Month: November 2023

  • В Армении осужденный сбежал из зала суда

    В Армении 38-летний осужденный Г.С. сбежал из зала суда.

    Как сообщают армянские СМИ, инцидент произошел вечером 17 ноября в административном суде Ачапняка. Мужчина находился под домашним арестом. Он обвиняется в мошенничестве и незаконном обороте оружия.

    По данному факту ведется расследование.

  • İrəvanda məhkum hökm oxunduqdan dərhal sonra məhkəmə zalından qaçdı

    İrəvanda məhkum özü barəsində hökm elan edildikdən dərhal sonra məhkəmə zalından qaçıb.

    Məlumatlara görə, 38 yaşlı kişi dələduzluqda və qanunsuz silah alverində ittiham olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Mənbə: Erməni KİV

  • Azərbaycan və İran XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefonla danışıb.

    Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.

    Bölgədə sülhün gücləndirilməsi üçün regional formatların aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

    Həmçinin, regional dialoqun və regiondankənar ölkələrin müdaxiləsindən uzaq formatların gücləndirilməsinin vacibliyi vurğulanıb.

  • Ağdamda 16 yaşına çatmayan qız ərə verilib? – AÇIQLAMA (FOTO)

    Ağdamda yeniyetmə qızın ərə verildiyi iddia edilib.

    İddialara görə, qız toyu Ağdamın Qaradağlı kəndində baş tutub. Deyilənlərə görə, qızın 16 yaşı tamam olmayıb və o, öz doğma dayısı oğlu ilə evləndirilib.

    Eləcə də iddia edilir ki, yetkinlik yaşına çatmayan qızın təhsil aldığı məktəbin direktoru onun evləndirilməsi ilə bağlı məsələyə etiraz edib. Məktəb direktoru narazılıq etdiyi üçün qızın valideynləri onu məktəbdən də çıxarıb. Yaxın günlərdə oğlan toyunun keçirilməsi planlaşdırılır.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı iddialara cavab olaraq Oxu.Az-a açıqlamasında bildirib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Qaradağlı kəndində yaşayan həmin ailənin evinə gediblər:

    “Araşdırma zamanı şəxslərin kimliyi müəyyənləşdirilib. 2008-ci il təvəllüdlü A.T. (şərti) ilə 2001-ci il təvəllüdlü S.Q.-nin (şərti) toyunun olması iddiaları təsdiqini tapmayıb:

    “Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbətlər aparılıb. Onlara qanunvericiliyin tələbləri izah olunub. Qanunla nəzərdə tutulmuş evlilik yaşına çatmayan şəxslərin evləndirilməsinin hüquqi məsuliyyət yaratdığı ailələrin diqqətinə çatdırılıb.

    Yetkinlik yaşına çatmayan qızın ən qısa zamanda tədris müəssisəsinə geri qaytarılması və təhsilinə qaldığı yerdən davam etməsi istiqamətində zəruri tədbirlər görülür”.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan məlumat əsasında aidiyyəti qurumlarla birlikdə araşdırma başlanılıb:

    “Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

  • Aşqabadda Azərbaycan-Türkmənistan biznes forumu və Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

    Bu il noyabrın 27-28-də Aşqabadda Azərbaycan-Türkmənistan biznes forumu və Hökumətlərarası Komissiyanın yeddinci iclası keçiriləcək.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev Nazirlər Kabinetinin iclasında deyib.

    Onun sözlərinə görə, konfransda neft-qaz sənayesi, toxuculuq sektoru, kənd təsərrüfatı və qida məhsullarının istehsalı, tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, nəqliyyat-logistika sahəsində, informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edəcək.

    B.Atdayev əlavə edib ki, biznes forumda Türkmənistanın işgüzar dairələrinin nümayəndələri ilə Azərbaycan şirkətləri arasında bir sıra ikitərəfli danışıqlar aparılacaq, əməkdaşlığın yeni istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, müvafiq sənədlərin imzalanması gözlənilir.

  • Sabunçuda qanunsuz tikililər söküldü – VİDEO

    Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bülbülə gölünün ətrafında yerləşən torpaq sahəsində heç bir hüquqmüəyyənedici sənəd olmadan və müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən olunub.

    “Qafqazinfo” xəbər verir ki, sözügedən ərazidə aparılan işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilib.

    Tikinti sahibləri dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymadığından Sabunçu Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə müvafiq tədbirlər görülüb və nəticədə tikililər sökülərək ərazi nəzarətə götürülüb.

  • Müdafiə Nazirliyi təkzib verdi: Azərbaycan Ordusu atəş açmayıb

    “Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır”.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir.

  • Qeyri-sabit havanın nə vaxta kimi davam edəcəyi açıqlanıb

    Bakıda və Abşeron yarımadasında noyabrın 19-da cənub küləyinin 15-20 m/s, 20-si gündüzdən 21-i axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, noyabrın 20-si axşamdan 21-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

    Rayonlarında noyabrın 19-u axşam qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

    Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

  • Vilyam Hacıyevin işi yenidən Ali Məhkəmədə

    İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyev yenidən Ali Məhkəməyə müraciət edib.

    “Qafqazinfo”nun məlumatına görə, eks-icra başçısı barəsində bəraət qərarı çıxarılmasını xahiş edir. Şikayətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

    V.Hacıyev bir müddət əvvəl kassasiya şikayəti versə də, sonradan əlavələr etməsi ilə bağlı şikayətini geri götürmüşdü.

    Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmünə əsasən, xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

  • Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

    Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

    President.az-ın məlumatına görə, dəyişikliklə Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələri yeni redaksiyada verilib.

    Dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır;

    Fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır.