Month: November 2023

  • Кто он – новый министр оборонной промышленности? – ДОСЬЕ

    Распоряжением Президента Ильхама Алиева Вугар Валех оглу Мустафаев назначен министром оборонной промышленности Азербайджанской Республики (АР).

    Вагиф Мустафаев родился в 1986 году в городе Баку. В 2004-2008 годах учился в Академии государственного управления при Президенте АР по специальности “Инженерная экономика и управление”(Менеджмент), а в 2010-2013 годах – прошел обучение в магистратуре университета “Хазар” по специальности “Финансы и кредит”, получил степень MBA (Управление бизнесом).

    В.Мустафаев начал свою трудовую деятельность в 2006 году, до 2008 года проработал в различных компаниях координатором обучения, специалистом по финансам и бухгалтерскому учету. В 2009-2012 годах работал главным специалистом в международной аудиторской компании Erst & Young, в 2012-2014 годах – директором департамента внутреннего аудита в ООО Azerfon, а в 2014-2022 годах – на различных должностях в ООО PAŞA Holding и входящих в него компаниях, в том числе был председателем ревизионных комиссий в ОАО PAŞA Sığorta и PAŞA Həyat Sığorta.

    Женат. Имеет двоих детей.

  • Yeni müdafiə sənayesi naziri kimdir? – DOSYE

    Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.

    Dövlət başçısının digər sərəncamına əsasən, Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.

    Median.Az yeni nazirin dosyesini təqdim edir:

    Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ixtisasına daxil olub, 2008-ci ildə fərqlənmə ilə bitirib. 2010-2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı üzrə məzun olub.

    Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru, eləcə də maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

    O, 2016-cı ildən etibarən beynəlxalq assosiasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı, “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyasını əldə edib və 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisaslaşmış kvalifikasiyaya sahibdir.

    2009-2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012-2014-cü illərdə “Azerfon” MMC-də Daxili Audit Departamentinin Direktoru vəzifəsini icra edib. 2014-cü ildən etibarən “PAŞA Holdinq” MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb.

    2014-cü ildə “PAŞA Holdinq” MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən “PAŞA Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021-ci ildə “PAŞA Holdinq” MMC-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri, eyni zamanda mərkəzi ofisi İstanbulda olan “PDT və Gayrımenkul A.Ş.” şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

    Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub.

    Ailəlidir. İki övladı var.

  • Keçmiş məhkum Bakıda bərbərxananı soydu

    Bakıda bərbərxana soyulub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Səbail Rayon Polis İdarəsi (RPİ) 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 2-də rayon ərazisindəki bərbərxanaların birindən 1000 manat dəyərində saç kəsən avadanlıqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kamran Şükürov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Министр обороны Азербайджана выразил соболезнования узбекскому коллеге

    Министр обороны Азербайджанской Республики (АР) генерал-полковник Закир Гасанов выразил соболезнования министру обороны Республики Узбекистан генерал-лейтенанту Баходиру Курбанову.

    Об этом сообщили в Министерстве обороны АР.

    В соболезновании говорится:

    “Глубоко опечален вестью о гибели членов экипажа вертолета “Ми-8” командования войск ПВО и ВВС Узбекистана при выполнении учебно-тренировочного полета на полигоне “Каттакурган” в Самаркандской области.

    Да упокоит Всевышний души погибших, мы разделяем скорбь их близких, выражаем глубокие соболезнования их семьям. Пусть их души покоятся с миром.

    Аллах ряхмят элясин!”.

  • Azərbaycanın müdafiə naziri Özbəkistan tərəfinə başsağlığı verib

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Başsağlığında deyilir:

    “Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki “Kattakurqan” poliqonunda təlim-məşq uçuşu zamanı qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması haqqında məlumat məni dərindən kədərləndirir.

    Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun.

    Allah rəhmət eləsin”.

  • В Азербайджане оштрафованы председатель муниципалитета и предприниматели

    В целях предупреждения нарушений санитарно-гигиенических правил в Агдашском районе и городе Мингячевир проведены профилактические мероприятия.

    Как сообщили в шекинской региональной группе пресс-службы Министерства внутренних дел (МВД), в ходе мероприятий с участием сотрудников районных (городских) отделов полиции, Министерства экологии и природных ресурсов в селе Хапытлы Агдашского района и в Мингячевире были выявлены факты складирования бытовых отходов.

    В связи с выявленными фактами составлены протоколы по статье 271 (несоблюдение требований по охране окружающей среды при складировании и сжигании промышленных и бытовых отходов) Кодекса об административных проступках Азербайджанской Республики в отношении председателя муниципалитета села и трех предпринимателей Мингячевира.

  • Ağdaşda bələdiyyə sədri, Mingəçevirdə sahibkarlar cərimələniblər

    Ağdaş rayonu və Mingəçevir şəhərində sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon (şəhər) polis şöbələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Ağdaş rayonunun Hapıtlı kəndində, Mingəçevirdə isə şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

    Aşkar edilmiş faktlarla bağlı kəndin bələdiyyə sədri, Mingəçevirdə isə üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

  • Мадат Гулиев назначен на новую должность

    Мадат Газанфар оглу Гулиев назначен заместителем секретаря Совета безопасности Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, соответствующее распоряжение подписал Президент Азербайджанской Республики Ильхам Алиев.

    Отметим, что М.Гулиев был назначен министром оборонной промышленности 20 июня 2019 года. Сегодняшним распоряжением главы государства он освобожден от занимаемой должности.

  • Vəzifəsindən azad olunan nazirlə bağlı YENİ TƏYİNAT – SƏRƏNCAM

    Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

    President.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

    Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-də müdafiə sənayesi naziri vəzifəsinə təyin olunmuşdu. O, dövlət başçısının bugünkü Sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

  • Təhlükəsizlik Şurasının fəaliyyəti təkmilləşdirilir – FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.

    President.az-ın məlumatına görə, Fərmanla “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanında (Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 848 nömrəli və 2020-ci il 30 yanvar tarixli 917 nömrəli fərmanları) dəyişikliklər təsdiq edilib.

    Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.