Month: November 2023

  • Anasının imtina etdiyi körpə xəstəxanada öldü

    Doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, yeddi ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsinindən imtina edib. Yeni doğulmuş oğlan uşağı bir müddət sonra uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra bu gün körpə xəstəxanada ölüb.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

  • Bu rayonun DYP rəisi dəyişdi

    Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor Nurlan Qafarov vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
     
    Digər əmrlə Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəisi, mayor Razi Hüseynov vəzifəsindən azad edilərək, Lerik DYP-yə rəis təyin olunub.
     
    Qeyd edək ki, Razi Hüseynov 2019-cu ildə Ağdaş rayon Polis Şöbəsinin yol polisi bölməsinin baş inspektoru vəzifəsindən azad olunaraq, Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəis təyin olunmuşdu.

  • Gələn il Şuşada “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayacaq

    “Gələn il Şuşada “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayacaq”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, Şuşa şəhərində “ASAN xidmət” Mərkəzinin yaradılması ilə əlaqədar işlərə start verilib: “Gələn ildən Dövlət Agentliyi Şuşada fəaliyyətə başlayacaq”.
    Ü.Mehdiyev bildirib ki, azad olunmuş digər ərazilərdə də “ASAN xidmət” mərkəzlərinin mərhələli şəkildə açılması nəzərdə tutulur.

  • Heydər Əliyev Sarayına yeni direktor təyin olunub

    Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub.

    Mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

    İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

    1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.

    İ.Qasımov 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.

  • Азербайджанские пограничники пресекли контрабанду сигарет, семян и ковра по морю – ФОТО

    Продолжаются мероприятия по обеспечению надежной охраны морских границ Азербайджанской Республики (АР), усилению контроля за соблюдением режима на Каспийском море и борьбе с контрабандой.

    Об этом сообщили в пресс-центре Государственной пограничной службы (ГПС) АР.

    В рамках совместной деятельности подразделений Береговой охраны ГПС предотвращена контрабанда табачных изделий из Ирана в нашу страну по Каспийскому морю.

    В результате мероприятий, проведенных в направлении мыса Бендован, при осмотре найденных на береговой линии коробок было обнаружено и изъято в общей сложности 23 998 штук сигарет различных наименований, 80 железных банок с семенами томата и ковер.

    По факту продолжаются оперативно-следственные мероприятия.








  • DSX Xəzər dənizində qaçaqmalçılığın qarşısını aldı – FOTO

    Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Məlumat yayıb.

    Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb.

    Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23 998 ədəd müxtəlif adda siqaret, 80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb.

    Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.








  • Индиец расправился с женой и дочерью при помощи кобры ради компенсации

    В Индии мужчина признался, что расправился с женой и дочерью при помощи королевской кобры ради компенсации в 800 000 рупий (16 000 манатов – ред.).

    Согласно информации, ранее Басанти Патра и ее двухлетняя дочь были обнаружены в своем доме в деревне Адхейгаон, штат Одиша. У обеих обнаружили укусы змеи. Пресмыкающееся также находилось в комнате. Врачи помочь пострадавшим уже не могли. Полиция решила, что имеет дело с нападением дикой кобры, и не дала ход расследованию.

    Однако вскоре отец женщины обвинил ее мужа Ганеша в том, что он расправился с ней и собственной дочерью при помощи змеи ради денег, так как в Индии родственникам жертв нападения кобр полагается компенсация в размере 400 000 рупий (около 8 000 манатов – ред.) за пострадавшего.

    Отмечается, что к расследованию был привлечен дрессировщик змей, который указал, что укусы у пострадавших были в одном и том же месте – на ногах, чуть выше лодыжки, что показалось ему странным. При этом змея осталась в комнате после нападения, что нехарактерно для диких кобр. Специалист также отметил, что пострадавшие не кричали после укусов, хотя яд кобры причиняет сильную боль. Следователи предположили, что Патре и ее дочери ввели некие седативный препарат перед атакой змеи.

    Спустя месяц после случившегося Ганеш Патра сознался в преступлении. Он рассказал, что купил кобру под предлогом проведения религиозного ритуала. Затем он выпустил змею в комнату, где спали его жена и дочь, а сам лег в другой комнате.

    В данный момент полиция выясняет, знал ли продавец змей о том, с какой целью мужчина купил у него кобру. Следователи также пытаются выяснить, причастны ли к преступлению иные лица.

    Источник: lenta.ru

  • Hindistanda kişi ilanın köməyi ilə arvadını və qızını öldürüb

    Hindistanda kişi 800 min rupi (850 min rubl) təzminat qarşılığında arvadını və qızını kral kobrasının köməyi ilə öldürdüyünü etiraf edib.

    Basanti Patra və onun iki yaşlı qızının meyiti oktyabrın 7-də Hindsistanın Odişa ştatının Adheyqaon kəndindəki evlərində tapılıb. Hər ikisinin ilan sancması aşkar edilib. Həmin vaxt ilan da otaqda olub. Həkimlər artıq zərərçəkmişlərə kömək edə bilməyiblər. Polis hadisənin vəhşi kobranın dişləməsi nəticəsində baş verdiyinə qərar verərək, araşdırmaya davam etməyib.

    Ancaq tezliklə qadının atası əri Qaneşi pul naminə onu və öz qızını kobranın köməyi ilə öldürməkdə ittiham edib, çünki Hindistanda kobra hücumu qurbanlarının qohumları hər qurban üçün 400 min rupi məbləğində təzminat almaq hüququna malikdirlər.

    Araşdırmaya ilanların əhilləşdirilməsi ilə məşğul olan mütəxəssis cəlb edilib və zərərçəkmişlərin bədənlərində dişləmə izinin eyni yerdə – ayaqlarında, topuqlarından bir az yuxarıda olduğunu ona qəribə göründüyünü qeyd edib. Həmçinin hücumdan sonra ilan otaqda qalıb ki, bu da vəhşi kobralar üçün səciyyəvi deyil. Mütəxəssis həmçinin qeyd edib ki, ilan zərərçəkmişləri dişlədikdən sonra onlar qışqırmayıblar, baxmayaraq ki, kobranın zəhəri şiddətli ağrıya səbəb olur. Müstəntiqlər ilanın hücumundan əvvəl Patra və qızına bir növ sakitləşdirici dərman verildiyini təxmin ediblər.

    Hadisədən bir ay sonra Qaneş Patra cinayəti etiraf edib. O, kobranı oktyabrın 6-da dini ayin icra etmək adı ilə aldığını bildirib. Daha sonra o, ilanı arvadının və qızının yatdığı otağa buraxıb, özü isə başqa otaqda uzanıb.

    Hazırda polis ilan satıcısının kişinin ondan kobranı hansı məqsədlə aldığını bilib-bilmədiyini araşdırır. Müstəntiqlər cinayətdə başqa şəxslərin də əli olub-olmadığını öyrənməyə çalışırlar.

    Mənbə: News9Live

  • Азербайджан отправил в Украину машину для разминирования

    Азербайджан отправил в Украину спецтехнику для разминирования.

    Об этом в своем аккаунте в социальной сети Facebook написал посол Украины в Азербайджане Владислав Каневский.

    “Азербайджан направил спасателям Полтавщины механизированную машину разминирования Revival P. Представители компании-производителя данной техники также приехали в Украину для обучения местных специалистов. Затем машину отправят на помощь саперам Государственной службы Украины по чрезвычайным ситуациям, которые проводят гуманитарное разминирование деоккупированных территорий”, – отмечается в публикации.

  • Azərbaycan Ukraynaya minatəmizləmə maşını göndərib

    Azərbaycan minatəmizləmə üçün Ukraynaya maşın göndərib.

    Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında yazıb.

    “Azərbaycan Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə maşını göndərib. Həmçinin, texnikanın istehsalçı şirkətinin nümayəndələri Ukraynaya gəlib və mütəxəssislərimiz üçün treninqlər keçirəcəklər. Sonra avtomobil işğaldan azad edilmiş ərazilərin humanitar minatəmizlənməsini həyata keçirən Fövqəladə Hallar Xidmətinin istehkamçılarına kömək etmək üçün yollanacaq”, – deyə səfir qeyd edib.