli ilə həm özünün, həm də sərnişinlərin həyatını riskə atıb.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Rüşvətə görə həbs edilən hərbi komissar özünü təqsirli bilmir

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan edilib.

    R.Ağayev ona görə ittiham olunur ki, o, hərbi komissar işlədiyi müddətdə çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 8 min manat pul tələb edib. O, həmin pulun 5 min manatını rüşvət qismində alıb.

    Eks-hərbi komissar ittihama münasibətdə özünü təqsirli bilməyib:

    “İttihamda yazılanlarla əlaqəm yoxdur. Mən heç kimdən rüşvət almamışam”.

    Proses noyabrın 20-də davam edəcək.

    Qeyd edək ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

  • Növbəti ildən “uşaq pulu” bərpa edilir? – AÇIQLAMA

    Qarşıdakı günlərdə Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunacağı gözlənilir. Bir neçə ildir büdcə müzakirəsi zamanı deputatlar 2006-cı ildən sonra doğulan bütün uşaqlara verilən “uşaq pulu” adlı sosial müavinətin bərpasını təklif edirlər.

    Median.Az bizim.media-ya istinadən xəbər verir ki, 2021-ci ilin dövlət büdcəsi müzakirə olunanda da bir neçə deputat eyni təkliflə çıxış edib, lakin təkliflərə müsbət cavab verilməyib.

    Bəs, növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı “uşaq pulu”nun bərpası məsələsi yenidən gündəmə gələ bilərmi?

    Milli Məclisin üzvü Fazil Mustafa mövzu ilə bağlı açıqlamasında uşaqlara verilən müxtəlif müavinətlərin artırılmasının müzakirə olunacağını bildirib:
    “Bununla bağlı ayrıca bir təklifin verilməsi dəfələrlə izah olunub. Uşaqlarla bağlı xeyli müavinət formaları var. Həmin müavinət formalarının artırılması məsələsi gündəmə gətiriləcək. Bilavasitə müavinətlər o zaman artır ki, minimum yaşayış məbləği artsın. Bu artanda ona müvafiq olaraq müavinətlərin artımı nəzərdə tutula biləcək.

    Çünki müavinətlər minimum yaşayış məbləğinin həddindən aşağı olmamalıdır. Bu baxımdan, bu kimi təkliflər orada nəzərdə tutulacaq.

    Konkret “uşaq pulu” deyilən bir termin yox, ayrı-ayrı müavinət formaları mövcuddur. Uşaqlar üçün müxtəlif müavinət formalarının, əlilliyə, təhsilə görə verilən təqaüd və s. müavinətlərin artırılması məsələsi büdcə müzakirələrində gündəmə gətiriləcək”, – deyə deputat əlavə edib.

  • Azərbaycanda vəzifəli şəxs işdən çıxıb

    “Azəristiliktəchizat” ASC-nin “Sumqayıtistiliktəchizat” İdarəsinin rəisi Aftandil Nuriyev işdən çıxıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, o, yaşı ilə əlaqədar vəzifəsini tərk edib.

    A.Nuriyevin yerinə isə hələlik təyinat olmayıb.