Month: November 2023

  • “Qərbyönümlü” Paşinyan MDB və Aİİ sammitlərində iştirak edəcək

    Ermənistanın baş naziri Nikol Paşinyan dekabrda Sankt-Peterburqda baş tutacaq Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin ənənəvi qeyri-rəsmi və Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderlərinin rəsmi görüşündə iştirak edəcək.

    Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistan mediasına açıqlama verib.

    “Baş nazir dekabrın sonunda Sankt-Peterburqa qeyri-rəsmi görüşə (MDB) gələcək. O, həm də Avrasiya İqtisadi İttifaqının rəsmi sammitinə qatılacaq”, – deyə Uşakov bildirib.

    Bu məlumatın etibarlı olub-olmaması ilə bağlı suala Rusiya Federasiyası prezidentinin köməkçisi belə cavab verib:

    “Biz İrəvandan siqnal almışıq, dəqiq siqnal”.

    Qeyd edək ki, bundan əvvəl N.Paşinyan Minksdə keçirilən Kollektiv Təhlükəsilzik Müqaviləsi Təşkilatının (KTMT) zirvə görüşünə gəlməkdən imtina edib. Onun bu qərarı Ermənistanı Rusiyanın təsirindən qopararaq Qərbə yaxınlaşdırmaq cəhdi kimi təqdim edilib.

    Lakin Moskvanın dominant olduğu MDB və Aİİ kimi qurumlarda rəsmi İrəvanın öz fəaliyyətini əvvəlki kimi davam etdirməsi N.Paşinyanın “qərbyönümlülüyünü” şübhə altına alır. Bu, Ermənistan rəhbərliyinin əslində Rusiyadan uzaqlaşmaq niyyətində olmadığını, sadəcə öz riyakar siyasətilə həm Kreml, həm də Vaşinqton və Brüsseldən maksimum dividendlər əldə etməyi hədəflədiyini bir daha sübut edir.

  • Rüşvətə görə həbs edilən dörd vəzifəli şəxs ev dustaqlığına buraxılıb

    Rüşvət almaqda təqsirləndirilən 19 vəzifəli şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən şəxslərin vəkilləri vəsatətlə çıxış edib.

    Təqsirləndirilən Əmlak Məsələləri Xidməti Lənkəran ərazi şöbəsinin keçmiş müdiri Pərviz Ələkbərov, Xaçmaz ərazi şöbəsinə rəhbərlik etmiş Aydın Cəfərov, Qazax şöbəsinin müdiri olmuş Ehtiram Eyvazov və Şəki rayon Qoxmuq bələdiyyəsinin keçmiş sədri Etibar Eyvazovun vəkilləri həbs qətimkan tədbirlərinin həbslə olmayan başqa qətimkan tədbiri ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb.

    Məhkəmə vəsatəti təmin edib, təqsirləndirilən dörd nəfər ev dustaqlığına buraxılıb.

    İş üzrə digər təqsirləndirilənlərdən xidmətin sektor müdiri İldırım Məmmədov və xidmətin Şirvan şöbəsinin sabiq müdiri Nazim Səfərov həbsdədir və onların məhkəmə prosesi davam edir.
    Digər təqsirləndirilən 13 nəfər barəsində istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə vermə, başqa yerə getməməyə dair iltizam kimi alternativ qətimkan tədbirləri seçilib.

    Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham edilir.

  • Задержан руководитель Kanal 13 Азиз Оруджев

    Задержан руководитель интернет-телеканала Kanal 13 Азиз Оруджев.

    Об этом сообщил адвокат Бахруз Байрамов.

    Согласно информации, в настоящее время в доме А.Оруджева проводится обыск.

    Причины его задержания пока неизвестны.

  • “Kanal 13”ün rəhbəri Əziz Orucov saxlanılıb

    “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb.

    Bu barədə vəkil Bəhruz Bayramov məlumat yayıb.

    O bildirib ki, hazırda Əziz Orucovun yaşadığı evdə axtarış aparılır.

    Əziz Orucovun saxlanma səbəbi hələlik məlum deyil.

  • Bakıda gənc oğlan özünü asıb

    Bakıda intihar hadisəsi qeydə alınıb.

    Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 2, mənzil 17-də baş verib.

    28 yaşlı Elvin İlqar oğlu Məşədixəlilov yaşadığı evdə özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

    İntiharın səbəbi hələlik məlum deyil.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Həkimə veriləsi qurğuya görə rüşvət alan keçmiş xəstəxana direktoru bəraət istəyir

    Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

    Mübariz Zeynalov barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Zeynalov yeddi il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilib.

    Hökmdən təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 308.2-ci maddəsi ilə təqsirli bilinməsi, ona CM-in 308.2-ci maddəsi ilə cəza təyin edilməsi və həmin cəzanın CM-in 311.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəzanın müəyyən edilməsi barədə müddəalar çıxarılıb.

    Mübariz Zeynalova verilmiş ittihamın CM-in 308.2-ci maddəsi ilə olan hissəsi ittihamdan xaric edilib.

    Təqsirləndirilən şəxs üzərində CM-in 311.1-ci maddəsi ilə iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə beş il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

    Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, xəstəxana direktoru 2021-ci il oktyabrın 19-da xidməti otağında 1 000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

    Müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Mübariz Ağakərim oğlu Zeynalov həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

  • Qızılağac cinsli meşə materialını qanunsuz daşıyan şəxslər məsuliyyətə cəlb olunublar – FOTO

    Lənkəran rayonunun Qurumba kəndi ərazisində qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə sözügedən ərazidə yerləşən E.Əmirova məxsus, qanunsuz fəaliyyət göstərən taxta emalı sexinə keçirilən baxış zamanı qanunsuz yolla əldə edilmiş 5,5 kubmetr həcmində qızılağac cinsli işlik meşə materialı aşkarlanıb.

    Bundan əlavə, rayon ərazisində keçirilən digər tədbirlərlə Ş.Əlizadəyə məxsus “Mercedes-Benz” markalı avtomobilin yük yerindən qanunsuz yolla əldə edilmiş 2,5 kubmetr həcmində işlik qızılağac cinsli meşə materialı aşkarlanıb.

    Aşkarlanan hər iki faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.

  • NATO-nun yüksək rütbəli rəsmisi Azərbaycana səfərə gəlib

    NATO-nun yüksək rütbəli rəsmisi Azərbaycana səfərə gəlib.

    Bu barədə ABŞ-nin ölkəmizdəki səfirliyindən məlumat verilib.

    Bildirilib ki, müvəqqəti işlər vəkili Hüqo Qevara NATO Əlaqələndirici Bürosunun rəhbəri Aleksandr Vinnikov ilə görüşüb.

    Qeyd edək ki, NATO Əlaqələndirici Bürosunun mənzil qərargahı Tbilisidə yerləşir.

  • Şəmkirdə güclü külək istixanalara zərər vurub

    Şəmkir rayonunda əsən güclü külək bir neçə kənddə istixanalara zərər vurub, elektrik enerjisinin verilməsi dayandırılıb.

    “Report”un məlumatına görə, Əliyaqublu, Qədimqala və yaxın kəndlərdə sahibkarlara məxsus bir neçə istixana ziyan çəkib.

    Şəmkir şəhərinin bəzi küçələri, Kür qəsəbəsi, Yeniabad, Mahmudlu, Təzəkənd, Keçili və yaxın kəndlərdə elektrik enerjisində fasilə yaranıb.

    Hazırda aidiyyəti qurumlar tərəfindən küləyin yaratdığı fəsadlar dəqiqləşdirilir və problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.

    Qeyd edək ki, günün ikinci yarısından başlayaraq Qərb bölgəsinin bir neçə rayonunda, həmçinin Gəncə şəhərində güclü külək müşahidə olunur.

  • В отношении мужчины, подозреваемого в убийстве сестры, возбуждено уголовное дело – ОБНОВЛЕНО

    В Гяндже возбуждено уголовное дело в отношении мужчины, который подозревается в убийстве сестры за использование социальной сети Instagram.

    Как сообщили в прокуратуре города Гянджа, 27 ноября около 01:00 в надзорный орган поступила информация о смерти местной жительницы Пери Аллахвердизаде (2001 г.р.) в своем доме.

    По результатам расследования возникли обоснованные подозрения в том, что Али Аллахвердизаде (2001 г.р.) нанес девушке смертельное ножевое ранение во время возникшего между ними конфликта.

    По данному факту в Гянджинской городской прокуратуре возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство, то есть умышленное лишение жизни другого человека) УК Азербайджана. Али Аллахвердизаде задержан в качестве подозреваемого.

    В настоящее время продолжается предварительное расследование.

    ***

    Стали известны некоторые подробности в связи с убийством в Гяндже.

    По данным АПА, Али Аллахвердизаде нанес ножевые ранения своей сестре Пери (2001 г.р.) за то, что девушка пользовалась соцсетью Instagram.

    Утверждается, что подозреваемый перерезал ей горло.

    Отметим, что А.Аллахвердизаде – военнослужащий.

    ***

    В городе Гяндже произошло убийство.

    Как передает западное бюро Report, случай зафиксирован по адресу: улица Шахсевенлер, 106.

    Согласно информации, Пери Аллахвердизаде (2001 г.р.) получила ножевое ранение в область горла, в результате девушка скончалась на месте преступления.

    В гянджинской региональной группе пресс-службы МВД сообщили, что в результате оперативно-разыскных мероприятий сотрудниками полиции был задержан подозреваемый в совершении убийства брат покойной – Али Аллахвердизаде.

    По данному факту проводится расследование.