Month: November 2023

  • Alimlər tənhalığın zərərini gündə 15 siqaret çəkməklə müqayisə etdilər

    Tənhalıq bütün dünyada insanlar üçün sağlamlıq təhlükəsinə çevrilib və gündə 15 siqaret çəkmək qədər zərərli ola bilər.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.

    Alimlər bildiriblər ki, tənhalığın zərəri piylənmə və oturaq həyat tərzindən daha çoxdur. Ailəsi və ya dostları tərəfindən ziyarət edilməyənlərin ölüm riski təxminən 40% yüksəkdir.

    Qeyd edilib ki, tənhalıq adətən inkişaf etmiş ölkələrdə problem kimi görülür, lakin hazırda dünyanın bütün regionlarında hər dörd yaşlı insandan biri sosial cəhətdən təcrid olunub.

    Təşkilat bununla əlaqədar sosial əlaqələrin insanların sağlamlığına təsirini öyrənmək üçün yeni komissiyanın yaradıldığını elan edib. 11 siyasətçi və fəaldan ibarət komissiyanın səlahiyyət müddəti üç il olacaq.

    Mənbə: daryo.uz

  • Раскрыта причина смерти экс-участника группы “Би-2” Виктора Плявина

    Раскрыта причина смерти экс-участника популярных российских рок-групп “Би-2” и “Дюны” Виктора Плявина.

    Как сообщают источники, 64-летний клавишник скончался из-за проблем с сердцем.

    Было отмечено, что он умер от сердечной недостаточности и проблем с кровоснабжением органа.

    Похороны музыканта состоятся 19 ноября на Ястребковском кладбище в Москве.

    Ранее сообщалось, что Плявин боролся с онкологическим заболеванием, а в последнее время, по словам знакомых, начал часто выпивать. В течение трех месяцев до смерти артист трижды вызывал “скорую” на дом из-за плохого самочувствия.

    15 ноября экс-участника группы “Би-2” обнаружили мертвым в его съемной квартире, расположенной на Фестивальной улице в Москве. По некоторым данным, тело артиста пролежало в квартире около трех дней.

    Источник: РЕН ТВ

  • Məşhur “Bi-2” qrupunun keçmiş üzvü Plyavinin ölüm səbəbi məlum olub

    Rusiyanın məşhur “Bi-2” və “Dyuna” qruplarının keçmiş üzvü Viktor Plyavinin ölüm səbəbi məlum olub.

    Telekanalın məlumatına görə, 64 yaşlı klaviatura ifaçısı ürəyində yaranan problem səbəbindən dünyasını dəyişib.

    “O, ürək çatışmazlığından və orqanın qan təchizatı ilə bağlı problem səbəbindən vəfat edib”, – deyə bildirilib.

    Musiqiçinin dəfn mərasimi noyabrın 19-da Moskvanın Yastrebkovskoye qəbiristanlığında baş tutacaq.

    Qeyd edək ki, Plyavinin xərçənglə mübarizə apardığı və son zamanlar dostlarının dediyinə görə, tez-tez içki içməyə başladığı bildirilirdi. Sənətçi ölümündən əvvəl 3 ay ərzində səhhəti pisləşdiyi üçün evinə 3 dəfə təcili yardım çağırıb.

    Mənbə: ren.tv

  • Bakıda yaşlı qadını avtomobil vurub

    Bakının Yasamal rayonunda 64 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    “Report” xəbər verir ki, 1959-cu il təvəllüdlü Sara Musaxan qızı Ağayeva yolu keçərkən avtomobil onu vurub.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В центральной части Баку начались демонтажные работы – ВИДЕО

    В центральной части столицы проводятся работы по сносу.

    Согласно информации, они ведутся уже более 10 дней на пересечении улиц Джейхуна Гаджибейли и Насиббея Юсифбейли в Наримановском районе.

    Однако никаких предупреждающих знаков о проведении соответствующих работ на данной территории не установлено.

    По словам местных жителей, будет снесен и расположенный поблизости жилой дом.

    Подробнее – в сюжете:

  • Bakının mərkəzində söküntü işləri aparılır – VİDEO

    Bakının mərkəzi hissəsində söküntü işləri aparılır.

    Belə ki, artıq 10 gündən çoxdur ki, paytaxtın Nərimanov rayonu Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçəsinin kəsişməsində söküntü prosesi həyata keçirilir.

    Lakin buna baxmayaraq, ərazidə heç bir xəbərdaredici lövhə quraşdırılmayıb.

    Sakinlərin sözlərinə görə, yaxınlıqdakı yaşayış binasının da sökülməsi nəzərdə tutulub.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • Мадат Гулиев освобожден от должности министра, на его место произведено назначение – РАСПОРЯЖЕНИЕ

    Мадат Гулиев освобожден от должности министра оборонной промышленности Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, соответствующее распоряжение подписал Президент Азербайджанской Республики Ильхам Алиев.

    Другими распоряжениями главы государства Вугар Валех оглу Мустафаев освобожден от должности заместителя министра оборонной промышленности и назначен министром оборонной промышленности.

  • Mədət Quliyev vəzifəsindən azad edildi, yerinə təyinat var – SƏRƏNCAM

    Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.

    President.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Azərbaycan Prezidentinin digər sərəncamları ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.

  • Bakıda iki marşrut xəttinin hərəkət sxemi dəyişib

    Bakı şəhərində 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Məlumata görə, sərnişinlərdən daxil olan çoxlu müraciət nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi metronun “Elmlər Akademiyası” stansiyası, son dayanacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

    Bundan başqa, 4 nömrəli müntəzəm marşrutun istismarı isə “BakuBus” MMC-yə həvalə edilib. Həmçinin bu marşrutun da hərəkət istiqaməti dəyişdirilərək “Bakı Ağ Şəhər” yaşayış sahəsinə yönləndirilib.

  • Sabahın hava proqnozu açıqlandı

    Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi səhər arabir güclənəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-11, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.