Month: December 2023

  • Ermənistanda Rusiya TV-lərinin fəaliyyətinin dayandırılması fikrinə qarşı çıxan nazir istefaya göndərilib

    Ermənistanın yüksək texnologiyalar naziri Robert Xaçatryan vəzifəsindən azad edilib.

    Bu barədə hökumətdəki mənbələr bildirib.

    Onun vəzifəsindən azad edilməsinin səbəbi hələ ki məlum deyil.

    Qeyd edək ki, R.Xaçatryan dekabrın 18-də Ermənistanda Rusiya telekanallarının yayımının qadağan edilməsi məsələsinin müzakirə olunmadığını demişdi.

    Daha əvvəl Ermənistan KİV-i hakimiyyətin R.Xaçatryanı nazir vəzifəsindən azad etmək niyyətində olduğunu yazmışdı.
    O, 2022-ci il aprelin 27-də nazir təyin edilmişdi.

  • Azərbaycan boksçuları 2023-cü ildə 179 medal qazanıblar

    Azərbaycan boksçularının 2023-cü ildə qazandıqları medalların sayı bəlli olub.

    Federasiyadan “Report”a verilən məlumata görə, yığma üzvləri 26 turnirdə 179 mükafat əldə ediblər.

    Onlardan 35-i qızıl, 37-si gümüş, 107-si bürünc əyarlıdır. Nəticədə komandalarımız ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.

    Boksçularımız bir il öncə 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanmışdılar.

  • Брата Майкла Джексона обвинили в изнасиловании

    Брата американского поп-исполнителя Майкла Джексона, певца и участника группы The Jackson 5 Джермейна Джексона обвинили в изнасиловании.

    Женщина по имени Рита Барретт рассказала, что в 1988 году артист вломился в ее дом, применил к ней силу и подверг ее сексуальному насилию. По словам предполагаемой жертвы, в тот момент она молилась Богу и боялась за свою жизнь. Когда Джексон совершил преступление, он покинул ее дом.

    Барретт добавила, что рассказала о случившемся основателю лейбла Motown Records Берри Горди, который состоял в дружеских отношениях с ее супругом и сотрудничал с Джексонами. Горди не стал защищать предполагаемую жертву и постарался сделать все, чтобы замять дело. В статье упоминается, что основатель лейбла получал большие деньги от совместной работы с Джексонами и их репутационные потери были не в его интересах.

    Источник: Rolling Stone

  • Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur

    Dünyanın pop kralı Maykl Ceksonun qardaşı, müğənni və “The Jackson 5” qrupunun üzvü Cermeyn Cekson təcavüzdə ittiham olunub.

    Rita Barret adlı qadın bildirib ki, 1988-ci ildə sənətçi onun evinə soxulub, ona qarşı zor tətbiq edərək cinsi təcavüz edib. Zərərçəkmiş olduğu iddia edilən şəxsin sözlərinə görə, o, həmin an Allaha dua edib və həyatı üçün qorxub. Cekson cinayəti törədib və onun evini tərk edib.

    Barret əlavə edib ki, hadisəni əri ilə mehriban münasibətdə olan və Ceksonlarla əməkdaşlıq edən “Motown Records” leyblinin qurucusu Berri Qordiyə danışıb. Qordi iddia edilən qurbanı müdafiə etməyib və işi bağlamaq üçün əlindən gələni edib. Leyblin yaradıcısı Ceksonlarla işləməkdən çoxlu pul alıb və onların nüfuzunu itirməsi onun maraqlarına uyğun gəlməyib.

    Məönbə: Lenta.ru

  • Rusiyanın Gürcüstan və Azərbaycanla sərhədində iki keçid məntəqəsi yenidənqurmadan sonra açılıb

    Rusiyanın Gürcüstan və Azərbaycanla sərhəddə iki avtomobil keçid məntəqəsi yenidənqurmadan sonra açılıb.

    Bu barədə dekabrın 29-da Rusiya Nəqliyyat Nazirliyi “Telegram”da məlumat yayıb.

    “Bu gün biz yenidənqurmadan sonra Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin ən mühüm iki avtomobil keçid məntəqəsini – Yuxarı Lars və Yaraq-Qazmalar məntəqələrini açırıq”, – deyə nəqliyyat naziri Vitali Savelyev bildirib.

    O qeyd edib ki, yenidənqurmadan sonra Yuxarı Lars sərhəd keçidində zolaqların sayı 15-dən 39-a, Yaraq-Qazmalarda isə 14-dən 22-yə yüksəldilib.

  • Qərbi Azərbaycan Xronikası: “Urud camaatı Qarabağda məskunlaşmaq istəyirdi, imkan vermədilər” – VİDEO

    Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

    “Anam 1918-ci il qaçaqaçında yolda doğulub” adlı buraxılış Zəngəzur mahalının, Qarakilsə (Sisiyan) rayonunun Urud kənd sakini Elşad Qurbanovun həyat hekayəsinə həsr olunub.

    O, doğulub boya-başa çatdığı, gözəl təbiəti, iqlimi olan, dağlarla əhatə olunan kəndin qədim tarixə maılik olduğunu, uşaqlıq illərində yaşadığı gözəl anları, dağlarda, yaylaqlarda, meyvə bağlarında və bulaq başında keçirdiyi maraqlı günləri, uşaq vaxtı oynadıqları milli oyunları, Novruz bayramının təmtəraqlı keçirildiyini xatırladıb.

    E.Qurbanov orta məktəb müəllimlərini unutmadığını, hər gün üç kilometr yarım yolu soyuq, qarlı havada qonşu kəndə oxumağa getdiyini deyib:

    “İndi məni ora dartan qüvvə var. İnsanlar yaşlaşdıqca Vətənə doğru meyllənir. Adət-ənənəsi, gözəl təbiəti olan, tarixi abidəsi olan yerlərə insanı istər-istəməz cəlb edir, getmək istəyirsən. Ora qayıdanda ilk olaraq qəbiristanlığa gedib ağır seyid olan Mir İsmayıl Ağanın dağıdılmış məqbərəsini ziyarət edəcəyəm”.

    Urud kənd sakini 1918-ci il qırğınlarından danışaraq kövrəlib:

    “O vaxt ata babamı ermənilər öldürüblər. Anam 1918-ci il qaçaqaçı zamanı Laçın yolunda doğulub və anası uşağı qoyub gedib. Sonradan onu kimlərsə gəlib aparıb. 1918-ci ildəki deportasiya bizim ailəmizdən yan keçməyib. Ən ağır deportasiyalardan biri olub. Andranik o vaxt Türkiyədən qaçıb İrəvan istiqamətinə, Naxçıvana, o tərəfdən Zəngəzura gəlib və Azərbaycan əhalisinin xeyli qırğınına səbəb olub”.

    Onun sözlərinə görə, 1988-ci ildə doğma yurddan məcburən çıxarılıblar: “Saqqallı erməni silahlı dəstələrinin Qərbi Azərbaycanda xeyli fəsadlar törədir, maşınları yandırır, insanları öldürür və kəndlərə hücumlar edirdilər. Biz məcburən 1988-ci ildə Füzulinin Govşatlı kəndinə getdik, valideynlərim 1992-ci ilin martına qədər orada məskunlaşdılar. Mart ayında Fizuli erməni işğalçıları tərəfindən işğal olundu və oradan Bakı şəhərinə gəldik”.

    E.Qurbanov sonda doğma kəndə qayıdacağına əmin olduğunu bildirib:

    “2022-ci ilin dekabrın 24-də Prezident ad günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında dedi ki, biz Qərbi Azərbaycana, ata-baba torpaqlarımıza qayıtmalıyıq və qayıdacayıq. Ona görə inanıram ki, mütləq qayıdış olacaq. Çox inanıram ki, oranı görəcəm, gedib orada yaşayacam. Ona görə tam inanıram ki, həmin yerllərə qayıdacağıq. Mənim orada çox şirin anlarımı yenidən yaşamaq istərdim”.

    Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

    Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

    Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

    Ətraflı süjetdə:

  • Şəhid polislərin ailə üzvlərinə ali dövlət mükafatları təqdim olundu – FOTO

    Bu gün Daxili İşlər Nazirliyində (DİN) Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında şəhidlik zirvəsinə ucalmış əməkdaşların ailə üzvlərinə, həmçinin qarşıya qoyulan tapşırıqların icrasında fərqləndiklərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.

    DİN-dən verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən DİN-in hərbi qulluqçularının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb.

    Hərbi qulluqçularımızın Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən nazir torpaqların azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını qeyd edərək, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.

    General-polkovnik V.Eyvazov Vətən müharibəsində olduğu kimi bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı Daxili İşlər Nazirliyinin 20 əməkdaşının şəhid olduğunu, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı hərbi qulluqçuların, eləcə də polis əməkdaşlarının yüksək peşəkarlıq göstərdiklərini, şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.

    Sonra nazir V.Eyvazov antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının və hərbi qulluqçuların ailə üzvlərinə, döyüş tapşırıqlarının icrası zamanı fədakarlıq göstərən, eləcə də xidməti vəzifələrin öhdəsindən layiqincə gələn əməkdaşlara ali mükafatları təqdim edib.

    Nazir hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, öz andına həmişə sadiq olan daxili işlər orqanları əməkdaşlarının bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcəyinə, bu yolda qüvvə və bacarığını əsirgəməyəcəyinə əminliyini bildirib.

  • AQTA Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirir

    İstehlak bazarına nəzarət və bayram günlərində əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ölkədə fəaliyyət göstərən bir çox ticarət şəbəkəsində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinq aparılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, monitorinqlər çərçivəsində bu vaxtadək 299 sahibkarlıq subyektində 4 220 məhsula baxış keçirilib. Yoxlamalar zamanı müəyyən olunan uyğunsuzluqlar əsasən məhsulları qablaşdıran müəssisələrin qida təhlükəsizliyi qeydiyyatından keçməməsi, qutuların üzərində qablaşma, məhsulun üzərində son istifadə tarixi barədə məlumatların yazılmaması, markalanmanın olmaması və yaxud düzgün aparılmaması və digər hallarla bağlı olub.

    Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar agentliyin Bakı regional bölməsi tərəfindən 17 sahibkarlıq subyektindən 403, Qazax-Tovuz regional bölməsi tərəfindən 14 sahibkarlıq subyektindən 789, Dağlıq-Şirvan regional bölməsi tərəfindən 13 sahibkarlıq subyektindən 654, Mil-Muğan regional bölməsi tərəfindən 10 sahibkarlıq subyektindən 158, Mərkəzi Aran regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektindən 62, Qarabağ regional bölməsi tərəfindən 7 sahibkarlıq subyektindən 43, Gəncə-Daşkəsən regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 140, Şəki-Zaqatala regional bölməsi tərəfindən bir sahibkarlıq subyektində 60, Şirvan-Salyan regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 171, Quba-Xaçmaz regional bölməsi tərəfindən iki sahibkarlıq subyektində 45, Abşeron-Xızı regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektində 85 qutu məhsul satışdan kənarlaşdırılıb.

    Hazırda Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər davam etdirilir.

    AQTA bir daha vətəndaşları ticarət şəbəkələrindən Yeni il hədiyyə qutuları alarkən diqqətli olmağa çağırır. Eyni zamanda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələri yarandığı təqdirdə, bu barədə Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat vermələri xahiş edilir.

  • Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbərlərindən birini məhv edib

    Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyada keçirdiyi yeni əməliyyat nəticəsində PKK/YPG teror qruplaşmasının rəhbərlərindən biri məhv edilib.

    “Abu Dahham” kod adlı terrorçu Ömer Abdullah el Dahham Suriyanın Tabka vilayətinin rəhbəri olub.

    Məlumata görə, terrorçu 2017-ci ildən etibarən “Fırat Qalxanı” və “Barış Pınarı” əməliyyatlarının icra edildiyi bölgələrdə Türkiyə Silahlı Qüvvələrinə qarşı təşkil olunan terror aktlarında iştirak edib.

    O, MİT-in xüsusi qrupu tərəfindən addım-addım izlənilirmiş.

    ///Report

  • Sabah Sumqayıtda 38 500 abonentin qazı kəsiləcək

    Sumqayıtda 38 500 abonentə qazın verilişində məhdudiyyət yaranacaq.

    Bu barədə “Report”un yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

    Bildirilib ki, Sumqayıt şəhəri, “Şəhər-4” orta təzyiqli qaz kəmərində qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq dekabrın 30-da saat 10:00-dan etibarən işlər yekunlaşana qədər Sumqayıt şəhərinin Corat bağları, Novxanı bağları, Saray bağları, Ceyranbatan, Yaşıldərə yaşayış massivləri, Qurd dərəsi, Novruz qəsəbəsi, Təzə və köhnə Corat, 10, 11, 12, 13, 16, 17, 18, 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 50, 51, 52-ci məhəllə ərazilərinin 38 500 sayda əhali abonentlərin qaz təminatında məhdudiyyət yaranacaq.