Month: November 2023

  • Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı

    Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə indi Ermənistan ərazisi kimi qələmə verilən, Qərbi Azərbaycanda çox qədim yaşayış məskənlərindən biri olan Barana rayonu haqqında süjet hazırlanıb.

    “Report” xəbər verir ki, “Baranlı sülaləsinin adı ilə bağlı olan rayon” adlı süjetdə 200 ildən çoxdur erməni millətçiliyindən qidalanan vandal, barbar, şovinist siyasətin tərkib hissəsini, qədim Azərbaycan tarixini saxtalaşdırmaq, torpaqlarımızın yaddaşı olan yer-yurd adlarını dəyişdirmək, erməniləşdirmək təşkil etdiyi bildirilir.

    Qeyd olunub ki, Barana Qərbi Azərbaycanda, indiki Ermənistanda, Dağ Borçalının Loru mahalında qədim ərazi olub. Barana Yelizavetpol, yəni Gəncə quberniyasının Qazax-Şəmşəddil qəzasında, əvvəl Barana, sonra Noyemberyan adlanan rayonda kənd və rayon mərkəzi hesab olunub. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana ərazisinin adı Baranlı sülaləsi ilə bağlıdır. Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi də qeyd olunur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barana kəndi qeyd olunur.

    Vurğulanıb ki, ermənilər bu rayonun adını da saxtalaşdırmaqla qədim oğuz-türk izini itirməyə çalışıblar:

    “Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il fərmanı ilə bu yaşayış məntəqəsinin adı dəyişdirilərək Böyük Oktyabr Sosialist İnqilabının şərəfinə Noyemberyan qoyulub. 1937-ci ildən bəri rayonun inzibati mərkəzi İncəsu, Barana olub və 1971-ci ildə bura qəsəbə statusu verilib. Buradan İrəvan şəhərinə olan məsafə 187 kilometr təşkil edir”.

    Diqqətə çatdırılır ki, bu ərazidə daim azərbaycanlılar yaşayıb və zaman-zaman deportasiyaya məruz qalıblar:

    “Oğuz türkləri 1988-ci ildə Ləmbəli, Yuxarı Körpülü, Aşağı Körpülü, Ayrım qəsəbəsi kimi doğma yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bununla da ermənilər yer-yurd adlarını dövlət səviyyəsində saxtalaşdırmaq üçün özlərinə daha əlverişli şərait yaradıblar.

    Barana rayonu üzrə 16 tarixi yer adı dəyişdirilib. Ötən əsrin 90-cı illərin əvvəllərində əraziyə ermənilər tərəfindən Tavuş adı verilib. Tavuş indiki Ermənistanın Karvansara, yəni İcevan, Barana, yəni Noyemberyan-Tavuş rayonlarının birləşdirilməsi nəticəsində 1995-ci il 7 noyabr tarixli Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanunla mərzlik kimi formalaşıb. İndiki Ermənistanın şimal-şərqində yerləşən mərzliyin inzibati mərkəzi Karvansara, yəni İcevan şəhəridir. Mərzliyə Dilican şəhəri, Barana, yəni Noyemberyan-Tavuş, Karvansara, yəni İcevan və Şəmşəddil, yəni Berd rayonları daxildir”.

    Sonda vurğulanıb ki, indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası, izitirmə planı bugünədək davam edir:

    “Lakin əminik ki, biz doğma yurd yerlərimizə yenidən qayıtmaqla tarixi yaddaşımızı bərpa edəcək, Vətən sevgisi ilə böyüyən gələcək nəsillər doğma ocaqlarımızı daim isti saxlayacaqlar”.

    Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

    Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

    Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

  • Naxçıvan MR 2024-cü il büdcəsi haqqında qanun təsdiq edilib

    Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanunu təsdiq edilib.

    Median.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 173 105 000 manat, xərcləri 516 365 000 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 343 260 000 manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 110 474 000 manat, yerli gəlirləri 62 631 000 manat, mərkəzləşdirilmiş xərcləri 464 440 000 manat, yerli xərcləri 51 925 000 manat) məbləğində təsdiq edilib.

    Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə gəlirlər 62 781 000 manat, o cümlədən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 150 000 manat, yerli xərclər 51 925 000 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 19 377 000 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 8 671 000 manat məbləğində təsdiq edilib.

  • Türkiyə MTŞ-də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub

    Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnməsi və Ermənistanla münasibətlərimizin normallaşması ilə bağlı məsələlərlə yanaşı, qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də dəyərləndirilib.

    Median.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair açıqlamada nəql edilib.

    “Biz Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin sülh və rifahına töhfə verəcək daimi sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcəyik”, – açıqlamada diqqətə çatdırılıb.

  • На дороге Хачмаз-Худат произошло ДТП, есть пострадавшие

    На автомобильной дороге Хачмаз-Худат произошло дорожно-транспортное происшествие с участием автомобилей “ВАЗ-2115” и “ГАЗ-3110”.

    Как сообщает северное бюро Report, в результате столкновения автомобилей травмы различной степени тяжести получили Алфеддин Шыхверди оглу Лалаев (1964 г.р.), Айгюн Аливерди гызы Лалаева (1965 г.р.) и их внук Ю. Эльнур оглу Лалаев (2015 г.р.).

    Пострадавших доставили в Хачмазскую районную центральную больницу.

    По факту ведется расследование.

  • Xaçmaz-Xudat avtomobil yolunda qəza olub, xəsarət alanlar var

    Xaçmaz-Xudat avtomobil yolunda “VAZ-2115” və “QAZ-3110” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində 1964-cü il təvəllüdlü Lalayev Əlfəddin Şıxverdi oğlu, 1965-ci il təvəllüdlü Lalayeva Aygün Əliverdi qızı və onların nəvəsi 2015-ci il təvəllüdlü Lalayev Y. Elnur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Əhali 10 ayda 26 milyard xərcləyib

    2023-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,1 faiz artaraq 26776,2 milyon manat olub.

    Median.Az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən məlumat verir.

    Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 15587,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 11188,9 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 34,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

  • “Əsgərliyə getməyənlər, fərarilər, pulla “neqodnı” alanlar…” – Elza daş-qalaq etdi

    Əməkdar artist Elza Seyidcahan sərt açıqlaması ilə gündəmə gəlib.

    Median.Az yenisabah.az-a istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi bəzi həmkarlarını qınaq atəşinə tutub.

    O, əsgərlikdən yayınan müğənnilərin əsgərlərin qarşısında konsert verməsini qınayıb:

    gedib əsgərin qabağında oxuyand”Əsgərliyə getməyənlər, fərarilər, pulla “neqodnı” alanlara, bayraq tutanda mən utanıram! Onlar ümumiyyətlə, konsert verməyə getməsinlər! Əsgərlərin yanında konsert verməyə gedəndə soruşsunlar ki, sənin oğlun əsgər gedibmi? Çıxar hərbi biletini göstər, ondan sonra icazə verilsin. Mənim alnım açıq, üzüm ağdır. Mənim onların qarşısında oxumağa ixtiyarım var. Oğlum 2007-ci ildə Qusarda hərbi xidmətdə olub. Özü də o vaxt onlar odunun üstündə yatırdılar. Övladı əsgərlikdən yayınanlar, siz gedib əsgərlərin qabağında oxumayın! Biz sizə icazə vermirik!”

  • Saatlı və Ağdaşda odlu silahlar polisə təhvil verilib – FOTO

    Saatlı və Ağdaşda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Saatlıda şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı bir ədəd “Karabin” markalı odlu silahı və 412 ədəd patronu könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

    Həmçinin, Ağdaşda Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə bir nəfər rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

    Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

  • Xankəndidəki institutun rektoru – “Arzum idi ki, heç olmasa bir gün…”

    Prezident İlham Əliyevin Qarabağ Universitetinin yaradılması haqqında imzaladığı sərəncam çox mühüm və vaxtında verilmiş qərardır. Uzun illər təhsil sahəsində, auditoriyada çalışan müəllim kimi deyə bilərəm ki, Qarabağ Universiteti Azərbaycanın xüsusi təhsil göstəricilərinə tam cavab verəcək. Böyük ali təhsil müəssisəsi olacaq.

    Median.Az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Xankəndi Pedaqoji İnstitutunun rektoru olmuş, professor Raqub Kərimov deyib.

    Onun sözlərinə görə, iki ay içində universitetlə bağlı sərəncamdan irəli gələn məsələlər həll olunmalıdır: “Düşünürəm ki, müxtəlif yerlərdə elan vermək lazımdır, kimlər təhsilini Qarabağda davam etdirmək istəyirsə, buyursun. Əvvəla universitetin statusu müəyyənləşməlidir. Fakültə və ixtisaslar müəyyən edildikdən sonra Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrə müraciət edilsin. Hesab edirəm ki, bu ən mühüm siyasi hadisə olacaq. Biz çalışmalıyıq ki, vətənimizə gedib məskunlaşaq. Ən böyük arzum budur ki, qismət olsun heç olmasa gedib orada bir gün dərs keçim. Ümumiyyətlə Qarabağa hamı getmək istəyər. Gənclər hamısı deyir ki, biz fəxrlə Qarabağda təhsilimizi davam etdirərdik. Bu fürsətdən istifadə edib, bizim gəncləri ora toplamaq lazımdır. Mən hətta qurban kəsərəm ki, gedib orada işləyim”.

    Professor qeyd edib ki, əvvəla məskunlaşıb, sonra fəaliyyətimizə başlamalıyıq: “Universitet fəaliyyətə başladıqdan sonra biz artıq xariclə də əlaqədə olacağıq. İşimizi qurandan sonra bütün bunların hamısı avtomatik gerçəkləşəcək”.

    Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

    Sərəncamda qeyd olunub ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

    Sərəncamda qeyd edildiyi kimi, Qarabağ Universiteti Xankəndidə yerləşən ali təhsil müəssisəsinin əsasında yaradılacaq. Xankəndidə isə yeganə ali təhsil ocağı Xankəndi Pedaqoji İnstitutu olub. Qeyd edək ki, bu institut sovet dövründə Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı olub.

  • BMT-nin baş katibi Qəzza zolağında 111 əməkdaşının öldüyünü AÇIQLADI

    “Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşdiyindən bəri dünya təşkilatının 111 əməkdaşı həlak olub”.

    Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş məlumat verib.

    “Acı və kədər hissi ilə bildirirəm ki, hərbi əməliyyatların başlanmasından bəri Qəzzada BMT ailəmizin 111 üzvü həlak olub. Bu, təşkilatımızın tarixində ən böyük heyət itkisidir. BMT personalı qorunmalı, obyektlərimizə hücumlar həyata keçirilməməlidir”, – deyə o, BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bildirib.

    Mənbə: TASS