Month: November 2023

  • Ermənistandan daha bir gediş: Rusiya ilə bağlı hər şeyə QADAĞA QOYULUR

    “Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi rus dilində olan dərsliklərin ekspertizadan keçirilməsi zərurəti bəhanəsi ilə məktəblərə köçürülməsi prosesini dayandırıb”.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov “Telegram” kanalında yazıb.

    Onun sözlərinə görə, Rusiya 50 mindən çox dərsliyin alınması və rus dilinin tədris olunduğu erməni məktəblərinə pulsuz verilməsi üçün əlavə büdcə vəsaiti tapmağa nail olub. Noyabrın 11-də bu dərsliklər respublikaya göndərilib.

    “Mən böyük çaşqınlıqla öyrəndim ki, Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə bu prosesi dayandırıb”, – Vorobyev yazıb.

    O əlavə edib ki, erməni həmkarları konkret dərsliklər tələb ediblər.

    Noyabrın 15-də Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bildirib ki, təşkilatın Minskdə keçiriləcək növbəti iclasına getməmək qərarına baxmayaraq, İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır.

    Eyni zamanda, siyasətçi silah və sursat təchizatı üçün yeni tərəfdaşlar axtardığını etiraf edib və əvvəlkilərdən “inciməməyi” istəyib.

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanın siyasətini iki kresloda oturmaq cəhdi adlandırıb.

  • Bakıda yeniyetməyə qarşı cinsi zorakılıq edən əcnəbiyə HÖKM OXUNDU

    Bakıda həmyerlisinə – 2009-cu il təvəllüdlü Zəhraya (şərti ad) qarşı cinsi zorakılıq etməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşı Rahimi Mahdiyə hökm oxunub.

    “Report” xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda elan olunub.

    Hökmə əsasən, R.Mahdi 8 il müddətinə azadlıqdan məhrum edilib.

    İttiham aktına əsasən, 1989-cu il təvəllüdlü Rahimi Mahdi Bakıda kirayə yaşadığı ünvanda yeni doğulmuş övladının 40 gününün çıxması münasibəti ilə məclis keçirib. O, cinsi istəyini pozğun formada təmin etmək məqsədi ilə özünün yataq otağında 2009-cu il təvəllüdlü tanışının köməksiz vəziyyətindən istifadə edib. Bu zaman R.Mahdi yeniyetmənin əli ilə qolundan dartaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

    Qeyd edək ki, hadisə 2019-cu il iyunun 21-də olub. O, zərərçəkmişin qanuni varislərinin şikayəti əsasında həbs olunub.

    R.Mahdiyə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Oğuzda qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbir görülüb

    Oğuz Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Bucaq kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini E.Qədirli olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilib. Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.

    Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə bir nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

  • Gəncədə sirkə turşusundan zəhərlənən kişi ölüb

    Gəncə şəhərində 37 yaşlı kişi sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib.

    “Report”un məlumatına görə, hadisə Gəncə şəhər Məhsəti qəsəbəsi, 8-ci küçədə yerləşən evlərdən birində qeydə alınıb.

    Belə ki, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Ə.Bağırov sirkə turşusundan zəhərlənib.

    O, Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ukraynada Arestoviç barəsində cinayət işi açıldı

    Ukraynanın Prezident Aparatının rəhbərinin keçmiş köməkçisi Aleksey Arestoviç barəsində cinayət işi açılıb.

    “Caliber” xəbər verir ki, bunu ukraynalı deputat Nataliya Pipa bildirib.

    Qeyd edək ki, son həftələrdə Arestoviç açıq şəkildə prezident Volodimir Zelenskiyə qarşı çıxıb, həmçinin Rusiya ilə barışıq bağlamaq zərurətindən danışıb.

    Xatırladaq ki, Arestoviç Qarabağ, ümumən Ermənistan-Azərbaycan məsələsində həmişə çox aydın, birmənalı olaraq, qanun və ədalət mövqeyindən çıxış edib.

  • AVRO-2024: Azərbaycan və İsveç millilərinin start heyətləri açıqlanıb

    AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İsveç millilərinin start heyətləri bəlli olub.

    Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

    Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov

    Baş məşqçi: Canni De Byazi

    İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres

    Baş məşqçi: Yanne Anderson

    Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək.

    Yığmamız altı oyundan sonra dörd xalla dördüncü, qonaqlar isə yeddi xalla üçüncü pillədə qərarlaşıblar.

  • В Дагестане арестовали 17 участников беспорядков в аэропорту

    Количество арестованных после беспорядков в аэропорту Махачкалы (Республика Дагестан Российской Федерации) достигло 17 человек.

    В их отношении избрана мера пресечения в среднем почти на два месяца, сообщила руководитель пресс-службы Верховного суда Дагестана Зарема Мамаева.

    “В Верховный суд Республики Дагестан поступило 17 обжалуемых материалов по мере пресечения в отношении 17 местных жителей, обвиняемых по ч. 2 ст. 212 Уголовного кодекса РФ в рамках уголовного дела, возбужденного после массовых беспорядков в махачкалинском международном аэропорту. Фигурантам была избрана мера пресечения в виде заключения под стражу в среднем на 1 месяц и 25 суток”, – сказала она.

    Обвиняемые и их защитники обжаловали решения районного суда. На сегодняшний день вышестоящей инстанцией рассмотрено девять материалов – все они оставлены в силе.

    29 октября в аэропорту Махачкалы произошли массовые беспорядки из-за прибытия регулярного рейса из Тель-Авива (Израиль) на фоне обострения ситуации на Ближнем Востоке. Несколько сотен человек зашли в здание аэропорта и на летное поле, позднее их вытеснили сотрудники правоохранительных органов. По последним данным, пострадали более 20 человек, включая полицейских. Дагестанские власти и религиозные деятели осудили произошедшее, связав его с провокацией. Аэропорт возобновил работу 30 октября.

    Источник: ТАСС

  • Dağıstanda hava limanında iğtişaşların iştirakçısı olan 17 nəfər həbs edilib

    Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra həbs olunanların sayı 17 nəfərə çatıb. Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva onlara qarşı orta hesabla iki aya yaxın müddətə həbs qətimkan tədbiri seçildiyini bildirib.

    “Dağıstan Respublikasının Ali Məhkəməsinə Mahaçqalada baş vermiş kütləvi iğtişaşlardan sonra başlanmış cinayət işi çərçivəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilən 17 yerli sakinə qarşı təzyiqlərlə bağlı 17 apellyasiya materialı daxil olub. Təqsirləndirilən şəxslər barəsində orta hesabla 1 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilib”, – deyə Mamayeva qeyd edib.

    Qeyd edək ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə bağlı kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları oradan çıxarıblar. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan xəsarət alıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni pisləyib və bunu təxribatla əlaqələndiriblər. Oktyabrın 30-da hava limanı fəaliyyətini bərpa edib.

    Mənbə: TASS

  • Сенат США принял акт, запрещающий военную помощь Азербайджану

    Американский сенат принял “Акт об защите Армении 2023 года”.

    Как сообщается со ссылкой на сайт верхней палаты Конгресса США, сенаторы проголосовали за документ C.3000, который не позволяет американскому президенту обойти 907-ю поправку к “Закону о поддержке свободы”, запрещающую военную помощь Азербайджану.

    Если проект будет принят Палатой представителей и подписан главой Белого дома, президент США не сможет обходить 907-ю поправку и получать финансирование для помощи Азербайджану из бюджетных ассигнований на 2024-2025 годы.

    Отметим, что, согласно 907-й поправке, правительству США запрещается оказывать помощь официальным структурам Азербайджана. Действие этой поправки приостанавливалось президентом США с 2002 года на ежегодной основе, в соответствии с полномочиями, которыми Конгресс наделил его в 2001 году.

  • ABŞ Senatında Azərbaycana hərbi yardımı qadağan edən akt qəbul olundu

    ABŞ Senatı 2023-cü il üçün Ermənistanı Müdafiə Aktını qəbul edib.

    Bu barədə Konqresin yuxarı palatasının saytında məlumat yerləşdirilib.

    Məlumata görə, senatorlar ABŞ Prezidentinə Azadlığa Dəstək Aktına Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişdən yan keçməyə imkan verməyən C.3000 sənədinə səs veriblər.

    Layihə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə və Ağ Evin rəhbəri tərəfindən imzalansa, ABŞ Prezidenti 907-ci düzəlişdən yan keçə bilməyəcək. Nəticə etibarilə o, 2024-2025-ci illərin büdcə ayırmalarından Azərbaycana yardım üçün maliyyə ala bilməyəcək.

    Qeyd edək ki, 907 saylı düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağandır. Bu düzəliş Konqresin 2001-ci ildə verdiyi səlahiyyətlərə uyğun olaraq, 2002-ci ildən bəri hər il ABŞ Prezidenti tərəfindən dayandırılır.
    \\oxu.az