Month: December 2023

  • В Ширване от кори скончался 12-летний мальчик

    В Ширване 12-летний мальчик скончался от кори.

    Как передает АПА, местный житель Омар Шахбаззаде (2011 г.р.) некоторое время назад заразился корью, однако неправильное лечение в домашних условиях привело к осложнениям.

    Согласно информации, 13 декабря он был госпитализирован в Ширванскую городскую больницу в тяжелом состоянии и подключен к аппарату искусственного дыхания.

    В связи с этим из Баку был приглашен квалифицированный врач. У ребенка также были диагностированы острая пневмония, состояние инфекционного токсического шока. Несмотря на все усилия, спасти пациента не удалось.

  • Şirvanda 12 yaşlı uşaq qızılcadan ölüb

    Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.

    APA-nın məlumatına görə, Şirvan sakini, 2011-ci il təvəllüdlü Ömər Kürdoğlu oğlu Şahbazzadə bir müddət əvvəl qızılcaya yoluxub.

    Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.

    O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

    Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.

    Qızılcadan vəziyyəti ağırlaşan uşaqda kəskin pnevmoniya, infeksion toksiki şok vəziyyət olub.

    Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.

  • Xalq artisti Ramiz Məlik vəfat etdi

    Xalq artisti, tanınmış aktyor Ramiz Məlik vəfat edib.

    Onun ölümü ilə bağlı yaxınları sosial şəbəkədə məlumat yayıblar.

    Bildirilib ki, Xalq artisti səhər saatlarında dünyasını dəyişib.

    Xatırladaq ki, Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkirdi.

    Qeyd edək ki, Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

    1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin “Yastı təpə” (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın “Yad adam” (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

    Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının “Şərqin şəhəri” (Bəhruz), Əlibala Hacızadənin “İnanmırsansa…”(Adil) , Nəriman Həsənzadənin “Kimin sualı var?” (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

    O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

  • Bakıda qəzada xəsarət alan qadın xəstəxanada öldü

    Bakıda dekabrın 12-də idarəetməni itirərək qəza törədən sürücü xəstəxanada ölüb.

    “Report” xəbər verir ki, 1980-ci il təvəllüdlü Süleyman Bağırov “Toyota Prius” markalı avtomobillə Suraxanı rayonu ərazisində hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi “Tata” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

    Nəticədə “Toyota Prius” markalı avtomobildəki sərnişin 2001-ci il təvəllüdlü Ramilə Əlizadə aldığı xəsarətlərdən 3 saylı Kliniki Xəstəxanada ölüb.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

  • Mask universitet açmağı planlaşdırır

    “Tesla” və “SpaceX” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.

    Bu barədə müvafiq vergi sənədlərini əldə edən “Bloomberg” məlumat yayıb.

    Bildirilir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsilə həsr olunmuş universitet yaradılacaq. Bura təcrübəli müəllimlərdən ibarət olacaq.

    Qeyd edək ki, Mask tərəfindən qurulan “Tesla” da Ostində yerləşir.

  • Ucarda yağış suları evlərə dolub, sakinlərə külli miqdarda ziyan dəyib

    Ucar rayonunun Oğuz küçəsində yağış suları evlərə dolub.

    Bu barədə sakinlər bildiriblər.
    Onların sözlərinə görə, yağış suları damlardan evlərə dolur. Sakinlər bildiriblər ki, hələ bir neçə il əvvəl həyətyanı evlərin şiferləri qırmızı örtüklərlə (ondulin-red) əvəzlənib. Bir müddət sonra yeni örtüklər sıradan çıxıb.

    İki gündür yağan yağışın suları damlardan evlərə dolaraq evlərə maddi zərər dəyib. “Günorta Günəş çıxanda örtük əriyir, yağış yağanda da həmin boşluqlardan su tavana tökülür. Artıq neçə ildir evə vanna, vedrə qoyuruq ki, su ora axsın. Evlərimiz rütubətlidir”.

    Bizim evlərin əvvəlki şiferləri yaxşı vəziyyətdə idi. Problem yeni örtüklərdən sonra yarandı”, – sakin Sevda Musayeva bildirib.

    Sakinlər bildirirlər ki, evlərin dam örtüklərinin şiferlə əvəzlənməsi lazımdır: “Bu isə xeyli miqdarda maddi vəsait tələb edir. Elə qonşularımız var, yağış sularının damması səbəbindən evləri yararsız vəziyyətə düşüb. Divar kağızları – oboylar qopub. Bunlar bir yana, elektrik naqilləri də islanır. Bu da bizim üçün təhlükəlidir”, – S.Musayeva qeyd edib.

    “Biz 2007-ci ildən bu problemdən əziyyət çəkirik. Hər dəfə yağış suları evlərimizə dolur”, – başqa sakin şikayətlənib.

    Sakinlər bildiriblər ki, onlar problemlə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər. Lakin nəticəsi olmayıb. (Report)

  • İrəvanda Azərbaycandan qayıdan hərbçilərin yaxınları ilə polislər arasında dava olub

    Ermənistanın paytaxtı İrəvanda Azərbaycandan qayıdan və Muratsan hərbi hospitalında tibbi müayinədən keçən hərbçilərin yaxınları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında əlbəyaxa dava olub.

    Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

    Davanın başvermə səbəbi və hadisənin təfərrüatı açıqlanmır.

    Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

    Xatırladaq ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

  • Məşhur geoloqdan zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

    Geologiya mühəndisi Fahri Çelik zəlzələ zamanı Türkiyənin ən təhlükəsiz və təhlükəli şəhərlərini açıqlayıb.

    Median.Az musavat.com-a istinadən bildirir ki, o, xüsusilə bir şəhər haqqında xəbərdarlıq edib.

    F.Çelik Qara dəniz sahilindəki şəhərlərin təhlükəsiz olduğunu bildirib.

    Onun sözlərinə görə, Gümüşhanə Türkiyənin ən təhlükəsiz şəhərləri arasında birinci, Trabzon ikinci, Rizə üçüncü, Zonguldak isə dördüncüdür.

    Alim İstanbulun altıncı yerdə olduğunu bildirib:

    “Bu, Qara dəniz sərhədi boyunca belə davam edir. Dağları və təpələri olduğu üçün İstanbulu təhlükəsiz hesab edirəm. Bodrum və Antalya vilayətlərimiz də güclüdür. Sadaladığım şəhərlərdə dağlar olduğu üçün zəlzələ baş verəndə qısa müddət davam edir”.

    Fahri Çelik Hakkarini zəlzələ ehtimalının ən yüksək olduğu vilayət hesab edir:

    “Hakkaridə zəlzələ riski yüksəkdir. Amma zəlzələ olsa belə oradakı vətəndaşlar qorxmasın. Çünki Hakkarinin ətrafı dağlardır, böyük dağıntı olmayacaq”.

  • İsrailin BMT-dəki səfiri HƏMAS liderinin telefon nömrəsini açıqlayıb

    İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Gilad Erdan təşkilatın iclasında nümayişkaranə şəkildə HƏMAS radikal hərəkatının mərkəzi ofisinin telefon nömrəsi olan plakat qaldırıb.

    Bunu əks etdirən videonu səfir öz “X” sosial şəbəkə hesabında paylaşıb.

    Qeyd edək ki, BMT-nin Baş Assambleyası dekabrın 12-də Misir və Mavritaniyanın Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnaməsinə səs verib.

    BMT-nin Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı qətnamənin lehinə 153 ölkə, əleyhinə 10 ölkə səs verib, 23 ölkə isə bitərəf qalıb. Qətnaməyə ABŞ, İsrail, Çexiya, Avstriya, Qvatemala, Liberiya, Mikroneziya, Nauru, Paraqvay və Papua-Yeni Qvineya qarşı çıxıb.

    “Atəşkəs üçün bu nömrəyə zəng edin: +970599373765. Yəhya Sinvardan soruşun”, – deyə üzərində HƏMAS lideri Yəhya Sinvarın şəkli əks olunan plakatda yazılıb.

    Bundan sonra İsrail səfiri bildirib ki, HƏMAS-ın tərki-silah olmaq qərarı tam atəşkəsə gətirib çıxara bilər.

  • Polad Bülbüloğlu yaponiyalı həmkarı ilə görüşdü

    Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun duayeni qismində Yaponiyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Akira Mutonu qəbul edib.

    Səfirlikdən verilən məlumata görə, görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Görüş zamanı Polad Bülbüloğlu həmkarına uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri və nəticədə Azərbaycan Respublikasının öz ərazisi üzərində suverenliyini tamamilə bərpa etməsi barədə ətraflı məlumat verib.
    Yaponiya Səfirinin diqqətinə erməni əhalisinin könüllü şəkildə köçməsi ilə bağlı Azərbaycan tərəfinin həyata keçiridiyi humanitar tədbirlər barədə məlumat çatdırılıb.
    Bu xüsusda, beynəlxalq təşkilatların nümayəndələri təsdiqlədiyi kimi, bu prosesdə dinc əhaliyə qarşı heç bir zor tətbiq edilmədiyi vurğulanıb.
    Azərbaycanın səfiri Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin Azərbaycan hüquqi və sosial-iqtisadi sahəsinə reinteqrasiyası ilə bağlı ölkəmizin təklifləri barədə ətraflı məlumat verib. O, Xankəndində müvafiq dövlət strukturları tərəfindən humanitar və sosial yardımların göstərilməsini davam etdirdiyini diqqətə çatdırıb, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı barədə məlumat verərək bunun iki ölkə arasında etimad guruculuğunun möhkəmləndirilməsi istiqamətində ilk addımın olduğunu bildirib. Səfir xüsusilə vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulması Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsinin yeganə yoludur.
    Söhbət zamanı cənab Akiro Muto Naxçıvandan nəqliyyat kommunikasiyalarının açılması məsələsi ilə maraqlanıb. Cavab olaraq Yaponiya səfirinə bununla bağlı mövcud məlumat verilib, İran ərazisindən hazırda yolun inşa işlərinin aparıldığını bildirib və xüsusilə Azərbaycanın regionda bütün kommunikasiyaların tezliklə bərpası və açılmasının tərəfdarı olduğu qeyd edilib.
    Bununla yanaşı Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib.
    Daha sonra, Azərbaycan və Yaponiya arasında əməkdaşlıqla bağlı bəzi məqamlar nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    Yaponiyanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
    Görüşün sonunda səfir Akira Mutoya Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib. (APA)