Month: November 2023

  • В Баку задержан мужчина, обманывавший граждан под видом организации дешевых турпакетов

    В Баку задержан человек, обвиняемый в мошенничестве.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    Было отмечено, что в 32-е отделение Сураханского районного управления полиции поступила информация о том, что неизвестный обманом завладел денежными средствами граждан под видом организации продажи турпакетов по низким ценам по всей стране.

    В результате проведенной операции было установлено, что уголовное деяние совершил житель Абшеронского района Эльмин Дадашов (1994 г.р.). Его задержали.

    Следствием было установлено, что злоумышленник создал в соцсетях фейковую страницу туристической компании и после получения онлайн доступа к денежным средствам потерпевших обналичил их через платежные системы.

    Расследование по данному факту продолжается.

  • Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb

    Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə naməlum şəxsin bir çox vətəndaşı ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.

    Keçirilən əməliyyat tədbiri nəticəsində müəyyən olunub ki, qanunsuz əməl 1994-cü il təvəllüdlü Abşeron rayon sakini Elmin Dadaşov tərəfindən törədilib. O, saxlanılaraq istintaqa təqdim edilib.

    E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitlərini ödəniş sistemləri vasitəsilə nağdlaşdırıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    E.Dadaşovun əməllərindən zərərçəkən şəxslər bu barədə polis orqanlarına müraciət edə bilərlər.

  • На армянской свадьбе прозвучала азербайджанская музыка – ВИДЕО

    На одной из армянских свадеб прозвучала азербайджанская музыка, а армянские девушки танцевали в азербайджанском стиле.

    Танец “Узундере”, поставленный азербайджанским хореографом Алибабой Абдуллаевым для персонажа фильма “Не та, так эта” (O olmasın, bu olsun) Мешади Ибада, как и многие другие наши песни, танцы и культурные ценности, был присвоен армянами.

    Напомним, что фильм “Не та, так эта” – музыкальная кинокартина, снятая на Бакинской киностудии по мотивам одноименной оперетты азербайджанского композитора Узеира Гаджибекова.

    Подробнее – в сюжете:

  • Erməni toyunda Azərbaycan musiqisi ifa olundu – VİDEO

    Erməni toyunda Azərbaycan mahnısı ifa olunub, qızlar Azərbaycansayağı rəqs ediblər.

    Əlibaba Abdullayevin “O olmasın bu olsun” filmində Məşədi İbad obrazı üçün quruluş verdiyi “Uzundərə” rəqsi ermənilər tərəfindən digər musiqi və rəqslərimiz kimi mənimsənilib.

    Ermənilər həmin musiqinin sədaları altında toylarda oynayır, qızlar gəlin köçürülür.

    Daha ətraflı süjetdə:

  • Сотрудники AzTV сыграли в футбол на стадионе в Ханкенди – ВИДЕО

    Сотрудники Азербайджанского государственного телевидения (AzTV) сыграли в футбол на стадионе в Ханкенди.

    В подготовленном сюжете говорится, что со следующего сезона на этой спортивной арене можно будет наблюдать за играми Премьер-лиги Азербайджана.

    Было отмечено, что данный стадион, вмещающий около 15 000 зрителей, во времена СССР принимал матчи азербайджанского футбольного клуба “Карабах”.

    В настоящее время на спортивном объекте ведутся реставрационные и реконструкционные работы.

    Напомним, что фундамент Ханкендинского городского стадиона был заложен в 1955 году. Футбольное поле было введено в эксплуатацию в 1956 году.

    Подробнее – в сюжете:

  • AzTV əməkdaşları Xankəndi stadionunda futbol oynadılar: Meydançanın yeni görüntüləri – VİDEO

    Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşları Xankəndi stadionunda futbol oynayıblar.

    Stadiondan hazırlanan süjetdə qeyd olunub ki, növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını bu arenada izləmək mümkün olacaq.

    Bildirilib ki, təxminən 15 min tamaşaçı tutumuna malik olan sözügedən stadion SSRİ dövründə Azərbaycanın “Qarabağ” futbol klubunun oyunlarına ev sahibliyi edib.

    Hazırda isə stadionda bərpa və yenidənqurma işləri görülür.

    Xatırladaq ki, Xankəndi şəhər stadionunun təməli 1955-ci ildə qoyulub. Futbol meydançası 1956-cı ildə istifadəyə verilib.

    Ətraflı süjetdə:

  • Rəşad Dağlı qətl törətdiyi yerdə DİNDİRİLİB – İSTİNTAQ GÖRÜNTÜLƏRİ

    Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətdiyi yerə aparılıb ifadə verdiyi görüntüləri yayılıb.

    “Qafqazinfo”nun olaraq əldə etdiyi videoda o, Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü əyani şəkildə göstərib. Məlum olduğu kimi, həmin görüntülər bir il əvvələ aiddir. Meyxanaçı, eyni zamanda təqsirləndirilən şəxs statusunda prokurorluqda müstəntiqə ifadə verib.

    Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Sözügedən videonu təqdim edirik:

  • Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq

    Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq.

    Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə qaçış tədbiri noyabrın 24-də Dənizkənarı Milli Park ərazisində keçiriləcək.

    Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq ultramarafonda 50-yə yaxın iştirakçının mübarizə aparacağı gözlənilir. Yarışa saat 13:00-da start veriləcək. Ağ şəhər bulvarından Su İdman Sarayının arxa hissəsi istiqamətində 5 dairəni əhatə edəcək ultramarafonun mükafatlandırma mərasimi saat 16:30-da olacaq.

    Start, finiş və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Kukla Teatrının arxa hissəsindəki ərazidə baş tutacaq. Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələcək Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.

  • “Rossiya-24” telekanalının hərbi müxbiri Boris Maksudov ölüb

    “Rossiya-24” telekanalının hərbi müxbiri Boris Maksudov ölüb.

    Məlumata görə, “Rossiya-24” telekanalının hərbi müxbiri Boris Maksudov aldığı qəlpə yaralarından dünyasını dəyişib.

    Qeyd edək ki, Maksudov noyabrın 22-də Ukrayna PUA-sının Zaporojye vilayətində material hazırlayan jurnalistlərə hücumu zamanı qəlpə yaraları alıb. O, tibb müəssisəsinə təxliyə edilib və ona tibbi yardım göstərilib.

    Mənbə: lenta.ru

  • Milli Arxiv İdarəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib

    Milli Arxiv İdarəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Belə ki, “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib.

    Dəyişikliyə əsasən, kollegiyanın üzvləri aşağıdakılardır:

    Azərbaycan Milli Arxiv İdarəsinin rəisinin müavini;

    Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi;

    Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri;

    Azərbaycan Milli Arxiv İdarəsinin Milli Arxiv Fondu sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri;

    Azərbaycan Dövlət Arxivinin direktoru;

    Azərbaycan Dövlət Tarix Arxivinin direktoru.