Month: November 2023

  • Колумбия и Чили отзывают послов из Израиля

    Президент Колумбии Густаво Петро заявил в соцсети X, что решил отозвать для консультаций посла республики в Израиле.

    Аналогичное решение приняло правительство Чили, сообщил президент страны Габриэль Борич.

    “Я решил отозвать нашего посла в Израиле для консультаций. Если Израиль не остановит резню палестинского народа, мы не сможем там находиться”, – написал Петро.

    “В связи с неприемлемыми нарушениями международного гуманитарного права, которые совершил Израиль в секторе Газа, как правительство Чили мы решили отозвать в Сантьяго для консультаций посла Чили в Израиле Хорхе Карвахаля”, – отметил Борич.

    Действия руководства стран Латинской Америки выглядят согласованными.

  • Kolumbiya və Çili İsraildən səfirlərini geri çağırıb

    Kolumbiya Prezidenti Qustavo Petro sosial şəbəkədə respublikanın İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldiyini açıqlayıb.

    Çili Prezidenti Qabriel Boriç ölkə hökumətinin də analoji qərar qəbul etdiyini deyib.

    “Mən İsraildəki səfirimizi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldim. Əgər İsrail Fələstin xalqının qətliamını dayandırmasa, biz orada ola bilməyəcəyik”, – Petro yazıb.

    “İsrailin Qəzza zolağında törətdiyi beynəlxalq humanitar hüququn qəbuledilməz pozuntularına görə Çili hökuməti olaraq Çilinin İsraildəki səfiri Xorxe Karvaxalı məsləhətləşmələr üçün Santyaqoya geri çağırmaq qərarına gəldik”, – Boriç bildirib.

  • Житель Имишли свел счеты с жизнью

    Житель Имишлинского района покончил жизнь самоубийством.

    Инцидент произошел в селе Чахырлы.

    Так, Алишир Махмуд оглы Алиев, 1991 года рождения свел счеты с жизнью, повесившись в пристройке во дворе своего дома.

    Причины суицида не установлены.

    По факту начато расследование.

  • İmişlidə 32 yaşlı kişi intihar edib

    İmişli sakini intihar edib.

    Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 1991-ci il təvəllüdlü Əliyev Əlişir Mahmud oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • ANAMA: В октябре на освобожденных территориях обнаружено 1695 мин, 8537 неразорвавшихся боеприпасов

    Агентство Азербайджанской Республики по разминированию (ANAMA) обнародовало ежемесячную информацию об операциях по разминированию на освобожденных от оккупации территориях.

    Как сообщили в ANAMA, в течение октября на освобожденных от оккупации территориях было обнаружено и обезврежено 928 противотанковых, 767 противопехотных мин, 8 537 неразорвавшихся боеприпасов.

    За минувший месяц от мин и неразорвавшихся боеприпасов очищена территория площадью 6687,4 гектара.

    Операции по разминированию осуществляли ANAMA, Министерство обороны, Министерство по чрезвычайным ситуациям и Государственная пограничная служба.

  • Azad edilmiş ərazilərdə ötən ay 1 695 mina, 8 537 PHS aşkarlanıb

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

    Bu barədə ANAMA məlumat yayıb.

    Bildirilib ki, azad olunan ərazilərdə oktyabr ayı ərzində 928 tank əleyhinə mina, 767 piyada əleyhinə mina, 8537 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 6687,4 hektar ərazi minadan təmizlənib.

    Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

  • Almaniya xarici işlər naziri Ermənistan və Azərbaycana səfər edəcək

    Almaniya xarici işlər naziri Annalena Berbok bu həftə Ermənistan və Azərbaycana səfər edəcək.

    Bu barədə jurnalistlərə Almaniya Xarici İşlər Nazirliyinin Berlindəki nümayəndəsi məlumat verib.

    “Nazir cümə günü səhər Ermənistan və Azərbaycana yola düşəcək. Əvvəlcə İrəvana gedəcək və orada həmkarı Ararat Mirzoyanla görüşəcək”, – deyə XİN nümayəndəsi bildirib.

    Berbokun proqramına Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən erməniəsilli sakinlərin yerləşdirildiyi mərkəzə səfər də daxildir.

    Noyabrın 4-də Annalena Berbok Bakıya uçacaq və burada onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqları, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü nəzərdə tutulub.

    “Almaniya Federativ Respublikası regionda davamlı sülhün, siyasi və iqtisadi diversifikasiyanın tərəfdarıdır”, – deyə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

    Mənbə: TASS

  • Ermənistanın mina terroru digər canlıları da məhv edir – Beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

    “Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayının videosu yayılıb. Ermənistanın Azərbaycana qarşı mina terroru davam etməkdədir. Düşmənin bu terrorundan insanlarımızla yanaşı, heyvanlar da zərər çəkir”.

    Məsələ ilə bağlı “Trend”ə açıqlama verən “Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi”nin sədri Qəmzə Yusubova bildirib ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru uzun illərdir davam edir.

    “Ermənistanın ərazilərimizdə basdırdığı minalar nəticəsində insanlarla yanaşı, flora və faunamız da ziyan çəkir. Torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan ərazilərimizdə basdırdığı minaların dəqiq xəritəsini təqdim etməyib. Mina ilə çirklənmiş ərazidə heyvanların da minaya düşməsi gözləniləndir. Ayıların minaya düşməsi ilə bağlı yayılan görüntülər faktların çox az hissəsidir. Azad olunmuş ərazilərdə, demək olar ki, hər gün belə hadisələr baş verir”.

    Q.Yusubova qeyd edib ki, həmkarlar təşkilatları olaraq bundan çox narahatdırlar.

    “Bir neçə gün bundan qabaq bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Müraciətin cavabı gəlməmiş yeni bir fakt ortaya çıxır. Bu da ermənilərin mina terrorunu bir daha isbatlayır. Mina partlayarkən iri heyvanlarla yanaşı, minlərlə qarışqa yuvaları, böcəklər məhv olur. Cənubi Qafqazın ekoloji cəmiyyətləri birləşib Ermənistanın törətdiyi ekoloji terroru, təhdidi dayandırmalıdır. Dünya bu məsələdə birləşməli, həmrəy olmalı, Ermənistanın ekoloji terroruna son qoymalıdır. Biz bununla bağlı ciddi işlər görürük. Öz canlı aləmimizi, flora və faunamızı qorumaq iqtidarındayıq.

    Ermənistanın dağ-mədən sənayesindəki fəaliyyətləri nəticəsində kimyəvi tullantılar təmizlənmədən bizim su hövzələrimizə axıdılır və həmin su hövzələrində yaşayan bitki və heyvanlar aləmi məhv olur”, – deyə o qeyd edib.

  • Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib – VİDEO

    Noyabrın 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrini ehtiramla anıblar.

    Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

    General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan-Pakistan-Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.

    Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general A.Munir Azərbaycanın suverenliyi uğrunda canını fəda edən şəhidlərimizlə bağlı başsağlığı verib. Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. İki ölkə ordularının qoşun növləri qərargahları arasında danışıqların aparılması və əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

    Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

    Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.

    Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əlaqələrin və strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. İkitərəfli və üçtərəfli birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib.

    Daha sonra Hərbi Hava Qüvvələrinin qərargahında müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla görüş keçirilib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

    Keçirilən görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

  • Nazirlik iş və istirahət günləri barədə məlumat yayıb

    Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

    Bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.