Month: November 2023

  • Azərbaycan millisi Belçikada

    AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi Brüsselə çatıb.

    “Report”un verdiyi məlumata görə, Azərbaycan Hava Yollarına məxsus təyyarə altı saatlıq uçuşun ardından hava limanına enib.

    Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

  • “Samsung” rəhbəri fırıldaqçılıq və səhmlərin manipulyasiyasına görə həbs oluna bilər

    Cənubi Koreya Prokurorluğu “Samsung” şirkətinin baş direktoru Cey Y. Lini mühasibat uçotu fırıldaqçılığı və səhm qiymətləri ilə manipulyasiya ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum etməyi tələb edir.

    Qaynarinfo bu barədə “Reuters”ə istinadən xəbər verir.

    Prokurorlar iddia edirlər ki, 2015-ci ildə “Samsung C&T” və “Cheil Industries”in törəmə şirkətlərinin 8 milyard dollarlıq birləşməsində rəhbər şəxslərin əməllərinə səhm qiymətləri ilə manipulyasiya və minoritar investorlar hesabına mənfəət əldə etmələrinə kömək edən digər qanun pozuntuları daxildir.

    Li və şirkət rəhbərləri prokurorların ittihamlarını rədd edirlər.

    Dinləmə aşağı məhkəmənin bir neçə aydan sonra qəbul edəcək qərardan əvvəl son iclasıdır və 3 davam edən məhkəmə prosesini bitirir.

    Xatırladaq ki, 2017-ci ildə Cənubi Koreya Prokurorluğu ölkənin ən zəngin iş adamlarından biri, “Samsung Electronics”in sədr müavini Li Çjenin həbsinə order verib.

  • 188 yük daşıma xidməti rəhbəri cərimələnir – SƏBƏB?

    “Azcargo Logistics and Management Services” MMC-nin baş direktoruna protokol tərtib edilib.

    Qaynarinfo-nun məlumatına görə, şirkətin rəhbəri və qanuni təmsilçisi Mustafayev İsmixan Məmməd oğluna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol yazılıb.

    Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilirlər.

    Dövlət Əmək Müfəttişliyi Xidmətinin protokolundan narazı qalan iş adamı Yasamal Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, “Azcargo Logistics and Management Services” MMC 2013-cü ildən etibarən Bakıda və respublikamızın digər bölgələrdə logistika xidmətləri göstərir. Əsasən 188 yük daşıma xidməti kimi tanınır.

  • B12 vitamini çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər

    Barselona Universitetinin alimləri müəyyən ediblər ki, orqanizmdə B12 vitamini çatışmazlığı nəticəsində yaranan iltihablar ürək-damar xəstəlikləri, şəkərli diabet və neyrodegenerativ pozğunluqların inkişaf riskini artırır.

    Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Journal of Science of Food and Agriculture” (SOCI) jurnalında dərc olunub.

    Vitamin B12 bədəndəki müxtəlif fizioloji proseslərdə iştirak edən vacib bir qidadır. Bu vitamin ümumi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Onun çatışmazlığı pis qidalanmanın (vegeterianlığa sadiqlik, veqanizm) və ya səmərəsiz udma nəticəsi ola bilər.

    İspaniyalı tədqiqatçılar müəyyən ediblər ki, B12 çatışmazlığı orqanizmdə iki iltihabi markerin – interleykin (IL)-6 və C-reaktiv protein (CRP) səviyyəsinin artması ilə əlaqələndirilir. Alimlər izah ediblər ki, xroniki iltihab şəkərli diabet, neyrodegenerativ pozğunluqlar, infarkt və hipertoniya kimi geniş spektrli xəstəliklərin riski ilə bağlıdır. Həmçinin məlum olub ki, bir insanın bədənində B12 vitamini nə qədər çox olarsa, onun iltihab əlamətləri bir o qədər aşağı olur. Buna tərs asılılıq deyilir.

    Alimlər ümid edirlər ki, onların işi bizi Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin mexanizmlərini anlamağa yaxınlaşdıracaq. Alimlər indi orqanizmdə xroniki iltihabın piylənmə və qıcıqlanmış bağırsaq sindromu ilə bağlı olub-olmadığını müəyyən etmək üçün tədqiqatları davam etdirməyi planlaşdırır.

  • Saxta lotereya kampaniyası ilə bağlı xəbərdarlıq

    Kiberdələduzlar tərəfindən “www.pashalato.com” adı altında saxta veb-sayt yaradılıb. Dələduzlar veb-sayt vasitəsilə “PashaPay” MMC-nin adından istifadə edərək, saxta lotereya kampaniyası keçirirlər.

    Bu barədə Elektron Təhlükəsizlik Mərkəzindən bildirilib.

    Qeyd olunub ki, vətəndaşlardan saxta kampaniyada iştirak etmək üçün veb-saytda müvafiq bölməyə daxil olduqdan sonra ad, soyad, fin kod və bank kartı kimi fərdi məlumatlarını daxil etmək tələb olunur.

    Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

  • Ərdoğan: “Türkiyə 52 ildir Avropanın qapısında gözləyir”

    Türkiyə 52 ildir Avropanın qapısında gözləyir.

    Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib.

    “Türkiyənin Avropa İttıfaqına üzvlük prosesinin yenidən güclənməsini istəyirik. Bu kontekstdə Almaniyanın töhfələrinə əhəmiyyət veririk. Bu baxımdan biz vətəndaşlarımızın viza prosesinin sürətləndirilməsi məsələsini dəyərləndirəcəyik”, – R.T.Ərdoğan bildirib.

    O, ölkəsinin apardığı xarici siyasət kursunda ayrı-seçkiliyə yol verilmədiyini qeyd edib: “Biz taxıl məsələsində Avropa və Afrika arasında fərq qoymadıq. Qara dəniz taxıl dəhlizindən gələnlərin 40 faizi Avropaya, 14 faizi Afrikaya, 14 faizi isə bizə gəlib”.

  • Avropa çempionatı: Azərbaycanın 4 cüdoçusu ilk gündə medal qazanıb

    Azərbaycanın 4 cüdoçusu Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb.

    Qitə birinciliyinin ilk günündə mübarizəyə qoşulan 9 nəfərdən 4-ü bürünc mükafata yiyələnib.

    Bunlar Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyevadır (52 kq).

    Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Qasım Vəlizadə (66 kq) və Qadir Hüseynov (73 kq) isə uğursuz çıxış ediblər.

  • В Азербайджане за последние 9 месяцев снизилась смертность

    В январь-сентябрь 2023 года в Азербайджане зарегистрировано 45 016 случаев смерти.

    Об этом Report сообщили в Государственном комитете статистики.

    По сравнению с соответствующим периодом 2022 года этот показатель на каждые 1 000 человек снизился с 6,1 до 5,9.

  • Azərbaycanda son 9 ayda ölüm halları azalıb

    Bu ilin 9 ayında ölkədə 45016 ölüm halı qeydə alınıb.

    Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

    2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,1-dən 5,9-a düşmüşdür.

  • Bakıda bir neçə ərazidə ağaclar kütləvi quruyur

    “Son illər Bakıda və respublikanın digər yerlərində ağacların kütləvi quruması halları baş verir”.

    Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov “Ekspert saatı”nda deyib.

    O bildirib ki, quruma əsasən xəstəlik və ziyanvericilərin yaratdığı fəsadlarla əlaqəli olub: “Paytaxtın Xəzər, Nərimanov, Binəqədi rayonları ərazisində ağacların kütləvi quruması baş verir. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, xaricdən mütəxəssislər dəvət olunub və monitorinqlər aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi quru ağacların götürülməsi ilə bağlı rəy də verib. Quru ağaclar götürülür, həmin ərazi dərman preparatları ilə dezinfeksiya edilir, sonra yerinə yeni tinglər əkilir”.

    Şöbə müdiri vurğulayıb ki, ötən il yaşıllıqların götürülməsi ilə bağlı 2 960 müraciət daxil olub: “Bu il isə həmin qəbildən müraciətlər 3 000-nü ötüb. Müraciətlərin əksəriyyətinə baxılıb və aidiyyəti qurumlara cavab məktubları göndərilib, müvafiq tədbir görülüb”.

    Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov əyilmiş ağacların aqibətinə də toxunub: “Əgər ağac əyilib işıq dirəylərinə maneə törədirsə, vətəndaş yaşadığı ərazidə bələdiyyə və icra hakimiyyətinə müraciət etməlidir. ETSN rəy verdikdən sonra İcra Hakimiyyəti problemlə bağlı tədbir görür”.