Month: November 2023

  • Mingəçevirdə hepatitə yoluxan şagirdlərin son durumu: Birinin vəziyyəti ağırdır

    Mingəçevirdə hepatitə yoluxan şagirdlərin son durumu açıqlanıb.

    TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, altı nəfər (dördü oğlan, ikisi qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib.

    Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib: “Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin birinin vəziyyəti ağır, beşinin isə stabil olaraq qiymətləndirilir”.

    Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, “Hepatit A” virusuna yoluxmuş şagirdin biri Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi M.Ə., ikisi Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin şagirdi (M.İ. – 10a, E.A. – 9d), digər ikisi isə işğaldan azad olunmuş rayonların yerlərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdləridir:

    “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, hazırda uşaqlar Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə qaldırılıblar və səhhətləri orta stabil olaraq qiymətləndirilir. Həmçinin şagirdlərin səhhəti və sağlamlıq durumu tərəfimizdən daimi diqqətdə saxlanılır. İdarə məsələ ilə bağlı şagirdlərin, eyni zamanda vətəndaşların gigiyena qaydalarına riayət etməyə və virusdan qorunmağa çağırır”.

  • Президент освободил от должности главу Исполнительной власти Нахчывана – ФОТО

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об освобождении Мирсанани Мирсалех оглу Сеидова от должности главы Исполнительной власти города Нахчыван Нахчыванской Автономной Республики.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Prezident Naxçıvanda icra başçısını vəzifəsindən azad etdi – FOTO

    Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı ilə bağlı Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

  • Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

    “Report”un xəbərinə görə, Fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”si və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilib.

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra –-Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.

    Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilib.

  • Yağıntıya görə Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib

    Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur.

  • Masallıda evə BASQIN: Qadına bıçaqla xəsarət yetirib pul tələb etdi

    Masallıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Qızılağac kəndindəki evlərdən birinə daxil olan şəxsin ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb etməsi, daha sonra isə oradan uzaqlaşması ilə bağlı polisə məlumat daxil olub.

    Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olunmuş İntiqam Axundov müəyyən olunaraq saxlanılıb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • В Азербайджане произошло землетрясение

    В Исмайыллинском районе произошло землетрясение.

    Об этом oxu.az сообщили в Республиканском центре сейсмологической службы.

    Согласно данным Бюро исследования землетрясений, подземные толчки были зафиксированы сегодня в 04:56 по местному времени в 3 км к северу от станции Исмайыллы.

    Сообщается, что магнитуда землетрясения составила 3,6, очаг залегал на глубине 7 км. Землетрясение ощущалось силой до 3 баллов.

  • Azərbaycanda zəlzələ olub

    İsmayıllı rayonunda zəlzələ baş verib.

    AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan oxu.az-a verilən məlumatına əsasən, yeraltı təkanlar bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.

    Bildirilir ki, zəlzələnin maqnitudası 3,6, dərinliyi 7 km olub. Zəlzələ 3 bal gücündə hiss olunub.

  • Tovuzda Ailə Sağlamlıq Mərkəzinin binası bərbad vəziyyətdədir – VİDEO

    Tovuz rayonunun Qovlar şəhərinin sakinləri Ailə Sağlamlıq Mərkəzinin binasının bərbad vəziyyətdə olmasından şikayətçidir.

    Sakinlərin sözlərinə görə, xəstəxananın içərisi çöldən soyuqdur.

    Binanın ikinci mərtəbəsi də təhlükəli vəziyyətdə olduğundan illərdir istifadə olunmur.

    Şikayətçilər bildiriblər ki, sözügedən xəstəxananın cəmi bir ədəd təcili tibbi yardım avtomobili var.

    Divarları, qapı-pəncərəsi və döşəməsinin uçulub-dağıldığı xəstəxana binasının əsaslı təmir-bərpaya ehtiyacı var.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • В Баку повесился 37-летний мужчина

    В Баку произошло самоубийство.

    Как передает lent.az, происшествие зафиксировано на территории поселка Локбатан в Гарадагском районе столицы.

    Сообщается, что страдавший нарушениями слуха и речи 37-летний Явер Агаев свел счеты с жизнью, повесившись во дворе своего дома.

    Причины суицида неизвестны.

    По данному факту проводится расследование.