Month: November 2023

  • Sumqayıtda kafedə çaypulu üstündə dava: Bakalı başında sındırdılar

    Sumqayıtda kafedə insident olub.

    Lent.az xəbər verir ki, hadisə şəhərin 21-ci mikrorayon, İsmət Qayıbov küçəsindəki kafelərdən birində baş verib. Burada çay içən müştərilərdən biri zarafatyana hesabı verməkdən imtina edib. Bu isə yan masada əyləşən digər müştəri R.R.-nın xoşuna gəlməyib.

    O, ayağa qalxaraq pivə bakalı ilə həmin müştərinin başına zərbə endirib. Zərbənin təsirindən bakal qırılıb və o, qırıq bakalla zərərçəkənin qoluna da xəsarət yetirib.

    R.R. polis tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsilə cinayət işi başlanılıb və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Hazırda istintaq davam edir.

  • Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən bölmələrindən birində şəhər günü qeyd edilib

    Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən bölmələrindən birində 25 noyabr – Kəlbəcər şəhəri günü münasibətlə tədbir keçirilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib. Kəlbəcər şəhəri gününün ölkəmizin hər bir yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük qürur və iftixar hissi ilə qeyd olunduğu xüsusi vurğulanıb.

    Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədilə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

    Tədbirdə hərbi qulluqçular Azərbaycan Ordusunda, xüsusilə azad edilmiş ərazilərdəki bölmələrdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

  • Azərbaycanda qəbiristanlıqda biabırçılıq – VİDEO

    Azərbaycanda mərhumun qəbrini ziyarət edən yaxınlarının başına qəribə hadisə gəlib.

    Milli.Az xəbər verir ki, mərhumun yaxınları onun qəbrinin üzərinə ehsan üçün nəzərdə tutulan azuqəni qoyub.

    Qəbrin yaxınlığındaca bu fürsəti gözləyən bir qrup şəxs həmin an ehsana hücub ediblər.

    Bu an vəfat etmişin yaxınları tərəfindən lentə alınıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Türk generalı: “Son üç ayda 649 terrorçu zərərsizləşdirilib”

    “Sərhədçilərimizin 2023-cü il avqustun 15-dən noyabrın 23-dək Suriyada keçirdiyi antiterror əməliyyat nəticəsində 649 terrorçu zərərsizləşdirilib”.

    Median.Az Türkyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu ölkənin Quru Qüvvələri komandanı general Selcuk Bayraktaroğlu Suriya ilə sərhəd bölgəyə səfəri zamanı bildirib.

    Onun sözlərinə görə, zərərsizləşdirilən terrorçuların 606-si PKK/YPG-PYD, 43-ü İŞİD üzvləridir.

    Komandan deyib ki, müxtəlif tarixlərdə Suriyadan Türkiyə ərazisinə daxil olmaq istəyən 41-i PKK, 5-i İŞİD, 2 marksist-leninçi kommunistlər,162-si FETÖ üzv olmaqla 1048 qanunsuz miqrant saxlanılıb.

    Selcuk Bayraktaroğlu bildirib ki, hesabat dövründə Türkiyə sərhədlərində 53 min 890 qanunsuz mühacirin ölkə ərazisinə keçməsinin qarşısı alınıb.

  • Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlanıb

    Bu il aprelin 20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.

    TƏBİB-dən verilən məlumata görə, körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb.

    Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

    Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb.

    Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib.

    Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq azyaşlı 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib.

    Qeyd edək ki, körpənin Uşaq Evinə yerləşdirilməsinə onun xəstəliyi ilə əlaqədar imtina cavabı verilib.

    Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib.

  • Kəlbəcərlə Laçının elektrik şəbəkələrini birləşdirən təchizat sxemi yaradılacaq

    Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq. Ən müasir avadanlıqlarla təchiz edilən mərkəzdə tamamlanma işləri görülür.

    Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

    Belə ki, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi gələcəkdə rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda İstisu ərazisində “İstisu” 110-35 kv-luq yarımstansiyasının tikintisinə başlanılıb.

    Eyni zamanda Zar, Zəylik, İstisu, Ağqaya, Mərcimək və Yellicə istiqamətində işlər yekunlaşmaq üzrədir. Qeyd edilən kəndlərə elektrik enerjisini daşıyan yeni dayaqlar basdırılır, müasirtipli, izolyasiyalı kabel xətləri çəkilir. Bu növ izoliyasiyalı kabel xətləri həm ekoloji cəhətdən əlverişli və təhlükəsizdir, həm də enerji itkisini minimuma endirir.

    Həmçinin yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma və meşə zolağından keçən hissədə ağac budağının toxunması nəticəsində açılmalar olur. Belə qəzaların aradan qaldırılması kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə bu növ problemlər yaranmır.

    Üstəlik açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır. Xətlərin onlarla kilometr uzunluğunda çəkildiyini nəzərə alsaq nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi 4-6 metrdir. Bu da qəza baş verəcəyi halda texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub.

    Qeyd edək ki, bugünədək Kəlbəcər elektrik enerjisində mənbə kimi Gəncədə yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik veriliş xətti, həmçinin Kəlbəcərdə bir neçə istiqamətdə 110 kV və 35 kV-luq elektrik xətləri çəkilib.

    Ümumilikdə rayon ərazisində çox sayda KTM quraşdırılıb. 2022-ci il 26 iyun tarixində Cənab Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

  • Южная Корея, США и Япония осудили запуск северокорейского разведывательного спутника

    Дипломаты из Южной Кореи, США и Японии решительно осудили недавний запуск космической ракеты Северной Кореей за его “дестабилизирующий эффект”.

    Об этом сообщает Median.Az со ссылкой на The Korea Times.

    Министр иностранных дел Южной Кореи Пак Джин, госсекретарь США Энтони Блинкен и министр иностранных дел Японии Йоко Камикава провели беседу по поводу запуска, прошедшего во вторник, который, по утверждению Северной Кореи, вывел на орбиту разведывательный спутник.

    “Три страны рассматривают запуск КНДР как нарушение многочисленных резолюций Совета Безопасности ООН, запрещающих любые испытания с использованием технологии баллистических ракет”, – говорится в совместном заявлении по итогам встречи.

  • Cənubi Koreya, ABŞ və Yaponiya Pxenyanın kəşfiyyat peykini orbitə buraxmasını pisləyib

    Cənubi Koreya, ABŞ və Yaponiyadan olan diplomatlar Şimali Koreyanın bu yaxınlarda kosmik raket buraxılışını “sabitliyi pozan effekt” kimi qiymətləndirib və bunu kəskin şəkildə pisləyiblər.

    Bu barədə “Report” “The Korea Times”a istinadən xəbər verir.

    Cənubi Koreyanın xarici işlər naziri Park Jin, ABŞ-nin dövlət katibi Antoni Blinken və Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Şimali Koreyanın kəşfiyyat peykini orbitə çıxarması ilə bağlı danışıqlar aparıblar.

    “Üç ölkə Şimali Koreyanın peyk buraxılışını BMT Təhlükəsizlik Şurasının ballistik raket texnologiyasından istifadə etməklə hər hansı sınaqları qadağan edən çoxsaylı qətnamələrinin pozulması kimi qiymətləndirir”, – görüşdən sonra verilən birgə bəyanatda deyilir.

  • Биткойн подорожал более чем на 1%

    Ведущая мировая криптовалюта – биткойн подорожала до 37,8 тыс. долларов США.

    Цена криптовалюты выросла на 1,1% за последние 24 часа и на 4% за последние 7 дней.

    В результате капитализация биткойна выросла до 739 млрд долларов США.

    Цена Ethereum, занимающего 2-е место по рыночной капитализации, выросла на 0,8% за последние сутки и на 8% за последнюю неделю до 2 087 долларов США. Из альткоинов, попавших в десятку лучших, больше всего выросла Solana (рост на 2,83%).

    В настоящее время общая стоимость криптовалютного рынка составляет 1,44 трлн долларов США.

  • Bitkoin 1 %-dən çox bahalaşıb

    Dünyanın aparıcı kriptovalyutası – bitkoin 37,8 min ABŞ dollarına kimi bahalaşıb.

    Kriptovalyutanın qiyməti son 24 saatda 1,1 %, son 7 gündə isə 4 % artıb.

    Nəticədə bitkoinin kapitallaşması 739 milyard ABŞ dollarına kimi yüksəlib.

    Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,8 %, son bir həftədə isə 8 % artaraq 2 087 ABŞ dollarına çatıb. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” (2,83 % artım) olub.

    Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,44 trilyon ABŞ dollarıdır.
    //report