Month: November 2023

  • Bacısını “Instagram”a görə qətlə yetirdi: Hadisə şahidləri danışdılar – YENİLƏNİB + VİDEO

    Gəncədə qardaş və bacı arasında dava faciə ilə bitib.

    Şahidlərin sözlərinə görə, Ə.Allahverdizadə hadisədən sonra evi tərk etməyib və hüquq-mühafizə orqanlarına cinayəti törətdiyi alətlə birlikdə könüllü təslim olub:

    “Bacı və qardaş ikisidə çox tərbiyyəli idilər. Qız hicablı, dindar, çox sakit idi. Anaları yox idi, onları nənələri böyüdüb”.

    21 yaşlı Pəri Allahverdizadə 22 yaşlı Əli Allahverdizadə tərəfindən qətlə yetirilib. Hadisə şəhərin Şahsevənlər küçəsi 106 ünvanında yerləşən evdə qeydə alınıb.

    Əli Allahverdizadə istintaqa ilkin ifadəsində əməlini etiraf edib.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

    Qeyd edək ki, qardaş və bacı arasında mübahisənin qızın “Instagram” sosial şəbəkəsindən istifadə etməsinə görə başladığı bildirilib.

    ***

    Gəncədə bacısını “Instagram” sosial şəbəkəsindən istifadə etdiyinə görə öldürməkdə şübhəli bilinən qardaşa cinayət işi açılıb.

    Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

    Belə ki, noyabr 27-də saat bir radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır. O, WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olub.

    ***

    Gəncədə baş verən qətlin bəzi təfərrütı məlum olub.

    APA-nın məlumatına görə, qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb.

    O, bacısının boğazını kəsərək qətlə yetirib.

    Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.

    ***

    Gəncədə qardaş bacısını qətlə yetirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

  • Ужесточено обвинение “супругу” убитой в Грузии 14-летней азербайджанки

    Ужесточено обвинение Алиму Садыгову, убившего свою “супругу” – 14-летнюю Айтадж Шахмарову в селе Лембели Сагареджойского района Грузии.

    Как сообщает АПА, информацию распространила Генеральная прокуратура Грузии.

    Алиму Садыгову предъявлено обвинение по статье Уголовного кодекса Грузии за совершение насилия в отношении несовершеннолетней.

    В сообщении ведомства говорится, что в результате расследования, проведенного Министерством внутренних дел (МВД) Грузии, было установлено, что обвиняемый летом 2023 года незаконно лишил свободы (похитил) Айтадж Шахмарову и привез ее в свое село. Айтадж Шахмаровой удалось сбежать, но семья девушки отправила ее обратно. В период незаконного брака Алим Садыгов, пользуясь беспомощностью потерпевшей, изнасиловал ее.

    Напомним, убийство произошло 5 октября этого года. По делу, наряду с Алимом Садыговым, были арестованы мать и дядя Айтадж Шахмаровой, а также дядя и двоюродный брат Алима Садыгова, а отец Айтадж Шахмаровой был признан законным представителем потерпевшей. Алим Садыгов признался в совершении преступления.

  • Gürcüstanda öldürülən 14 yaşlı azərbaycanlı qızın “həyat yoldaşı”nın ittihamı ağırlaşdırılıb

    Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirmiş “həyat yoldaşı” Alim Sadiqovun ittihamı ağırlaşdırılıb.

    APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Baş Prokurorluğu yayıb. Bildirilib ki, Alim Sadiqova qarşı Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsə təcavüzü nəzərdə tutan maddəsi ilə ittiham irəli sürülüb. Qurumun məlumatında bildirilib ki, Gürcüstan Daxili İşlər Nazirliyi apardığı araşdırmalar nəticəsində təqsirləndirilən şəxsin 2023-cü ilin yayında Aytac Şahmarovanı azadlıqdan qanunsuz məhrum edərək (qaçıraraq) yaşadığı kəndə gətirdiyini müəyyən edib. Qeyd olunub ki, Aytac Şahmarova qaça bilib, lakin ailə üzvləri onu geri göndəriblər. Qeyd olunub ki, qanunsuz evlilik zamanı Alim Sadiqov zərərçəkmişin köməksizliyindən istifadə edərək ona cinsi təcavüz edib.

    Xatırladaq ki, qətl bu il oktyabrın 5-də baş verib. İşlə əlaqədar Alim Sadiqovla yanaşı, Aytac Şahmarovanın anası və dayısı, həmçinin Alim Sadiqovun əmisi və əmisi oğlu həbs ediliblər, Aytac Şahmarovanın atası isə zərərçəkmişin varisi kimi tanınıb. Alim Sadiqov cinayəti törətdiyini etiraf edib.

  • Qubada qapalı məkanda siqaret çəkənlər məsuliyyətə cəlb olunublar

    Qubada qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən kafe və restoranlarda keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən şəxslər aşkar olunublar.

    Tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan şəxslərin barələrində inzibati tənbeh tədbirləri görülüb.

  • Суд Еревана конфисковал имущество ходжалинского палача и его вдовы

    Суд общей юрисдикции Еревана принял решение о конфискации средств и имущества покойного генерала Манвела Григоряна и его вдовы Назик Амирян, сообщает судебный департамент Армении.

    Суд признал их виновными по нескольким статьям Уголовного кодекса Республики Армения.

    В пользу бюджета, в частности, будет конфисковано около 1,8 млрд драмов (4,5 млн долларов), восемь машин, принадлежавших Манвелу Григоряну. Еще 8 000 единиц продовольствия с маркировкой “Паек солдата”, обмундирование и лекарства будут переданы добровольческой организации “Еркрапа”.

    Оружие и боеприпасы в несколько тысяч единиц будут переданы министерству обороны.

    Со счетов Назик Амирян конфискуют более 101 млн драмов, а сами счета, движимое и недвижимое имущество останутся под арестом до решения суда по ее части.

    Отметим, что Манвел Григорян был одним из инициаторов и непосредственных участников Ходжалинского геноцида.

    Источник: Sputnik Армения

  • Manvel Qriqoryanın və dul arvadının əmlakı müsadirə edilib

    Ermənistan generalı Manvel Qriqoryanın arvadının əmlakı müsadirə edilib.

    Məlumata görə, İrəvan məhkəməsi general Manvel Qriqoryana və onun dul arvadına aid 4,5 milyon dolların və səkkiz avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edib.

    Qərara əsasən, “Yerkrapa” Könüllülər İttifaqına əsgərlər üçün nəzərdə tutulan xeyli sayda ərzaq məhsulları, Müdafiə Nazirliyinə isə bir neçə min silah-sursat verilməlidir.

    Generalın dul arvadının daşınar və daşınmaz əmlakı hökm icra olunana qədər həbsdə qalacaq.

    Qeyd edək ki, Manvel Qriqoryan Xocalı soyqırımını törədən erməni generallarından biri olub.

    Mənbə: Sputnik Ermənistan

  • Qəzzada ölənlərin sayı 16 minə ÇATDI

    Qəzzada İsrail və Fələstin arasında baş verən münaqişədə ölənlərin sayı 16 min nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, yaralıların sayı artıq 35 min nəfər olub.

  • Faktiki HAVA: Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatıb

    Noyabrın 27-si saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Naxçıvan, Gəncə, Ceyrançöl, Şəki, Oğuz, Zaqatala, Balakəndə yağış, Şahdağ, Qusar, Xınalıqda qar yağıb.

    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumata görə, şimal-qərb küləyi arabir Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Gəncədə 35 m/s, Naftalanda 32 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Tərtər, Salyanda 23 m/s, Neftçala, Balakən, Şəmkirdə 20 m/s, Yardımlı, Kəlvəz, Şirvan, Bərdə, Mingəçevir, Cocuqmərcanlıda 18 m/s, Culfa, Sabirabadda 17 m/s, Ağdam, Naxçıvan, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.

    “Neft Daşlarının məlumatına əsasən, dalğanın hündürlüyü 4 metrə çatıb.”

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13-16 dərəcə, Naxçıvan MR-da 15-20 dərəcə, dağlıq rayonlarda 14 dərəcəyədək, Aran rayonlarında 17-23 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.

  • Падение уровня воды в Каспийском море негативно скажется на работе портов

    Если тенденция падения уровня воды в Каспийском море сохранится и после 2023 года, то производственные мощности портов, в частности Актау и Алят, окажутся под угрозой.

    Об этом АПА сообщает со ссылкой на специальный отчет Всемирного банка.

    Как отмечается в документе, в настоящее время уровень воды в море особенно низкий, что увеличивает проблемы, связанные с судоходством на подходах к портам и работой судов у причалов.

    “Многие суда на Каспии уже не могут работать на полную мощность”, – подчеркивается в отчете.

    В документе сообщается, что в этом контексте Всемирный банк начал серию исследований, первые результаты которых будут доступны в середине 2024 года. Исследования будут завершены в начале 2025 года.

  • Xəzər dənizinin səviyyəsinin azalması limanların işinə mənfi təsir göstərəcək – PROQNOZ

    Xəzər dənizinin səviyyəsində azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, limanların istehsalat gücləri təhlükə altına düşəcək, xüsusilə də bu, Aktau və Ələt limanlarına aiddir.

    Bu barədə APA Dünya Bankının xüsusi hesabatına əsasən məlumat verib.

    “Son onilliklərdə bir çox ekspertlər Xəzər dənizinin səviyyəsinin dəyişməsini proqnozlaşdırmağa çalışsalar da, onların əksəriyyəti uğursuzluğa düçar olub”, – hesabatda qeyd olunub.

    Bildirilib ki, hazırda dəniz səviyyəsi xüsusilə aşağıdır ki, bu da limana yaxınlaşmalarda naviqasiya və yanalma körpülərində gəmilərin istismarı ilə bağlı problemlərin artmasına səbəb olur.

    “Xəzərdə bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir. Bu azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, bu, xüsusilə Aktau və Bakı-Ələt limanlarının aşırma imkanlarına xələl yetirəcək və onları risk altında qoyacaq”, – hesabatda vurğulanır.

    Sənəddə qeyd olunur ki, bu kontekstdə Dünya Bankı 2023-cü ildə Xəzər dənizinin səviyyəsinin proqnozlaşdırılmasına yeni yanaşmanın, həmçinin təsirə məruz qalmış limanlar üçün yeni dərinləşdirmə strategiyalarının, eləcə də təsirlərin azaldılması tədbirlərinin təklif edilməsinə yönəlmiş bir sıra tədqiqatlara başlayıb.

    Dünya Bankının tədqiqatları çərçivəsində ilk nəticələr 2024-cü ilin ortalarında əldə olunacaq və 2025-ci ilin əvvəlində başa çatacaq.