Month: November 2023

  • “Gənclik” metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

    Sabah Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakının “Gənclik” metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

    Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

    Qeyd edilib ki, azarkeşlərin Tofiq Bəhramov adına Respublika stadionuna gediş-gəlişini asanlaşdırmaq, o cümlədən səmti rahat müəyyənləşdirə bilmələri üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

    Qatarların hərəkəti iş günü ərzində adi iş rejiminə uyğun tənzimlənəcək. Bununla belə, gün ərzində nəzarət mexanizmləri tətbiq olunacaq, xüsusən metro istifadəçilərinin oyun başa çatdıqdan sonra təhlükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanmaqla, zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

    “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq.

  • Названо число зарегистрированных в Азербайджане больных сахарным диабетом

    В настоящее время число зарегистрированных больных сахарным диабетом в стране превысило 300 тысяч.

    Об этом сказал специалист-эксперт министерства здравоохранения, эндокринолог Огтай Гусейнов.

    Он также отметил, что в Азербайджане растет число людей, страдающих этим заболеванием.

  • Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb

    “Hazırda ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 300 mini keçib”.

    Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

    O, Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin sayının artdığını və vəziyyətin acınacaqlı olduğunu da bildirib.

    Endokrinoloq şəkərli diabetin bütün dünyada geniş yayılmış xəstəlik olduğunu, qeyri-infeksion epidemiya sayıldığını vurğulayıb: “Evdə şəkər ölçən cihazla diaqnoz qoymaq olmaz. Qanda şəkərin səviyyəsini yüksək olduğunu görəndə panikaya düşmək lazım deyil. Sadəcə həkimə vaxtında müraciət etmək və lazımi analizlər vermək vacibdir”.

    O.Hüseynov əlavə edib ki, qanda şəkərin səviyyəsini normada saxlamaq lazımdır: “Mütəmadi yüksələn səviyyə isə digər orqanları sıradan çıxarır. Müalicə 3 hissədən – pəhriz, düzdün dərman təyinatı və fiziki hərəkətlərdən ibarətdir. Bütün bunlara ciddi riayət etmək lazımdır. Xəstəliyin müalicəsinin 90 %-i pasiyentdən, 10 % isə həkimdən asılıdır”.

  • Воздух в Азербайджане прогреется до 23 градусов

    16 ноября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, временами усиливающийся южный ветер вечером сменится северо-западным.

    Температура воздуха ночью составит 11-15°, днем 18-23° тепла. Атмосферное давление понизится с 757 до 753 мм рт. ст. Относительная влажность воздуха ночью составит 70-80%, днем 50-60%.

    В районах Азербайджана завтра будет преимущественно без осадков. Ночью и утром в некоторых районах ожидается туман, западный ветер усилится в некоторых восточных районах.

    Температура воздуха составит ночью 7-12° тепла, днем 18-23° тепла, в горах ночью от 2° мороза до 3° тепла, днем 5-10° тепла.

  • Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

    Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

  • Милли Меджлис пополнил парк служебных автомобилей

    Милли Меджлис Азербайджана пополнил парк служебных автомобилей за счет средств, предусмотренных сметой расходов.

    Об этом сказал начальник управления делами Милли Меджлиса Фирудин Гаджиев, представляя проект постановления о смете расходов парламента на 2024 год.

    По его словам, новые автомобили закуплены с целью улучшения материально-технической базы автопарка и уже сданы в эксплуатацию.

    “Кроме того, на электрических подстанциях проведены работы по реконструкции, а вышедшее из строя электрооборудование заменено на новое. Регулярные текущие ремонтные работы в административном здании и других помещениях продолжаются”, – сказал Гаджиев.

  • Milli Məclis yeni avtomobillər alıb

    “Milli Məclisin xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və istismara verilib”.

    Bunu Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsini təqdim edərkən deyib.

    Onun sözlərinə görə, yeni avtomobillərin alınması ilə avtopark yenilənib: “Elektrik yarımstansiyalarında yenidənqurma işləri aparılıb və istismarı yararsız hala düşmüş elektrik avadanlıqları yenisi ilə əvəz edilib. İnzibati binada və digər ərazilərdə mütəmadi olaraq cari təmir işləri bu gün də davam edir”.

  • На Бакинской международной книжной выставке состоялась презентация книги “Севги” Лейлы Алиевой

    На 9-й Бакинской международной книжной выставке, организованной Министерством культуры при поддержке компании Caspian Event Organisers в Бакинском Экспо-центре, состоялась презентация книги “Севги” Лейлы Алиевой.

    Выступившая на презентации, проведенной при модераторстве главного редактора издательского дома “Шарг-Гарб” Наргиз Джаббарлы, народный писатель Эльмира Ахундова предоставила информацию о книге.

    “Книга Лейлы Алиевой издана с большим вкусом, имеет глубокий философский смысл. В этом ее особенность. В книге представлены стихи Лейлы ханым. Она приняла на себя большую ответственность. Как ее великие дед и отец, и она осуществляет большую работу для Азербайджана. Лейла ханым очень талантливый и творческий человек”, – сказала Э.Ахундова.

    Народный художник Азербайджана, профессор Ариф Гусейнов рассказал о рисунках Лейлы Алиевой. Он отметил, что каждый творческий человек выражает в своих рисунках себя.

    “Это чувствуется в произведениях Лейлы Алиевой. Она использует в своих рисунках два цвета, и через них доводит до зрителей свои мысли”, – сказал он.

    Директор издательского дома “Шарг-Гарб” Севиль Исмайлова отметила, что название книги “Севги” отнюдь не случайно: “Ведь Лейла Алиева ко всему относится с любовью. В издании приведены рецепты сладостей, которые готовит сама Лейла ханым”.

    На презентации также был представлен каталог рисунков Лейлы Алиевой.

    В заключение была сделана фотография на память.

    Отметим, что главная особенность рецептов, приведенных в книге “Севги” Лейлы Алиевой, заключается в том, что они без добавления сахара. Каждый рецепт сопровождается отрывком из стихотворений Лейлы Алиевой.

    Книга вышла в свет в издательстве “Шарг-Гарб” при непосредственном участии Бакинского книжного центра. Книга “Севги” издана на азербайджанском, турецком, английском и русском языках.

  • Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı olub

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Leyla Əliyevanın “Sevgi” kitabının təqdimat mərasimi olub.

    “Şərq-Qərb” nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlının moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Xalq yazıçısı Elmira Axundova kitab haqqında ətraflı məlumat verib: “Leyla xanımın kitabları zövqlü, fəlsəfi və dərin mənalı kitablardır. Burada fərqli cəhət var. Kitabda Leyla xanımın şeirləri yer alıb. Leyla xanım öz üzərinə böyük məsuliyyət götürüb. O, dahi babası və atası kimi Azərbaycan üçün böyük işlər görür. Leyla xanım çox istedadlı və yaradıcı insandır”.

    Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov Leyla Əliyevanın çəkdiyi rəsmlər barədə danışıb. Bildirib ki, hər yaradıcı insanın rəsmlərində öz səsi var. “O səsi Leyla Əliyevanın əsərlərində hiss etmək olar. O, rəsmlərində iki minimal rənglərdən istifadə edir və onların vasitəsilə tamaşaçıya öz fikrini çatdırır”, – deyə A.Hüseynov qeyd edib.

    “Şərq-Qərb” nəşriyyat evinin direktoru Sevil İsmayılova qeyd edib ki, kitabın adının “Sevgi” olması heç də təsadüfi deyil: “Çünki Leyla Əliyeva yaratdığı hər bir şeyə öz sevgisini qatır. Nəşrdə, həmçinin Leyla xanımın şəxsən özü hazırladığı şirniyyatların reseptləri yer alıb”.

    Təqdimatda, eyni zamanda, Leyla Əliyevanın rəsm əsərlərindən ibarət olan kataloq təqdim olunub.

    Sonda xatirə şəkli çəkdirilib.

    Qeyd edək ki, Leyla Əliyevanın “Sevgi” kitabında yer alan reseptlərin əsas xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda Leyla Əliyevanın şeirlərindən parçalarla müşayiət olunub. Bu nəşr Bakı Kitab Mərkəzinin bilavasitə iştirakı ilə “Şərq-Qərb” nəşriyyatında çap olunub. “Sevgi” kitabı Azərbaycan, türk, ingilis və rus dillərindədir.

  • Abşeronda gözəllik salonundan 20 min manatlıq lazer aparatları oğurlanıb

    Abşeronda gözəllik salonunda oğurluq edən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 13-nə keçən gecə Saray qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 20 000 manat dəyərində 2 ədəd lazer aparatı oğurlanıb.

    Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Bayramov və Vüsal Hacıbəyov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.