Month: November 2023

  • İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə zərbələr endirib

    İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” hərəkatının hərbi hədəflərinə qarşı yeni cavab zərbələri endirib.

    “Qırıcı təyyarələr Livanda bir sıra “Hizbullah” terrorçu hədəflərinə hücum edib. Hücum edilən hədəflər arasında terror infrastrukturu, silah anbarı və hərbi bina var”, – deyə məlumatda bildirilib.

    Mətbuat xidməti İsrail hərbçilərinin Livanda aşkar edilmiş terrorçu hüceyrəyə hücum etdiyini vurğulayıb.

    “Malkiya və Menara bölgələri (İsrailin şimalında) istiqamətində də mərmilər atılıb. İsrail Ordusu atəşin açıldığı yerlərə hücum edir”, – deyə məlumata əlavə olunub.

    Mənbə: TASS

  • Azərbaycan çempionatı: Təxirə salınan oyunların vaxtı müəyyənləşib

    Qadın voleybolçular arasında Azərbaycan çempionatında təxirə salınan V turun iki oyununun vaxtı müəyyənləşib.

    “Report”un məlumatına görə, noyabrın 7-də baş tutmalı olan UNEC – “Milli Aviasiya Akademiyası” matçı ayın 18-nə, “Gəncə” – “Murov Az Terminal” qarşılaşması isə 21-nə təyin edilib.

    Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində UNEC-lə debütant “Milli Aviasiya Akademiyası” arasında baş tutacaq oyuna saat 16:00-da start veriləcək.

    “Gəncə” isə doğma meydanda “Murov Az Terminal”ı qəbul edəcək. Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq matç saat 18:00-da başlayacaq.

    Qeyd edək ki, noyabrın əvvəlində Azərbaycanda səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsi səbəbindən V turun iki oyunu təxirə salınıb.

  • Bakıda yüksəkvəzifəli şəxslərə zəng edən Samirin – Şok fırıldağı

    Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proses baş tutub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham edilən 1974-cü il təvəllüdlü Samir Yusif oğlu Əliyev barəsində bəzi diqqətçəkən faktlar üzə çıxıb.

    Araşdırmalar zamanı məlum olub ki, Samir Əliyev müxtəlif şəxslərə özünü məhkəmə-hüquq sistemində tanışları olan biri kimi tanıdıb. Heç bir yerdə rəsmi işləməyən şəxs özünü Prezidentin köməkçisi Andrey Spilin və ədliyyə nazirinin müavini Eldar Nuriyev kimi təqdim edərək bir neçə yüksəkvəzifəli şəxsə zəng edib. O, həmin məmurlardan müxtəlif xahişlər və tələblər edib.

    Samir Əliyev digər zənglərində Hafka adı ilə tanınan iş adamı Hafiz Məmmədovun cinayət işi üzrə 800.000 manat məbləğində vergi borcunun ödənilməsindən ötrü ona möhlət verilməsini istəyib.

    Həmçinin S.Əliyev 5 may 2022-ci il tarixdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevə zəng edərək universitetin məktəbəqədər təhsil şöbəsinin dördüncü kurs tələbəsi S.M-ə müəllim kimi əlavə dərs saatının verilməsini istəyib. 6 may 2022-ci il tarixdə isə S.Əliyev “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənova zəng edərək tanışı A.M-in ASC-də məsul vəzifəyə təyin edilməsini tələb edib. Bundan savayı, Samir Əliyev 1 aprel 2022-ci il tarixdə “Teleradio” İstehsalat Birliyinin baş direktoruna zəng edərək həmin qurumda aparıcı mütəxəssis vəzifəsində işləmiş 1 nəfərin əvvəlki vəzifəsinə qaytarılmasını xahiş edib. O eyni zamanda 6 may 2022-ci il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin sabiq birinci müavininə zəng edərək nazirlik tərəfindən elan ediləcək tenderlərlə bağlı məlumat verilməsini istəyib.

    Samir Əliyev həmçinin həbsdə olan Rəşad adlı şəxsin azadlığa buraxılmasına kömək etməsi vədi ilə onun yaxınından 21 500 manat alaraq dələduzluq edib.

    İş üzrə şahid qismində ifadə verən Hafiz Məmmədov isə 2022-ci ildə vergi borcu ilə əlaqədar həbsdən az sonra azad edilməsi və ona möhlət verilməsinin Samir Əliyevin zəngi ilə əlaqədar olmadığını bildirib. Məhkəmədə iştirakdan imtina edən H.Məmmədovun istintaqa verdiyi ifadə elan edilib. “Hafka” ifadəsində deyib: “Rəhbərlik etmiş olduğum şirkətlərin Dövlət Sosial Müdafiə Fonduna 850.000 manat məbləğində qalıq borcu var idi. Faktla bağlı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində cinayət işinin istintaqı aparılıb və 25 yanvar 2022-ci il tarixdə barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəmdə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Mən barəmdə seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasından ötrü qalıq borcun ödənilməsi ilə bağlı oğlum Sənana tapşırıq vermişdim. 31 yanvar 2022-ci il tarixdə Sənan 600.000 manat məbləğində pulu Xidmətin bank hesabına ödədi, 250.000 manat borcum qaldı. Həmin gün barəmdə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu. Borcumun ödənilməsindən ötrü vaxt verilməsi üçün hər hansı bir vəzifəli şəxsdən xahiş etdirməmişəm. Təqsirləndirilən Samir Əliyevi tanımıram”.

    Məhkəmədə Samir Əliyev törətdiyi əməlləri etiraf edib. O, əməllərini “kobud telefon xuliqanlığı” adlandırıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu (dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilib. Ona 4 il həbs cəzası verilib.

  • Rusiya əsirliyində olan ukraynalı hərbçilərin sayı açıqlandı

    Rusiya əsirliyində olan ukraynalı hərbçilərin sayı açıqlanıb.

    Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.

    Məlumata əsasən, 4 337 ukraynalı hərbçi və mülki şəxs Rusiya əsirliyindədir. Onlardan 3 574 nəfər hərbçi, 763 nəfər isə mülki şəxsdir.

  • Qərbi Azərbaycan İcması Aİ rəsmisinin bəyanatlarını qınayıb

    “Avropa İttifaqının (Aİ) rəsmisi Peter Stano Ermənistanın “Armenpress” xəbər agentliyinə 2023-cü il noyabrın 17-də verdiyi müsahibəsində təxribatçı və ayrı-seçkilik xarakteri daşıyan bəyanatlar verməklə regionda vəziyyəti gərginləşdirməyə çalışıb”.

    Bu barədə Qərbi Azərbaycan İcmasının son bəyanatında bildirilib.

    “Aİ rəsmisi Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçmüş ermənilərin qayıtmaq hüququ barədə danışdığı halda, Ermənistandan qovulmuş 300 min azərbaycanlının qayıdışı barədə heç nə deməmişdir. Bu, etnik və dini zəmində ayrı-seçkilikdir. Xatırladaq ki, dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Aİ bizim qayıdış hüququmuz barədə mövqeyini ictimai şəkildə ifadə etməkdən imtina edir.

    Bundan başqa, Aİ rəsmisi Ermənistanın ərazi bütövlüyünün qorunmasından müqəddəs vəzifə kimi dəm vuraraq Azərbaycanı təhdid etmişdir. Əvvəla, Aİ-yə yaxşı məlumdur ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Bundan əlavə, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü pozmuş, işğal etdiyi Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlını qovmuş və Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmış Ermənistanın əməllərinə göz yuman Aİ-nin indi Ermənistanın heç bir təhdid altında olmayan ərazi bütövlüyünün müdafiəsinə qalxması ikiüzlülükdür.

    Aİ rəsmisinin Azərbaycanın “Qarabağda birtərəfli hərbi addım atması”ndan narahatlıq keçirməsi riyakarlıqdır. Azərbaycan öz suveren ərazisində əməliyyat keçirməyə görə heç kimdən, o cümlədən Aİ-dən icazə almır və heç kimə hesabat vermir.

    Qarabağda beynəlxalq qüvvələrin mövcudluğunun vacibliyini vurğulayan Aİ qoy gedib belə missiyaların Aİ ölkələrinə, məsələn irqçilik və islamofobiyanın çiçəkləndiyi, Korsika dilinin qadağan edildiyi Fransaya və ya rus etnik azlığına qarşı ayrı-seçkilik siyasəti yeridən Litvaya göndərilməsi ilə məşğul olsun.

    Aİ Azərbaycanın daxili işlərinə müdaxilə kimi düşük və təkəbbürlü əməllərinə son qoymalı, bölgədə vəziyyəti gərginləşdirən ikiüzlü və ayrı-seçkilik siyasətindən əl çəkməli, Ermənistanın silahlandırılmasını dayandırmalı və bu ölkədən qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməlidir”, – deyə açıqlamada deyilir.

  • Korrupsiyaya qarşı Mübarizə İdarəsindən əməliyyat: Direktor saxlanıldı

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirib.

    Meşələrin İnkişafı Xidmətinin sektor müdiri Sadiq Salmanov, Zaqatala Regional Mərkəzinin direktoru Rəşad Mahmudov və digər vəzifəli şəxslər saxlanılıblar.

    Hazırda cinayət işi açılıb, araşdırmalar aparılır.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirilməsi faktını təsdiqləyiblər.

    Bildirilib ki, əlavə məlumat veriləcək.

    ///APA

  • Salyanda narkokuryer saxlanıldı

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Azər Əsgərov saxlanılıb .

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Onun üzərinə keçirilən baxış zamanı heroin, metamfetamin və 430 qram marixuana aşkar olunaraq götürülüb.

    Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən dəyəri 5000 manatdan artıq olan məişət əşyaları və avadanlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Hacıağa Quliyev də saxlanılıb.

    Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq faktını etiraf edib. Sonuncu tərəfindən oğurluq yolu ilə əldə edilən əşya və avadanlıqlar isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

    Hər iki faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

  • Şamaxıda hava şarı yaşayış evinin həyətinə düşdü – VİDEO

    Şamaxıda hava şarı idarəetmədən çıxaraq qəza enişi edib.

    Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Bildirilib ki, hava şarı fərdi yaşayış evinin həyətinə düşüb.

    Həmin görüntüləri təqdim edirik:

  • Zaqatalada qızılca xəstəliyi yayılıb

    Zaqatalada qızılca xəstəliyi yayılıb.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, oktyabr ayının ikinci ongünlüyündən başlayaraq Zaqatala rayonu ərazisində qızılca xəstəliyinin yayılması müşahidə olunur.

    Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir.

    Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub:

    “Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən səkkizi uşaqdır, vəziyyətləri stabildir.

    Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (beşi uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. Doqquz xəstənin isə stasionar müalicəsi davam etdirilir”.
    Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb:

    “Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir”.

  • Стало известно о состоянии зараженных гепатитом школьников в Мингячевире

    Стало известно о состоянии зараженных гепатитом школьников в Мингячевире.

    В ответ на запрос Report в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) сообщили, что в детское отделение Мингячевирской центральной городской больницы обратились шесть человек (четыре мальчика и две девочки).

    Было отмечено, что у них диагностирован острый вирусный гепатит неуточненной этиологии, им была оказана необходимая медицинская помощь.

    “Все они были эвакуированы в клиническую детскую больницу №2 имени А.Ф.Гараева в Баку. Состояние одного из поступивших несовершеннолетних пациентов оценивалось как тяжелое, состояние остальных пятерых было стабильным”, – отмечается в сообщении.

    В Центрально-Аранском региональном управлении образования было отмечено, что одним из инфицированных вирусом гепатита А является ученик 7-го класса полной средней школы №8 города Мингячевир М.А, еще двое – учащиеся технико-гуманитарного лицея имени Р.Мурадова (М.И. – 10А класс, E.A. – 9Д класс), двое других – учащиеся размещенных в городе общеобразовательных учреждений освобожденных от оккупации районов.

    “Согласно информации, предоставленной Мингячевирской центральной городской больницей, в настоящее время детей перевели в Центр гигиены и эпидемиологии в Баку, состояние их здоровья оценивается как стабильное, средней степени тяжести. Мы регулярно интересуемся состоянием здоровья и самочувствием учащихся. Администрация призывает школьников и граждан соблюдать правила гигиены и беречь себя от вируса”, – отмечается в заявлении.