Month: November 2023

  • İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

    AZƏRTAC xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev dövlətimizin başçısına Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə bağlı məlumat verib.

    Qeyd edək ki, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. İdmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə inşa olunan nəhəng idman kompleksləri Azərbaycanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnib. Bütün bunlar isə ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

    Bildirilib ki, Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi 1967-ci ildə istifadəyə verilib. Bir vaxtlar “Neftçi” təlim-məşq bazası kimi şöhrət tapan bu idman kompleksi şəhərin mərkəzində, Azadlıq prospekti 149 ünvanında yerləşir. Kompleksin adı 1997-ci ildə dəyişdirilərək Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinə çevrilib. İdman qurğusu fəaliyyətini bundan sonra cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi kimi davam etdirəcək.

    Diqqətə çatdırılıb ki, mərkəzdə əsaslı təmir və tikinti işləri yüksək keyfiyyətlə aparılıb və bu ilin noyabrında başa çatdırılıb. Ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Təlim-Məşq Mərkəzi müasirliyi ilə diqqəti cəlb edir.

    Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək.

    Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib.

    Dövlətimizin başçısı əsas binada yaradılan şəraitlə də tanış olub.

    Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub. İdman qurğusunun fiziki hazırlıq zalı da ən yüksək standartlara cavab verir. Məşqçilərin otaqlarında da məhsuldar fəaliyyət üçün hər cür şərait yaradılıb.

    Təlim-Məşq Mərkəzinin əhəmiyyətini artıran amillərdən biri də burada 28 yerlik müasir hotel bölməsinin yaradılmasıdır. Hoteldə həm idmançıların, həm də məşqçilərin qalması və istirahəti üçün hər cür imkan var.

    Mərkəzdə çalışacaq 50-dən artıq əməkdaş üçün də əsas binada hər bir şərait yaradılıb. Buradakı restoranda idmançılara yüksək səviyyədə xidmət göstəriləcək. Kompleksdə idmançıların sağlamlığı da nəzərə alınıb. Həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.

    İdman qurğusunun həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.

    Bu gün Azərbaycanda idman cüdo növünə maraq çox böyükdür. Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olan Azərbaycan bu idman növünün inkişafında çox maraqlıdır. Bu da idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Xüsusilə də cüdo üzrə illik nəticələrə nəzər saldıqda görərik ki, Azərbaycan bu idman növündə 2023-cü ildə Avropa Gənclərinin Olimpiya Festivalında, Avropa və Dünya çempionatlarında və digər mötəbər yarışlarda tarixi qələbələrə imza atıb. Belə ki, Azərbaycan cüdoçuları il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlarda ümumilikdə 233 medal əldə ediblər. Bu medallardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olub.

    Regionlarda da cüdo üzrə infrastrukturun təkmilləşdirilməsi Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, 2023-cü ildə Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonu Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonlarında isə cüdo zallarının təmiri davam etdirilməkdədir.

















  • Задержан гражданин Пакистана, пытавшийся перебраться из Азербайджана в Грузию

    В рамках мер по обеспечению надежной охраны государственной границы и борьбе с нелегальной миграцией предотвращено нарушение государственной границы в результате бдительности пограничного наряда на служебной территории погранотряда “Загатала” Государственной пограничной службы (ГПС) Азербайджана.

    Об этом сообщили в пресс-центре ГПС.

    Было отмечено, что 25 ноября в 19:20 на погранзаставе близ села Ени Шариф Балакенского района был задержан гражданин Исламской Республики Пакистан Игбал Сейед Кашиф (1994 г.р.) при попытке нарушить государственную границу Азербайджанской Республики (АР) в направлении Грузии.

    В ходе расследования было установлено, что задержанный официально прибыл на территорию АР, намереваясь нарушить государственную границу и мигрировать из Азербайджана в Грузию, а оттуда в одну из европейских стран.

    По данному факту продолжаются следственно-оперативные мероприятия.

  • Azərbaycandan Gürcüstana keçmək istəyən Pakistan vətəndaşı saxlanılıb

    Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, noyabrın 25-də saat 19:20-də Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1994-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı İqbal Syed Kashıf Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

    Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Во Франции готовят солдат из Армении для участия в войне против России?

    Во Франции, примерно в семи центрах, готовят солдат из Армении для их участия в войне против России.

    Об этом в своем Telegram-канале сообщила российская журналистка и телеведущая Анастасия Кашеварова.

    “Недавно канал Zergulio писал о подготовке армянских военных во Франции для последующей переброски в зону конфликта в Украине (понятно, на чьей стороне).

    К сожалению, эта информация подтвердилась, более того, по данным моих источников, для подготовки армянских солдат задействован не только учебный центр в Фонтевро Л’абе – их несколько (возможно, около семи). Фото и видеоподтверждение с этих учебных центров нам прислали.

    В частности, учебный центр в районе населенного пункта Майи-ле-Кан включает центр боевой подготовки (CENTAC – Centre d’entrainement au combat) и центр подготовки офицеров пунктов управлений (СЕРС – Centre d’entrainement des post de commandement)”, – написала она.

    По словам А.Кашеваровой, вербовали солдат французские инструкторы, в том числе этнические армяне, также были “добровольцы” из числа карабахских сепаратистов.

    “Но так как эта программа, насколько мне известно, действует при полной поддержке Министерства обороны Армении, во Францию попали и военнослужащие, которых к этому принудили. Это те, кто служил на территории Армении.

    В настоящий момент солдат обучают работе с НАТОвским вооружением, а впоследствии собираются перенаправить в зону военных действий в Украине.

    По странному стечению обстоятельств, в середине октября министр обороны Армении был с визитом во Франции, и там подписал ряд документов с французским Минобороны. Теперь понятно, о каком “обмене опытом” там шла речь.

    Напоминаю, что Армения все еще состоит в ОДКБ”, – говорится в публикации журналистки.

  • Fransada erməni əsgərlər Rusiyaya qarşı müharibədə iştirak üçün hazırlanırlar?

    “Fransada təxminən yeddi mərkəzdə Ermənistandan olan əsgərlər Rusiyaya qarşı müharibədə iştirak üçün hazırlanırlar”.

    Bu sözləri rusiyalı jurnalist Anastasiya Kaşevarova öz “Telegram” kanalında etdiyi paylaşımda deyib.

    “Bu yaxınlarda “Zerqulio” kanalı Fransadakı erməni hərbçilərin sonradan Ukraynadakı münaqişə zonasına (kimin tərəfində olduğu aydındır) göndərilməsi üçün hazırlanmasından yazmışdı.

    Təəssüf ki, bu məlumat öz təsdiqini tapdı, üstəlik, mənim mənbələrimin verdikləri məlumata görə, erməni əsgərlərinin hazırlanması üçün təkcə Fontevro Labedəki təlim mərkəzindən istifadə edilmir, bu mərkəzlər bir neçə dənədir (bəlkə də, yeddiyə yaxındır). Təsdiq olaraq bu təlim mərkəzlərindən foto və videolar göndərilib. Xüsusilə Mayi-le-Kan yaşayış məntəqəsi ərazisindəki təlim mərkəzinə döyüş hazırlığı mərkəzi (CENTAC – Centre d’entrainement au combat) və idarəetmə məntəqələri zabitlərinin hazırlıq mərkəzi (CES – Center d’entrainement des post de commandement) daxildir”, – deyə Anastasiya Kaşevarova paylaşımda bildirib.

    Onun sözlərinə görə, əsgərlər fransız təlimatçılar, o cümlədən etnik ermənilər tərəfindən işə götürülüb, həmçinin, aralarında Qarabağ separatçılarından “könüllülər” də olub.

    “Amma mənim bildiyimə görə, bu proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərdiyi üçün Fransaya məcburi şəkildə hərbi qulluqçular da göndəriliblər. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir. Hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onları Rusiyaya qarşı müharibəyə yönləndirmək niyyətindədirlər”, – deyə rusiyalı jurnalist qeyd edib.

    “Qəribə təsadüfdür ki, oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın oldu ki, söhbət hansı “təcrübə mübadiləsindən” gedir”, – Anastasiya Kaşevarova vurğulayıb.

    “Xatırladım ki, Ermənistan hələ də KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) üzvüdür. Müttəfiqə bax”, – deyə jurnalist istehza ilə fikrini tamamlayıb.

  • Muğan qəsəbəsində qanunsuz ov edənlər saxlanılıblar

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakini E.Xəlilov və Sumqayıt şəhər sakini A.Fərzəliyev olduqları müəyyən edilib.

    Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən iki ədəd ov silahı, bir ədəd səsgücləndirici və qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq götürülüb.

    Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

  • “Muğan Bank”ın əmanətçilərinə kompensasiya ödənilməsinə başlanıldı

    Bu gündən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedicisi olduğu “Muğan Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayıb.

    “Report” xəbər verir ki, ödəniş “Azərbaycan Beynəlxalq Bankı” (ABB) və “Kapital Bank” ASC-lər vasitəsilə həyata keçirilir.

    Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” müflis elan edilib, ƏSF onun ləğvedicisi təyin olunub. “Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq “Muğan Bank”da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib.

    “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları “Muğan Bank”ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

    Əmanətçilər kompensasiyalarını almaq üçün ABB və “Kapital Bank”In müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədləri və onların surətini, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.

    Qorunan əmanətçilər ərizə formalarını ABB və “Kapital Bank”ın müvafiq filiallarından və www.adif.gov.az saytından əldə edə bilərlər.

    “Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100%-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100%-i qədər kompensasiya ödəniləcək.

  • Həkim yod çatışmazlığının əsas əlamətlərini açıqladı

    Rusiyalı həkim-kardioloq Anna Çuqunnikova yod çatışmazlığının əsas əlamətlərini açıqlayıb.

    O, bildirib ki, orqanizmdə yod çatışmazlığının əsas göstəricilərindən biri zobun əmələ gəlməsi – qalxanabənzər vəzinin böyüməsidir.

    “Əksər hallarda yüngül və orta dərəcəli yod çatışmazlığı şəraitində patoloji zob görünməz şəkildə əmələ gəlir və kiçik ölçülü olur. Şiddətli yod çatışmazlığı şəraitində isə zob nəhəng ölçülərə çata bilər, udma və tənəffüs çətinliyi, boyun nahiyəsində narahatlıq, səsdə dəyişiklik ilə müşayiət oluna bilər”, – həkim qeyd edib.

    Onun sözlərinə görə, uzunmüddətli yod çatışmazlığı tiroid hormonlarının istehsalının pozulması nəticəsində yaranan patologiyaların inkişafına gətirib çıxarır və sinir sisteminin funksiyalarının azalması, daimi yorğunluq hissi, yuxulu olma, yaddaşın, performansın və diqqətin azalması ilə nəticələnir.

    Yod çatışmazlığı həmçinin zülalların, yağların və karbohidratların mübadiləsinin pozulmasına, ürək-damar sisteminin fəaliyyətinin pozulmasına (ürək döyüntülərinin artması və ya ləngiməsi, ürəyin işində fasilələrə, qan təzyiqinin dəyişməsinə, təngnəfəsliyə), reproduktiv disfunksiya, o cümlədən menstrual pozuntulara və hətta sonsuzluğa səbəb olur.

    Həkim izah edib ki, hamilə qadınlar üçün yod səviyyəsinə nəzarət etmək xüsusilə vacibdir, çünki bu, təkcə onun sağlamlığına deyil, həm də gələcək uşağın inkişafına təsir göstərir.

    Mənbə: moslenta.ru

  • У побережья острова Тайвань произошло землетрясение магнитудой 5,0

    Землетрясение магнитудой 5,0 зарегистрировали у берегов острова Тайвань.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    Эпицентр подземных толчков располагался на расстоянии 85 км к северо-востоку от города Хуалянь, где проживают около 350 000 человек. Очаг залегал на глубине 27 км.

    Информация о пострадавших или разрушениях не поступала. Угроза цунами не объявлялась.

    Источник: ТАСС

  • Tayvan sahillərində zəlzələ baş verib

    Tayvan sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanların episentri təxminən 350 min insanın yaşadığı Hualren şəhərindən 85 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 27 km dərinlikdə olub.

    İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

    Mənbə: TASS