Month: November 2023

  • İlham Əliyevdən Şuşa ilə bağlı – Sərəncam

    Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

    Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn digər məsələləri də həll etmək tapşırılıb.

    Xatırladaq ki, bu il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərar qəbul olunub.

  • Azərbaycan və Özbəkistan arasında bağlanan bir sıra sazişlər təsdiq olunub

    Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan hökumətləri arasında bağlanmış iki sazişi təsdiq edib.

    Bu barədə President.az xəbər verir.

    Dövlət başçısının imzaladığı fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş” təsdiq edilib.

    Bu saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək həvalə olunub.

    Həmçinin, Azərbaycan Prezidenti digər bir fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.

    Bu saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hər iki sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərmək həvalə olunub.

  • Prezident İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

    Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.

    Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək həvalə olunub.

  • Keçmiş məhkum mağazadan 21 min manatlıq oğurluq edib

    Noyabrın 16-na keçən gecə Xırdalan şəhəri ərazisində mağazaların birindən 21 430 manat dəyərində 10 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Fərəcov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Somalidə daşqınlar nəticəsində 40-dan çox adam ölüb

    Oktyabrın əvvəlindən Somalidə yağan güclü yağışlar nəticəsində 41 nəfər həlak olub.

    BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, son bir həftə ərzində daşqınlardan 500 min insan zərər çəkib və zərərçəkənlərin ümumi sayı 1,7 milyona çatıb.

    Mənbə: mk.ru

  • В Милли Меджлисе создана комиссия по подготовке ответного заявления Сенату США – ОБНОВЛЕНО

    В Милли Меджлисе создана комиссия по подготовке заявления относительно Акта Сената США о защите армян.

    Как сообщает Report, председателем комиссии является Зияфет Аскеров.

    В ее состав вошли Самед Сеидов, Гудрат Гасангулиев, Турал Гянджалиев, Тамам Джафарова и Камиля Алиева.

    * * * * *

    Парламент Азербайджана примет заявление относительно Акта о защите армян Сената США.

    Как сообщает Report, данный вопрос включен в повестку сегодняшнего заседания Милли Меджлиса.

    Таким образом, число вопросов повестки заседания достигло 21.

  • Milli Məclis bəyanat qəbul etdi – YENİLƏNİB

    Azərbaycan parlamenti noyabrın 21-də ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.

    “Report” xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı, sənədin hazırlanması üzrə komissiyanın üzvü Kamilə Əliyeva oxuyub.

    Bəyanatda Birləşmiş Ştatlar Senatının anti-Azərbaycan aktı pislənilib. Eyni zamanda, Vaşinqtona Cənubi Qafqazdakı proseslərlə bağlı obyektiv mövqe tutmaqla bağlı çağırış edilib.

    “Azərbaycan parlamenti ABŞ Senatının 15 noyabr tarixli qərarını rədd edir. Vaşinqtonun bu kimi addımları regionda sülh, sabitliyə zərbə vurur. ABŞ-nin təcavüzkar Ermənistana dəstəyi Azərbaycan torpaqlarını işğal etməyə yardım edib. ABŞ 30 il ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib, əksinə maliyyə yardımı ayırıb, yüksəksəviyyəli görüşlər təşkil edib. ABŞ-nin bu kimi addımları onun Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib. ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”, – bəyanatda vurğulanıb.

    * * * * *

    Milli Məclisdə ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanatı hazırlamaq üçün komissiya yaradılıb.

    “Report” xəbər verir ki, komissiyanın sədri Ziyafət Əsgərovdur.

    Üzvlər isə Səməd Seyidov, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Tamam Cəfərova və Kamilə Əliyevadır.

    * * * * *

    Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edəcək.

    “Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasının gündəliyinə daxil olunub.

    Toplantının gündəliyindəki məsələlərin sayı bununla da 21-ə çatıb.

    Xatırladaq ki, noyabrın 16-da ABŞ Senatı ermənilərin müdafiə aktını qəbul edib.

    Məlumata görə, senatorlar ABŞ prezidentinə Azadlığa Dəstək Aktına Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişdən yan keçməyə imkan verməyən C.3000 sənədinə səs veriblər.

    Layihə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə və Ağ Evin rəhbəri tərəfindən imzalansa, ABŞ Prezidenti 907-ci düzəlişdən yan keçə bilməyəcək. Nəticə etibarilə o, 2024-2025-ci illərin büdcə ayırmalarından Azərbaycana yardım üçün maliyyə ala bilməyəcək.

    Qeyd edək ki, 907 saylı düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağandır. Bu düzəliş Konqresin 2001-ci ildə verdiyi səlahiyyətlərə uyğun olaraq, 2002-ci ildən bəri hər il ABŞ Prezidenti tərəfindən dayandırılır.

  • Жан-Мишель Брюн: Франция совершала жестокие преступления в колонизированных ею странах

    Франция совершала жестокие преступления в колонизированных ею странах.

    Как передает Report, об этом заявил учредитель и главный редактор французского новостного портала Musulmans en France Жан-Мишель Брюн на мероприятии на тему “Деколонизация: Усиление женщин и развитие”, организованной Бакинской инициативной группой.

    “В 1958 году в Алжире женщин вынуждали снимать чадру, якобы это символ свободы. Но истинная свобода в том, чтобы женщины могли сами выбирать, как им одеваться”, – сказал он.

    По словам Ж.Брюна, Азербайджан является прекрасным примером гендерного равенства.

    “В Азербайджане женщины работают наравне с мужчинами. Это одно из доказательств гендерного равенства в азербайджанском обществе”, – сказал он.

  • Fransalı baş redaktor: “Ölkəmiz bir zamanlar müstəmləkə altında saxladığı ölkələrdə qanlı cinayətlər törədib”

    “Fransa bir zamanlar müstəmləkə altında saxladığı ölkələrdə qanlı cinayətlər törədib”.

    “Report” xəbər verir ki, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Bryun Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

    “Məsələn, 1958-ci ildə Əlcəzairdə qadınları çadralarını çıxarmağa məcbur etdilər. Guya çadranın çıxarılması azadlıq simvoludur. Amma əsl azadlıq qadınların necə geyinəcəklərini məhz özlərinin seçə bilmələridir”, – o vurğulayıb.

    Onun sözlərinə görə, Azərbaycan gender bərabərliyi ilə bağlı nümunəvi ölkədir:

    “Azərbaycanda qadınlar kişilərlə bərabər çalışırlar. Bu, Azərbaycan cəmiyyətində gender bərabərliyinin sübut edən nümunələrdən biridir”.

  • На Абшероне пьяный мужчина угнал автомобиль и совершил аварию – СУД

    В Абшеронском районном суде завершено судебное расследование по уголовному делу Рафига Асадова (здесь и далее имена и фамилии условные – ред.), обвиняемого в угоне автомобиля.

    Как сообщает pravda.az, на заседании под председательством судьи Джамили Сафиевой был зачитан приговор, согласно которому уголовное дело прекращено и обвиняемый освобожден от уголовной ответственности. Избранная в его отношении мера пресечения в виде надзора полиции была прекращена.

    Согласно обвинительному заключению, инцидент произошел вечером 8 августа 2023 года на территории поселка Мехдиабад Абшеронского района.

    Так, местный житель Рафиг Асадов (2002 г.р.), будучи в нетрезвом состоянии, обнаружил, что перед домом, принадлежащим потерпевшему Таиру Маммедову, дверь автомобиля ВАЗ-21063 открыта и ключ находится внутри. Он воспользовался этим, сел за руль и угнал транспортное средство. Позже Р.Асадов за рулем машины наехал на различные препятствия на дороге Мехдиабад – Пиршаги. В результате автовладельцу был нанесен ущерб на сумму 500 манатов.

    После инцидента Р.Асадов был задержан, ему было предъявлено обвинение по статье Уголовного Кодекса о неправомерном завладении автомобилем или иным транспортным средством без цели хищения.