Month: December 2023

  • Поджегший азербайджанский флаг Арам Николян был уволен с должности и лишен доступа к госпроектам

    Армянский дизайнер Арам Николян после инцидента с поджогом азербайджанского флага был уволен с должности главного стилиста Общественного телеканала, а также лишен доступа к государственным проектам. Об этом он рассказал в интервью армянским СМИ.

    А.Николян признался, что со стороны госаппарата ощущалось определенное давление.

    Он также сообщил, что его работа в рамках подготовки к чемпионату Европы так и не была оплачена, хотя все остальные причастные к проекту люди свои гонорары получили.

    Напомним, что 14 апреля на церемонии открытия чемпионата Европы по тяжелой атлетике в Ереване армянский вандал – в то время руководивший студией дизайна Общественного телевидения Армении Арам Николян – вырвал флаг Азербайджана из рук несущего его человека и поджег. 19 апреля А.Николян был заочно привлечен Генпрокуратурой Азербайджана в качестве обвиняемого по соответствующим статьям УК АР и на основании решения суда объявлен в международный розыск. Также суд заочно избрал в его отношении меру пресечения в виде ареста.

  • Ermənistanda bayrağımızı yandıran şəxs işdən qovulub və dövlət layihələrindən kənarlaşdırılıb

    İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra erməni dizayner Aram Nikolyan İctimai Telekanalın baş stilisti vəzifəsindən qovulub və dövlət layihələrindən məhrum edilib.

    O, bu barədə yerli mediaya müsahibəsində danışıb.

    Nikolyan əməlimə görə peşman olmadığını da dilə gətirib.

    Xatırladaq ki, aprelin 14-də İrəvandakı İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.

    Rəsmi Bakı erməni dizayneri beynəlxalq axtarışa verib.

  • В Евлахе автомобиль упал в канал, есть погибший

    В городе Евлах произошло дорожно-транспортное происшествие с летальным исходом.

    Об этом сообщили в пресс-службе Министерства по чрезвычайным ситуациям (МЧС).

    По вызову были задействованы спасательные силы Аранского регионального центра ведомства.

    При оценке оперативной обстановки было установлено, что легковой автомобиль “Нива”, потеряв управление, упал в придорожный канал, водитель оказался зажатым в транспортном средстве.

    В результате проведенных мероприятий его тело было извлечено из автомобиля и передано по назначению.

  • Yevlaxda maşın kanala düşüb, bir nəfər ölüb

    Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Niva” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Директор Сумгайытского медцентра отстранена от занимаемой должности

    Директор Сумгайытского медицинского центра Сакина Садыхова отстранена от занимаемой должности.

    Как сообщает Unikal, соответствующий приказ подписал исполнительный директор Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Вугар Гурбанов.

    Информации о назначении кого-либо на освободившийся пост пока нет.

    В Сумгайытском медцентре данный факт подтвердили.

  • Sumqayıt Tibb Mərkəzinin direktoru İŞDƏN ÇIXARILDI

    Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova vəzifəsindən azad edilib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

    Hələlik onun yerinə təyinat yoxdur.

    Xəbəri Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.

  • Azad edilmiş ərazilərdə mindən çox sakinin məşğulluğu təmin edilib

    Azad edilmiş ərazilərdə məskunlaşmış 1000-dən çox sakinin məşğulluğu təmin edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ötən dövrdə Füzuli və Laçın şəhərlərində əmək yarmarkaları təşkil edilib. Keçirilən əmək yarmarkalarında Füzulidə 20 işəgötürən tərəfindən 200 vakansiya, Laçında 16 işəgötürən tərəfindən 200 vakansiya sakinlər üçün təqdim edilib. Görülən kompleks tədbirlər nəticəsində azad edilmiş ərazilərdə məskunlaşmış sakinlərdən artıq 1000-dən çox şəxsin məşğulluğu təmin edilib.

    Vurğulanıb ki, azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərin əsas istiqamətlərindən biri də peşə hazırlığı kurslarının təşkilidir. Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb. 2026-cı ilə kimi işğaldan azad olunmuş ərazilər üzrə nazirliyin xətti ilə ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlb edilməsi planlaşdırılır. Ümumilikdə 2023-cü ildə ölkə üzrə 1000-dən çox keçmiş məcburi köçkün peşə hazırlığına cəlb olunub.

  • Tikinti şirkətləri alıcıları necə aldadır? – AÇIQLAMA

    Hazırda mənzil bazarında alıcı qıtlığı var. Tikinti şirkətləri müştəri cəlb etmək üçün müxtəlif kampaniyalar keçirir, ancaq təəssüflər olsun ki, kampaniyaların çoxu aldaldıcıdır.

    Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

    O qeyd edib ki, reklam edilən mənzillərin çoxu almaq istəyənlərə uyğun gəlmir.

    “Alıcını cəlb etmək üçün kanpaniyalara gedir. Təəssüflər olsun ki, kampaniyaların çoxu aldaldıcıdır. Misal üçün, reklam verir ki, 14 min ilkin ödənişlə ayda 600 manatdan başlayan qiymətlə ev sahibi ol. Gedib baxırsan ki, deyilən evin sahəsi 40 kvadratmetrdir və qiyməti gəlir çıxır 240 min manata. Bu cür evlər isə bir çox ailələr üçün uyğun gəlmir”, – deyə R.Osmanlı bildirib.

    Ekspert əlavə edib ki, hazırda Bakıda mənzil bazarında stabillikdir, əhəmiyyətli dəyişiklik müşahidə olunmur, qiymətlər stabildir.

  • Yeni İli xarici ölkələrdə qarşılamaq neçəyə başa gəlir?

    Yeni il bayramı ilə əlaqədar olaraq bölgələrə gedən turistlərlə yanaşı, xaricə gedən həmyerlilərimizin də sayı kifayət qədərdir.

    Bəs vətəndaşlarımız Yeni ili hansı ölkədə keçirməyə daha çox üstünlük verirlər?

    Məsələ ilə bağlı turizm məsələləri üzrə ekspert Əziz Şiriyev Trend-ə bildirib ki, bayramla bağlı ən çox Dubay və Misir istiqamətinə üstünlük verilir.

    “Bu istiqamətlərə marağın artmasının əsas səbəbi bloqerlərin və turizm şirkətlərinin həmin yerlərə infoturlarının daha çox təşkil edilməsidir. Lakin çox imkanlı şəxslər isə Tailand, Vyetnam, Şri-Lanka, Bali, Malayziya, Sinqapura üz tuturlar. Orta imkanlılar isə qrup turları və fərdi şəkildə Dubaya, Əbu-Dabiyə və Şarm Əl-Şeyxə gedirlər. Bu yaxında bəzi Avropa şəhərlərinə ucuz biletlər satılırdı. Qiymətlər münasib olduğundan bir çox adam Avropa şəhərlərinə səfər edə bildi. Ancaq insanlarımız oradakı bahalıqdan narazıdır. Əslində, orada bahalıq deyil. Sadəcə pulun dəyər məsələsi var”, – o vurğulayıb.

    Ekspert qeyd edib ki, hazırda qrup şəklində Dubaya səfər 590 dollardır:

    “Bayram günləri üçün isə 630 dollar olacaq. Bu qiymətə dördulduzlu hoteldə dörd gecə, beş gün olmaqla, təyyarə bileti, səkkiz kiloqram baqaj, şəhərin içində transfer və ekskursiyalar daxildir. Yeni ildə Misirə olan turların qiyməti isə dörd gecə, beş gün olmaqla 700-1000 dollar arasında dəyişir. Laplandiyaya gedənlər də var. Oraya olan turlar çox bahadır. Belə ki turların qiyməti 6 gecə, 7 gün üçün 2500-4000 avro arasında dəyişir”.

  • Qızılca peyvəndləmə ilə idarə olunan yoluxucu xəstəliklər qrupuna daxildir – Həkim

    Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Lalə Rüstəmova qızılca ilə bağlı sualları cavablandırıb.

    – Lalə xanım, ilk öncə qızılca infeksiyası haqqında məlumat verərdiniz…

    – Qızılca hava-damcı yolu ilə ötürülən virus infeksiyasıdır. Qızılca infeksiyasının etioloji amili “Paramyxoviridae” fəsiləsinin Morbilli virus cinsinə aid olan RNT tərkibli virusdur. Virus sferik formada olub, diametri 120-230 nm-dir. Qızılca virusu ətraf mühitdə az davamlı olaraq, 2 saat aktiv qala bilir.
    İnfeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir və inkubasiya dövrünün (8-17 gün) 4-cü günündən səpgilərin 4-cü gününə qədər yoluxdurucu olur. Səpgilərin 5-ci günü xəstə artıq yoluxdurucu olmur. Xəstədə 38-40°С hərarət, zökəm, quru öskürək, işıqdan qorxma, baş ağrısı, konyuktivanın qızarması, əsnəyin hiperemiyası, enantema (bərk və yumşaq damaqda qırmızı ləkələr) qeyd olunur.

    – Qızılca infeksiyasının yayılmasının qarşısının alınmasında epidemioloji nəzarətin rolu nə dərəcədədir?

    – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə əsasən, hazırda epidemioloji nəzarətin 2 əsas növü qeyd olunur: indikator əsaslı və siqnal hadisələrə əsaslanan epidemioloji nəzarət.
    Qızılcanın eliminasiyası dövründə xüsusilə siqnal hadisələrə əsaslanan epidemioloji nəzarətin aparılması və qızılca virusunun popuyasiyada dövr etməsinin aşkar edilməsi çox vacibdir. Eyni zamanda, hər bir ərazidə qızılca hadisələrinin olması barədə bildirişlərin həftəlik toplanması, 48 saat ərzində şübhəli halların tam araşdıdılması, adekvat müayinə olunan halların, laborator müayinə üçün nümunə götürülən, ilk 4 gündə laborator müayinə aparılan halların xüsusi çəkisinin müəyyənləşdirilməsi çox mühümdür.

    – Qızılca ilə xəstələnmə hallarının təsdiqlənməsi üçün laborator diaqnostikanın rolu nədən ibarətdir?

    – Qızılcanın son diaqnozu laborator təsdiq olduqda, yaxud digər təsdiq olunmuş hal ilə epidemik əlaqə olduqda müəyyən edilir. Qızılca ilə xəstələnmənin azaldılmasında virus izolyatlarının identifikasiyası və onların endogen, yaxud xaricdən gəlmə olduğunun təyin edilməsidir. ÜST-nin ekspertlərinin fikrincə, molekulyar epidemiologiya üsulları qlobal miqyasda qızılca virusunun dövr etməsinin izlənməsində standart alət olmalıdır.

    Təcrübə göstərir ki, qızılca virusunun Avropa, Asiya və Amerika ştamlarının dövr etmə arealı dəyişib. Bu günə qədər qızılca virusunun 7 müxtəlif qrup ştamı identifikasiya olunub və hazırda istifadə olunan vaksinlər bütün bu ştamlara qarşı effektivdir.

    – Qızılca infeksiyasının eliminasiyası üçün əhalinin peyvənd olunmasının əhəmiyyəti barədə nə deyə bilərsiniz?

    – Qızılca infeksiyasının eliminasiyası üçün əhalinin qızılcaya qarşı kollektiv immunitetinin vəziyyətinin monitorinqi də mühüm məlumat verir. Vaksinasiya aparıldığına görə, qızılca idarə olunan infeksiyalar qrupuna daxildir. Qızılca infeksiyasına qarşı vaksinasiya dünyanın əksər ölkəsində, o cümlədən də Azərbaycan Respublikasında Milli Peyvəndlər Təqviminə daxildir.

    Qızılca peyvəndi 2 dozada vurulur: biri 1 yaşda, digəri isə 4-6 yaş arasında. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu 95%-dir. İlk peyvənddən 4 həftə keçibsə, ikinci peyvəndi vurmaq olar. Peyvəndlə yanaşı, üşaqların qorunması da son dərəcə vacibdir. 6 aydan əvvəl uşaqlara peyvənd vurulmur, əgər qızılca kütləvi hal alıb