Month: November 2023

  • Названы причины повышения тарифов на услуги SMS – уведомления банков

    Несколько банков Азербайджана повысили тарифы на услуги SMS – уведомления примерно с 40 копеек до 1 маната.

    Об этом первый заместитель председателя Центрального банка Азербайджана Рашад Оруджев cказал на заседании Комитета Милли Меджлиса по экономической политике, промышленности и предпринимательству.

    Он отметил, что банки получают эти услуги от процессинговых центров.

    “Эти центры получают данные услуги от мобильных операторов, а затем предоставляют их банкам. За последние три года тарифы на SMS – оценивание, которые процессинговые компании получают в виде пакетов, выросли примерно на 70%”, – сказал Оруджев.

    Он отметил, что плата за SMS – уведомления по пенсионным картам и другим социальным картам не взимается.

  • Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

    Azərbaycanın bir neçə bankı SMS-məlumatlandırma xidmətləri üzrə tariflərini təqribən 40 qəpikdən 1 manata qədər artırıb.

    Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

    O qeyd edib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar:

    “Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı SMS-qiymətləndirmə tariflərində təqribən 70 % artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər”.

    R.Orucov deyib ki, pensiya kartları və digər sosial kartlar üzrə SMS-məlumatlandırma üzrə xidmət haqları alınmır:

    “Təqribən 2 milyon 300 mindən çox pensiya və sosial müavinət kartları var. Bu kartlar üzrə xidmət haqları alınmır. Bankların bir çoxu ümumiyyətlə SMS-məlumatlandırma xidmətlərindən imtina edib. Çünki son dövrlər bankların əksəriyyəti mobil əlavələr istifadə edir. Orda avtomatik onlayn rejimdə aparılan əməliyyatlar haqqında məlumatlar ötürülür. Bu zaman ümumiyyətlə SMS-məlumatlandırma xidmətindən istifadəyə ehtiyac yoxdur. Bankların çoxu tərəfindən bu, müştərilərə əlavə bir xidmət kimi təklif edilir. Müştəri bu xidmətdən istifadə edib-etməməkdə sərbəstdir. Banklar yeni texnologiyalara keçidlə əlaqədar SMS-məlumatlandırmadan imtina edirlər”.

    AMB sədrinin birinci müavini əlavə edib ki, Mərkəzi Bankın müxtəlif xidmətlər üzrə komissiya haqlarının maksimum həddini müəyyən etmək səlahiyyəti yoxdur: “Banklar haqqında” qanuna görə bu xidmət haqları bank və müştərilər arasında sərbəst şəkildə müəyyən edilir. Lakin bu xidmət haqlarında elə bir ciddi artım yoxdur”.

  • Прогноз погоды в Азербайджане на субботу

    18 ноября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, вечером местами возможен дождь.

    Северо-западный ветер днем сменится умеренным юго-восточным.

    Температура воздуха ночью составит 9-12°, днем 14-17° тепла. Атмосферное давление понизится с 765 до 761 мм рт. ст. Относительная влажность воздуха составит 60-70%.

    В районах Азербайджана завтра ожидается преимущественно без осадков, однако ночью в ряде восточных районов возможны кратковременные осадки. Утром в некоторых районах будет туман, умеренный западный ветер.

    Температура воздуха составит ночью 7-11° тепла, днем 14-19° тепла, в горах ночью от 3° мороза до 2° тепла, днем 4-9° тепла.

  • Şənbə gününün hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında noyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

    Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-11° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.

  • Израильские военные нашли в Газе тело погибшей заложницы

    Израильские военные в секторе Газа нашли тело израильтянки, которую 7 октября похитила группировка ХАМАС.

    Как передает Median.Az со ссылкой на газету Haaretz, по словам военных, тело 65-летней Йегудит Вайс из кибуца Беэри находилось в одном из зданий рядом с больницей “Аль-Шифа”. Супруг Вайс был убит джихадистами во время их нападения на кибуц.

    Тело заложницы перевезено в Израиль. О причинах смерти не сообщается. Израильские СМИ пишут, что три месяца назад у Вайс диагностировали онкологическое заболевание и она должна была пройти лучевую терапию.

    Жертвами нападения ХАМАС на юг Израиля стали 1 200 человек. В заложниках в Газе находятся около 240, включая несколько десятков детей.

  • Qəzzada qaçırılmış israillinin meyiti tapılıb

    Qəzza zolağında İsrail hərbçiləri oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşması tərəfindən qaçırılmış israilli qadının meyitini aşkarlayıb.

    Bu barədə “Haaretz” qəzeti yazıb.

    Hərbçilərin sözlərinə görə, Beeri kibutsundan olan 65 yaşlı Yequdit Vaysın cəsədi “Əl-Şəfa” xəstəxanasının yaxınlığındakı binaların birində aşkarlanıb. Onun əri yaraqlıların kubitsa hücumu zamanı qətlə yetirilib.

    Qadının nəşi İsrailə aparılıb. Ölümün səbəbləri barədə məlumat verilməyib. İsrail KİV bildirib ki, hələ üç ay öncə Vaysa onkoloji xəstəlik diaqnoz qoyulub və o, şüa terapiyasından keçməli idi.

    Xatırladaq ki, HƏMAS yaraqlılarının İsrailin cənubuna hücumu nəticəsində 1 200 nəfər ölüb. Təxminən 240 dinc sakin Qəzza zolağına qaçırılıb. Onların arasında onlarla uşaq da var.

  • Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb

    Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb.

    “Report” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda keçirdiyi konfransda bildirilib.

    Tədbir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin ilkin mərhələsinin yekunlarına həsr olunub.
    Konfransın moderatoru, Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev layihə haqqında məlumat verib.

    Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov konfransın mövzusuna dair çıxış edib. Bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış – dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya Azərbaycanın 2030-cu ilə kimi icra edilməli olan sosial-iqtisadi inkişafının beş milli prioritetindən biridir. Böyük Qayıdışa dair birinci Dövlət Proqramında məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə reinteqrasiyası proqramın məqsədlərindən biri kimi müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti və tapşırıqları əsasında bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurda rahat, təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Artıq üç mindən çox məcburi köçkünün daimi məskunlaşmaq üçün geri qayıtdığı qeyd edilib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Dövlət Komitəsi bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə layihələr həyata keçirir.

    Konfransda Milli Məclisin deputatları Mahir Abbaszadə və Naqif Həmzəyev çıxış ediblər. Qeyd edilib ki, bu günlərdə Milli Məclisə hökumətin təqdim etdiyi 2024-cü ilin dövlət büdcəsi layihəsinin digər prioritetləri sırasında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri də var. Geri qayıdanların məşğulluğunun təmin edilməsi üçün istehsalın və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi işləri də uğurla icra olunur, yerli və xarici sərmayəçilər üçün əlverişli biznes mühiti formalaşdırmaq üçün sənaye parkları yaradılır və digər müvafiq işlər görülür.

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov məcburi köçkün icmalarının biznes və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinin mühüm məsələ olduğunu bildirib, bu sahədə Dövlət Komitəsi ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

    Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova isə çıxışında qeyd edib ki, layihə çərçivəsində məcburi köçkünlərə biznes bacarıqlarını inkişaf etdirmək məqsədilə peşəkar biznes təlimlər keçirilib. Geri qayıtdıqdan sonra fəaliyyət göstərəcəkləri sahələr üzrə biznes planlar hazırlanıb və mikro sahibkar kimi fəaliyyət göstərmələri üçün müvafiq addımlar atıb.

    Tədbirdə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını əks etdirən videoçarxlar nümayiş etdirilib.

    Sonda “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib. Layihənin iştirakçısı Laçın rayonunun Zabux kəndinin sakini Ziyadxan Məmmədov layihənin onlarda biznes bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib, məcburi köçkünlərin məşğulluğunun artırılmasına dövlət dəstəyinin göstərilməsinə görə ölkə rəhbərliyinə təşəkkür bildirib.

    Konfrans iştirakçıları məcburi köçkünlərə gəlirgətirən fəaliyyətlə məşğul olmaq üçün təqdim edilən avadanlıqlarla tanış olublar.

  • Azərbaycan əhalisinin sayı AÇIQLANDI

    Azərbaycan əhalisinin sayı açıqlanıb.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı bu ilin oktyabr ayının 1-i vəziyyətinə 10 168 369 nəfər təşkil edib.

    Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

  • Bu gün səmada meteorlar görünəcək

    Noyabrın 17-si gecəboyu Leonid meteor selinin piki baş verəcək.

    Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, Ay saat 20:35-də batacaq və onun işığı meteorları görməyə mane olmayacaq.

    Ayın olmadığı qaranlıq səmada saatda 10-15 meteor görmək mümkündür. Leonidləri 2 dekabra kimi müşahidə etmək mümkün olacaq. Meteorlar gecəyarısına yaxın üfüqə yaxın hissədə, əsasən Şir bürcü ətrafında müşahidə olunmağa başlayacaq.

    Paralel trayektoriya ilə Yerin atmosferinə daxil olan meteoridlər bu cür meteor sellərini yaradır. Onların səmada peyda olduğu nöqtə radiant adlanır və adətən, meteor selləri həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılır.

    Qeyd edək ki, 1966-cı il noyabrın 17-də səhər saatlarında 15 dəqiqə ərzində dəqiqədə minlərlə meteor düşüb. Həmin gecə Leonid meteorları qısa müddət ərzində yağış kimi yağıb. Bu hadisə insanlarda Yerin kosmosda hərəkət edərkən meteor axınından keçməsi barədə təəssürat yaradıb. Leonidlərin bu cür intensiv yağışı 33-34 illik periodla təkrarlanır.

    2023-cü ilin sonunadək 14-15 dekabrda Geminid meteor selinin, 22-23 dekabrda isə Ursid meteor selinin piki gözlənilir. Geminid meteor selinin pikində saatda 150, ursidlərdə isə 10-dan çox meteor düşür. 21-22 dekabrda tam Ay fazasına yaxın olduğundan ursidlərin müşahidəsinə mane olacaq.

  • Qobustanda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil veriblər

    Qobustanda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil veriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə dörd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.