Month: November 2023

  • Erməni tərəfi Azərbaycana sülh sazişi üzrə özünün növbəti təkliflərini göndərib

    Erməni tərəfi Azərbaycana sülh sazişi üzrə özünün altıncı təkliflər paketini göndərib.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    “Ermənistan əvvəl elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşmasına və sülh sazişinin imzalanmasına sadiqdir”, – deyə nazirlikdən bildirilib.

    Mənbə: Sputnik Ermənistan

  • Nazirlik qızılcaya yoluxma ilə bağlı epidemioloji vəziyyəti AÇIQLADI

    “Respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib”.

    Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

    Bildirilib ki, hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb:

    “Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar. Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur”.

  • Qazax və Daşkəsəndə təbiətə yarım milyondan artıq ziyan vuruldu

    Qazax və Daşkəsəndə təbiətə 523 min manatdan artıq ziyan vurulub, sənədlər Baş Prokurorluğa göndərilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax və Daşkəsən rayonları ərazisində qanunsuz qum-çınqıl hasilatı aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

    Araşdırma zamanı Qazax rayonu ərazisində yerləşən “Daş Salahlı” əhəngdaşı yatağında “Arzulu” firması, “Müstəqil Bənna” kiçik müəssisəsi və “Aysel-Asiman” MMC tərəfindən, “Coğazçay” qum-çınqıl yatağında “Coğaz” MMC tərəfindən və Daşkəsən rayonu ərazisində yerləşən “Əmirvar” mərmərləşmiş əhəngdaşı yatağında isə “Qoşqar-Mədən” MMC-nin vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 523 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

    Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

  • “Çayxor”ların nəzərinə: Qaynar çay XƏRÇƏNG YARADIR

    Çay ölkəmizdə ən çox istehlak edilən içkilərdəndir. Ölkə olaraq çayı isti və sürətlə içmək kimi vərdişimiz var. Lakin çoxlarımız qaynar çayın selikli qişanı yandırdığından, beləliklə, ağız nahiyəsində xərçəng riskini 3 dəfə artırdığından məlumatsızıq.
     
    Türkiyəli tanınmış professor Oğuz Kösə “çayxor”lara çayı çox isti deyil, bir az soyuq içməyi tövsiyə edib.
     
    Onun sözlərinə görə, Çin və Amerikada aparılan araşdırmalardan məlum olub ki, isti və intensiv şəkildə istehlak edilən çay ağız və boğaz selikli qişasına xroniki ziyan vurur, gələcəkdə baş-boyun bölgəsinin xərçəngə tutulma riskini artırır.
     
    Professor çayın 15 dəqiqədə dəmlənməsini və yarım saat ərzində içilməsini tövsiyə edib: “Çay tərkibində güclü antioksidanlar olan qiymətli milli içkidir. Diqqətli olsaq, onu ilıq və təzə içsək, çaydan aldığımız həzzi artıra bilərik”.
    //pravda.az

  • 68 yaşlı musiqiçi vəfat etdi

    “Psychedelic Furs” və “The Waitresses” filmlərində oynayan məşhur saksofonçu Mars Williams vəfat edib.

    “Milad sarğı” və “Ürək döyüntüsü” kimi mahnılardakı ifaları ilə tanınan ıb.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, təxminən bir ildir xərçənglə mübarizə aparan 68 yaşlı musiqiçi Mars Williams vəfat edib.

    Musiqiçinin ölümü ilə bağlı açıqlama verən qardaşı sənətçidə nadir rast gəlinən xərçəng növü aşkarlandığını bildirib.

    Onun nazik bağırsağında tapılan xərçəngdən öldüyünü deyib.
    //azxeber.com

  • Nigeriyalı jurnalist: “Bakıda çox aktual mövzular müzakirə olunur”

    “Azərbaycanın paytaxtında keçirilən bugünkü tədbirin mövzusu dünyada baş verən müasir hadisələr kontekstində çox aktualdır. Burada müstəmləkəçiliyin yeni növlərinə qarşı mübarizə məsələlərindən bəhs edilir”.

    “Report” xəbər verir ki, bunu Nigeriyadan olan jurnalist Kayode Komolafe Bakıda “Dekolonizasiya: Qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

    “Belə tədbirlər müstəmləkəçiliyin nəticələrini bütün dünyaya nümayiş etdirməyə imkan verir. Lakin bununla bağlı vacib fakt odur ki, müasir dünyada neokolonializm, həmçinin beynəlxalq ictimai rəy və siyasətin imperialist manipulyasiyası müşahidə olunur”, – deyə o vurğulayıb.

    Onun sözlərinə görə, insan haqlarının pozulması və humanitar problemlər də var.

    K.Komolafe buna misal olaraq Qəzza zolağı ətrafındakı vəziyyəti göstərib:

    “Qəzzada uzun sürən hərbi əməliyyatlar fonunda regionda son dərəcə ciddi insan haqları pozuntuları və humanitar böhran mövcuddur”.

  • “Muğanbank”ın işçiləri niyə kompensasiya ala bilmirlər? – AÇIQLAMA

    “Bağlanan “Muğanbank”ın 500-ə yaxın işçisi kompensasiya ala bilmir. Buna səbəb Əmanətlərin Sığortalanma Fondunun işçiləri “70 a” maddəsi ilə işdən kənarlaşdırmaq əvəzinə “68 c” maddəsi ilə uzaqlaşdırmasıdır”.

    Bu iddia ilə “Qafqazinfo”ya “Muğanbank”ın bir qrup əməkdaşı müraciət edib.

    Onlar bildiriblər ki, sözügedən maddə ilə uzaqlaşdırılan əməkdaşlar isə işsizlikdən sığorta üçün də müraciət edə bilmirlər:

    “68 c” maddəsində qeyd olunur ki, işçiyə təklif olunan əməkhaqqı ilə işdə qalıb davam edə bilər. Halbuki çox aşağı əməkhaqqı verirlər. Aydın məsələdir ki, əksər işçilər bu şərtlərlə razılaşmırlar. Nəticədə onlara elə bir şərait yaradılır ki, özləri işdən imtina edirlər. Bunu isə ona görə edirlər ki, ləğv olunan bankın işçilərinə kompensasiya verməsinlər. 500-dən artıq işçinin haqqına girirlər. Əslində bizdən qabaq da digər banklar bağlanıb və onlarda proses şəffaf olub, belə problem yaşanmayıb. Bu maddə ilə uzaqlaşdırılan işçi işsizlikdən sığorta üçün də müraciət edə bilmir”.

    Problemlə bağlı Əmanətlərin Sığortalanma Fondundan bildirilib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi müəssisə ləğv edildikdə işçilərin əmək müqavilələrinə xitamını özündə ehtiva edir:

    “Ləğv prosesində olan “Muğanbank” ASC-yə münasibətdə bildiririk ki, müəssisə ləğv edilməyib, müəssisəyə müvafiq qurum tərəfindən verilmiş bank lisenziyası ləğv edilib. Yəni ləğv prosesində olan “Muğanbank” ASC kredit vermir, əmanət qəbul etmir, pul köçürmələrini həyata keçirmir və s. bu kimi bank fəaliyyətini özündə cəmləşdirən funksiyaların icrasını təmin edə bilmir. Bank hüquqi şəxs olaraq ləğvetmə prosesindədir və hüquqi şəxs olaraq fəaliyyətini davam etdirir. Qeyd edilən səbəbdən ləğv prosesində olan “Muğanbank” ASC-nin işçilərinin əmək müqavilələrinə sözügedən əsasla xitam verilməsi qanunla nəzərdə tutulmayıb. Bankın müflis elan edilməsi bankın aktiv fəaliyyəti dövründə zəruri olan bəzi strukturlara olan tələbatı aradan qaldırıb. Bu səbəbdən ştat cədvəlinin yenidən formalaşdırılması və işçilərin azaldılması istiqamətində ləğvedici tərəfindən qanunamüvafiq tədbirlər görülməkdədir”.

    Qurumdan həmçinin bildirilib ki, qanunla nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən ləğv prosesində olan “Muğanbank” ASC-nin ixtisar ediləcək işçilərinə xəbərdarlıq edilib, əmək şəraiti şərtləri dəyişdiriləcək işçilərinə bu əsasla bildiriş verilib, öz xahişi ilə azad olmaq istəyən işçilər həmin əsasla işdən azad ediliblər:

    “Yəni bu onun göstəricisidir ki, qanunla nəzərdə tutulmuş hər üç hala rast gəlmək mümkündür. Nəzərinizə çatdırırıq ki, “Muğanbank” ASC-nin Bankın müflis elan edilmə tarixinə 530 nəfər işçi heyəti olub. Məlumdur ki, bankın lisenziyasının ləğvinə səbəb olan əsas amil sözügedən bankda kapital çatışmazlığı, adekvatlıq əmsallarının qanunla müəyyən edilmiş qaydada olmaması ilə bağlı olub.

    Eyni zamanda diqqətinizə çatdıraq ki, ləğv prosesində olan bankın sonrakı fəaliyyətində lazımi işçi heyəti ilə ləğvedici arasında əmək münasibətləri davam etdirilir”.

  • ÜST Qəzzada səhiyyə sistemində kollaps barədə xəbərdarlıq etdi

    Qəzza zolağının səhiyyə sistemi ağır böhran içindədir, anklavın əhalisi yalnız əsas tibbi yardım ala bilir.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan bəyan edib.

    Onun sözlərinə görə, Qəzzada səhiyyə infrastrukturu tamamilə dağılıb və bunun nəticəsində fələstinlilərin yalnız minimal səhiyyə ehtiyacları ödənilə bilir.

    ÜST sözçüsü xəstəxanalarda yanacağın tükəndiyi, su və elektrik enerjisinin olmadığını vurğulayıb.

    Rayan anklavın şimalındakı 24 xəstəxanadan 21-nin fəaliyyət göstərmədiyini, sektorun cənubundakı 11 tibb müəssisəsinin isə yalnız əsas tibbi yardım göstərmək iqtidarında olduğunu deyib.

    O, Qəzzada yeganə psixiatriya xəstəxanasının bağlandığını da vurğulayıb.

    Mənbə: TASS

  • Sabah Azərbaycanın bu ərazilərinə qar yağacaq

    Noyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

  • Penitensiar xidmətin rəisinə general-mayor rütbəsi verildi

    Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

    Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

    Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.