Month: November 2023

  • Bakıda kişi özünü asaraq intihar edib

    Bakıda intihar hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Danışma və eşitmə qabiliyyəti olmayan 37 yaşlı Yavər Əliskəndər oğlu Ağayev yaşadığı evin həyətindəki çardaqdan özünü asaraq həyatına son qoyub.

    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə qanunsuz odlu silah saxlayanlar aşkarlanıb

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması və qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində profilaktiki tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün obyekt sahibi barəsində protokol tərtib olunub.

    Şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində isə şəhər sakinlərindən qanunsuz olaraq saxladıqları iki ov tüfəngi aşkar edilərək götürülüb.

  • Стали известны подробности операции СГБ по предотвращению теракта в диппредставительстве в Баку – ОБНОВЛЕНО

    Стали известны подробности операции, Службой государственной безопасности (СГБ) Азербайджана по предотвращению теракта в дипломатическом представительстве в Баку.

    Как сообщает израильское издание Ynet, задержанный намеревался взорвать посольство Израиля.

    Согласно информации, мужчина, пытавшийся проникнуть в здание дипмиссии с оружием в руках – выходец из Ирана.

    * * * * *

    В Сабаильском районном суде Баку рассмотрено ходатайство, поданное следователем Службы государственной безопасности (СГБ) в отношении М.Х.Хусейинзаде.

    Как сообщает Qafqazinfo, по решению суда в его отношении была избрана мера пресечения в виде ареста сроком на 4 месяца.

    Из материалов дела известно, что в результате оперативных мероприятий, проведенных сотрудниками СГБ, при попытке вооруженного вторжения в административное здание дипломатического представительства иностранного государства в Баку с целью совершения террористического акта в ноябре 2023 года был задержан М.Х.Хусейинзаде, который долгое время вел скрытые наблюдения.

    В его отношении выдвинуты обвинения по статьям 28, 214.2.3 и 28, 214.2.6 (подготовка к террористическому акту с применением огнестрельного оружия и предметов, используемых в качестве оружия, на почве религиозной вражды, радикализма или фанатизма) Уголовного кодекса Азербайджанской Республики.

  • Azərbaycanda terrorçu cinayət başında saxlanıldı

    Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

    M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.

  • İsrailin müharibə başlayandan bəri həbs etdiyi fələstinlilərin sayı AÇIQLANDI

    İsrailin Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə həbs etdiyi fələstinlilərin sayı açıqlanıb.

    Bu barədə Fələstinli Məhkumlar Dərnəyindən açıqlama verilib.

    Açıqlamada 7 oktyabrdan bəri İsrail Müdafiə Qüvvələri tərəfindən 2 760-dan çox fələstinlinin həbs edildiyi bildirilib.

    Mənbə: Haber Global

  • Estoniya və Norveç Rusiya ilə sərhədi bağlamağı düşünür

    Hakimiyyət sərhəddəki vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, keçid məntəqələrini qismən və ya tamamilə bağlayacaq.

    “Report” xəbər verir ki, bu barədə Estoniya Sərhəd Xidmətinin rəhbəri Veiko Kommusaar “Postimees”ə bildirib.

    Səbəb kimi qeyri-qanuni miqrasiya göstərilir. Belə ki, noyabrın 16-da səhər saatlarında cəmi 1,5 saat ərzində səkkiz Somali vətəndaşı Estoniya sərhəd-keçid məntəqəsindən öncə Rusiya sərhədçilərini keçərək Rusiya Federasiyasından Estoniyaya vizasız getməyə cəhd ediblər.

    Finlandiya da Rusiya ilə sərhəddəki məhdudiyyətləri eyni cür izah edib: səlahiyyətlilərə görə, Rusiyadan ölkəyə daxil olmağa çalışmış qanunsuz miqrantların axını son vaxtlar nəzərə çarpacaq dərəcədə artıb. Noyabrın 16-da Finlandiya dörd sərhəd keçid məntəqəsini bir neçə ay müddətinə bağlayıb. Bu səbəbdən “Lux Express”, “Ecolines” və digər avtobus daşıyıcıları reysləri dayandırır.

    Xatırladaq ki, daha öncə Norveç Ədliyyə Nazirliyi Rusiya ilə yeganə sərhəd-keçid məntəqəsinin bağlana biləcəyini açıqlayıb.

  • Bakıda ŞOK OLAY: Bu dəfə 8 uşaq atası evdən qaçdı – VİDEO

    Bakıda “kuryoz” hadisə baş verib. Belə ki, son illər ərzində sosial layihələrdə qadınların evdən qaçması xəbərlərinə tez-tez rast gəlsək də bu dəfə tam əksi olub.

    Median.Az Titul.az-a istinadən xəbər verir ki, 8 uşaq atası evdən qaçıb. Bu barədə aparıcı Lalə Azərtaş aparıcısı olduğu verlişdə məlumat verib.

  • Noyabrın sonu üç bürc üçün çətin olacaq – XƏBƏRDARLIQ

    Gündəlik həyatın xaos və çətinlikləri arasında Kainatın yaxşı niyyətlərini ayırd etmək həmişə asan olmur. Astroloqlar bildirir ki, çətinliklər və sınaq dövrləri şəxsi transformasiya üçün xüsusilə vacibdir. Onların bizi daha güclü, daha möhkəm və cəsur etmək potensialı var.

    Lent.az noyabr ayının sonları çətinliklərlə üzləcək 3 bürcü təqdim edir:

    Oxatan

    Noyabrın sonunda dözümünüzü və qətiyyətinizi sınayacaq bir sıra maneələrlə qarşılaşa bilərsiniz. Hər şey yolunda getməmiş kimi görünə bilər – həm işdə, həm də şəxsi həyatınızda…

    Ancaq narahat olmayın, çünki bu çətinliklərin içində böyümə və nailiyyətlər üçün potensial var. Özünüzə qarşı mehriban olun ki, daha yaxşı qərarlar verə biləsiniz.

    Bu çətin anlarda ən gözəl şeylər də baş verə bilər. Müvəffəqiyyət vaxt tələb edir və aşdığınız hər bir maneə ilə hədəflərinizə çatmaq üçün nəyə ehtiyacınız olduğunu anlamağa başlayırsınız. Həmkarlarınızın və rəhbərliyin dəstəyinə arxalana bilərsiniz. Xüsusilə, ayın son həftəsi bir çox ortaqlıqlar və yeni işgüzar təşəbbüslər vəd edir.

    Dolça

    Payızın sonunda hər şeyin yolunda getməməsi ilə qarşılaşa bilərsiniz. Xüsusən də peşəkar həyatınızda…

    Stress sizi məyus və yorğun hiss edə bilər. Əgər həyata keçirmək istədiyiniz şəxsi planlarınız varsa, bu dövrdə diqqətli olmaq vacibdir. İstəkləriniz və məqsədləriniz haqqında hər kəsə danışmağa tələsməyin.

    Bu çətin dövrlərdə yaradıcı olmağı və ya sizə sevinc gətirən işlə məşğul olmağı unutmamaq vacibdir. Daxili emosional rifahınızı praktik məqsədlərdən üstün tutaraq dəstəkləyin. Ayın sonuna doğru peşəkar sahədə sərt rəqabətlə qarşılaşa bilərsiniz. Qeyri-real gözləntilər qoymadan öz öhdəliklərinizə addım-addım yanaşmağı unutmayın.

    Qoç

    Astroloqlar noyabr ayında ümumi investisiyalar üçün təkliflərdən çəkinməyi və şübhəli layihələri dəstəkləməməyi məsləhət görürlər. Belə məsələlərə qarışmaq asanlıqla qeyri-müəyyənliyə və münaqişəyə səbəb ola bilər. Mümkünsə, frilanserliyə diqqət yetirməlisiniz.

    Payızın sonunda keçmişə qarşı qəfil nostalji hiss edəcəksiniz. Özünü əks etdirmək keçmiş təcrübələrin düşüncələrinizə və hərəkətlərinizə necə təsir etdiyini anlamağa imkan verəcək.

    Ayın sonuna doğru çoxdan gözlədiyiniz maliyyə məqsədinizə çata bilərsiniz. Bununla belə, bu mərhələyə çatmaq sizi bu yolda çox fədakarlıq edib-etmədiyinizə yenidən baxmağa məcbur edə bilər. Peşəkar yüksəlişiniz əlaqələr şəbəkənizi genişləndirmək və inkişaf etdirmək bacarığınızdan asılıdır.

  • Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb

    Samuxda bıçaqlanma hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsinin yaxınlığında qeydə alınıb.

    Belə ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Fazil Əhmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib, vəziyyətininn kafi olduğu bildirilir.

    Məlumata görə, həmin şəxs şadlıq saraylarının birində bıçaqlanıb.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • İspaniyada gürcü kriminal qruplaşmasına qarşı əməliyyat keçirilib, 30 nəfər saxlanılıb

    İspaniyada gürcü cinayətkar qruplaşmasına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirilib.

    Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

    Bildirilib ki, əməliyyat nəticəsində 30 nəfər saxlanılıb.

    Onlar evlərdən oğurluqda və çirkli pulların yuyulmasında ittiham olunurlar. Axtarışlar Barselona və Kataloniyanın əraziləri də daxil olmaqla 30-dan çox ünvanda aparılıb.