Month: December 2023

  • “Meyvələrin şahı” – Göyçay narı CNN-də

    Dadı və faydalı xüsusiyyətləri ilə zəngin olan nar tarix boyu bütün dinlər və mədəniyyətlər tərəfindən sevilən və mifləşdirilən təbiətin əsl hədiyyəsidir.

    Qədim yunanlar onu yeraltı dünya ilə əlaqələndirirdilər, yəhudi inancında isə narın dənələrinin müqəddəs kitabları “Tövrat”dakı əmrlərin sayını qədər – 613 dənədən ibarət olduğuna inanırdılar.

    İrandan Hindistanın şimalına qədər uzanan bölgədə yarandığı düşünülən nar kolları (Punica granatum) sürətlə qərbdən Aralıq dənizinə və şərqdən Çinə yayılıb. Bu meyvə bir çox Yaxın Şərq mətbəxinin çox sevilən əsas təamı olaraq qalır. Türkiyə, Azərbaycan və İran kimi ölkələrdə yüksək dəyərə malikdir.

    Bununla belə, Azərbaycandan daha çox narı tərifləyən yer tapmaqda çətinlik çəkərsiniz. Nar burada az qala müqəddəs bir milli simvol statusuna malikdir.

    Narşərab manqal yeməkləri və ya qızardılmış balığın yanında daha çox istifadə olunur.

    Azərbaycanın yerli narı “meyvələrin şahı” (baş hissəsinin qismən tac şəklində olması səbəbindən) həm mətbəxdə, həm də mədəniyyətdə xüsusi yerə malikdir. “Odlar yurdu”na gələnlərin diqqətini əvvəl bazar və dükanları bəzəyən yaqut-qırmızı nar qutuları çəkir. Daha sonra təbii şirə, mürəbbəsindən tutmuş bir çox formada istifadəsi maraqlı gələcək. Nar sousu plov kimi milli xörəklərin əvəzolunmazıdır.

    “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” adlı yemək kitabının müəllifi Fəridə Buyuran narın istifadə qaydalarından bəzilərini açıqlayır: “Möhtəşəm dadı tarazlaşdırmağın əsas sirri ət yeməklərinə nar ləti əlavə etməkdir. Xüsusilə, narqovurması həzm üçün yaxşıdır”.

    Şərbəti isə meyvəsindən hazırlanan təravətləndirici içkidir. Göyçay rayonunda nardaça adlı şəkərli konservlər bişirilir. Buyuran deyir:

    “Maraqlıdır ki, bu konservlər həm çayın yanında şirniyyat kimi qəbul edilir, həm də plovların üzərinə səpilir. Həmçinin nar dənələrindən hazırlanan bəkməzə bənzər şərbət, narşərab kabab və ya qızardılmış balıq yeməklərinin əvəzolunmaz ədviyyatı hesab olunur”.

    Qabıqları və toxumları dərman və kosmetik məhsullarda da istifadə olunur. Saysız-hesabsız onlayn məqalələrə görə, həqiqətən, nar ən yaxşı antioksidantdır. Hətta sadəcə toxumlarını dişləmək və ya bir stəkan təzə nar şirəsi içmək sağlamlıq üçün böyük faydalara malikdir”.

    Ənənəvi olaraq kənd evlərində hazırlanan nar şərabını da qeyd etmək lazımdır. Bu yaxınlarda bu şərab, müasir şərab zavodları tərəfindən də satışa çıxarılaraq, ölkənin imza məhsuluna çevrilib.

    Buyuran deyir: “Narın bol olduğu yeməklərə misal olaraq narnumru göstərmək olar. Soğanla qovrulmuş nar üstünə yumurta çırpılır.

    Sonra ləvəngi var ki, ev və ya çöl quşları, yaxud balığın içinə qoz və nar doldurularaq, qovrulur.

    Buyuran deyir ki, Narqovurma mütləq sınanmalıdır:

    “Toyuq və ya ət tikələri soğan və şabalıdla bişirilir, bişənə yaxın bol miqdarda nar dənələri əlavə edilir. Yemək çörək və ya plovun yanında verilir”.

    Bununla belə, İpək Yolunun Qafqaz qolu boyunca yerləşən Azərbaycanda nar adi bir qida məhsulundan daha çox şeydir. Yerli rəssamlar, yazıçılar və hətta indiki dizaynerlər belə narı milli atributa çevirməyi bacarıblar.

    “Azərbaycan mədəniyyətində və adət-ənənəsində narın özünəməxsus yeri var. Nar bolluğu, bərəkəti simvolizə edən milli meyvədir. Nar hər yerdədir: xalq nağıllarında və şeirlərdə, milli və digər naxışlarda”- Buyuran deyir.

    “Şimal-qərbə səyahət etmək və 18-ci əsrə aid Şəki Xan Sarayını ziyarət etmək istəyirsinizsə, xanın iclas otağında gözəl nar ağacının təsviri olan əsərə diqqət yetirin: cənnət bağının simvolu”.

    Rəssam Diləfruz Bağırovanın fikrincə, Azərbaycanın nar sevgisini Füzuli və Nizami Gəncəvi kimi məşhur şairlərin sözlərində, Səttar Bəhlulzadə, Tair Salahov və Toğrul Nərimanbəyov kimi tanınmış rəssamların canlı rəsmlərində də tapa bilərsiniz.

    “Əfsanələrimizdə deyilir ki, nar sevgi rəmzidir. Qədimdə sevgini sözlə ifadə etmək ayıb hesab olunurdu, ona görə də oğlanlar sevgilisinə nar apararaq hisslərini etiraf edərdilər. O, həm də bərəkət, zənginlik və birlik rəmzidir”.

    Azərbaycanın hər yerində nar yetişdirilsə də, Göyçay narı başqa yerlərdən daha dadlı hesab edilir. Göyçay Aran iqtisadi rayonunda, Azərbaycanın şimal-şərqində Qafqaz dağlarının ətəklərində yerləşir.

    Burada adətən hər il Nar Festivalı keçirilir. Koronavirus pandemiyası səbəbindən təxirə salınan festival, dörd il ərzində ilk dəfə bu ilin noyabrında keçirilib. Festival 2006-cı ildən keçirilməyə başlayıb, qısa müddətdə Azərbaycanın ən çox sevilən bayramına çevrilib.

    Oktyabrın sonu və ya noyabrın əvvəllərində nar yığımına təsadüf edən iki günlük tədbir zamanı minlərlə insan (yerli əhali və Bakıdan avtobusla gələn turistlər) şəhərin mərkəzi küçələrinə axışır. Göyçay rayonunun 32 kəndində yetişdirilən şirəli narların satıldığı piştaxtaların qarşısını doldurur.

    Ölkənin iqlim müxtəlifliyi də ağdan yaqut-qırmızıya qədər müxtəlif formada, ölçüdə və rəngdə 60-dan çox müxtəlif növ nar yetişdirməyə imkan verir. Göyçay Nar Festivalında şirə və mürəbbələrdən tutmuş souslara, tortlara, şərablara və hətta dərman vasitəsi kimi satılan qurudulmuş nar qabıqlarına qədər hər növ nar məhsullarına rast gələ bilərsiniz.

    Bu arada, milli musiqi və rəqslərin ifaları üçün səhnələr qurulur, xalqın sevimli kabablarını bişirən çoxlu kiçik kafelərdən tüstülər ucalır. Ən böyük narın, ən gözəl “nar qızı”nın şərəfinə müsabiqələr, ən tez nar sıxma yarışları keçirilir. Hər şeyi maraqlı saxlamaq üçün müsabiqələr hər il dəyişir.

    Ümumiyyətlə, Nar Bayramı Azərbaycanda o qədər unikaldır ki, 2020-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.//sfera.az

  • “Gözəl qadınları sevirəm” – Kadırov

    “Mən həssasam, son dərəcə dindaram. Mən bu həyatı sevirəm, gözəl qadınları sevirəm. Qəşəng geyinməyə çalışıram. Bu həyat bir çox insanlar kimi mənim də xoşuma gəlir”.

    Bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında canlı yayım zamanı deyib.

    Kadırov həmçinin, 2024-cü ilin sonunda məzuniyyətə çıxmağı planlaşdırdığını da açıqlayıb.

  • Türkiyə XİN başçısı Azərbaycana gəlir

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

    Bu barədə Türkiyə XİN məlumat yayıb.

    Məlumata görə, H.Fidan dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.

    XİN rəhbərlərinin görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

  • Jurnalist Hafiz Babalı saxlanıldı

    Jurnalist Hafiz Babalı saxlanılıb.

    “Qafqazinfo” xəbər verir ki, o, “Abzas media” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

    Hafiz Babalının saxlanılması ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiq edib.

    Qeyd edək ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.

  • Cəlilabadda yolun bir hissəsi çöküb

    Cəlilabad rayonu Heydər Əliyev prospektinin Uzuntəpə kəndi ərazisindən keçən hissəsində yol çöküb.

    Bu barədə “Report”a sakinlər bildiriblər.

    Onların sözlərinə görə, hadisə dekabrın 13-də baş verib.

    Sakinlər qeyd ediblər ki, prospekt boyu bir neçə ərazidə əvvələr də analoji hal qeydə alınıb.

  • “Hakken”in futbolçusu: “Meydana qələbə əzmi ilə çıxacağıq”

    “Meydana qələbə əzmi ilə çıxacağıq”.

    “Report” xəbər verir ki, bunu İsveçin “Hakken” komandasının futbolçusu Samuel Qustafson Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

    O, üç xala sahib olmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

    “Baş məşqçi daim bizə motivasiya verir. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir”.

    28 yaşlı yarımmüdafiəçi rəqib haqqında xoş fikirlər səsləndirib: “Qarabağ”ın heyətində yaxşı futbolçular var. Nümunə kimi Marko Yankoviçin adını çəkə bilərəm. Onunla oynamışıq, təcrübəli və perspektivlidir. Sağ cinahlarında yer alan futbolçu da yaxşıdır. Adını indi xatırlamıram”.

    Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Qurban Qurbanovun kollektivi hazırda yeddi xalla H qrupunun ikinci pilləsində qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

  • Полиция во Франции задержала школьницу, пытавшуюся убить учителя

    Французская полиция задержала учащуюся в городе Ренн, которая хотела совершить убийство в колледже, подобно тому, как в октябре Мохаммед Могушков с ножом совершил нападение на сотрудников лицея Гамбетта в городе Аррас.

    Об этом сообщается со ссылкой на прокурора Ренна Филиппа Астрюка.

    “Подросток возрастом 11 или 12 лет поступила в учреждение в сентябре 2023 года. “Сегодня я хочу быть собой”, якобы сказала она, размахивая ножом, чтобы сделать, “как в Аррасе”, – сказал СМИ очевидец происшествия.

    Согласно предварительной информации, ученица пришла на урок, взяв с собой большой нож, с явным намерением убить учителя английского языка. “Во время урока в классе она набросилась с ножом на жертву, которая убежала. По всей видимости, она последовала за ней, но персонал учреждения отобрал у нее оружие. Никто не пострадал”, – добавил источник.

    Отмечается, что начато уголовное расследование.

    Напомним, что 13 октября 20-летний Мохаммед Могушков с ножом совершил нападение на сотрудников лицея Гамбетта в городе Аррас в департаменте Па-де-Кале на севере Франции. Погиб 57-летний учитель французского Доминик Бернар, еще три человека получили ранения.

    Источник: “РИА Новости”

  • Fransada müəllimini öldürməyə cəhd edən məktəbli qız saxlanılıb

    Fransa polisi Renn şəhərində kollecdə müəllimini qətlə yetirmək istəyən şagirdi saxlayıb.

    Bu barədə Renn prokuroru Filip Astryuka istinadən məlumat yayılıb.

    İlkin məlumata görə, şagird ingilis dili müəllimini öldürmək məqsədi ilə bıçaq götürərək dərsə gəlib:

    “Sinifdə dərs zamanı o, bıçaqla zərərçəkmişə hücum edərək qaçıb. Müəssisənin əməkdaşları silahı ondan alıblar. Heç kim xəsarət almayıb”, – deyə Renn prokuroru vurğulayıb.

    Faktla bağlı cinayət işi başlanıb.

    Qeyd edək ki, oktyabr ayında 20 yaşlı Mohammed Moquşkov Fransanın Arras şəhərindəki Qambetta Liseyinin əməkdaşlarına bıçaqla hücum edib. Məlumata görə, 57 yaşlı müəllim Dominik Bernard həlak olub, üç nəfər yaralanıb.

    Mənbə: RİA Novosti

  • Şəmkirdə 43 yaşlı kişi yatdığı yerdə güllələnibmiş

    Ötən ilin 19 oktyabrında Şəmkir rayonunda 43 yaşlı Ruslan Bayramovu güllələyərək qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, hadisəni törədən 1990-cı il təvəllüdlü Mustafa Eyyubov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.3-cu (xuliqanlıq niyyəti və köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilib.

    Araşdırmalar zamanı məlum olub ki, hadisə R.Bayramovun yaşadığı və əmisinə məxsus olan evdə baş verib. Hər iki şəxs həmin evdə yeyib-içiblər və sərxoş vəziyyətə düşüblər. Bu zaman onların arasında mübahisə yaşanıb. R.Bayramovun spirtli içkinin təsirindən yuxuya getməsini görən Mustafa divarda ona məxsus olan tüfəngi götürərək baş nahiyəsinə atəş açıb. Ağır xəsarətlər alan R.Bayramov hadisə yerində ölüb. Mustafa Eyyubov hadisədən sonra Bakıya qaçıb.

    O da məlum olub ki, Mustafa Eyyubov ailəli, üç uşaq atası, Ruslan Bayramov isə iki uşaq atası olub. Mustafa Eyyubov hadisədən əvvəl Ruslanla birgə ova getmək barədə razılaşdıqlarını və mübahisənin də ona “səriştəsiz ovçu” deyilməsinə görə baş verdiyini bildirib.

    Həmçinin Mustafa Eyyubovun əvvəllər bir neçə dəfə oğurluq əməlinə görə məhkum edilməsi məlum olub.

    Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses ötən həftə başa çatıb. Məhkəmə M.Eyyubovu qeyd edilən maddələr üzrə təqsirli bilib. Ona 18 il həbs cəzası verilib.

  • Şırnak “müvəqqəti təhlükəsizlik” bölgəsi elan edilib

    Türkiyədə Şırnak valiliyi tərəfindən Şırnak və rayonlarında 14 bölgədə 15 günlük müddətə “müvəqqəti xüsusi təhlükəsizlik” zonası elan edilib.

    Valilikdən verilən məlumatda 12 dekabr – 26 dekabr tarixləri arasında mərkəzlə Cizre, Silopi, Uludere, Güçlükonak və Beytüşşebap rayonları arasındakı 15 bölgənin “müvəqqəti xüsusi təhlükəsizlik zonası” elan edildiyi açıqlanıb.

    Mənbə: Haber Global