Month: November 2023

  • İsrail ordusu radikalların 300 hərbi obyektinə hava hücumu edib

    İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Qəzza zolağında radikalların 300 hərbi obyektinə hava zərbələri endirib.

    Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

    “İsrail ordusu 24 saat ərzində HƏMAS terror təşkilatının 300 hərbi obyektinə, o cümlədən əməliyyat qərargahlarına, döyüş tunellərinə, anbarlara və partlayıcı maddələrin istehsalı sahələrinə, həmçinin tank əleyhinə raket buraxılış məntəqələrinə havadan hücum edib”, – deyə məlumatda bildirilir.

    “İsrail ordusunun quru bölmələri Qəzza zolağında döyüşməyə, düşməni məhv etməyə, yeraltı tikililəri aşkar etməyə və HƏMAS-ın terror obyektlərini məhv etməyə davam edir”, – deyə mətbuat xidməti əlavə edib.

    Mənbə: TASS

  • Qadına sataşanın ayaqlarını sındıraraq öldürən şəxslərlə bağlı QƏRAR

    Ali Məhkəmədə Bakıda xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən qohumların – Allahverdi İsmayılov və Ramin Şamilovun barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Allahverdi İsmayılov 18 il, Ramin Şamilov isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

    Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Qətl hadisəsi Bakının Binəqədi rayonunda baş verib. Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Çapar oğlu Abbasovun meyiti tapılıb. Meyitin müayinəsi zamanı müxtəlif bədən xəsarətləri aşkar olunub. Həmçinin kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, E.Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.

    Aparılan araşdırmalar nəticəsində polis əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri – 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar. İlkin ehtimallara görə, E.Abbasov öz inadkarlığının qurbanı olub. Kişi saxlanılan şəxslərdən birinin qohumu olan qadınla yaxınlıq etmək istəyib. Ancaq qadın buna etiraz edib. Lakin E.Abbasov ona zəng vurmağa davam edib. Bu zaman söhbətə A.İsmayılov qarışıb. O, telefon vasitəsilə E.Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarşısında görüşə çağırıb. E.Abbasov görüşə gəlib. İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında A.İsmayılov və R.Şamilov E.Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.

  • Sabahın hava proqnozu açıqlanıb

    Ölkə ərazisində noyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 13-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-8 dərəcə, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

  • Qarabağın yenidən qurulmasına ayrılan ümumi vəsait on milyard dollara çatacaq

    “Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar sərf edilib. Gələn il üçün 2,4 milyard dollar ayrılması nəzərdə tutulur”.

    APA xəbər verir ki, SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    Nazir, həmçinin əlavə edib ki, Azərbaycanın birbaşa xarici borcu ÜDM-in 10 faizi civarındadır. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir.

    “Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub”, – deyə Mikayıl Cabbarov əlavə edib.

  • İlham Əliyev: “Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb”

    “Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin formalaşdırılması sosial islahatlar proqramının əsas hədəflərindən biridir. Bu istiqamətdə “ASAN xidmət” modeli, DOST konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramı həyata keçirilib”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin noyabrın 23-də Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb.

    Əmək, məşğulluq və sosial müdafiə sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, bu sahələrdə əhaliyə 140-dan artıq elektron xidmətin göstərilməsi və vahid əmək münasibətləri platformasının əhaliyə ciddi dəstək mexanizminin formalaşdırdığı vurğulanan məktubda, həmçinin qeyd olunub:

    “Ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artıb, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5%-ə düşüb, sosial ödənişlərdə dəfələrlə artımlar edilib. Təkcə son dörd ildə qəbul edilmiş dörd sosial islahat paketi ilə əhalimizin 40%-i əhatə olunub, minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, median əməkhaqqı 2,1 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya isə iki dəfə artıb”.

  • В Лянкяране задержан подозреваемый в краже на кладбище

    В полицию поступила информация о краже металлической ограды вокруг более 30 могил на одном из кладбищ, расположенных на территории Лянкярана.

    Как сообщили в региональной группе пресс-службы Министерства внутренних дел (МВД), в результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками Лянкяранского районного отдела полиции (РОП), был выявлен и задержан подозреваемый в совершении данного преступления житель города Роман Корнев.

    Краденое было обнаружено в месте, где он его спрятал, могилы вновь обнесли оградой.

    По данному факту в РОП ведется расследование.

  • Lənkəranda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb

    Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən 30-dan artıq məzarın ətrafına çəkilən metal məhəccərlərin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Roman Kornev müəyyən edilərək saxlanılıb. Oğurladığı məhəccərlər onun gizlətdiyi yerdən aşkarlanıb və məzarların ətrafının bərpa olunması təmin edilib.

    Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

  • Жителя Баку задержали при попытке нарушить госграницу с Россией

    Азербайджанские пограничники задержали человека, пытавшегося пересечь государственную границу в направлении Российской Федерации.

    Об этом сообщили в Госпогранслужбе (ГПС) Азербайджана.

    22 ноября в 03:20 благодаря бдительности наряда пограничников на служебной территории погранзаставы погранотряда “Худат”, расположенной близ села Ширванлы Гусарского района, при попытке пересечь госграницу Азербайджанской Республики в направлении России был задержан житель Баку Нариман Велизаде (2005 г.р.).

    По данному факту продолжаются следственно-оперативные мероприятия.

  • Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlandı

    Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, noyabrın 22-də saat 03:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Nəriman Emin oğlu Vəlizadə saxlanılıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Şirvanda sənədsiz silah-sursatlar polis əməkdaşlarına təhvil verilib

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlər nəticəsində ötən gün ərzində bir ədəd avtomat, bir ədəd daraq və 45 ədəd patron, eləcə də beş ədəd müvafiq sənədləri olmadan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.