Month: November 2023

  • Израиль и ХАМАС продлили срок перемирия

    Израиль и палестинская группировка ХАМАС договорились о продлении гуманитарного перемирия в секторе Газа.

    Об этом сообщила Армия обороны Израиля (ЦАХАЛ) в своем Telegram-канале.

    “В свете усилий посредников по продолжению процесса освобождения заложников и при соблюдении условий рамочного соглашения оперативная пауза будет продлена”, – говорится в сообщении ЦАХАЛ.

    Источник: gazeta.ru

  • İsrail və HƏMAS Qəzzada atəşkəsi uzadıb

    İsrail hakimiyyəti və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin uzadılması barədə razılığa gəlib.

    Bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

    “Vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda əməliyyat fasiləsi uzadılıb”, – deyə məlumatda bildirilib.

    Mənbə: TASS

  • Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinə yekun vurulacaq

    Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinə yekun vurulacaq.

    “Report”un məlumatına görə, son olaraq daha iki oyun keçiriləcək.

    “Şamaxı” “Zaqatala”nın, “Mingəçevir” isə “İmişli”nin qonağı olacaq. Hər iki görüş saat 13:30-da başlayacaq.

    30 noyabr (cümə axşamı)

    13:30. “Zaqatala” – “Şamaxı”

    Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.

    Hakim-inspektor: Əmrah İbrahimov.

    AFFA nümayəndəsi: Erkin Hüseynov.

    Zaqatala Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”)

    13:30. “İmişli” – “Mingəçevir”

    Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.

    Hakim-inspektor: Rəhim Həsənov.

    AFFA nümayəndəsi: Seymur Səlimli.

    İmişli şəhər stadionu (canlı, “CBC Sport”)

    Qeyd edək ki, daha əvvəl “Karvan”, “İrəvan”, MOİK, “Səbail”, “Turan Tovuz”, “Qaradağ Lökbatan, “Kəpəz”, “Araz-Naxçıvan” və “Sumqayıt” 1/8 finala vəsiqə qazanıblar.

  • Avtomobil elanları saytında vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb – VİDEO

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polisə müraciət edən zərərçəkmişlər avtomobil elanları saytında nəqliyyat vasitəsi almaq üçün tanımadıqları şəxsə onlayn yolla beh göndərdiklərini və daha sonra onunla əlaqə saxlamağın mümkün olmadığını bildiriblər.

    Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq edən Samux rayon sakini Azər Əliyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, A.Əliyev avtomobil elanları saytında digər satıcılara məxsus avtomobillərin fotoşəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edib. Saxlanılan şəxs avtomobilləri almaq istəyən alıcılardan ilk öncə müxtəlif məbləğlərdə beh tələb edib, daha sonra isə guya etibarnamə vermək üçün onlardan şəxsiyyət vəsiqələrinin fotoşəkillərini istəyib. İz itirmək məqsədilə həmin şəxsiyyət vəsiqələrindən istifadə edərək zərərçəkmişlərin adına onlayn ödəmə sistemlərində hesablar yaradıb və növbəti dəfə avtomobil almaq istəyən şəxslər də ilkin ödənişi məhz həmin hesablara göndəriblər. Alıcılardan beh aldıqdan sonra isə A.Əliyev telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.

    Azər Əliyevin digər vətəndaşlara qarşı da analoji əməllər törətdiyi istisna edilmir. Zərərçəkən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.

    Vətəndaşlara isə bir daha tövsiyə olunur ki, elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.

  • Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? – RƏSMİ AÇIQLAMA

    Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında uşaqlara vurulan peyvəndlərin Hindistandan gətirilməsi, tərkibinin keyfiyyətsiz olması, bu səbəbdən valideynlərin özəl xəstəxanalara üstünlük vermələri barədə iddialara münasibət bildirib.

    Nazirlikdən bildirilib ki, respublikanın həm dövlət, həm də özəl tibb müəssisələrində peyvəndlər milli peyvənd təqviminə əsasən 6 yaşınadək uşaqlara vurulur:

    “2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq, ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir”.

  • Sabah güclü maqnit qasırğası olacaq

    Sabah güclü maqnit qasırğası olacaq.

    Bu barədə Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, geomaqnit sahəsi – 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir.

    Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

    Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

  • İsrail ordusu “İslami Cihad” qruplaşmasının liderlərindən birini öldürüb

    İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində yerləşən qaçqın düşərgəsində keçirilən antiterror əməliyyatı zamanı batalyon komandiri Məhəmməd Zubeydi də daxil olmaqla iki təhlükəli radikalı məhv edib.

    Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

    “SAXAL, Ümumi Təhlükəsizli Xidməti (ŞABAK) və İsrail Sərhəd Polisinin birgə keçirdiyi antiterror əməliyyatı zamanı qaçqın düşərgəsində iki yüksək rütbəli terrorçu, o cümlədən düşərgənin batalyon komandiri Məhəmməd Zubeydi məhv edilib. Zubeydi “İslami Cihad” qruplaşması və düşərgədəki əsas terrorçulardan biri olub”, – deyə məlumatda bildirilir.

    Mənbə: TASS

  • Sosial şəbəkələrdə satılan korporativ nömrələr qanunidir? – VİDEO

    Sosial şəbəkələrdə rəsmi satış qiymətindən çox ucuz mobil internet paketlər təklif edilir.

    Bəzi istifadəçilər xüsusi nömrələr təqdim edir ki, bu nömrələrə sahib olduqdan sonra baha aldığımız internet paketləri daha ucuz əldə etmək mümkün olur.

    Bəs bu nömrələrin digərlərindən fərqi nədir?

    Satış menecerləri bildiriblər ki, sözügedən nömrələr VÖEN-ə bağlı olur və onları yalnız hüquqi şəxslər istifadə edə bilərlər.

    Həmçinin qeyd edilib ki, korporativ nömrələrin internet sürətləri bir megabitdir. Digər nömrələrdə isə bu, 0,5 və ya 0,6-ya yaxın olur.

    Bəs sosial şəbəkələrdə təklif edilən korporativ nömrələr digər şəxslərə satıla bilərmi?

    Ekspertlər bildiriblər ki, bu, mümkün deyil. Korporativ nömrələr yalnız hüquqi şəxslərə satılmalıdır.

    Ətraflı Baku TV-nin süjetində:

  • Qurban Qurbanov: “Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu”

    “Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu”.

    “Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin səfər oyunu ilə bağlı mətbuat konfransında deyib.

    51 yaşlı mütəxəssis sabah qarşılaşma öncəsi son məşqə çıxacaqlarını bildirib: “Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı çıxış edəcəyik. Rəqibin özünəməxsus oyun sistemi var və bunu yaxşı icra edirlər. Həm bunu, həm də meydança amilini düşünməliyik. Futbolçularım sabah bugünə qədərki xarakterdən daha artığını etməlidirlər. Onlara güvənirəm. İstənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.

    Baş məşqçi əvvəllər də soyuq hava şəraitində çıxış etdiklərini söyləyib: “Hər iki komanda üçün şərait eynidir. Sadəcə, rəqib bu şəraitə daha çox alışıb ki, üstünlükləri budur. Belə havada oynadığımız matçlar olub. Bunları futbolçularımıza bildiririk. İlk dəfə deyil ki, belə vəziyyətdə çıxış edəcəyik. Buna baxmayaraq, uğurlu çıxış üçün hər şeyi edəcəyik”.

    O, sabahkı qarşılaşmada mümkün heç-heçənin uğurlu sayılacağını düşünür: “Niyə də yox? Futbol elə oyundur ki, hətta bəzən minimalhesablı məğlubiyyət də sonda işinə yarayır. Bizim istəyimiz daha yaxşı nəticə qazanmaqdır. Qarşılaşmanın ardından ümumi nəticəni analiz edəcəyik”.

    Qurban Qurbanov UEFA-nın keçirdiyi sorğuda azarkeşlərin 78 faizinin “Qarabağ”ın qalib gələcəyini düşünməsinə də münasibət bildirib: “İnandıqlarına görə təşəkkür edirəm. Ancaq bunu düşünərək meydançaya çıxmayacağıq. Hər bir şəraiti, oyunun gedişatını nəzərə alacağıq. İnam varsa, bu, bizə verilən böyük dəyərdir. Həmişəki kimi, sabah da daha yaxşı nəticə üçün çalışacağıq”.

    “Qarabağ”ın çalışdırıcısı Almaniyanın “Bayer” klubuna qarşı hər iki matçda açıq futbol oynadıqlarını xatırladaraq, rəqibdən asılı olmayaraq, öz oyun fəlsəfələrindən əl çəkməyəcəklərini vurğulayıb: “Bəzən rəqib buna mane olur. Sabah da bunu futbolçulardan tələb etməyə çalışacağıq. Ən vacibi tapşırığı düzgün yerinə yetirməkdir. “Molde” öz sistemindən əl çəkməyən təcrübəli rəqibdir. Hər iki komandanın düşüncəsi qalib gəlməkdir. Rəqibin də bir nömrəli oyunu var və bunu yerinə yetirməyə çalışır. İnanıram ki, sabah iki keyfiyyətli komandanın ifasında maraqlı görüş olacaq”.

    Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Eyni xala malik Norveç təmsilçisi üçüncü sıradadır.

  • İranda tələbələrə meyit yumaq öyrədilir – FOTO

    İranda tələbələrə meyit yumaq öyrədilir.

    İran mediası Tehranın ən böyük qəbiristanlığı olan “Beheşt-e Zəhra”da keçirilən “Qüsl təlimi seminarı” adı altında meyit yuyulmasının xəbər və görüntülərini paylaşıb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

    Məlumata görə, “Qüsl təlimi seminarı”nın keçirilməsində məqsəd “Şəhid Beheşti” Universitetinin tələbələrinə qüslün öyrədilməsi olub.

    Təlimə oğlan və qız tələbələr qatılıblar. Lakin onların hansı sahədə təhsil aldıqları məlum deyil.