Month: November 2023

  • Çıxarışı olmayan fərdi evlər bahalaşıb – VİDEO

    Son günlər paytaxt Bakı ərazisində yerləşən fərdi yaşayış evlərinin qiymətində 3-7 min manat artım müşahidə olunur.

    Xezerxeber.az-ın məlumatına görə, əmlak ekspertləri bildiriblər ki, fərdi yaşayış evlərinin qiymətində müşahidə olunan artım bu ilin oktyabr ayının 1-də qanuna edilmiş dəyişikliklə əlaqəlidir.

    Qanuna görə çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu səbəbdən də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.

    Rieltor Mülkədar Rüstəmov bildirib ki, son vaxtlar çıxarış almaq üçün uyğun olmayan torpaq sahələrini müştərilərə müxtəlif yollarla təklif edən şəxslər də var. Müştəri torpaq sahəsini aldıqdan sonra isə çıxarış alması mümkün olmur. Buna səbəb isə həmin torpaq sahələrinin tikinti üçün nəzərdə tutulmayan ərazidə yerləşməsidir.

    Ekspert əlavə edib ki, qanuna edilmiş müvafiq dəyişiklikdən sonra fərdi evlərlə yanaşı, çıxarışı olan mənzillərin də qiymətində artım müşahidə olunur.

    Ətraflı süjetdə:

  • Hansı ərazilər Ağdərə rayonunun tərkibinə veriləcək? – SİYAHI

    Ağdərə rayonu Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil ediləcək.

    “Trend” xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” yeni qanun layihəsində əksini tapıb.

    Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.

    Yeni yaradılacaq rayonun tərkibinə aşağıdakı yaşayış məntəqələri daxil ediləcək:

    – Ağdam rayonunun Baş Güneypəyə kəndi inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Orta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi;

    – Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyli kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndi, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Ortatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ortatağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri.
    – Kəlbəcər rayonunun Çərəktar kənd inzibati ərazi dairəsi tərkibindəki Çərəktar kəndi, Çıldıran kənd inzibati ərazi dairəsi tərkibindəki Çıldıran, Dəvədaşı və Mehmana kəndləri, Dovşanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dovşamnlı, Bazarkənd və Hayad kəndləri, Heyvalı kənd inzibati ərazi dairəsi tərkibindəki Heyvalı və Yayıcı kəndləri, Həsənriz kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənriz kəndi, İmarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd, Çapar, Zardaxaç kəndləri, Kolatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Kolatağ və Damğalı kəndləri, Qızılqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılqaya və Yuxarı Ortatağ kəndləri, Qozlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlu kəndi, Qozlukörpü kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlukörpü kəndi, Narınclar kənd inzibati ərazi dairəsi tərkibindəki Narınclar kəndi, Vəngli kənd inzibati ərazi dairəsi tərkibindəki Vəngli, Çormanlı və Şahmansurlu kəndləri.

  • Элариз Мамедоглу сыграл сыну свадьбу в Стамбуле – ВИДЕО

    Певец Элариз Мамедоглу сыграл свадьбу своему сыну Мамеду.

    Как передает axşam.az, молодой человек женился на девушке по имени Мехрибан.

    Согласно информации, свадьба состоялась в турецком Стамбуле. В связи с торжеством Э.Мамедоглу приехал из США в Турцию.

    Стоит отметить, что исполнитель в феврале 2019 года переехал в США после выигрыша Green Card. Его сын проживает в Турции.

  • Elariz Məmmədoğlu İstanbulda oğluna toy etdi – VİDEO

    Müğənni Elariz Məmmədoğlu oğluna toy edib.

    Axşam.az xəbər verir ki, ifaçının övladı Məmməd Mehriban adlı xanımla ailə qurub.

    Toy İstanbulda olub.

    Elariz məclis üçün ABŞ-dən Türkiyəyə yollanıb.

    Qeyd edək ki, Elariz “Green card” udaraq ABŞ-yə köçüb. Oğlu Məmməd isə Türkiyədə yaşayır.

  • В Кюрдамирском районе из-за кори закрывают школы?

    В последние дни в азербайджанском сегменте Сети распространяются публикации в связи со всеобщим заражением корью учащихся средних школ Кюрдамирского района.

    Как передает Qafqazinfo, в них отмечается, что по этой причине в нескольких учебных заведениях объявлены недельные каникулы.

    Как сообщили в Центрально-Аранском региональном управлении образования, информация о массовых случаях распространения вируса кори среди школьников подведомственных структуре общеобразовательных учреждений не соответствует действительности.

    “Случаи заражения корью выявлены среди учащихся средней школы № 1 Кюрдамирского района, а также в учебных заведениях сел Атакишили, Сор-Сор, Пирили, Арабгубалы, Шильян и Гарасаггал.

    Согласно информации, полученной нами из Центральной районной больницы (ЦРБ) по данному вопросу, девять школьников в настоящее время проходят лечение в стационаре, в то время как другие инфицированные дети лечатся амбулаторно (дома). Состояние учащихся оценивается как стабильное.

    Кроме того, в случае распространения острой инфекции среди учебных заведений соответствующее учреждение здравоохранения (Республиканский центр гигиены и эпидемиологии) и местный орган управления образованием (Центрально-Аранское региональное управление образования) примут необходимые меры.

    Поскольку на данный момент нет массовых случаев заражения, решение о закрытии вышеупомянутых общеобразовательных учреждений не было принято”, – сообщили в учреждении.

    Центрально-Аранское региональное управление образования дало соответствующие поручения по данному вопросу школам. А учащимся, у которых наблюдаются симптомы заболевания, рекомендовано немедленно обратиться в ЦРБ и пройти вакцинацию против кори.

  • Kürdəmirdə məktəblər qızılca xəstəliyinə görə bağlanıb? – AÇIQLAMA

    Kürdəmirdə məktəblərdə şagirdlər arasında qızılca xəstəliyinə kütləvi yoluxma ilə bağlı məlumat yayılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu səbəbdən bir neçə məktəbdə 1 həftəlik tətil elan edilib.

    Məsələ ilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, ötən günlərdə sosial media hesablarında qurumun tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumat yayımlanıb:

    “Bildiririk ki, qızılca xəstəliyinə yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb.

    Sözügedən məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumata əsasən, doqquz şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir. Həmçinin təhsil müəssisələri arasında kəskin yoluxma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib və belə bir məlumat həqiqəti əks etdirmir”.

    Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilib, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və eyni zamanda qızılca xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə edilib.

  • В Азербайджане скончалась студентка

    В Азербайджане скончалась студентка.

    Информация об этом опубликована на странице Azərbaycan universitetləri (“Университеты Азербайджана”) в Facebook.

    Сообщается, что студентка Бакинской музыкальной академии имени Узеира Гаджибейли Айнур Амирханова скончалась от отравления угарным газом.

    Добавим, что ее отец является ветераном первой Карабахской войны.

  • Azərbaycanda tələbə dəm qazından boğularaq ölüb

    Azərbaycanda tələbə dəm qazından boğularaq ölüb.

    Bu barədə məlumat sosial şəbəkədə “Azərbaycan universitetləri” səhifəsində paylaşılıb.

    Bildirilib ki, Bakı Musiqi Akademiyasının tələbəsi Aynur Əmirxanova dəm qazından boğularaq dünyasını dəyişib.

    Qeyd edək ki, onun atası Birinci Qarabağ müharibəsinin qazisidir.

  • Bakıda ikimərtəbəli binalar sökülür: Sakinlərə 400 manat kirayə pulu və mənzillər veriləcək

    Bakının ən böyük rayonunda binalar plana düşüb.

    Baku.ws-in əldə etdiyi məlumata görə, söhbət Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki sovet dönəmində tikilən çoxmənzilli binalardan gedir.

    28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə çoxmərtəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə pulu da veriləcək.

    Qeyd edək ki, sakinlərin bir çoxu şirkətin təklifini qəbul edərək evləri boşaldıb.

  • Kürdəmirə içməli suyun verilişi bərpa olunub

    Kürdəmirə içməli suyun verilişi bərpa olunub.

    Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ərazi üzrə sahə rəisi Arzu Şahbazov bildirib.

    O, qeyd edib ki, noyabrının 24-də rayonun Topalhəsənli kəndində Külüllü-Kürdəmir magistral su xəttinin 29-cu kilometrliyində 500 millimetrlik borunun bir hissəsi partlayıb. Bunun nəticəsində isə Kürdəmir ərazisinə və rayona yaxın 12 kəndə içməli suyun verilməsi dayandırılıb. Qəzanın aradan qaldırılması üçün idarənin texnikası və şəxsi heyəti əraziyə cəlb olunub. Görülən işlərlə zədələnmiş boru yenisi ilə əvəzlənib və qısa zamanda təmir-bərpa işləri başa çatdırılıb.

    Axşam saatlarından etibarən rayon ərazisinə içməli suyun verilişi bərpa olunub.

    Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2011-ci ildə dövlət vəsaiti hesabına “Azərsu” ASC tərəfindən inşa olunub və kəmər rayonun 8 222 abonentinə xidmət göstərir.