Month: November 2023

  • В Баку и на Абшероне вырос уровень пыли в воздухе

    В результате воздействия начавшегося ночью северо-западного ветра в городе Баку и на Абшеронском полуострове наблюдается повышение концентрации пыли в воздухе.

    Как сообщили в Министерстве экологии и природных ресурсов, согласно результатам мониторинга специалистов, количество пыли в воздухе превышает норму в 1,5 раза.

    Наблюдаемые в воздухе частицы пыли являются локальными. Ожидается, что такая ситуация сохранится в течение дня.

  • Bakı və Sumqayıtda atmosfer havasında dəm qazının miqdarı normadan çox olub – YENİLƏNİB

    Bakı və Sumqayıt şəhərlərində atmosfer havasında dispers toz hissəcikləri və dəm qazının miqdarı normadan çox olub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

    Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.5, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə, bəzi saatlarda isə dəm qazının miqdarı 1.5-1.7 dəfə normadan yüksək müəyyən edilib.

    Havada müşahidə olunan toz sinoprik vəziyyətlə əlaqədar lokal xarakterlidir və gecə saatlarına qədər davam edəcəyi gözlənilir.

    “Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır”, – məlumatda vurğulanıb.

    ***

    Gecə saatlarından başlayaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində Bakı şəhəri və Abşeron yarımadasında havada toz müşahidə olunur.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən, havada tozun miqdarı 1,5 dəfə normadan yüksək müəyyən edilib.

    Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir.

  • Biləsuvarda qəza: Xəsarət alanlar var

    Biləsuvarda yol-nəqliyyat hadisəsi olub, biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb.

    “Report”un məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.

    Minik avtomobilinin “KamAZ” markalı yük maşınına çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Bunlar minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Mirsəid Cəfərov və sərnişini, 2017-ci il təvəllüdlü Yusif Mustafayevdir. Onlar rayon xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvanda YENİ TƏYİNAT

    “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin edilib.

    “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 27-də sərəncam imzalayıb.

    Sərəncama əsasən, bu vəzifəyə Bəhruz Əli oğlu Əsgərov təyin olunub.

  • Полиция Ирландии открыла дело в отношении Макгрегора

    В Ирландии местная полиция начала проверку в отношении бывшего чемпиона Абсолютного бойцовского чемпионата (UFC) Конора Макгрегора по подозрению в разжигании межнациональной розни.

    Макгрегор ранее высказался о беспорядках в стране, он написал в своих соцсетях, что если правительство “не обеспечит безопасность Ирландии”, то он это сделает сам.

    Ирландская полиция открыла расследование в отношении экс-чемпиона UFC, подозревая его в распространении ненависти. 23 ноября в Дублине вооруженный ножом мужчина с гражданством Алжира напал на прохожих, ранив пятерых. Конор раскритиковал правительство и миграционную политику Ирландии.

    Источник: Telegraph

  • İrlandiya polisi Makqreqora qarşı iş açıb

    İrlandiyada yerli polis keçmiş UFC (Mütləq Döyüş Çempionatı) çempionu Konor Makqreqora qarşı etnik ədavəti qızışdırmaq ittihamı ilə bağlı istintaqa başlayıb.

    Makqreqor bir müddət əvvəl ölkədəki iğtişaşlardan danışıb, sosial şəbəkələrdə yazıb ki, hökumət “İrlandiyanın təhlükəsizliyini təmin etməsə”, bunu özü edəcək.

    İrlandiya polisi nifrət yaymaqda şübhəli bilinən keçmiş UFC çempionuna qarşı istintaqa başlayıb.

    Qeyd edək ki, noyabrın 23-də Dublində bıçaqla silahlanmış Əlcəzair vətəndaşı olan şəxs yoldan keçənlərə hücum edərək beş nəfəri yaralayıb. Konor İrlandiya hökumətini və immiqrasiya siyasətini tənqid edib.

    Mənbə: gazeta.ru

  • Bakı-Qazax yolunda TIR aşıb – FOTO

    Bakı-Qazax magistralında TIR aşıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 157-ci kilometrliyində, Hacıqabul rayonunun Padar kəndi ərazisində qeydə alınıb.

    Ağdaş sakini, 1993-cü il təvəllüdlü Cümşüd Yusifli çoxtonnajlı “Volvo” markalı, 77-BE-566 dövlət nömrə nişanlı TIR-ın idarəetməsini itirib və avtomobil aşıb. Avtomobilin yanacaq çəni deşilib. Yanacaq yola axıb. Hadisə yerinə yanğın təhlükəsinin qarşısını almaq üçün Kürdəmir Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Magistral yol müvəqqəti bağlanıb.

    Qəza zamanı yaranmış dağıntılar yoldan götürülüb, fəsadlar aradan qaldırılıb. Yolda hərəkət bərpa olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Sahil Babayev ipoteka krediti ilə mənzil alanlara ev verilməməsinə münasibət bildirib

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ipoteka krediti ilə mənzil əldə edən şəxslərə dövlətin ev verməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

    “Report”un məlumatına görə, nazir bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.

    Onun sözlərinə görə, imtiyazlı şəxslərə mənzil veriləndə növbəlilik prinsipi əsas götürülür:

    “Növbəni yerli icra hakimiyyəti orqanları müəyyən edir. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, imtiyazlı şəxs mənzil uçotuna götürüldükdə onun mülkiyyətində olan mənzil sahəsi nəzərə alınır. Sahə normativdən azdırsa çatışmayan hissə qədər dövlət mənzil sahəsi verə bilər. Bu günə qədər 14 150 mənzil verə bilmişik. I və II Qarabağ müharibəsi şəhidləri, əlilləri nəzərə aldıqda bu rəqəm qat-qat çoxdur. Belə tələbin Mənzil Məcəlləsindən çıxarılması onunla nəticələnə bilər ki, ehtiyacı daha çox olanlar gözləyə-gözləyə digər kontingentə 2-ci və ya 3-cü evlər verilə bilər. Ən az mənzili olmayan insanların təminatı yekunlaşana qədər bu mexanizmlə davam edilə, növbəti mərhələdə digər şəxslərin mənzil təminatına baxıla bilər”.

  • Səkkiz rayonda qanunsuz qum-çınqıl hasilatı aşkarlanıb, təbiətə altı milyon manat ziyan vurulub

    Qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları üzrə cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 8 rayon və şəhərində qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı, habelə torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

    Tərtər rayonu ərazisində yerləşən “Tərtərçay”, İmişli rayonu ərazisində yerləşən “İmişli”, Yevlax rayonu ərazisində yerləşən “Mingəçevir”, Quba rayonu ərazisində yerləşən “Qudyalçay”, Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında, eləcə də, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I”, Qaradağ rayonu ərazisində yerləşən “Gülbaxt”, Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında, müxtəlif hüquqi və vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 6 milyon manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

    Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

  • В Индии из-за ударов молний за сутки погибли не менее 20 человек

    По меньшей мере 20 человек погибли из-за ударов молний в западном индийском штате Гуджарат за последние сутки.

    Как сообщил в своем бюллетене Центр по чрезвычайным ситуациям штата, причиной стали необычно мощные для этого времени года грозы.

    Министр внутренних дел Индии Амит Шах выразил соболезнования семьям погибших.

    “Я глубоко опечален известием о гибели многих людей из-за плохой погоды и молний в различных городах Гуджарата. Я выражаю глубочайшие соболезнования в связи с невосполнимой утратой тех, кто потерял своих близких в этой трагедии”, – написал министр на своей странице в соцсети X.

    Мощные ливни также повредили посевы в разны регионах Гуджарата. Метеорологический департамент Индии сообщил, что за 16 часов в штате в разных районах выпало от 50 до 117 мм осадков. По данным метеорологов, сегодня дожди, как ожидается, утихнут.

    Источник: ТАСС