Month: December 2023

  • “Android” istifadəçilərinin nəzərinə – Bu proqramları DƏRHAL SİLİN

    Smartfonlara quraşdırdığımız proqramların çoxunun müsbət tərəfləri var. Bununla belə, böyük risklər daşıyan bəzi tətbiqlərdə var.

    Bu gün “Android” telefonlarında quraşdırılıbsa, silinməli olan proqramların yeni siyahısı ortaya çıxıb.

    Proqramların siyahısı aşağıdakı kimidir:

    1) 3D Skin Editör for PE Minecraft;

    2) Auto Click Repeater;

    3) Essential Horoscope for Android;

    4) Logo Maker Pro;

    5) Dost: One Line Connector;

    6) Sound Volume Extender;

    7) Count Easy Calorie Calcutor;

    8) Noizz: video editör with music;

    9) Crazy Drop;

    10) Jelly Connect;

    11) Tick: Watch to earn;

    12) PlayBox: Rewarded Play;

    13) VibeTik;

    14) Bingo Tour;

    15) BitCoin Connect;

    16) Survey Cash-Earn Easy Cash;

    17) TT Tube: Short Video;

    18) Cake Factory: Pop Match3.

  • Əhaliyə satılan malların dəyəri açıqlandı

    2023-cü ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 63,2 milyard manat olmaqla 2022- ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5,6 faiz artıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4 faiz artaraq, 60,8 milyard manata bərabər olub, onun 47,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

    Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 566,1 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74,1 manat çox vəsait xərcləyib.

  • Mobil operatorlar bu il nə qədər gəlir əldə edib?

    Azərbaycanda fəaliyyət göstərən mobil rabitə opratorlarının bu il əldə etdiyi gəlir açıqlanıb.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,1 faiz artaraq, 2 milyard 826,6 milyon manat təşkil edib ki, onun da 72 faizi əhali tərəfindən istehlak olunub.

    Xidmətlərdən əldə edilən gəlirin 37,3 faizi və ya 1055,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

    Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11 milyona yaxındır.

  • Sabah İranla sərhəddə yeni keçid məntəqəsi açılacaq

    Sabah İran və Azərbaycan arasında Astarada yeni sərhəd-keçid məntəqəsinin açılışı olacaq.

    Bunu İranın yol və şəhərsalma nazirinin müavini və Yol və Nəqliyyat Təşkilatının sədri Dariuş Amani deyib.

    Onun sözlərinə görə, yeni sərhəd-keçid məntəqəsinin açılışı ilə əlaqədar təşkil olunacaq tədbirə iki ölkə rəsmiləri qatılacaqlar.

    Amani deyib ki, ilk mərhələdə yeni sərhəd keçid məntəqəsindən boş yük maşınlarının keçidi təşkil olunacaq. Gələn 10 gün ərzində sərhəd-keçid məntəqəsindən yükdaşıyan yük maşınlarının keçidinə şərait yaradılacaq.

    “Yeni sərhəd-keçid məntəqəsi İran Astarasında yük maşınlarının növbələrinə son qoyacaq və Astara şəhərində tıxac olmayacaq”, – deyə o qeyd edib.
    //Trend

  • İsrailin həbs etdiyi fələstinlilərin sayı…

    Oktyabrın 7-dən Qəzza zolağında müharibə başlayandan bəri İsrail ordusu İordan çayının qərb sahilində axtarışda olan 2550 fələstinlini həbs edib.

    Bu barədə İsrail ordusu məlumat yayıb.

    Məlumata görə, həbs olunanlardan təxminən 1300-ü HƏMAS ilə əlaqədə şübhəli bilinir.

  • Sabirabaddakı nişanın detalları: 12 yaşlı qızın ardından 32 yaşlı nişanlısı da danışdı – VİDEO

    Sabirabadda 12 yaşlı qızla nişanlanan 32 yaşlı kişi danışıb.

    Kərim adlı şəxs Baku TV-yə açıqlamasında azyaşlı qızla nişanlandığı üçün peşman olduğunu bildirib:

    “İki ildir o ailəni tanıyıram. Daha sonra anama dedim və üzük apardıq. Böyük nişan olmayıb”.

    Qeyd edək ki, sözügedən 12 yaşlı qız Xəzər TV-yə açıqlamsında bildirib ki, nişanlandığı şəxsi yaxşı biri kimi tanıyır və beş il sonra toyları olacaq. O, aparıcının qızcığaza ünvanladığı “beş il sonra Kərimin 37 yaşı olacaq. Bəs onda necə?” sualına “yaxşı olacaq” deyə cavab verib.

    Ətraflı Baku TV-nin süjetində:

  • Япония выразила протест Южной Корее из-за учений у спорных островов

    Правительство Японии выразило протест Южной Корее из-за военных учений у спорных островов Такэсима.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, представителю южнокорейского посольства в Японии было заявлено, что подобные действия “абсолютно неприемлемы и крайне прискорбны”.

    О проведении военных маневров в этом районе ранее со ссылкой на источники сообщило агентство Yonhap.

    Такэсима (Токто) – это группа небольших островов общей площадью 0,188 кв. км, расположенных к востоку от Корейского полуострова. Эти необитаемые скалистые территории стали предметом международного спора после 1945 года. В настоящее время острова контролируются ВС Южной Кореи.

  • Yaponiya Cənubi Koreyaya nota verib

    Yaponiya mübahisəli Takesima adaları yaxınlığında hərbi təlimlər keçirdiyinə görə Cənubi Koreyaya etiraz notası göndərib.

    Bu barədə xarici KİV-ə istinadən xəbər verir.

    Məlumata görə, Cənubi Koreyanın Yaponiyadakı səfirliyinin nümayəndəsinə bu cür hərəkətlərin tamamilə yolverilməz və son dərəcə təəssüf doğurduğu bildirilib.

    Qeyd edək ki, bundan əvvəl “Yonhap” informasiya agentliyi mənbələrinə istinadən bu bölgədə hərbi manevrlərin keçirildiyini məlumat verib.

    Takesima (Tokto) ümumi sahəsi 0,188 kvadratkilometr olan kiçik adalar qrupudur. Adalar Koreya yarımadasının şərqində yerləşir. Bu yaşayış olmayan qayalıq ərazilər 1945-ci ildən beynəlxalq mübahisə obyektinə çevrilib. Hazırda adalara Cənubi Koreya Silahlı Qüvvələri nəzarət edir.

    Bizim WhatsApp kanal

  • Biləsuvarda iki yol qəzası baş verib, xəsarət alanlar var

    Biləsuvar rayonunda xəsarətlə nəticələnən iki yol qəzası baş verib.

    Hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin aşması nəticəsində sürücü, 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb.

    Daha bir qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet “Niva” markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Abışov xəsarət alıb.

    Hər iki yaralı rayon xəstəxanasına aparılıb.

  • Министр высокотехнологичной промышленности Армении отправлен в отставку

    Министр высокотехнологичной промышленности Армении Роберт Хачатрян освобожден от занимаемой должности.

    Об этом сообщает Sputnik-Армения.

    Ранее пресса писала, что власти намерены уволить Хачатряна с поста министра. В беседе с журналистами министр несколько раз опровергал эту информацию.

    Ранее СМИ сообщали о том, что премьер-министр страны Никол Пашинян недоволен работой некоторых министров, и в ближайшее время в правительстве ожидается ряд увольнений.

    Хачатрян был назначен министром 27 апреля 2022 года. До этого, в 2021-22 годах, он занимал должность заместителя министра.