Month: November 2023

  • Rusiya Ukraynaya rekord sayda PUA ilə hücum edib

    Rusiya ordusu noyabrın 25-nə keçən gecə Ukraynaya rekord sayda “Shahed-131/136” pilotsuz uçuş aparatı (PUA) buraxıb.

    PUA hücumunun hədəfi paytaxt Kiyev olub.

    Hərbçilər ukraynalıları hava hücumu xəbərdarlığı aradan qalxana qədər sığınacaqlarda qalmağa çağırırlar. Hava hücumundan müdafiə işlərinin nəticələri isə yaxın günlərdə açıqlanacaq.

    Xatırladaq ki, daha əvvəl Kiyev Şəhər Şurası paytaxt ərazisində 40-a yaxın kamikadze dronun vurulduğu barədə məlumat vermişdi.

    Bundan başqa, Dnepropetrovsk vilayətində gecə saatlarında 1 raket və 5 PUA vurulub.
    //report

  • Разработан тест на рак поджелудочной железы с чувствительностью 92%

    Ученые из Китая, США и Чехии разработали основанный на глубоком обучении метод раннего выявления аденокарциномы протоков поджелудочной железы с помощью компьютерной томографии.

    Результаты исследования опубликованы в журнале Nature Medicine.

    Медианная общая продолжительность жизни при раннем обнаружении рака поджелудочной железы составляет 9,8 лет. После выявления на поздней стадии большинство пациентов проживет около полутора лет. Поэтому ведутся разработки тесты для скрининга на рак поджеудочной железы. В новом исследовании ученые представили метод PANDA для обнаружения рака поджелудочной с помощью компьютерной томографии без контрастирования.

    Тестирование показало, что PANDA эффективно выявляет рак и превосходит рентгенологов по специфичности и чувствительности на 6,3% и 34,1% соответственно. Чувствительность показывает, насколько хорошо тест выявляет заболевание у больных пациентов, а специфичность – как хорошо он исключает заболевание у здоровых людей. В ходе крупномасштабной проверки PANDA достигла чувствительности и специфичности 92,9% и 99,9% соответственно.

  • Mədəaltı vəzi xərçəngini 92 faiz dəqiqliklə aşkarlayan test hazırlanıb

    Çin, ABŞ və Çexiyadan olan alimlər kompüter tomoqrafiyasından istifadə edərək, mədəaltı vəzi kanallarının adenokarsinomasının erkən aşkarlanması üçün dərin araşdırmaya əsaslanan metod hazırlayıblar.

    Bu barədə tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc edilib.

    Mədəaltı vəzi xərçəngi gec aşkar edildikdə pasiyentlərin əksəriyyəti təxminən bir il yarım yaşayırlar. Buna görə də, yeni araşdırma aparan elm adamları kontrastsız KT müayinəsi ilə mədəaltı vəzi xərçəngini aşkar etmək üçün PANDA metodunu təqdim ediblər. Testlər PANDA-nın xərçəngin aşkarlanmasında təsirli olduğunu, spesifikliyi və həssaslığı ilə rentgenoloqları müvafiq olaraq, 6,3 faiz və 34,1 faiz üstələdiyini nümayiş etdirib. Metod süni intellektə əsaslanaraq hazırlanıb.

  • Daşkəsəndə yer təkinin istifadə qaydalarını pozanlar aşkarlandılar

    Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən RPŞ-nin əməkdaşlarının keçirdikləri monitorinq zamanı rayonun Əmirvar kəndi ərazisində qanunsuz olaraq “KamAZ” markalı yük avtomobili ilə dağ süxurunun daşınması faktı aşkarlanıb. Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub.

    Bundan başqa, şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşları ilə birlikdə keçirdikləri monitorinq zamanı rayonun Quşçu kəndində qalaqlanmış və yandırılmış məişət tullantıları aşkarlanıb. Faktla bağlı ETSN-in əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılıb.

  • Baş Qərargah rəisi orduda rabitə vasitələri və informasiya texnologiyalarının təkmilləşdirilməsi tapşırığını verib

    Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi tapşırığını verib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Ordusunda bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkilinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

    Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov noyabrın 25-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində olublar.

    Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissənin ərazisindəki saxlanclara baxış keçirib.

    Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnika nümunələri təqdim olunub. Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirmək üçün mövcud olan ən yeni texnoloji avadanlıqlar barədə məlumat verilib.

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi bölmələrdə rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi və səmərəli tətbiqinə dair aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

  • Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub

    Beynəlxalq axtarışda olan şəxs Azərbaycan ekstradisiya olunub.

    Baş prokurorluğdan bildirilib ki, vəsatət əsasında Belarus Respublikası Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlzamin Mustafayevin ekstradisiyası haqqında qərar qəbul olunub.

    Belə ki, Cəlilabad rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Əlzamin Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

    Əlzamin Mustafayev Belarus Respublikasının ərazisində saxlanılaraq noyabrın 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

  • Federasiyadan maliyyə çətinliyi ilə üzləşən komandalarla bağlı AÇIQLAMA

    Azərbaycan Voleybol Federasiyası (AVF) “Xarı Bülbül Şuşa” və “Xarı Bülbbül Laçın” komandalarının üzləşdiyi maliyyə çətinliyi ilə bağlı açıqlama ayıb.

    AVF bu barədə rəsmi “Facebook” səhifəsi vasitəsi ilə paylaşım edib.

    Qurum yaranmış vəziyyətlə əlaqədar komandalara dəstək olmaq üçün bütün imkanlarını səfərbər etdiyini vurğulayıb:

    “Məlum olduğu kimi, müstəqil şəkildə fəaliyyət göstərən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları Azərbaycan çempionatında, “Xarı Bülbül Şuşa” həm də Çelenc Kubokunda iştirak edir. Mövsümün əvvəlində klubların yerli və xarici voleybolçulardan ibarət heyətləri formalaşaraq, bütün xərclərin ödənməsi ilə bağlı sponsorlarla razılığa gəlinib.

    “Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası (AVF) qarşısında öhdəlik götürüb və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilib. Eyni zamanda klub Avropa Voleybol Konfederasiyasına müraciət edərək müvafiq qaydada sənədləri təqdim etməklə Çelenc Kubokunda öz iştirakını təsdiqləyib.

    Daha sonra klubun maliyyə çətinliyi ilə üzləşməsinə dair AVF-yə şifahi məlumat daxil olub və bununla bağlı işçi heyəti və oyunçularla görüş keçirilib. Toplantı zamanı yaranmış maliyyə çətinliyi ilə əlaqədar müzakirələr aparılıb və klubun müvafiq sənədləri federasiyaya təqdim etməsindən sonra AVF tərəfindən bir aylıq maliyyə dəstəyinin göstəriləcəyi bildirilib.

    Klub tərəfindən rəsmi sənədlər federasiyaya təqdim olunduqdan sonra AVF klubun ölkəmizi Çelenc Kubokunda təmsil etdiyini nəzərə alaraq, qısa zamanda “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının oyunçularının bir aylıq əməkhaqqını ödəyib”, – deyə açıqlamada bildirilib.

  • Sabirabadda qəza magistral yolda tıxac yaradıb

    Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı magistral yolda tıxac yaranıb. Təxminən bir saata yaxın avtomobillərin hərəkəti qəza səbəbindən məhdudlaşıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayon Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin yanacaq daşıyan digər bir avtomobillə toqquşması nəticəsində hadisəyə səbəb olan yük avtomobili əks istiqamətdə hərəkətdə olan və “Azərpoçt” MMC-yə məxsus avtomobilin qarşısına çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.

    Qeyd edək ki, qəza səbəbindən magistral yolda böyük tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb ediliblər və hərəkət bərpa olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Xırdalanda təcili yardım avtomobili aşdı – VİDEO

    Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

    Şəhər ərazisindəki işıqforun qarşısında “Hyundai” markalı minik avtomobili ilə “Fiat” markalı operativ nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən təcili tibbi yardım avtomobili aşıb.

    Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

  • İranda qar uçqunu olub, 5 nəfər ölüb, 4 nəfər yaralanıb

    İranın qərbindəki Lorestan əyalətinin Oştorankuh dağ silsiləsində qar uçqunu nəticəsində 5 alpinist ölüb, 4 nəfər isə yaralanıb.
     
    Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmməd Kadami bildirib.
     
    Bildirilib ki, noyabrın 25-də xilasedicilərin səyi nəticəsində itkin düşən daha üç alpinistin cəsədi tapılıb.
    //Report